Vilayət bağçası üçüncü cİld


Müsəlman gənc və inqilab26



Yüklə 314,7 Kb.
səhifə8/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Müsəlman gənc və inqilab26

Bismillahir-Rəhmanir-Rəhim.


Çox xoş gəlmisiniz. Allah-Taaladan istəyirəm ki, sizin nurlu və pak qəlblərinizi Özünün mənəvi lütf və hidayətilə daha nurlu etsin! Allah-Taala gözəllik baxımından zahiri insani məsələlər arasında bəlkə də gənclik kimisini yaratmayıb.
Gənclikdən soruşmaq

İnsan həyatının maddi xüsusiyyətlərində həyat nemətindən sonra gənclik xüsusiyyəti böyük əhəmiyyətə malikdir. Buna görə hədislərimizdə təkrar-təkrar göstərilir ki, Allah-Taala qiyamət günü dörd suala cavab vermədən heç bir insanın bir addım belə atmasına izn verməyəcək. Onların biri gənclikdir: "Gəncliyi necə və harada keçirdin?"


Özünüislah

Gənclik adlı möhtəşəm enerji və güc mənbəyi ömrün bir hissəsində bütün insanlara verilir, hamı həyatın bu qızıl dövrünü yaşayır. Allah-Taala bu dövrü xoşbəxt həyata ehtiyat toplamaqdan ötrü ayırıb. Bu dövrü adladıqdan sonra insanda böyük işlərə iradə azalır; taqəti də azalır, insan əsaslı işlər görə bilmir, şəxsiyyətini düzəltmək və özünü islah etmək çətinləşir. Əlbəttə, Allah-Taala bəşərə böyük qüdrət vermiş, onun üçün heç nəyi qeyri-mümkün etməmişdir. Hər halda, hər kəs ömrünün sonuna qədər müxtəlif böyük işlər görə bilər. Amma gənclikdə belə işlərin daha rahat və asan olması mühüm bir məsələdir.


Tükənməz kapital

Dünya xalqlarının çoxu bu dövrdə ziyana uğrayırlar: tükənməz kapital olan gəncliyi xərcləyir, gələcəkləri üçün mühüm işlər görmürlər. Bəziləri qəflət, bəziləri şəhvət, bəziləri isə bir sıra faydalı işlər üzündən mənəvi və ruhi maraqlarına riayət etmədən onu xərcləyirlər.


İnqilabın ən böyük zəfəri

İnqilabın imam tərəfindən ən böyük zəfər adlandırılan məharəti maddiyyata bulaşmış, əxlaqi baxımdan bataqlıq içində olan dünyada pak, möhkəm və qərarlı gənclər yetişdirmək idi. Onlar ağıllı və ayıq şəkildə bəşəri səadət yolunu seçdilər.

Hələ tezdir. Hələ o qədər zaman ötməyib ki, insan bu ölkənin gənclərinin nurlu simalarını bütün parlaqlığı ilə görsün. Amma uzaqdan görürlər. Uzaqdan və coğrafi məsafələrdən bizim gənclərimizin parıltısı İslam dünyasında həvəs oyadıb. Adı müsəlman olan, amma İslamdan heç bir əsər-əlamət görünməyən ölkələrin qız və oğlanları İranı, iranlını və imamı görmədən bizim gənclərimizin saçdığı işıqla dəyişilmişlər.

Mənim özüm fəsad dolu Qərb mədəniyyətinin güclü təsiri altına düşmüş bir ərəb ölkəsində gördüm. Səksəninci illərin ortalarında baş tutan səfərimdə gördüm ki, qız və oğlanların geyim tərzi bizim hizbullahçı gənclərimiz kimidir. Halbuki onlar İrana gəlməmişdilər, televiziyalardan və bəzi xəbərlərdən iranlı gənci uzaqdan görmüş və onun təsiri altına düşmüşdülər.


Həqiqi gözəlliklər

İranlı gənc inqilab sayəsində həqiqi gözəllikləri özü üçün qorudu və daha da artırdı; məsələn, ayıqlığı, zirəkliyi, fəallığı, cəldliyi, qorxmazlığı və s. O, bir əsr və daha artıq müddətdə müxtəlif iqtisadi, siyasi yollarla və müstəmləkə vasitəsilə sırınan şeyləri özündən uzaqlaşdıra bildi. Yanlış mod və adətlər, öldürücü vərdişlər və olduqca zərərli üsullardan ibarət bu amillər əsl gözəllikləri kölgədə saxlamaqdan ötrü idi.


Müsəlman gəncin şəxsiyyəti

Bir zaman İslam dünyasında gənclər ictimai yerlərdə namaz qılmağa utanırdılar. İranlı gənc elə bir iş gördü ki, indi namaz vaxtı dünyanın ən izdihamlı aeroportlarında, fəsad və pozğunluq mərkəzlərində bir neçə hizbullahçı gənc azan deyirlər. Demirlər ki, qəza olmadan Tehrana çatıb namazımızı qılarıq, elə orada, aeroportda ilk vaxtda namaza qalxır və hamı bunu hörmətlə qarşılayır. Mən bunların bəzisini öz gözümlə də görmüşəm. Müsəlman gənc belə şəxsiyyət qazandı.


İnqilab iksiri

1982-83-cü illərə qədər tələbə, fəhlə və tacir gənclərin çoxu müqəddəs müdafiə üçün cəbhəyə gedir və şəhadətə qovuşurdular. Onların nurani simaları şəkillərdən görünür. Mən bir dəfə mədəni-ideoloji inqilab və universitetlər barədə söhbət düşərkən dostlara dedim ki, hizbullahçı şəhidlərin evlərinə gedin, deyin şəkil albomlarını sizə göstərsinlər. Onların 4-5 il qabaqkı şəkillərinə baxın. Mən özüm bəzilərində bu işi görmüşəm; qəribə simalar, müxtəlif saç düzümləri...

Bu gün din, təqva və mənəviyyat nümunəsi olan gənc həmin şəkildəkidir; 4-5 il qabaq saç düzümü, baxışı və modası azğın Qərb mədəniyyətini yamsılayan məqsədsiz bir gənc kimi idi, insani parıltılardan heç bir əlamət yox idi. Zəhmətlə olsa da, hər halda, baş tutan bu inqilab bəzi filizlərə, məsələn, misə vurulduqda onu qızıla çevirən bir iksir kimidir; misləri qızıl edir, filizləri dəyişdirir. İnqilab gənci belə idi.

Peyğəmbərimizin erkən İslam çağında gördüyü iş baş verdi. Müsəb ibn Ümeyr Ühüd döyüşündə şəhid olanda Peyğəmbər onun başı üzərinə gəldi və ağladı. Hədisdə və tarixdə belə göstərilir. O, səhabələrinə dedi ki, bu gənc müsəlman olmazdan əvvəl Məkkədə ən yaxşı, ən gözəl, ən bahalı paltarları geyinirdi. Cahiliyyət dəyərlərinə uyan, bütün fikri-zikri gözəl paltar geyinməkdən və cəlbedici görünməkdən ibarət bir gənc idi. İslam bu gənci dəyişdirib bir qəhrəmana və məqsədli insana çevirdi. Peyğəmbər Məkkədən Mədinəyə təşrif buyurmazdan uzun müddət öncə bu gənci yəsriblilərə (mədinəlilərə) Quran öyrətməyə göndərdi. Peyğəmbərin ətrafında yaşlılar da vardı, amma bu gənci göndərdi. O, yəsriblilərin Quran müəllimi oldu və Ühüd döyüşündə şəhid edildi. İsti qumlar üzərinə düşmüşdü. Peyğəmbər dayanıb onun pak cəsədinə baxdı və ağlamağa başladı.


Dəyərlərin inqilabı

İnqilab budur. Dəyərlər inqilabı budur: bir gənc üçün mühüm olanları dəyişdirir. Bir gənc üçün mühüm olan bu idi ki, filan ətri vursun, filan növ ayaqqabı geyinsin, saçını filan tərzdə bəzəsin və bir saat, iki saat filan xiyabanda yol yerisin. Nə ölkənin abadlığını və tərəqqisini düşünürdü, nə yoxsulların qarnını doyurmağı, nə ölkənin vəziyyətini bir qədər yaxşılaşdırmağı, nə də öz qəlbini islah etməyi və ya bir qədər işıqlandırmağı. O, maddi məsələlərə qərq olmuşdu. Bunun zirvə nöqtəsi də, məsələn, cinsi işlərdə, yaxud yeməkdə şəhvətpərəstlik idi.

Mənim əzizlərim! Gənclik belə keçirdi. İnqilab onu dəyişdirdi. Sanki qiymətli bir cəvahirat bir qrup nadan uşağın əlinə düşür, küçədə onunla oynayırlar. Sonra birisi gəlib ona qiymət qoyur və öz yerində işlədir. Gənclik keçmiş rejimin əlində qiymətli cəvahirat kimi idi. O zamanın siyasətçilərinin marağında deyildi ki, gənclər düşünsünlər, bir şey anlasınlar, həqiqət yolunda, Allah yolunda və özlərini islah etmək üçün çalışsınlar. Bu onlar üçün başağrısı idi. Buna görə də, Qərb mədəniyyətini kor-koranə şəkildə yamsılayaraq gənclərin fəsada üz tutmalarına yaxşı yanaşırdılar.
Hegemonizmin ən böyük fəthi

İnqilab bu cəvahiratı gənclərə tanıtdırdı. Məcburi müdafiə dövrü də gənclərin vücudunda bu parlaq gövhərin cilvələnməsinə meydan açdı. Allaha şükür olsun ki, bu, müharibədən sonra da davam etmişdir. Mən sizi əmin edirəm ki, düşmən bu məqamı hədəf seçib. Əgər gəncləri nurlandırmaq və gəncliyi uca dəyərlərə sərf etməyin əhəmiyyətinə yönəltmək inqilabın ən böyük zəfəridirsə, hegemonizmin ən böyük zəfəri və əks-hücumu da onu gənclərdən almaqdır. Gəncləri yenə də fəsada, aludəliyə, yanlış düşüncəyə, arxasında heç bir həqiqət dayanmayan puç və əbəs fəlsəfəpərdazlığa qurşatsın. Onlar gəncləri yalnız danışmağa, mübahisə etməyə, heç bir xeyir götürmədən vaxt ötürməyə sövq edir, həqiqətdən, həyatdan, inqilab amallarından, xalqın və inqilabın gözləntilərindən uzaqlaşdırmağa çalışırlar. Hegemonizm bunu bacarmayacaq. Amma əgər bacarsa, heç şübhəsiz, ölkəmizdə çox olan pak qəlblərin və güclü iradələrin düşmənə qalib gəlməsinə imkan verməyəcəklər. Bəzilərini əxlaqi aludəliklərə, bəzilərini zehni şübhələrə düçar edəcək, bəzilərini depressiya və ümidsizliyə uğradacaq, hər kəsi bir yolla məhv edəcək. Onlar inqilabın ərsəyə gətirdiyi bu fəal gənc nəsli səhnədən çıxarmaq istəyirlər.


Tələbə Bəsicinin mahiyyəti

Siz tələbə və mömin gənclər! Tələbə Bəsicinin üzvləri! Mən dəfələrlə demişəm. O müraciətdə də dedim ki, Tələbə Bəsici gənc tələbə nəslinin mömin və inqilabçı hərəkəti deməkdir. Bu gün müharibə olmadığına görə bu Bəsic və səfərbərlik də hərbi mahiyyət daşımır.


İnqilabın davam etdirilməsi və gücləndirilməsi

İnqilab yolunu davam etdirmək, inqilab düşüncəsini, bu böyük və uca təfəkkürü gücləndirmək üçün səfərbər olun. İnqilabın fəlsəfəsi möhkəm bir fikir binasıdır. Bu fikir binası o qədər möhkəmdir ki, dünyanın ən böyük güclərinin müdafiə etdiyi rejimi dağıdıb alt-üst etdi və yeni bir quruluş yaratdı. Elə bir iş gördü ki, dünyada həmin dağıdılmış rejimə bənzəyən rejimlərin hamısı qorxudan əsməyə başladılar. Məhz buna görə, bu gün də “inqilabın ixracının qarşısını alın” deyirlər. Deyirlər ki, biz inqilabın ixracından çox qorxuruq.

Bu nə deməkdir? Yəni İslamın, Allahın və Quranın bu möhkəm, güclü və dərin köklü fəlsəfəsi, bu fəlsəfənin dağıtdığı rejimlə çoxlu ortaq cəhətləri olanları lərzəyə gətirir. Bu, belə bir şeydir.
Səmərəli ağac

Bunu yaxşı dərk edin, özünüzdə və digərlərində ona inamı gücləndirin, bilin ki, bu ölkənin və bu əsrin gələcəyi İslama və Qurana məxsusdur. Düşmənlər bir neçə ildir əziyyətə düşürlər. Onlar elə bilməsinlər ki, bu inqilabın əl-qolunu bağlaya biləcəklər. Xeyr, belə deyil. Bu, çox səmərəli bünövrə və səmərəli ağacdır: “Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir”.27

Mən siz əziz gəncləri, oğlan və qızları sevirəm. Siz tələbələr bu məsələlər üzərində fikirləşin. Allaha şükür olsun ki, bu imkanınız var. Dostların çəkdiyi bu zəhmətin, cənab Misbahın - bu dəyərli şəxsiyyət dövrümüzün həqiqətən, fəxrlərindən və Allahın bizim xalqımıza, hövzələrimizə və gənclərimizə verdiyi nemətlərdəndir - rəhbərliyi və təlimi altında görülən bu işlərin qədrini bilin, özünüzdə bu fikirləri dərinləşdirin, Allahla əlaqələrinizi günbəgün gücləndirin, dini qaynaqlara diqqət yetirin, düşünün, işləyin. Allah da kömək edəcək.

Mənim əzizlərim! Bu ölkənin gələcəyi sizin çiyninizdədir. Həlledici amil siz olacaqsınız, dayanmadan təbliğat aparan və öz xam xəyalı ilə buranı istədiyi kimi görmək istəyən ABŞ, hegemonizm və Qərb mədəniyyəti yox. Onlar keçmişdə səhvə yol verib bu xalqı tanımadıqları və möhkəm zərbə aldıqları kimi, bu zaman və bu mərhələdə də xalqı tanımırlar. Yenə səhvə yol verirlər və inşallah, yenə də bu xalqın möhkəm zərbəsini görəcəklər.

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə