VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   2   3   4   5   6   7   8   9   ...   19

 

11

Azərbaycan mədəniyyəti tarixində  tək-tək ziyalı tapmaq olar ki, o, mütəfəkkir alim, böyük 



drammaturq, dil məsələlərində alovlu və prinsipial mübariz M.F.Axundov qədər  əlifba problemini ön 

plana çəkmiş olsun. Onun fikrincə, dil və yazı mədəni yüksəliş üçün çox mühüm və əvəzsiz bir vasitədir. 

Böyük dramaturq öz yaradıcılığında  şer, dram, nəsr dilinə, terminalogiyanın məsələlərinə toxunmuş, 

Azərbaycan dilinin orfoqrafiya və orfoepiyası üçün dəyərli fikirlər söyləmiş, yazıda aydınlığı, dəqiqliyi 

təmin etməkdə durğu işarələrinin vacibliyini elmi şəkildə şərh etmişdir. Bir sıra durğu işarələrinin - sual 

/?/, mötərizə /( )/, dırnaq /«»/, qoşa nöqtə /:/, üç nöqtə /.../, nida /!/ işarələrini yeni əlifbaya - latın qrafikalı 

əlifbaya ilk gətirən məhz o olmuşdur. Cəhalətin hökm sürdüyü və dilçilik elminin inkişaf etmədiyi XIX 

əsrdə M.F.Axundov ürək ağrısı ilə yazırdı:  «Bizim gələcək övladlarımız bu ideyanı  hə - 

[18-19]

  yata 



keçirməyi,  şübhəsiz, məmləkətin hər cür tənzimat və  tədbirlərindən qabaq və üstün sayacaqlar. 

Övladlarımız və gələcək nəsil görəcəklər ki, müasirlərimiz nə qədər şüursuz olmuşlar və minlərlə təəssüf 

edəcəklər. Bizim ideyamızı  həyata keçirəcək, qəbrimizin üstündə abidə qoyacaqlar. O zaman mənim 

arzum yerinə yetəcək və mən indidən rahat ola bilərəm. Hərçənd mən o sevincli və könül açan epoxaya 

qədər yaşayacağam» (Klassiklərimiz dil və yazı haqqında, B., 1981, s.37-38). 

Həyatda qəribə  işlər olur. Onun ideyalarının və arzularının həyata keçməsində bir neçə  dəfə  mə-

qam yaransa da, uğursuz olmuş. M.F.Axundovun arzu və istəkləri, ideyaları neçə illər sonra XXI əsrin 

əvvəllərində  həyata keçirən müstəqil Azərbaycan Respublikası  və onun prezidenti H.ƏIiyev oldu. 

Fikrimizin təsdiqi üçün 1997-ci ilə qayıdaq. 30 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X Qurultayı 

keçirilirdi. H.ƏIiyev qurultayda «Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın sərvətidir və 

intellektual mülkiyyətimizdir» mövzusunda geniş  və  dərin məzmunlu bir nitq söyləmişdir. Nitqinin bir 

hissəsi Azərbaycan xalqının yazı  mədəniyyətinə, XIX-XX əsrlərdə bu sahədə gedən proseslərdən

M.F.Axundovun tarixi, özü də əvəzsiz xidmətlərindən, onun uzaqgörənliyindən söz açır. H.ƏIiyevin bu 

istiqamətdə düşüncələrini olduğu kimi bir daha xatırlatmaq çox vacibdir. O, üzünü qurultay 

nümayəndələrinə tutaraq deyirdi: «Biz indi latın  əlifbasına keçirik. Görür- 

[19-20]


  sünüz ki, keçmək də 

çətindir. Bu barədə qərar qəbul edilərkən nə qədər müzakirələr gedirdi. Kimi deyirdi keçək, kimi deyirdi 

keçməyək. Hətta bəziləri deyirdi ki, gəlin ərəb əlifbasına qayıdaq. Xatirinizdədir, 1990-91-ci illərdə belə 

söhbətlər gedirdi. Qərar qəbul olunub, ancaq biz latın əlifbasına keçə bilmirik. Mən göstəriş vermişəm və 

bütün dövlət sənədləri latın əlifbası ilə yazılır. Ancaq onları başqa yerlərə göndərəndə çoxları oxumaqda 

çətinlik çəkirlər. Nə üçün belə olubdur? 

Bu təbiidir, çünki bir əlifbadan başqasına keçmək asan deyil. Mənim xatirimdədir, 1939-cu ildə 

latın  əlifbasından kiril əlifbasına keçəndə  nə  qədər böyük çətinliklər yarandı. Bilmirəm, burada 

oturanların bəlkə  də bir çoxu onu xatırlamır, amma mənim xatirimdədir. Bəli, mən orta məktəbi 

Azərbaycan dilində latın əlifbası ilə bitirmişəm, indi də bu həm təbii, həm də çətin prosesdir. Amma biz 

bu yolu keçəcəyik Ancaq baxın, keçən  əsrin, XIX əsrin ortalarında M.F.Axundov Azərbaycanda latın 

əlifbasını tətbiq etməyə çalışıbdır. Onun bu barədə fəaliyyəti məlumdur. Mən onun bir neçə məktubuna 

baxdım, arxivdəki məktublarının bəziləri ilə tanış oldum. Bunu keçmişdə  də deyirdim. Amma bu son 

zamanlar mən onu xatırladım, hafizəmdə bir daha t-zələdim. O, nə qədər uzaqgörən bir insan imiş! Çünki 

latın əlifbasını təbliğ etmək istəmişdir. 

Xatirinizdədir ki, o,  Tbilisidən İstambula getmiş, iki ay çalışmış, hətta ona orada bir orden də 

[20-


21]

  vermişdilər. Amma latın  əlifbası  qəbul etməmişdilər. Bu gün də demək lazımdır ki, məhz Sovet 



hakimiyyəti dövründə o vaxtkı insanlar 1926-cı ildə Azərbaycanda latın əlifbasının tətbiq edilməsinə nail 

oldular. Lakin ondan təxminən 10-11 il sonra latın  əlifbasını bizim əlimizdən aldılar. Indi biz 

M.F.Axundovun XIX əsrin ortalarındakı arzularını, niyyətlərini həyata keçiririk. Amma ümidvaram ki, 

bunu əlimizdən daha heç kim ala bilməyəcəkdir. Çünki biz artıq müstəqil bir dövlətik və müstəqilliyimiz 

də daimidir, əbədidir» (H.ƏIiyev. Ədəbiyyatın yüksək borcu və amalı, B., «Ozan», 1999, s.421-422). 

Mənəvi dəyərlərimizdən, xalqımızın ictimai-siyasi, sosial problemlərindən söhbət gedərkən 

N.Nərimanov kimi tarixi bir şəxsiyyətin xidmətlərini mütləq qeyd etmək lazımdır. XX əsrin əvvəllərində 

N.Nərimanov yazıçı, müəllim, həkim, ictimai xadim, dövlət rəhbəri kimi mənəvi dəyərlərimizin qorunub 

saxlanması, xalqımızın maariflənməsi üçün dəyərli işlər görmüşdür. Bunlardan ən önəmlisi onun 

Azərbaycan dili ilə bağlı söylədiyi fikirlər və gördüyü işlərdir. Bu təbii bir haldır.  İctimai-siyasi 

məsələlərlə  məşğul olan şəxs üçün dil müstəsna rola malikdir. Çünki dil sadəcə olaraq adi ünsiyyət 

vasitəsi deyil, prof. Ə.Dəmirçizadənin dediyi kimi: «Dil - müəllimin aləti, təlim və tədris vasitəsi olduğu 



kimi, yazıçının da bədii məhsul vasitəsidir; dövlət xadiminin isə ictimai anlaşma vasitəsi və mübarizə 

silahıdır» (Yenə orada, s.39). 

[21-22]


 

          N.Nərimanov dil haqqında düşüncəsini, ana dilinin fəlsəfəsini hələ 1906-cı ildə «Həyat qəzetində»  

(

№181)  şairanə tərzdə  belə  ifadə etmişdir: «Ana dili... Nə qədər rəfiq, nə qədir ali hissiyatı qəlbiylə 



oyandıran bir kəlmə! Nə  qədər möhtərəm, müqəddəs, nə  qədər  əzimli bir qüvvə! Ana dili! Bir dil ki, 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə