Vilayət bağçası dördüncü cİld



Yüklə 384,43 Kb.
səhifə9/21
tarix26.09.2018
ölçüsü384,43 Kb.
#70558
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Rəhbərin tələbləri25

Bismillahir-Rəhmanir-Rəhim.


Tələbənin üstünlüyü

Əvvəla, siz əziz övladlarımın hamısına, əziz gənclərə və tələbələrə xoşgəldin deyirəm. Sizdə inqilabçı və dini duyğulardan, təfəkkür və dərkdən əlavə, mənim fikrimcə, hər biri ayrı-ayrılıqda əhəmiyyətli olan üç amil mövcuddur: biri budur ki, gəncsiniz; ikincisi budur ki, tələbəsiniz; üçüncüsü budur ki, İslam birliyinin üzvüsünüz. Bu üç amil sizi eyni aydın və inqilabçı fikrə, dinə, imana və ilahi dəyərlərə bağlı olan digər şəxslərdən ayırır.


İslam birliyindən bir xatirə

Gənc və gənclik barədə çox sözlər demişik, hamı danışıb; tələbə və tələbəliyin əhəmiyyəti barədə də həmçinin. Lakin İslam birlikləri barədə hər şeydən öncə sizin üçün bir xatirə danışım. İnqilabın əvvəllərində, bəlkə də ondan 2-3 il sonra xarici analitiklərin biri inqilab haqqında bir söz dedi. Bu söz çoxlu informasiya vasitələrində yayıldı və hətta İslam dünyasının məşhur dövlət başçılarından biri də onu təkrarladı. Bildiyiniz kimi, o zaman daim inqilab barədə təhlil edir, danışır, müzakirə aparırdılar. Lakin o söz digər söz və təhlillərdən daha artıq əks-səda doğurdu. Həmin xarici analitik demişdi ki, İran inqilabı özünün möhkəmlənməsi və inkişafı üçün analoqsuz üsullardan istifadə edir. Bu üsullardan biri müxtəlif təbəqələr arasında İslam birliklərinin yaradılmasıdır. İslam birlikləri inqilabın arxalandığı mömin və inqilabçı qüvvələrdir.

Gec olsa da, düzgün anlamışdılar. İslam birlikləri harada olursa-olsun – universitetlərdə, zavodlarda, bazarda, dövlət orqanlarında və müxtəlif idarələrdə bir mühərrik kimi bütün toplumu hərəkət etdirən və özü ilə irəliyə aparan məqsədli, aydın, imanlı və coşqun qüvvələrdən ibarətdir. Tələbələrin İslam birlikləri də həmişə universitetlərdə dəyərli işlər görmüşlər. İslam birliklərinin gərgin və dayanmadan iş dövründə bizim böyük imamımız çoxlarının təəccübünə səbəb olan bir cümlə dedi. O dedi ki, İslam birlikləri ehtiyatlı olsunlar, əcnəbi şəxslər onların arasına yol tapmasınlar. İmam bu sözü 1981, yaxud 82-ci ildə dedi.
Hikmətli imam

İmamın xüsusiyyətlərindən biri bu idi: o, sözün həqiqi mənasında həkim idi. Həkim filosof deyil, filosofdan ucadır. Həkim Quranda peyğəmbərlərə və cənab Loğmana aid edilən sözdür: “Biz ona hikmət bəxş etdik”26. Hikmət odur ki, insan bütün insanların gözü qarşısında olan zahiri məsələləri aşıb, öz iti gözlərilə batinləri müşahidə edib desin. Bu bəzən çox da mühüm nəzərə çarpmır, lakin əməldə və diqqət məqamında böyük əhəmiyyət kəsb edir. İmamın bu cümləsi doğrudan da hikmətamiz cümlələrdən idi.


Düşmənlərin tamah saldığı İslam birlikləri

Çox aktiv düşmənləri olan bir təşkilatının müsbət cəhətlərinin olması, lakin düşmənin öz diqqətini həmin cəhətlərdə mərkəzləşdirməməsi və o cəhətləri aradan qaldırmaq üçün pul xərcləməməsi, demək olar ki, imkansızdır. Mən indi ölkə və universitetlər səviyyəsində İslam birliklərinə dair mühakimə yürütmək istəmirəm. Lakin İslam birliklərinin bir hissəsini idarə edən siz əziz gənclərə bu birliklərin, onların inkişaf və sağlamlığının əhəmiyyətinə diqqət yetirmənizi istəyirəm. Siz öncül və yaradıcı olmalısınız; fikir, duyğu və iman yaradıcısı. Əvvəl öz daxilinizdə və eyni zamanda ətraf mühitinizdə islah işləri görün. Bunlar bir-birindən ayrılmazdır. İnsan özü islah olunmasa, ayrısını islah edə bilməz.


İnqilabın yolu və gənclərin gücü

Mənim əzizlərim! Bu inqilabın, bu böyük hərəkətin və onun əsasında yaranmış bu quruluşun bəşərin həyatı və tarixi üçün olduqca çox böyük və taleyüklü işləri var. Bu yolu gənclərin möhkəm addımları olmadan getmək olmaz. Gənclər hərəkət etməli və irəliyə getməlidirlər. Gənclər inqilabı irəliyə apara bildilər. Bizim rəhbərimiz imam, proqram da İslamdır. Lakin irəliyə aparan, maneələri aradan qaldırıb irəliləyən, hərəkət edən və hərəkət etdirən güclü amil gənclər idilər. Gənclər öz imanları, məqsədləri, gənclik gücləri və həvəsləri ilə bunu etdilər.

İndi bizim işlərimiz inqilabın əvvəlindən az deyil. Bu gün bizim amallarımız eyni amallardır. Düzdür, böyük addımlar atılıb və irəliləmişik. Lakin bizim düşmənlərimiz, bu məqsəd və amalların düşmənləri də eyni həddə çoxlu işlər görüb, təbliğat aparıb, casus şəbəkəsi qurub, adam toxuyub və fikir düzəldib. Bu gün Qərb dünyasında ideologiya və fikir toxuyan insanlar var. Nə üçün deyirik “fikir toxumaq”? Çünki onlar qlobal hegemonizmin, transmilli kompaniyaların, trestlərin, kartellərin, sinonistlərin məsədlərini nəzərə alır, onların ölçüsünə uyğun ideologiya yonur və nəzəriyyə yürüdürlər. Bütün bu şeytani işlərlə dünya hökumətlərini və xalqlarını qorxuda bildilər, təzyiq altında saxladılar. Çoxlarını tamahlandırdılar, çox ağızları şirinləşdirdilər. Bəzilərini müxtəlif yollarla aldatdılar və nəticədə dünyadakı böyük güc imperatorluğunu, bizim hegemonizm adlandırdığımız amili əllərində saxladılar.
Quruluşun sionizm qarşısında müqaviməti

Bu arada bəzilərinin səsi çıxmır, bəziləri çürət etmir, bəzilərinin səsi bir yerə çatmır, bəziləri də dünyanın müxtəlif yerlərində İslamdan danışan və tez susdurulan gənclərdir. Lakin bir yerdə bir siyasi quruluş var. O, qüdrətlə tribunasına sahib çıxır, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq toplantılarda iştirak edərək onların sözlərinə etiraz edir. Onlar sionist şəbəkələrin uğur qazanmasında israrlıdırlar. Bu quruluş isə sionistlərin qarşısında dayanmışdır. Onlar nə olursa-olsun, qondarma, saxta, xain və işğalçı sionizm dövlətinin dünyanın bu nöqtəsində möhkəmlənməsində israrlıdırlar. Çox işlər görmüşlər. Lakin bu quruluş açıq şəkildə onların qarşısında dayanmışdır. Onlar dünyanın bütün işlərinə, bütün dənizlərə, keçidlərə, bütün həssas boğazlara, o cümlədən Hürmüz boğazına müdaxilə etməkdə israrlıdırlar. Siz baxın, bütün bu həssas boğazlarda ABŞ-ın, sionizmin və digərlərinin maraqları var: onları öz əllərində saxlamaq istəyirlər.

Bu quruluş hegemonizmin istəkləri qarşısında dayanmışdır. Burada güclü quruluş, həvəskar xalq, gənc millət mövcuddur. Bu ölkədə gənclərin böyük əksəriyyəti din hakimiyyəti ilə, quruluşun başında olub, kiminsə nə topundan, nə gücündən, nə atom bombasından, nə də qeyzindən qorxan və sözlərini açıq şəkildə deyən şəxslərlədirlər. Bu, uzunmüddətli hegemonizm hərəkəti, bəlkə də 150 ildir dünyada istismarçılıqla məşğul olan, əli cinayət və qətllərə bulaşmış hegemonizm üçün ayıbdır. Məlumdur ki, bununla düşmən olacaqlar. Bu quruluşla düşmənçilik aydın bir məsələdir. İstəkləri də bu quruluşun müsbət cəhətlərini ondan almaqdır. İndi bu haqda söhbətin yeri deyil, bu, geniş mövzulardandır. Özünüz gedib təhlil etməli, nə etdiklərini görməli, məqsədlərini bilməli və hansı nöqtələr üzərinə barmaq qoyduqlarını bilməlisiniz.
İslam birlikləri - təsirli mərkəzlər

Bu məsələlərlə məşğul olmaq siz gənclərin, tələbələrin və tələbə təşkilatlarının işidir. Bu, çox əhəmiyyətlidir. Lakin mənim demək istədiyim budur ki, heç şübhəsiz, onların diqqət mərkəzində olan yerlərdən biri İran xalqında çox mömin, təsirli, bacarıqlı və parlaq mərkəzlər - yəni İslam birlikləri idi. Onlar süni ajiotaj yaradaraq bunları səhnədən çıxarmaq, yaxud fəaliyyətlərini azaltmaq istəyirdilər. Əlbəttə, o illər sizin yadınıza gəlmir. Bir dövrdə sizin, ətrafda bəzi sözlərini eşitdiyiniz bu adamların bir qrupu mərəkə salırdılar ki, birliklər nə deyirlər, hansısa idarədə İslam birliyi nə karədir, nə üçündür və sair. Onlar İslam birliklərinə qarşı çıxırdılar. Bəzi yerlərdə zəiflədə bildilər, bəzi yerlərdə də birliklərin içinə yol tapdılar.


Düşüncə və imanı gücləndirmək

Mənim əzizlərim! Demək istəyirəm ki, birliklərin bir hissəsi olan sizlər öz düşüncə və imanınızı gücləndirin. Bilin ki, özünüzün Allahla şəxsi əlaqənizi möhkəmlədə bilsəniz, şəffaflaşdırıb ona diqqət yetirsəniz, o zaman toxunulmaz qalarsınız, düşmən nə sizə, nə də ətraf mühitinizə hücüm edə bilməz. Bizim işlərimizdə mövcud nöqsanların çoxu əvvəldən bir nəfərin, iki nəfərin, üç nəfərin şəxsi səhvlərindən qaynaqlanır. Fərz edin, çox xırda və təhlükəli bir həşərat nar dənələrindən birinin içinə girir, onu içəridən çürüdür, sonra beləcə ətrafını xarab etməyə başlayır. Biz harada gördüksə, belə olmuşdu.

Mən bir neçə il bundan əvvəl İslam birliklərinin ümumi toplantısına göndərdiyim yazılı müraciətdə bu məqama toxundum, dedim ki, ehtiyatlı olun, dünyanın şirin və yağlısı sizi aldatmasın. Əgər ehtiyatlı olsaydılar və bundan sonra ehtiyatlı olsalar, fəsad yaranmaz.

Allahla əlaqənizi gücləndirin. Siz gəncsiniz, ürəkləriniz işıqlıdır. Siz paksınız, bacararsınız. Bu böyük məqsədləri həyata keçirməkdən ötrü öznüzdə maraq, güc, iman, həvəs, elm və peşəkarlıq yaratmalısınız. Fiziki sağlamlıq, düşüncə sağlamlığı, ruh və iman sağlamlığı siz gənclərin çiyni üzərində elə bir bina quracaq ki, dünyanın ən böyük gücləri də onun əzəmətini azalda, onunla mübarizə apara bilməyəcəklər.


Rəhbərin tələbləri

Allahdan kömək istəyin. Siyasi məsələlərdə ilahi formada və sədaqətlə rəftar edin, inqilabın həqiqi tələblərini öyrənin, görün inqilab bizdən nə istəyir. Müxtəlif tələb, istək və şüarlarda səhvlər böyük nöqsanlar əmələ gətirir. Mən sizə bunu deyirəm. Yalnız bir xidmətçi və zəif bir tələbə olan rəhbərin istəkləri - mənim öz məsuliyyətmdən irəli gələn tələb və istəklər öyrənilməlidir. Bunu siyasi dəstə, qrup və cinahların tələbləri ilə qarışdırmayın. Baxmaq lazımdır ki, biz nə istəyirik, məqsəd nədir. Bunlar çox əhəmiyyətlidir. Bunlar siz əziz gəncləri Allahın yolunda irəliyə aparacaq məsələlərdir.

Ümidvaram ki, müvəffəq və həzrət İmam Mehdinin (ə) diqqətində olasınız! Ümidvaram ki, inqilab üçün dəyərli və etimadlı ehtiyatlar olasınız! Allah sizin iş və fəaliyyətlərinizin sonunu ən yaxşı şəklə salsın, sizi İslamın və dövrün imamının həqiqi əsgərlərindən etsin!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 384,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə