Vilayət bağçası üçüncü cİld


Düşmən - problemlərin əsas amili



Yüklə 314,7 Kb.
səhifə13/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Düşmən - problemlərin əsas amili

Əlbəttə, düşmən də öz səyini göstərir. Bəziləri belə düşünürlər ki, bütün problemlər özümüzdəndir, sərhədlərin o tayını, düşmənin təbliğat şəbəkələrini, siyasi işləri, məkrli planları təsirsiz bilməliyik. Lakin mən belə düşünmürəm. Bəli, öz təqsirlərimiz, özümüzün, yəni daxili qüvvələrin nöqsanları şübhəsiz, mühümdür. Buna heç bir şübhə yoxdur. Lakin onları əsas amillərdən hesab edirəm. Mənim fikrimcə, düşmən çox aktivdir. Buna da diqqət yetirmək lazımdır.


İncəsənət istedadları

Sual: Hamımız bilirik ki, tələbənin təhsilə və təcrübəyə ehtiyacı var. Onun işində yıxılmaq və problemləri aradan qaldırmaq var. Lakin bizim kimi teatr və ümumiyyətlə, incəsənət tələbələrinin qarşısında bir sıra problem və maneələr mövcuddur. Bu təcrübə yolunda çox şeylərdən bəhrələnə bilmirik. Yanlış təhsil, müxtəlif üslublar, tələbə işlərinə dəyər verməmək, məşq yerinin, yaxud ssenarinin olmaması kimi imkansızlıqlar bu sahədəki problemlərdəndir. Öz mədəni səviyyəmizi yüksəltmək, yeni sözlər demək və yeniliklər yaratmaq üçün bizim də bəzi imkanlara ehtiyacımız var. Biz də təcrübə aparmalı, səhvə yol verməli və işimizi düzəltməliyik. Bilmək istəyirəm ki, bu problemləri aradan qaldırmaq barədə fikriniz nədir və hansı çıxış yollarını məsləhət görürsünüz?

Cavab: Mən incəsənət tələbələrinə kömək göstərmək üçün nə etmək lazım olduğu barədə düşünməmişəm. Mənim fikrim budur ki, incəsənət sahəsində, xüsusən də teatr sənətində bizim doğrudan da çox ehtiyaclarımız var. Bir tərəfdən də həqiqətən, çox yaxşı istedadlar mövcuddur. İstər aktyorluq, istər rejissorluq sahəsində çoxlu istedadlarımız var və hamısı da inqilab dövrünə aiddir, inqilabdan qabaqkı dövrə deyil. Mənim kinoteatrla yaxın əlaqəm yoxdur. Televiziyada yayımlanan, yaxud başqa filmləri vaxt tapanda görürəm. Gördüyüm həddə deyə bilərəm ki, inqilabdan sonrakı yaxşı aktyorlar iniqlabdan qabaqkılardan çoxdur. Baxmayaraq ki, o zamandan da çox yaxşı aktyorlarımız var. Lakin bunlar nisbətən, daha çoxdur. Bu, istedadı göstərir. Göstərir ki, bu mühit insanları yetişdirə bilir. Televiziyanın yayımladığı "Əshabi-Kəhf" serialının rejissorluğu çox çətindir. Bu, çox böyük işdir. Doğrudan da dünyanın məşhur filmləri ilə müqayisə ediləsidir. Bu bizim gördüyümüz adi seriallardan qat-qat yaxşıdır. Bu onu göstərir ki, bizim bu məharətimiz var. Əlbəttə, film təkcə aktyorluq və rejissorluq deyil, sözsüz ki, başqa amillər də var. Amma hər halda, bu sahədə çox yaxşı istedadlarımız var və onları yetişdirmək lazımdır.
İncəsənət müstəqilliyi

Sizin kimi yeni gənc nəsil düzgün etiqadlarla, düzgün dini baxışla tam surətdə bu işlərə qoşulmasa, istər kino, istər teatr sənəti ölkədə lazımi inkişafa nail ola bilməz. Nə qədər ki, bizim rejissorlarımız, yaxud ssenaristlərimiz bu şəxsiyyətlərin, sizin dilinizlə desək, personajların jest və hərəkətlərini Qərb filmləri formasında göstərməyə çalışır, biz bir yerə çatmayacağıq. Təəssüf ki, İslam və inqilab təfəkkürləri ilə çox tanış olmayan bu şəxslərin bəzi filmlərində bu təqlidçilik görünür. Mən bu sahədə fəaliyyət göstərən və dəfələrlə buraya gələn bəzi şəxslərə demişəm ki, duzsuz söz, ifadə və parodiyalar onlara məxsusdur. Biz müstəqil olmayınca, din və İslam rəngini, iranlı ənənəsini və mədəniyyətini işlərimizə daxil etməyincə uğur qazana bilməyəcəyik. Bu mənim fikrimdir.


İncəsənətə ehtiyac

Mən düşünürəm ki, imkanlar yaradılmalıdır. Əlbəttə, incəsənətə ehtiyac Tibb institutuna ehtiyac kimi ümumi deyil. Yəni hamı incəsənətə ehtiyaclı olduğunu duymur; həmçinin yaxşı rejissora və yaxşı aktyora. Əlbəttə, bu bizim problemimizdir. Yeni nəsil olan sizlər hələlik bir qədər səbirli olmalı, dözməlisiniz ki, inşallah, sonralar insanlar yavaş-yavaş tanış olsunlar, sizin kafedranızın və digər incəsənət kafedralarının vəziyyəti də yaxşılaşsın.


Sual: Çox kiçik və ciddi sualım var. Baxmayaraq ki, bu da razılaşdırılmayıb. Amma soruşmaq istərdim ki, sizin halınız necədir?

Cavab: Əgər sağlamlıq baxımından soruşursunuzsa, Allaha şükür olsun, yaxşıyam. Düzdür, bu ilin əvvəlində, iyun, iyul, avqust aylarında məndə, ürək xəstəliyi ehtimal edilən güclü bir zəiflik göründü və bir müddət bizi ciddə şəkildə işdən saxladı. Əlbəttə, bir yerdə yatmadım, lakin çıxış çətin olurdu. Ən pis hal həzrət imamın ildönümündə çıxış üçün onun məqbərəsinə gedəndə yarandı. O bir neçə dəqiqə mənim üçün çox çətin keçdi. Sonra həkimlər dedilər ki, işin çoxluğuna görədir, bir qədər azaldın, yaxşılaşacaqsınız. Mən də indiyədək belə etmişəm və işlərimi bir qədər azaltmışam. Allaha şükür olsun ki, indi halım yaxşıdır. Allah sizi müvəffəq eləsin!



1 Tehran Universitetindəki sual-cavab toplantısında söhbətlərdən: 12 may 1998.

2 Tehran universitetinin tələbələri ilə görüşdə çıxışı: 12 may 1998.

3 İmam Hüseyn (ə) universitetində çıxışı: 14 may 1998.

4 Ali-İmran/164.

5 Tövbə/108.

6 Cümə/2.

7 Cümə/3.

8 Cümə/3.

9 Cümə/5.

10 Cümə/5.

11 Bəqərə/61.

12 Cümə/2.

13 İsra/37.

14 İsra/37.

15 "Bihar əl-ənvar", c. 74, səh. 163.

16 Pedaqoji universitetin bir qrup tələbəsinin məzuniyyət tədbirində çıxışı: 3 sentyabr 1998.

17 Zariyat/56.

18 Pedaqoji universitetdə sual-cavab toplantısında söhbətlərdən: 3 sentyabr 1998.

19 Məşhəddə ölkə tələbələrindən bir qrupu ilə görüşdə çıxışı: 11 avqust 1998.

20 Fəqih rəhbərin universitetlərdəki nümayəndələri ilə görüşdə çıxışı: 9 sentyabr 1998.

21 Fəqih rəhbərin universitetlərdəki nümayəndəliyinin ozamankı rəhbəri.

22 Kövsər/3.

23 Tələbə nəşrlərinin rəhbərlərilə görüşdə çıxışı: 31 oktyabr 1998.

24 Tələbə hərəkatlarının üzvləri ilə görüşdə çıxışı: 8 dekabr 1998.

25 Saffat/24.

26 Bəsic üzvü olan tələbələrlə görüşdə çıxışı: 16 dekabr 1998.

27 İbrahim/24.

28 Tehran şəhərinin universitetlərinin müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışı: 14 yanvar 1999.

29 Yusuf/90.

30 Yusuf/3.

31 Yusuf/25.

32 Yusuf/31.

33 Yusuf/31.

34 Yusuf/33.

35 Ali-İmran/199.

36 Yusuf/90.

37 "Səhifeyi-Səccadiyyə", 40-cı dua.

38 Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısında çıxışı: 23 fevral 1999.

39 "Bihar əl-ənvar", c. 40, səh. 126.

40 "Kifayə əl-əsər", səh. 89.

41 Fatihə/5.

Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə