Vilayət bağçası altıncı cİld


İnkişaf, başucalığı, kimlik və tədqiqat27



Yüklə 1,01 Mb.
səhifə14/19
tarix26.09.2017
ölçüsü1,01 Mb.
#1692
1   ...   11   12   13   14   15   16   17   18   19

İnkişaf, başucalığı, kimlik və tədqiqat27

Bismillahir-Rəhmanir-Rəhim.


Əvvəla, bütün qardaş və bacılara xoşgəldin deyirik. Buraya təşrif buyurub özlərinin müxtəlif sahələrdə fikirlərini bildirən dostlara təşəkkür edirəm. Məclisi yaxşı idarə etdiyinə görə cənab Doktor Laricaniyə də minnətdarlığımı bildirirəm.
Elmə və tədqiqata diqqətin sirri

Biz nə üçün universitetə, elmə və tədqiqata aid məsələlərə belə diqqət və maraq göstəririk? Çünki geri qalmışıq, geridə saxlanmışıq; çünki bizim inkişafımız, başucalığımız, milli və dini kimliyimiz bu sahədə ciddi iş görməyimizdən asılıdır. Səbəbi budur. Bizim regionumuzda bəzi ölkələrin bir dövlət kimi varlıqları yüz ilə çatmır. Ötən yüz ildə ümumiyyətlə, o adda coğrafi bir kimlik olmamışdır. Bizim regionumuzda bəzi xalqların deyiləsi tarixi keçmişi yoxdur. Dünyanın başqa yerlərində də belələri var. Latın Amerikasında, Avropada və digər yerlərdə belə ölkələr mövcuddur. Amma bizim ölkəmiz köklü bir ölkədir. Bizim tarixdə kökümüz, keçmişimiz var, yeni bitməmişik. Biz öz keçmişimizdən də qidalana bilərik və qidalanmalıyıq. Əgər biz İslamdan sonrakı elmi inkişaf tempimizlə irəliləsəydik, dayanmasaydıq, bu gün zirvədə olardıq. Nə üçün irəliləmədik? Bunu araşdırmağa və təhlil etməyə dəyər. Hökumətlər yaramaz idilər, iradələri yox idi. Son 200-300 ildə də xarici amillər təsir buraxdı və nəhayət, reallıq budur ki, biz tənəzzül etdik.


Geriliyi düzəltməyin yolu

İndi bunu düzəltmək istəyirik. İndi hökumət ləyaqətli və bacarıqlı hökumətdir, xalq ayıqdır, istedadlar səhnədədirlər. İndi düzəltmək istəyirik. Bəli, bir zaman mənzərə sənədini fəxri kimlik sənədi kimi cibimizə qoyuruq və bəzən başımızın üstündə və əlimizdə tuturuq, bir zaman da yox, mənzərə sənədini proqram sayırıq və onun hər bir hissəsi üçün yol tapırıq. Əgər biz regionda elm və ilham mənbəyi olmaq istəyiriksə, bunun yolu var. Yolunu biz mənzərə sənədində müəyyən etməli deyilik. İcra məmurları bunları müəyyən etməlidirlər. Bizim təkidimiz budur. Biz istəyirik ki, bu iş elm və tədqiqat məsələləri sahəsində düzgün, yaxşı və ideal formada həyata keçsin. Bu diqqət və marağın səbəbi budur. Əlbəttə, bu sahədə bəzi söz və tövsiyələr var. Biz adətən, o tövsiyələri bu məclislərdə deyirik. Bu gün də bir neçəsini deyəcəyəm.


Şagird yetişdirən müəllimlər

Müəllimlərin işlərindən biri şagird yetişdirmək olmalıdır. Müəllimin vücudu xaricindəki dəyəri və qiyməti şagirdlərinə görədir. Bizim elm hövzələrimiz də belədir. Elə fiqh, üsul, yaxud fəlsəfə müəlliminin daha çox dəyəri var ki, əsərləri dəyərli şagirdlər formasında özünü göstərsin. Şagird yetişdirin. Sizin dərslərinizə gələnlər - istər bakalavr pilləsinin, istər yüksək pillələrin tələbələri gəlib otururlar və siz onlarla müəllim kimi rəftar edirsiniz. Siz onları bir çıxışın, yaxud bir minbərin dinləyiciləri saymamalısınız. Siz onlarla öz əlinizlə düzəltmək istədiyiniz bir sənaye məhsulu kimi rəftar etməlisiniz. Düzdür, istedadlar, həvəslər, müxtəlif şəraitlər eyni deyil, amma mənim fikrimcə, bu, müəllimlər üçün ciddi bir məqsəd olmalıdır. Baxın, görün nə qədər şagird yetişdirmisiniz. Şagird təkcə sinifdə oturan deyil, sizin vasitənizlə ərsəyə gələn və elm dünyasına təhvil verilən işgüzar və elmli kadrdır.


Müəllim və şagirdin əlaqəsi

Mən burada müəllimlərin universitetlərdə fəaliyyətinə dair bir məsələyə toxunmaq istəyirəm. Müəllimlərin həftənin müəyyən saatlarını mütləq universitetdə olmaları artıq universitet qanunlarından oldu. Buna əhəmiyyətsiz yanaşmaq olmaz. Mənim son üç-dörd ildə çox təkrar etdiyimdən daha demək istəmədiyim məsələlərdən biri müəllimin tələbə ilə oturması, suallarına cavab verməsidir. Yəni müəllim və tələbənin əlaqəsi siniflə məhdud olmasın, tələbə müəllimə müraciət edib ondan soruşmaq, izah istəmək və daha artıq öyrənmək imkanına malik olsun. Bəzən müəllim şagirdi öz otağına çağırsın və təkmilləşdirmək üçün ona əlavə bir məsələni başa salsın, yaxud tapşırıq versin. Bütün bunlar müəllimlərin universitetlərdə olmasına bağlıdır. Bir gün deyirdik müəllimimiz azdır. Bu gün Allaha şükür ki, ölkədə yaxşı müəllimlər az deyil. Tələbəyə nisbətən müəllimin sayı Allaha şükür, yaxşıdır, məqbuldur. Mənim fikrimcə, buna əhəmiyyətli yanaşmaq lazımdır. Tələbə və elm adamı yetişdirməyin bir hissəsi müəllimlərin universitetdə bir neçə saat - qanunda qırx saat göstərilir - oturmasına bağlıdır. Müəllimlər buna ciddi və əhəmiyyətli yanaşmalıdırlar.


Tədqiqatda müstəqillik

Bir məsələ də təkrardır, amma əhəmiyyətli olduğuna görə deyirəm. Bu, tədqiqat və araşdırma barədədir. Biz hökumətin iclasında da tövsiyə etmişik, bəzi məmurlarla, o cümlədən cənab prezidentin özü ilə xüsusi iclaslarda da demişik. Lakin məsələnin başqa bir tərəfi universitetlərin özünə aiddir. Onlar tədqiqat üçün ayrılan büdcəni düzgün və öz yerində xərcləməlidirlər. Çünki tədqiqat təhsilin qida mənbəyidir. Biz tədqiqata ciddi yanaşmasaq, yenə də uzun illər gözümüzü xarici mənbələrə dikməli və dünyanın bir tərəfində bir nəfərin tədqiqat aparmasını gözləməliyik ki, ondan, yaxud tədqiqat əsasında yazdığı əsərlərdən istifadə edib burada öyrədək. Belə olmaz. Bu, asılılıq, sözügedən tərcüməçilik, bir ölkə və bir universitet üçün elmi şəxsiyyətin müstəqil olmamasıdır.

Bir ölkənin universiteti, elmi mühiti dünya ilə elmi əlaqələrdən, elm mübadiləsindən, elm öyrənməkdən çəkinməməlidir. Mən dəfələrlə demişəm ki, biz şagirdlik etməyə utanmırıq. Müəllim tapılsa, biz onun yanına gedib şagirdlik edərik, amma həmişə və hər bir yerdə şagird qalmağı ayıb bilirik. Belə olmaz. Bir elmi toplumun elmi inkişafın şərti sayılan tədqiqatda zəifliyi ayıbdır. O, elmi baxımdan özünə arxalanmalıdır. Əlbəttə, başqalarından da istifadə etsin, dünya ilə də mübadilə aparsın. Bu zaman elmi mübadilələrdə özünə layiqli yeri tuta bilər. Öz elminə, tədqiqatına arxalansa, dünyada və elmi mübadilələrdə təsirini görər. Bu da tədqiqat barədə növbəti təkid.
Məntiq və özünəinam silahı

Biz universitet başçılarına və Mədəni İnqilab Ali Şurasına həmişə tövsiyə etmişik ki, universiteti dinə uyğunlaşdırmaq sahəsində vəzifə və məsuliyyət daşıyırlar. Bu öz yerində. Lakin əgər bütün lazımi işlər görülsə, amma universitetdə bir ruhani olmasa, tələbələrin baxışına uyğun dərin, prinsipial, əsaslı, gözəl və qaneedici dini mənbə və qaynaq olmasa, o hazırlıqların hamısı faydasız olar. Universitetdə çalışan ruhanilər davamlı olaraq yeni və əsaslı dini fikir təqdim etməli, tələbələrin din təfəkkürünü yüksəltməlidirlər. Öz tərəf-müqabillərinizi həmişə dindar və hizbullahçı tələbələr bilməyin. Əlbəttə, onlar var, amma sizin tərəf-müqabilləriniz ölkənin bütün tələbə korpusudur. Hətta dinlə çox arası olmayanlar da sizin müraciət obyektiniz olmalıdırlar, onları da cəlb etməlisiniz. Güclü məntiqlə, özünəinamla və bu məntiqə inamla onları, qəlbləri cəlb etmək, tərslikləri azaltmaq, yaxud çoxlu yerlərdə ortadan götürmək olar.

Burada Amerikanın Kolumbiya universitetini (Prezident Əhmədinejadın çıxışını) misal çəkdilər. Yaxşı misaldır. İnsafla desək, bu güclü məntiq və özünə hakim olmaq, yəni yaxşı ruhiyyə və özünəinam öz işini gördü. Düzdür, bəzi hazırlıqlar görmüşdülər. ABŞ və Avropanın iyirmidən artıq televiziya kanalını gətirmişdilər ki, tədbiri birbaşa yayımlasınlar. Gözəl iş gördülər, amma təəssüf ki, universitetin rektorunun rəftarı doğrudan da uyğunsuz və bir elmi şəxsiyyətə yaraşmayan tərzdə idi, hətta şərəfli bir insanın da rəftarı deyildi. Buna əsasən, bəlli idi ki, tərəfi qəzəbləndirmək, yaxud utandırmaq üçün hazırlıq görmüşdülər; karıxdırsınlar və sonra canlı bir sənəd kimi təbliğat və siyasət qalmaqallarında əllərində tutsunlar. Amma Allah-Taala bunun əksini etdi, istədiklərinin tam əksi baş verdi və gördünüz ki, təsdiq də etdilər.

Orada İslam Respublikasının məntiqi, din məntiqi deyildi, İslamın və dinin elmə baxışı, elmin nur olması, elm işığının Allahın əlində olması haqda yaxşı sözlər deyildi. Bəziləri elə bilirlər ki, Avropa, yaxud Amerikada olanda onların yüz ildir, iki yüz ildir danışdıqları sözləri eynilə təkrar etmək və özlərinə demək lazımdır. Bunlar səhv edirlər. Bunlar söz deyil. İslamın sözü var.


Qərbdə boşluq

Bu gün haqla və insafla desək, fikir və düşüncə dünyasına görə, - fikir və düşüncə ilə işləməyən adamlarla işimiz yoxdur - Qərb dünyasında bir boşluq və bir sual mövcuddur. Bu boşluğu daha liberal-demokratiyanın cavabları doldura bilmir; necə ki, sosializm də doldura bilmədi. Bu boşluğu insani və mənəvi məntiq doldura bilər. Bu da İslamın ixtiyarındadır.

Doktor Zəryab həm yaxşı və peşəkar universitet mənsubu idi, həm də hövzədə yaxşı tələbəlik dövrü keçirmiş, imamın şagirdi olmuş və İslam elmlərini öyrənmişdi. Dostlarımızın biri deyir ki, o, ömrünün axırında Avropaya elmi məzuniyyətə getmişdi. Qayıdandan sonra demişdi ki, bu gün Avropa universitetlərinin Molla Sədraya və Şeyx Ənsariyə ehtiyaclı olduğunu gördüm. Şeyx Ənsarinin sahəsi hüquq və fiqhdir, Molla Sədranın sahəsi isə ilahi fəlsəfə. Deyirdi mən görürəm ki, bu gün onların Molla Sədraya və Şeyx Ənsariyə çox ehtiyacları var. Bu, qərbşünas, bir neçə Avropa dilini mükəmməl bilən, illərlə orada yaşayıb dərs oxuyan və İslam elmləri ilə də tanış olan bir müəllimin haqlı qənaətidir.
Müəllimlər və İslam maarifi

Biz tələbələrin dini düşüncə səviyyəsini yüksəltmək üçün öz daxilimizdə və universitetlərimizdə bu güclü məntiqə ehtiyaclıyıq. Bu məntiq universitet və tələbə dili ilə genişləndirilməlidir. Əziz müəllimlərimizin də bu məsələlərə ehtiyacı var. Müəllimlər də özlərini din maarifi ilə tanışlığa ehtiyacsız bilməsinlər. Bir neçə il bundan öncə İslam məsələləri haqda kitab yazan, kitabları müxtəlif dillərə tərcümə olunan və bizdə olan məlumata əsasən, Avropada və digər yerlərdə çoxlu müştərisi olan - mən ad çəkmək istəmirəm - tədqiqatçıların biri danışırdı ki, ərəb ölkələrinə, o cümlədən Fars körfəzi ölkələrinə gedəndə oranın ziyalılarının və universitet müəllimlərinin Quran və hədislə bizim ziyalılarımızdan daha çox tanış olduğunu görürəm. O bu sözü təxminən on il əvvəl mənə deyirdi. Düzdür, səbəbi budur ki, Quranın dili onların ana dilidir. Sanki Sədidən, Firdovsidən, yaxud Hafizdən sizin yaddaşınızda bir zərbülməsəl var. Çünki onların kitablarını oxumusunuz, öz diliniz olub, yadınızda qalıb. İndi görürsünüz ki, buraya gələn möhtərəm natiqlərin bəziləri şeir və ədəbiyyatla başlayırlar. Onların dili də xoşbəxtlikdən, Quran dili ilə eyni olduğundan bu dili asanlıqla anlayırlar. Onların siyasətçiləri də belədirlər. Siyasətçiləri hətta günahkar və mənəviyyatdan uzaq olsalar da, bəzi Quran ayələrini, dindən və dini ədəbiyyatdan bəzi sitatları bilirlər və yadda saxlayıblar.

Biz bu nöqsanı düzəltməliyik. Fundamental və əsaslı şəkildə düzəltmək üçün, əlbəttə ki, başqa proqramlar lazımdır. Lakin ömür sürüb zəhmət çəkmiş müəllimlərlə təcili əlaqəsi olan budur ki, İslam məsələləri, İslam təlimləri ilə tanış olsunlar, bunun üçün doğrudan da proqram hazırlasınlar. Həm möhtərəm müəllimlərin özləri, həm də universitetlərdə çalışan ruhanilər proqram hazırlasınlar.
Dini aydınlıq

Hər halda, universitetlərdə dini təfəkkürün yüksəldilməsinə çox ciddi yanaşmaq lazımdır. Ehtiyatlı olun ki, bizim tələbə və ziyalımız üçün fikir boşluğu yaranmasın. Bizim deməli və qane etməli sözümüz çoxdur. Təbliğatı gücləndirmək, yeni, güclü və ziyalı meyarlarına uyğun sözlər seçmək lazımdır. Mənim acığım gəlir deyilsin ki, dini aydınlığımız var, yoxsa yox. Dini məsələlərə, İslamın təfəkkür məsələlərinə yaradıcı, yeni baxış elə aydın baxışdır, mənası da bidətçilik deyil.

Hər halda, ümidvarıq Allah-Taala siz əziz qardaş və bacıların hamısını müvəffəq etsin. Bugünkü məclis yaxşı bir məclis idi. Mənim üçün də faydalı oldu. Bəzi məsələləri qeyd etdim və inşallah, dedikləriniz aidiyyətli mərkəzlərdə, bizim öz dəftərxanamızda və ondan xaricdə araşdırılacaq, bunlarla maraqlanacaqlar.

Allahın salamı və rəhməti olsun sizə!




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə