vaxtda alıĢdılar. Tusen bu məsələdə onlara kömək etdi. O dönə-dönə deyirdi: ―Cənab FoĢlevan
həmiĢə belə olmuĢdur‖. Qoca Jilnorman belə bir hökm çıxartdı: ―O, qəribə adamdır‖. Bu sözlə
hər Ģey söylənmiĢdi. Düzünü desək, doxsan yaĢlı adamı yeni qohumluq əlaqələri usandırır, hər
Ģey ona artıq yük kimi görünür, yeni tanıĢ olduğu adam onu ancaq darıxdırır, adət edilmiĢ həyat
tərzində bu adam üçün daha yer yoxdur. Bu yeni adamın adı FoĢlevandımı, ya ġpaklevandımı,
qoca Jilnorman üçün bunun fərqi yox idi, ―bu cənabdan‖ yaxa qurtarmaq üçün bir yüngüllük idi.
O, öz fikrini izah edərək deyirdi: ―Belə qəribə adamlardan da adi Ģey yoxdur. Onlar özlərindən
cürbəcür hoqqalar çıxarırlar. Elə-belə, səbəbi olmadan. Markiz de Kanapl bundan da pis idi. O
özünə saray almıĢdı, amma çardaqda yaĢayırdı. Bu adamlar belə-belə sarsaqlıqlar eləyirlər‖.
Lakin bu ―sarsaqlığın‖ altında gizlənən dəhĢəti heç kəs görmürdü. Bunun səbəbini kim baĢa düĢə
bilərdi? Hindistanda elə bataqlıqlar var ki, onların suyu qeyri-adi və əcaib görünür: bu su heç
külək olmadığı halda ləpələnir, o yerdə ki sakit olmalıdır, orada qaynamağa baĢlayır. Biz suyun
üzündə səbəbsiz yerə əmələ gələn ləpələri görürük, amma suyun altında üzən ilanları görmürük.
Bir çox adamın daxilində də onların yedirdib bəslədiyi gizlin ilanlar, gizlin iztirablar var, onları
didib parçalayan əjdahalar var, gecələr onları yatmağa qoymayan ümidsizliklər var. Belə adamlar
üzdən o biri adamlardan seçilmirlər, onlar da yeriyirlər, hərəkət edirlər. Heç kəs onların
daxilində dəhĢətli, dağıdıcı bir mərəz olduğunu bilmir: mərəz bu bədbəxt adamların daxilində
yaĢayır, bir qurd kimi onları içəridən gəmirir, onlara min bir əzab verir. Heç kəs belə adamların
girdab olduğunu bilmir. Durğun, lakin dərin bir girdab! Arabir girdabın üzü tərpənir, lakin bunun
nə demək olduğunu heç kəs baĢa düĢmür. Girdabın üzündə qəribə ləpələr görünür, sonra yox
olur, sonra yenə də görünür; köpük qalxır, partlayır. Belə baxanda bu, heç nədir, lakin dəhĢətli
Ģeydir. Bu, gözə görünməyən yırtıcı heyvanın nəfəs almasıdır.
Bəzi adamlarda qəribə vərdiĢlər olur: baĢqaları gedəndə onlar gəlirlər, baĢqaları özünü gözə
soxanda onlar kənarda dururlar, həmiĢə xaki rəngli plaĢ geyirlər, boĢ xiyabanlarda gəzirlər,
adamsız küçələrdən getməyi, söhbətə qarıĢmamağı, camaatdan, izdihamlı Ģənliklərdən uzaq
olmağı, özlərini varlı bir adam kimi göstərməyi, lakin kasıblıq içində yaĢamağı üstün tuturlar,
dövlətli olduqları halda, öz evlərinin açarını ciblərində gəzdirirlər, qapıçıdan Ģam istəmirlər, dal
eyvandan içəri girirlər, qaranlıq pilləkənlə yuxarı qalxırlar, – bütün bu qəribəliklər, dalğalar,
köpüklər, su səthində görünən ani ləpələr çox vaxt dəhĢətli dərinliklərdən qalxır.
Bu qayda ilə bir neçə həftə keçdi. Yeni həyat Kozettanı yavaĢ-yavaĢ cəlb etdi; ərə getdikdən
sonra meydana gələn yeni əlaqələr, rəsmi görüĢlər, ailə qayğıları, əyləncələr mühüm iĢlər
sırasına keçdi. Kozettanın əyləncəsi ucuz baĢa gəlirdi: bu əyləncə bir Ģeydən – Mariusla bir yerdə
olmaqdan ibarətdi. Onun həyatının baĢlıca mündəricəsi Mariusla bir yerdə evdən çıxmaq, onunla
evdə oturmaqdı. Günün günorta çağında izdihamlı küçələrdə, heç kəsdən çəkinmədən, bütün
camaat qarĢısında, adamların içində qol-qola gəzmək həmiĢə onlara yeni sevinc gətirirdi.
Kozettanı kədərləndirən Ģeylər də vardı. Tusen Nikoletta ilə düz gəlmirdi. Bu iki qarımıĢ qız yola
getmədiyindən, Tusen evdən çıxmalı oldu. Qoca Jilnorman özünü çox gözəl hiss edirdi. Marius
arabir məhkəmədə bir adamın iĢini müdafiə edirdi. Madmuazel Jilnorman yeni evlənən
cavanlarla bir evdə öz kədərli həyatını baĢa vururdu, bu yaĢayıĢ onu tamamilə təmin edirdi, Jan
Valjan hər gün gəlirdi.
―Sən‖in rəsmi ―siz‖lə əvəz edilməsi, ―xanım‖, ―cənab Jan‖ sözləri Jan Valjanı Kozettanın
nəzərində dəyiĢdirdi. Jan Valjanın Kozettanı özündən uzaqlaĢdırmaq üçün göstərdiyi səyi
müvəffəqiyyətlə nəticələndi. Kozetta get-gedə daha artıq Ģən görünsə də, Jan Valjana daha az
mehribanlıq edirdi. Lakin o hələ də Jan Valjanı çox istəyirdi, Jan Valjan da bunu hiss edirdi. Bir
gün Kozetta birdən Jan Valjana dedi: ―Siz mənim atam idiniz, indi daha atam deyilsiniz, siz
mənim əmim idiniz, indi daha əmim deyilsiniz, siz cənab FoĢlevan idiniz, indi ancaq Jansınız.
Bəs siz kimsiniz? Bu Ģeylər mənim heç xoĢuma gəlmir. Mən sizin xeyirxah adam olduğunuzu
bilməsəydim, sizdən qorxardım‖.
Jan Valjan yenə də Silahlı adam küçəsində yaĢayırdı. Bir vaxtlar Kozettanın yaĢadığı məhəllədən
gedə bilmirdi.
Jan Valjan ilk günlər Kozettanın yanında ancaq bir neçə dəqiqə qalır, sonra gedirdi.
Lakin sonralar get-gedə görüĢ vaxtını uzadaraq bunu bir adət Ģəklinə saldı. Sanki, o, Kozettanın
yanında çox qalmasını günün uzanması ilə əsaslandırırdı: tez gəlir, gec gedirdi.
Bir gün Kozetta səhvən ona ―ata‖ dedi. Jan Valjanın tutqun üzü sevincdən iĢıqlandı. O,
Kozettanın səhvini düzəltdi: ―Jan deyin‖. Kozetta gülərək dedi: ―Hə, doğrudan da, elədir – cənab
Jan‖. – ―Bax belə‖. Bunu deyib üzünü çevirdi; Jan Valjan istəmirdi ki, Kozetta onun göz yaĢını
sildiyini görsün.
ÜÇÜNCÜ FƏSĠL.
Onlar Plume küçəsindəki bağı xatırlayırlar.
Bu daha təkrar olunmadı. O, iĢığın son Ģüası idi. Hər Ģey tamam söndü. Əvvəlki yaxınlıq daha
yox idi, Jan Valjan Kozettanın yanına gələndə daha onu öpmürdü, Ģəfqət və mehribanlıq duyulan
―ata‖ sözünü daha eĢitmirdi. Jan Valjan öz israrı, öz köməyi ilə yavaĢ-yavaĢ bütün sevincindən
məhrum oldu. Ona belə bir bədbəxtlik də üz verdi: Kozettanı bir gündə itirdiyi halda, sonra onu
bir daha yavaĢ-yavaĢ itirdi.
Adamın gözü tədriclə mağaranın zülmətinə də alıĢır. Əslinə qalanda, Kozettanı gündə bircə dəfə
görmək Jan Valjanı, elə bil, kifayətləndirirdi. Onun həyatının bütün mənası bu görüĢ
dəqiqələrindən ibarətdi. O, Kozettanın yanında oturur, ona dinməz-söyləməz baxırdı, ya da
onunla keçmiĢ illərdən, onun uĢaqlığından, monastırdan, keçmiĢ rəfiqələrindən söhbət edirdi.
Bir dəfə günortadan sonra, aprelin ilk günlərindən birində, o zaman ki, yaz girsə də, hava hələ
sərindi, gün iĢığı adama fərəh verirdi, Mariusla Kozettanın pəncərəsindən görünən bağlar
titrəyərək yuxudan ayrılırdı, yemiĢan yarpaq açmaq üzrə idi, Ģəbbu köhnə divarları bəzəkli
naxıĢlarla bürüyürdü, çəhrayı aslanağzı çiçəkləri daĢların arasından görünürdü, gözəl
düyünçiçəyi, qızçiçəyi otların içindən qalxırdı, yazın ilk carçısı olan ağ kəpənəklər havada
uçmağa baĢlayırdı, külək – təbiətin toy təntənəsinin bu əbədi musiqiçisi ağacların budağında
əzəmətli səhər simfoniyasının ilk notlarını çalırdı, elə bir simfoniya ki, qədim Ģairlər bunu yazın
oyanması adlandırmıĢlar, – belə bir gündə Marius Kozettaya dedi: ―Yadındadırmı, biz söz
qoymuĢduq ki, Plüme küçəsindəki bağımıza dəyək. Gedək ora. Adam nankor olmaz‖. Onlar, iki
qaranquĢ kimi, böyük bir fərəhlə yazı qarĢılamağa getdilər. Plüme küçəsindəki bağ onlara səhər
Ģəfəqi kimi göründü. Ġndi onların həyatının özünə görə keçmiĢi, yaĢadıqları sevgi baharının ötüb
keçmiĢ ilk günləri vardı. Plüme küçəsində icarəyə götürülmüĢ bağ hələ də Kozettanın ixtiyarında
idi. Onlar bu bağa, bağda olan evə gəldilər. Onlar hal-hazırı unudaraq, özlərini keçmiĢə həsr
etdilər. Jan Valjan müəyyən edilən vaxtda Ehtiraslar küçəsinə gəldi. Bask ona dedi ki: ―xanım
baronessa cənab baronla evdən çıxıblar, hələ də qayıtmayıblar‖. Jan Valjan dinməz-söyləməz
oturdu, bir saat gözlədi. Kozetta qayıtmadı. Jan Valjan baĢını aĢağı dikərək, çıxıb getdi.
Kozetta ―öz bağlarındakı‖ gəzintidən elə məst olmuĢdu, ―bütün günü keçmiĢlə yaĢamasından‖
elə sevinmiĢdi ki, ertəsi gün axĢam ayrı heç bir Ģeydən danıĢmadı. Keçən axĢam Jan Valjanı
görmədiyi heç yadına da düĢmədi.
Jan Valjan ondan soruĢdu:
– Siz ora necə getdiniz?
– Piyada.
– Necə qayıtdınız?
– Kareta tutduq.
Bir qədər vardı ki, Jan Valjan onların çox qənaətlə yaĢadığını görürdü. Bu, onun kefini pozurdu.
Marius çox az pul xərcləyirdi. Jan Valjan bunda gizli bir məna olduğunu hiss edirdi. O cəsarət
edib Kozettaya belə bir sual verdi:
– Niyə sizin öz ekipajınız yoxdur? QəĢəng, iki yerli bir kareta sizə ayda cəmisi beĢ yüz franka
baĢa gələr. Siz axı dövlətlisiniz.
Kozetta: