VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   2   3   4   5   6   7   8   9   ...   19

 

5

BİR NEÇƏ SÖZ 

 

         Azərbaycan Dövlət Dil Komissiyasının üzvü, filologiya elmlər doktoru, prof. Vilayət 



Əliyevin həcmcə kiçik, lakin mahiyyətcə dəyərli və böyük əhəmiyyət kəsb edən bu əsərini xoş niyyətlə 

yazılan işlərin davamı kimi, özü də problemə yeni aspektdən yanaşma kimi qiymətləndiririk. Möhtərəm 

prezidentimizin anadan olmasının 80 illiyinə həsr olunmuş bu kitabda Heydər Əliyevin fəaliyyətinin çox 

önəmli bir istiqaməti - onun 1969-cu ildən apardığı dil siyasəti elmi, fəlsəfi, ictimai və tarixi səviyyədə

şirin və oxunaqlı bir dildə  təhlil olunur. Bizə elə  gəlir ki, möhtərəm prezidentimiz Heydər  Əliyevin 

fəaliyyətinin bütün istiqamətləri geniş oxucu kütlələrinə məhz bu istiqamətdə çatdırılmalı, onun gördüyü 

işlərin mahiyyəti açılmalı, bu ideyaların reallaşması üçün ziyalılar, gənclər səfərbər edilməlidirlər. 

        Möhtərəm prezidentimizi sağlam düşüncə ilə dinləyən, onun dediklərini anlayan, verdiyi 

fərman və  sərəncamları başa düşən hər bir azərbaycanlı bilir ki, Heydər  Əliyev Azərbaycan dövlətinin 

rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdəcə bütün aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir 

respublikanın növbəti başçısı yox, milli lideridir. Və Heydər  Əliyevin məhz milli lider olaraq 

fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70-ci illərdə sürətlə yüksəl- 

[3-4] 

məsi 


idi. Həmin yüksəliş 80-ci illərdə də davam etdi. Müasir Azərbaycan dövlətçiliyinin banisinin 90-cı illərdə 

- müstəqillik dövründə dövlət dilinin yüksəlişi sayəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir. Biz 

xüsusilə «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi» barədəki tarixi fərmanı nəzərdə tuturuq. Etiraf 

etmək lazımdır ki, Azərbaycan dilinin tarixində hələ ona (Azərbaycan dilinə) bu səviyyədə qiymət verən 

ikinci bir rəsmi sənəd olmamışdır. Eyni zamanda Azərbaycan dilinin tarixi əsasları heç bir elmi mənbədə 

bu qədər aydın  şəkildə verilməmiş, onun müasir vəziyyəti barədə bu qədər mükəmməl təsəvvür 

yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli bir şəkildə bəhs edilməmişdir.

 

         Vilayət  Əliyev tədqiqatın istiqamətini düzgün müəyyənləşdirmiş, Heydər  Əliyevin dil 



siyasətinin mahiyyətini açmaq üçün üç cəhətə xüsusi diqqət yetirmişdir: Azərbaycan dili haqqında ümumi 

düşüncələrini söyləmiş, dilimizin inkişafında söz sərrafları  və tarixi şəxsiyyətlərin roluna toxunduqdan 

sonra möhtərəm prezidentimizin dil siyasətinin mahiyyətini şərh etmiş, Heydər Əliyevin bu sahədə uğurlu 

fəaliyyətini işıqlandırmışdır. 

         Maraqlıdır ki, kitabda Heydər Əliyevin Azərbaycan dili ilə bağlı irəli sürdüyü nəzəri fikirlərlə 

yanaşı, Azərbaycan dilinin təbliğ olunmasında onun əvəzsiz xidmətləri maraqlı faktlarla çatdırılmışdır. 

[4-5]

 

        Kitabda Azərbaycan Respublikası prezidentinin Azərbaycan dilinin təbliği və inkişafı ilə bağlı 



imzaladığı tarixi fərman, qanun və  sərəncamların hamısının «Qaynaqlar» adı altında verilməsi çox 

yaxşıdır. 

         Əminik ki, Heydər  Əliyevin dil siyasətini öyrənənlər və onu təbliğ edənlər üçün bu kitab 

faydalı olacaqdır.

 [5-6]

 

Redaktordan 




 

6

 



 

AZƏRBAYCAN DİLİ HAQQINDA 

ÜMUMİ DÜŞÜNCƏLƏR 

 

                                                                          «Dilimiz çox zəngin və  



                                                                           ahəngdar dildir, dərin  

                                                                           tarixi köklərə malikdir» 

                                                                                                  H.Əliyev 

 

Azərbaycan dili qədim və  zəngin tarixə,  ənənəyə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik



leksik və qrammatik sistemə, çoxcəhətli və  əhatəli üslublara malikdir. Bu dil bizə  məlum olan konkret 

ərazidə - Böyük Azərbaycanda eramızın ilk əsrlərində  oğuz-səlcuq dilləri zəminində formalaşmış, 

məhəlli-qəbilə, tayfa səviyyəsindən 50 milyondan çox azərbaycanlı türkünün istifadə etdiyi müasir, 

ümummilli dil səviyyəsinə yüksəlmişdir. Müasir dünyanın xəritəsinə  nəzər salsaq, görürük ki, 

Azərbaycan dilinin yayılma arealı XX əsrdə çox genişlənmişdir. Xüsusilə sovet ittifaqı dağıldıqdan sonra 

bu proses daha da sürətlənmişdir. Azərbaycan dilini yaşadan xalqımızın çoxu Azərbaycan 

Respublikasında (8,5 milyon) və Cənubi Azərbaycanda (30-35 milyon), 20-25 milyonu isə Rusiyada, Orta 

Asiya Respublikalarında, Amerikada, Avstraliyada, Türkiyədə və Qərbi Avropa ölkələrində yaşayır. 

Azərbaycan xalqı və onun dilinin mənşəyi ilə bağlı son yüzilliklərdə elmi ədəbiyyatda ziddiyyətli, 

subyektiv fikirlər səslənmiş, saxta, qeyri-elmi tezislər yayılmışdır.

 [6-7]

 

          Müasir  Azərbaycanşünaslıq elmi, Azərbaycan Respublikasının prezidenti H.ƏIiyev və bu elmi 



yaradıb inkişaf etdirən sağlam düşüncəli alimlər anti-Azərbaycan fikirlərinin çürük, əsassız olduğunu 

sübut etmişlər. «Dədə Qorqud» dastanının 1300 illik yubileyinin keçirilməsi bədxahlarımıza layiqli cavab 

oldu. 

Akad. V.Vinaqradov emosiyalardan çıxış edən bədxah alimlərə cavab olaraq hələ XX əsrin 50-ci 



illərində belə cavab vermişdir ki, «Etiraf etmək iazımdır ki, Azərbaycan xalqı  və dilinin mənşəyi 

haqqında «Midiya nəzəriyyəsi»ndə dəqiqlik, aydınlıq yoxdur. Bu nəzəriyyədə bir-birindən fərqli olan iki 

anlayış qarışdırılır... Müasir Azərbaycan dilinin türk dillərinə  mənsub olduğu aydın və  aşkardır» 

(B.Bинarpaдов и Б.Cepeбpeнников. «0 состоянии и задачах советского языкознания», 



 Изв.АH CCCP, Oтделение литературы и языка, т. ХIII, №4, M., 1954, c.321).  

       


 Şair Oqtay Rza demişkən: 

  «Bir bulaqdır - çirkab, ləkə götürməz o, 

  Çilçıraqdır — ziyasmı itirməz o; 

  Yaşıl bağdır-tikan, qanqal bitirməz o. 

  Nitqim, nidam, həzin sədam, zilim mənim, 

  Azərbaycan türkcəsidir dilim mənim! 

 

  Şirinliyi ovsunlayıb çox milləti,  



  Misilsizdir musiqisi, şeriyyəti;        

  Əzəl gündən sevir haqqı, hürriyyəti. 

  Keşiyində durub xalqım, elim mənim,  

  Azərbaycan türkcəsidir dilim mənim!

 [7-8]

 

 



  Rübabdırsa - qırılmayan min simi var,  

  Kitabdırsa - möcüzəsi, tilsimi var;  

  Nə qədər ki, Həsənoğlu, Nəsimi var,  

  Ola bilməz yad nəfəsə meylim mənim,  

  Azərbaycan türkcəsidir dilim mənim!» 

 

         Bu  bir  həqiqətdir ki, Azərbaycan dili uzun əsrlik formalaşma dövründə siyasi, dini, mədəni mü-



nasibətdə olduğu xalqların dillərindən bəhrələndiyi kimi, ayrı-ayrı  mərhələlərdə  ərəb, fars, rus, ləzgi, 

avar, kürd, erməni, talış və b. dillərə də önəmli təsir göstərmişdir. 

M.Y.Lermantov vaxtilə yazırdı: «Azərbaycan dili burada (Qafqazda - V.Ə.), ümumilikdə Asiyada 

fransız dilinin Avropada oynadığı rol qədər zəruri bir dildir». 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə