VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   2   3   4   5   6   7   8   9   ...   19

 

12

mehriban  bir  vücud öz məhəbbətini, şəfqəti madəranəsini sənə o dildə bəyan edibdir; bir dil ki, sən daha 



beşikdə ikən, bir laylay şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhən  ən  dərin  guşələrində   nəqş 

bağışlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsə, cisim və 

ruhun möhtac olduğu muradı o dildə tələb eyləyibsən... Bir dil ki, ibtida o dildə yaxşı-yaman bilibsən...». 

N.Nərimanov yazılarında  ən çox ədəbi dil, ədəbi dil və  şivə,  ədəbi dilin lüğət tərkibi, fonetika

qrammatika, yazı, əlifba və durğu işarələri məsələlərinə toxunub faydalı fikirlər söyləmişdir.

 [22-23] 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

13

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 

 

«Mənim iiçün hər şeydən üstün 

mənim milli mənliyimdir. Milli  

                                                                                                                    mənliyim məni həmişə biitiin  

                                                                                     vəziyyətlərdən çıxarıb” 

H.Əliyev 

 

Dilimizin inkiaşafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə 



yetirilməsində H.ƏIiyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin 

hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın 

hegemon dövlətlərinin və  ən yüksək beynəlxalq cəmiyyətlərin və  təşkilatların kürsülərində  səslənməsi 

bilavasitə hörmətli prezidentimiz H.Əiiyevin adı ilə bağlıdır. Bu iş H.ƏIiyevin həyat amalında, 

fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dilinin keşiyində durmaq H.ƏIiyevin məqsədyönlü 

fəaliyyətinə çevrilmişdir. Bu çox çətin bir işdir. Bunun üçün vacib olan bir sıra şərtlər tələb olunur: ana 

dilini və onun incəliklərini yaxşı bilmək, elmin bütün sahələrinə dair qeyri-adi məlumata malik olmaq, 

milli mədəniyyətimizi dərindən bilmək və onun carçısına çevrilmək, milli dil və onun problemlərini 

dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir 

çətinliklərdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan 

[23-24]

 insanlarla, xüsusilə sadə insanlarla 



yaxından bağlılıq. 

H.ƏIiyev və Azərbaycan dili! Bu iki ad XX əsrin 60-cı iliərindən həmişə qoşa çəkilmişdir. Çünki 

H.ƏIiyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan - 1969-cu ildən bu günə kimi Azərbaycan dilinə 

təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən 

yayındırmamışdır. Bunun isbatı üçün bir neçə il öncəyə qayıdaq. Tarixi bir faktı xatırlamaq kifayətdir. 

Respublikamızda baş verən məlum dəyişiklikdən sonra - Xalq Cəbhəsi hakimiyyətə  gəldikdən sonra 

Azərbaycan dilinə müxtəlif münasibətlər özünü biruzə verdi. Hətta Milli Məclis səviyyəsində 

«Azərbaycan dili» terminindən imtina etdilər. Azərbaycan dili «türk dili» adlandırıldı. Orta məktəb 

dərslikləri «Türk dili» adı ilə nəşr olundu. Bu, xalq arasında narazılıqla qarşılandı. Ona görə də, H.ƏIiyev 

hakimiyyətə  gələn kimi işin, vəziyyətin çətin və  gərgin olmasına baxmayaraq, bu məsələni bir neçə ay 

alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin - geniş mənada xalqın müzakirəsinə verdi. 

1995-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikası EA-da «Azərbaycan dilinin müzakirəsinə 

həsr olunmuş müşavirə»də 4 fikir səslənirdi: 

1.  Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. 

2.  Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir (Azərbaycan türkcəsidir).

 [24-


25]

 

3.  Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir). 



4.  Azərbaycan  Respublikasının dövlət dili türk dilidir. 

H.ƏIiyev bu müzakirələrin hamısında yaxından iştirak etdi və özünün münasibətini, müşahidələ-

rini çox yığcam şəkildə belə ümumiləşdirdi:   

1.  «Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşı- 



mamalıdır. 

2.   Ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir. 

3.   Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir». 

H.ƏIiyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə «Azərbaycan dili, onun 

saflığı  və qorunmasını» ayrıca bir tezis kimi irəli sürmüş  və dil mütəxəssislərinə özünün nəzəri 

göstərişlərini vermişdir. 

Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini iki istiqamətdə qurmuşdur: 

1.  Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizə və göstərişlər; 

2.  Azərbaycan  dilinin  əməli   olaraq  tətbiqi   ilə bağlı özünün nümunəvi nitqləri. 

Hamı etiraf edir ki, H.ƏIiyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz 

birləşmələrindən məqamında istifadə edir, onlara bəzən yaradıcılıqla yanaşır, öz nitqini auditoriyaya və 

seçdiyi mövzuya görə qurur, dil fakt- 

[25-26]

 larından, vurğu və intonasiyadan məharətlə istifadə edir. 



H.ƏIiyev bütün sahələrdə, o cümlədən ana dilimizin inkişafında, təbliğində özü örnək olmuş, 

N.Nərimanovun bu sahədəki əvəzsiz fəaliyyətini davam etdirmişdir. H.ƏIiyevə qədər Azərbaycan dilini 

elmi əsaslarla, əyani təbliğ edən ikinci şəxs təsəvvür etmək çox çətindir. O hər bir auditoriyanın dilini, 

səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini bu istiqamətdə qurur. Hələ ruslaşdırma siyasətinin güclü 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə