VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   11   12   13   14   15   16   17   18   19

 

24

məna kamilliyi və digər amillər bu dilin dərin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu, 



Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan  ədəbi dilinin belə bir bünövrəsi üzərində 

yüksəlmişlər. 

XVI  əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə  əlamətdardır. Səfəvilər dövlətinin 

yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda   

işlədilməyə   başlandı. Səfəvilər dövründə 

[61-62]


 Azərbaycan dili sarayda və orduda tam hakim mövqe 

tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd 

Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. 

Əgər  şifahi  şer dili Qurbaninin əsərlərində  əks olunmuşdusa, xalq şeri dilinin yazılı qolu Şah  İsmayıl 

Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi 

olduğu qədər də xəlqi idi. 

XVII  əsrin xalq şerində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə tə-

siri  şəklində özünü göstərir.  Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu 

dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. 

XVIII   əsrdə Azərbaycan  ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi 

üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır. 

XIX  əsr  ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından 

bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması  və  nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən 

fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə 

[62-63]

 yanaşı, 



Rusiyanın  Şimali Azərbaycanda oynadığı  mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də 

inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və 

dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub 

saxlamağın  ən  əsas yolunu məktəblərdə  tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan 

dilinə aid dərslik və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında 

o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə  Şəfi Vazeh, Seyid Əzim  Şirvani, Aleksey 

Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsüzadə, Rəşid bəy Əfəndiyev, Sultan Qənizadə,   

Məmmədtağı Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, A.Şaiq və başqalarının xidmətlərini qeyd etmək 

lazımdır. 

Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, 

onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-

azərbaycanca, azərbaycanca - rusca lüğətlər, təcrübi - tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən 

başlayaraq, Azərbaycan  ədəbi dilinin normalarının müəyyənləşməsində  nəzəri dilçilik ideyaları  təzahür 

edir. Bu baxımdan M.F.Axundovun ədəbi dil haqqında milli ədəbiy- 

[63-64]

 yatın realist məzmununa 



uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. 

Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi 

dilin ilk nümunələrinə  də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. «Əkinçi»dən başlayaraq 

yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır. 

XX üuzillik isə Azərbaycan ədibi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil 

məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana 

dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxabatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs 

quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. 

Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəy-

yənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları «Molla Nəsrəddin» 

vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi 

dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. 

Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə C.Məmmədquluzadə, Mirzə 

Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi söz ustaları Azərbaycan dilinin 

[64-65]

 

saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar. 



Azərbaycan  ədibi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır.  Ərəb 

əlifbasını daha uyğun bir əlifba ilə  əvəz etmək məqsədi ilə 1921-ci ildə  Əlifba Komitəsi yaradıldı  və 

həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra   isə  

yeni   əlifbaya  keçildi. 1926-cı ildə Bakıda I Beynəlxalq türkoloji qurultay çağırıldı. Bu türk dünyası 

üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər 

Azərbaycanının dilçilik sahəsindəki elmi-potensialına verilən qiymət kimi səciyyələndirmək olar. 

Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni 

maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə 

qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyasına   



 

25

məruz   qaldı. 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan 



yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən 

15 il ərzində xalqın yazı  mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə  dəydi. Buna baxmayaraq, 

Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər 

[65-66]


 ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və 

bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir. 

1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun ya-

ranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətlə inkişaf 

dövrü yaşamışdır. Həmin dövrdə  ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Məmmədağa  Şirəliyev, 

Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə,  Əliheydər Orucov, Səlim Cəfərov,  Əlövsət Abdullayev, 

Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Dərin qürur və  fərəh hissi ilə 

demək olar ki, Azərbaycan dilçilərinin gərgin əməyi sayəsində Dilçiliyin bütün sahələrində səmərəli işlər 

görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində  dəyərli tədqiqatlar aparılmışdır. 

Keçmiş sovet məkanında, eləcə  də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli 

mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütövlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl 

inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, 

üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır. 

[66-67]


 

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə  qəbul olun-

muş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Hər hansı bir dilin dövlət dili 

statusu alması,  şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. 

Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə  Səfəvilər hakimiyyəti dövründə dövlət dili 

səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində  həminə  ənənə uzun müddət qırılmışdır. 

Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş  tətbiq 

olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün 

qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan 

vermədi. 

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitutusiyada ümumiy-

yətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, 

daha doğrusu, Azərbaycanın 1937-ci ildə  qəbul edilmiş Konstitutusiyasında da belə bir maddə yox idi. 

Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan 

dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrkü rəhbərliyinin mövcud 

siyasi vəziyyəti lazı- 

[67-68]

 mınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib 



işi uğursuzluğa düçar etdi. 

Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə  qəbul edilən 

Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. O, 

həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. 

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilini daha da 

inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı 

rəhbərliyinin səriştəsizliyi nəticəsində xalqın iradəsinə zidd olaraq dövlət dilinin adı qeyri-qanuni şəkildə 

dəyişdirildi və  məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin 

dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsi nəzərdə 

tutulan anti-konstitusion qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman 

Milli Məclisdə cəmi 26 nəfərin lehinə  səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa 

Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı  dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali 

qanunvericilik üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi qanunvericilik 

qayda- 


[68-69]

 larına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz 

bir qərar qəbul edilmişdir. 

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha 

doğrusu, dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni 

Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi 

forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə  sərbəst, demokratik şəraitdə  hərtərəfli 

müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabr ayının 12-də referendium yolu ilə öz mövqeyini 

nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar 

olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, 

cəmiyyətdəki mövqeləri tam bərpa edildi. 

İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, 

zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl  əlifbası, yüksək səviyyəli yazı formaları vardır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə