Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə9/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   5   6   7   8   9   10   11   12   ...   412

sürək. Həyat – hər Ģeydir! Deyirlər ki, insanı yerdə deyil, guya, orada, yuxarıdamı, aĢağıdamı, – 

bir sözlə harada isə – baĢqa bir aləm, baĢqa bir həyat gözləyir, mən isə buna zərrə qədər 

inanmıram. Bəs belə! Məni dünyadan əl çəkməyə və qurban verməyə dəvət edirlər, mən hər bir 

hərəkətimi izləməli, yaxĢını-yamanı, ədalətlini-ədalətsizi, fas və nefası2 ayırd etmək üçün baĢımı 

sındırmalıyam. Nə üçün? Çünki mən öz hərəkətlərim barəsində hesabat verməli olacağam. Nə 

zaman? Öləndən sonra. Nə böyük bir səhv! Öləndən sonra məni kim tuta bilərsə, tutsun! Kölgəni 

bir ovuc kül götürməyə məcbur edin görüm. Hər Ģeydən hali olan, Ġzidanın rubəndini qaldıran 

məhrəm adamlar kimi açıqca deyək: nə xeyir var, nə Ģər, ancaq bitki həyatı var. Gəlin, həqiqətən 

mövcud olan bir Ģeyi axtaraq. Dərinliyə varaq. Məsələnin lap məğzini tapaq! Həqiqəti duymaq, 

axtarıb tapmaq və ondan yapıĢmaq lazımdır. O zaman bu həqiqət sizə yaxĢıca nəĢə verər. Onda 

siz güclü olarsınız, hər Ģeyə gülməyə baĢlarsınız. Mənə gəlincə, mən yerdə özümü möhkəm hiss 

edirəm, cənab yepiskop. Ġsanın əbədiliyi yaba ilə suya yazılmıĢ bir əfsanədir. Ah! Gözəl vədlər! 

Heç onlara bel bağlamaq olar? Adama əcəb etibarlı bir veksel verilmiĢdir. Əvvəlcə insan ruhdur, 

sonra dönüb mələk olacaq, kürəyinin arasından mavi qanadlar çıxacaqdır. Yadıma salın görüm, 

bunu kim demiĢdir, – yanılmıramsa, Tertullian demiĢdir ki, – müqəddəs adamlar bir səyyarədən 

o biri səyyarəyə uçacaqlar! Çox yaxĢı! Necə deyərlər, ulduz cırcıramasına çevriləcəklər. Sonra 

da Tanrını görəcəklər. Ta-ta-ta! Bütün bu göylər səltənəti mənasız Ģeydir! Allah isə tamamilə 

uydurmadır. Əlbəttə, mən bunu ―Moniterdə‖ dərc etmərəm, lakin nə üçün yavaĢcadan dostuma 

söyləməyim? Jnter pocula.1 Cənnət üçün bu dünyanın nemətlərindən əl çəkmək axı nəqd Ģikarı 

xəyal xatirinə əldən buraxmaq kimi bir Ģeydir. Mən özümü əbədilik haqqındakı əfsanə ilə 

aldadılacaq dərəcədə axmaq deyiləm! Mən bir heçəm. Mən cənab heçəm, senator və qrafam. 

Mən doğulmamıĢdan da varmı idim? Yox! Öləndən sonra yaĢayacağammı? Yox! Bəs elə isə 

mən nəyəm? BirləĢərək orqanizmə çevrilmiĢ bir ovuc toz. Bəs onda mən bu yer üzündə nə 

etməliyəm? Mənim üçün iki yol var: ya əzab çəkməli, ya da nəĢələnməliyəm. Əzab məni haraya 

gətirib çıxardacaq? Faniliyə. Ancaq oraya mən kifayət qədər əzab çəkdikdən sonra gəlib çıxa 

bilərəm. Bəs nəĢə haraya gətirib çıxaracaq? O da faniliyə. Ancaq mən oraya nəĢə çəkdikdən 

sonra gəlib çıxacağam. Elə isə mən artıq nə edəcəyimi təyin etdim. Ya yeməlisən, ya da 

yeyilməli. Mən yeyirəm. Ot olub yeyilməkdənsə, diĢ olub yemək yaxĢıdır. Mənim hikmətim 

bundan ibarətdir. Sonra isə hər Ģey öz qaydasında davam edir: məzarçı artıq oradadır, sizi də, 

məni də Panteon gözləyir, hamı bu dibsiz uçuruma yuvarlanır. Hər Ģey bitir. Finis! Son haqq-

hesab! Hər Ģey tamamilə yox olur. Mənə inanın ki, ölüm – ölüdür. Məni orada bir nəfərin 

danıĢdıracağı haqqındakı söhbətlər də gülünc bir Ģeydir. BoĢ nağıldır. UĢaqlara xortdanı göstərən 

kimi böyüklərə Yəhvanı göstərirsiniz. Yox, sabah zülmət içərisindədir. Məzarda hamımız bir 

heçik, hamımız bərabərik. Siz istər Sardanapal olun, istər Vensen de Pol, fərqi yoxdur, heçliyə 

gedəcəksiniz. Həqiqət budur. Elə isə yaĢayın, hər Ģeyə rəğmən yaĢayın nə qədər ki, ―Mənliyiniz‖ 

öz əlinizdədir, ondan istifadə edin. Mən sizə doğru deyirəm , cənab yepiskop, mənim öz 

fəlsəfəm, öz filosoflarım vardır. Mən boĢ laqqırtıya aldanan deyiləm. Əlbəttə, aĢağı təbəqələr, 

lütlər, küçələrdə bıçaq itiləyənlər, yoxsullar üçün təsəlli verən bir Ģey olmalıdır. Odur ki, onların 

ağzını əfsanələrlə, əjdahalarla, ruh, əbədilik, cənnət və ulduzlarla yumurlar, onlar da bunun 

hamısını həzm edirlər. Onlar bunu öz quru çörəklərinə yavanlıq edirlər. Heç bir Ģeyi olmayanın 

baĢının üstə Allahı vardır. Bu da pis deyil! Mən bunun əleyhinə deyiləm; lakin özüm üçün 

Nejonu saxlayıram. Mərhəmətli Tanrı ancaq camaatın gözünə xoĢ gəlir. Yepiskop əl çalıb 

qıĢqırdı: 

– Gözəl sözlərdir! Materializm nə yaxĢı Ģeydir! Doğrudan da, qəribədir. O, hər kəsin əlinə 

düĢməz, Ona yiyələnən adamı aldatmaq olmaz, o, Katon kimi özünün vətəndən axmaqcasına 

qovulmasına, müqəddəs Stefan kimi daĢlanmasına, Janna d’Ark kimi özünün diri-diri 

yandırılmasına yol verməz. Bu gözəl materializmi mənimsəyə bilmiĢ adamlar məsuliyyətsizlik 

kimi xoĢ bir Ģey hiss edir və belə hesab edirlər ki, onlar hər Ģeyi: vəzifələri, zəhməti az, xeyri çox 

olan yerləri, yüksək mənsəbləri, namuslu ya namussuz yollarla qazanılmıĢ hakimiyyəti rahatca 

uda bilərlər; özlərinə hər Ģeyi rəva görə bilərlər: əlveriĢli olduqda – vədi pozar, faydalı olduqda – 

xəyanət edər, zövq verə bilərsə, vicdanını satar, hər Ģeyi həzm-rabedən aĢırdıqdan sonra isə 

rahatca məzara gedə bilərlər. Bu nə qədər xoĢdur! Cənab senator, mən sizin barənizdə 




danıĢmıram, ancaq, vallah, sizi təbrik etməyə bilmərəm. Böyük mənsəb sahibləri olan sizlərin, öz 

dediyiniz kimi, sizin özünüzə məxsus, nəfis, zərif, yalnız varlı adamlar üçün yarayan, hər Ģəkildə 

yarayan, həyatın nəĢələrinə daha da ləzzət verən fəlsəfəniz var. Bu fəlsəfə naməlum 

dərinliklərdən ərz edilmiĢdir, onu xüsusi tədqiqatçılar iĢıqlı dünyaya çıxarmıĢlar. Lakin siz – 

mərhəmətli adamlarsınız, yoxsullar üçün Ģabalıdlı qaz qızartması trufelli hind toyuğunu əvəz 

etdiyi kimi, Allaha etiqad etməyin də xalqın fəlsəfəsi kimi qalmasında zərərli bir Ģey 

görmürsünüz! 

 

 



DOQQUZUNCU FƏSĠL. 

Bacısı öz qardaĢı haqqında nə deyir. 

 

Din Ģəhəri yepiskopunun ev həyatı və iki dindar qadının öz hərəkətlərini, öz fikirlərini, həyata 



qarĢı təbii, xalis qadın ehtiyatkarlıqlarını belə yepiskopun bütün adətlərinə, fikirlərinə və 

görüĢlərinə tabe etməsi haqqında təsəvvür etmək üçün madmazel Batistinanın öz uĢaqlıq dostu 

vinkontessa de BuaĢevrona yazdığı məktubu oxumaq hər Ģeydən yaxĢı olar. Bu məktub bizdədir. 

Din, 16 dekabr 18... 

 

Mənim əzizim! Bir gün belə olmaz ki, sizi yad etməyək. Bu bizim üçün bir adət olmuĢdur, indi 



isə bunun xüsusi bir səbəbi də var. Bilirsinizmi, madam Maqluar evin tavanını və divarları yuyub 

təmizlərkən bir neçə kəĢf etmiĢdir; bizim əvvəllər köhnə divar kağızı çəkilmiĢ və üstündən 

ağardılmıĢ iki otağımız indi sizin sarayınız kimi bir saray üçün də zinət ola bilər. Madam 

Maqluar bu otaqların bütün kağızlarını soyduqda, kağızın altından çoxlu maraqlı Ģeylər 

çıxmıĢdır. Mənim salonumda mebel yoxdur, biz burada həmiĢə yuyulmuĢ paltar quruduruq, bu 

salonun hündürlüyü on beĢ fut, böyüklüyü isə təqribən on səkkiz kvadrat futdur. Salonun tavanı, 

köhnə dəb üzrə, qızıl suyu verilmiĢ rəsmlərlə örtülüdür. ġalbanlar isə sizdə olduğu kimidir. Bura 

xəstəxana olduğu zaman bunların hamısı kətanla örtülmüĢdü. Bundan baĢqa, divarlarda bizim 

nənələrimizin zəmanəsindən qalmıĢ ağac haĢiyələr vardır... Lakin hamıdan maraqlısı mənim 

yataq otağımdır. Madam Maqluar ən azı on təbəqə kağız altında, çox gözəl olmasa da, xoĢ 

rəsmlər tapmıĢdır. Bu rəsmlərdə Telemanın Minerva tərəfindən cəngavərliyə qəbul edilməsi 

mərasimi vardır, adını unutduğum, Roma matronlarını‖ bir gecəliyə getdikləri bağlardan birində 

yenə də Telema təsvir olunur. Daha nə? Romalılar, Roma qadınları (bundan sonra gələn sözü 

oxumaq mümkün deyil) və bu kimi Ģeylər. Madam Maqluar Bunların hamısını yuyub 

təmizləmiĢdir, bu yay o, bəzi zədəli yerləri təmir edəcək, üstündən lak çəkəcək və mənim otağım 

əsl muzeyə çevriləcəkdir. Bundan əlavə, madam Maqluar çardaqdan qədim üslubla ağacdan 

qayrılmıĢ iki balaca masa tapmıĢdır. Bu masaları təzədən pərvazlamaq üçün iki altı franklıq ekü 

istəyirlər, lakin bu pulları yoxsullara vermək daha yaxĢıdır. Həm də masalar çox yaraĢıqsızdır. 

Mən bunun əvəzinə qırmızı ağacdan qayrılmıĢ bir dəyirmi masa almaq istərdim. 

Mən həmiĢəki kimi xoĢbəxt yaĢayıram. QardaĢım o qədər mərhəmətlidir ki, onun nəyi varsa, 

hamısını yoxsullara və xəstələrə paylayır. Biz puldan çox çətinlik çəkirik. Bu yerlərin qıĢı çox 

soyuqdur, odur ki, ehtiyacı olanlara heç olmasa bir Ģeylə kömək etmək lazımdır. Bizim evimiz, 

demək olar ki, həm isti, həm də iĢıqlıdır. Bu, hər halda, böyük bir sərvətdir, elə deyilmi? 

QardaĢımın özünə məxsus adətləri var. O deyir ki, hər bir yepiskop belə olmalıdır. Təsəvvür edin 

ki, evimizin qapısı hər zaman açıqdır. Kim içəri girsə, dərhal qardaĢımın otağına düĢür; hətta 

gecə vaxtı da o, heç bir Ģeydən qorxmur. Onun igidliyi də bundan ibarətdir – bu, onun sözləridir. 

O nə mənim, nə də madam Maqluarın ondan nigaran olmağımızı istəyir. O, özünü hər cür 

təhlükəyə salır və istəyir ki, biz hətta özümüzü bilməməzliyə vuraq. Onu anlamağı bacarmaq 

lazımdır. 

O, yağıĢlı havada evdən çıxır, palçığın içində addımlayır, qıĢda səyahət edir - nə qaranlıqdan, nə 

təhlükəli yollardan və nə də quldura rast gəlməkdən qorxur. 

Keçən il o, tək-tənha quldurların ağalıq etdiyi yerə getdi. Bizi özü ilə aparmaq istəmədi. Düz iki 

həftə evdə olmadıq. O qayıtdıqdan sonra məlum oldu ki, ona heç nə olmamıĢdır; hamı onun 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə