VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 

14

olduğu 60-80-ci illərdə belə, Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək onun həyat amalı 



olmuşdur. 

H.ƏIiyev Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsə-

lələrə çox ciddi yanaşır, bütün bunları elmi faktlarla əsaslandırır. H.ƏIiyevin Azərbaycan dili ilə bağlı 

dilçilik görüşləri çoxcəhətlidir. Onun çıxışlarında yeri gəldikcə dil siyasəti, dil quruculuğu, dil 

mədəniyyəti, yazı  və  əlifba, üslublar və sair yaxşı, özü də yerli-yerində  əsaslandırılır. O, Azərbaycan 

dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşır. Bunu onun alimlərlə, 

yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat adamları ilə 

söhbətlərində duyuruq. 

H.ƏIiyevin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Konstitusiyasında təsbit olunmuşdur. 

Möhtərəm prezidentimiz H.ƏIiyev elə bir ciddi toplantı yoxdur ki, orada dilimiz, milli mənliyimiz, milli 

sərvətimiz, tariximiz, mədəniyyətimiz və s. 

[26-27]


 haqqında söz açmasın. Xüsusilə gənclərlə görüşlərdə 

bu məsələlər ön plana çəkilir, çox dərin və məzmunlu mətləblər açılır, vətəndaş qayğıkeşliyi ilə bu fikirlər 

təbliğ olunur, insanların beyninə həkk edilir. 

Onun işlətdiyi sözlər, ifadələr, cümlələr, söz və cümlələrin sıralanması, söz və ifadənin təkrarlan-

ması, bir mətləbə təkrar-təkrar qayıtması, sözə və ifadəyə xüsusi məna verməsi, qarşıdakı insanların fikri 

qavramalarına  əmin olması,  ən çətin fikirləri və  mənaları çox sadə, adi sözlərlə çatdırması H.ƏIiyev 

cənablarının başlıca silahıdır. Bu mənada o, ən məşhur natiqləri belə heyran qoyur. Bunun isbatı üçün 

Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda Azərbaycan Respublikasının Prezidenti 

H.ƏIiyevin nitqindən («Xalq» qəzeti, 6 fevral 1996-cı il) bəzi seçmələr xatırlatmaq kifayətdir:  «... 

Azərbaycan torpağında ən qədim zamanlardan indiyə kimi müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr 

edirik və  fəxr edə bilərik Azərbaycanlılıq hissiyatını  gənclərdə yaratmaq lazımdır. Azərbaycanı sevmək 

azərbaycanlılıq hissiyyatını özündə cəm etmək deməkdir. Indi Müstəqil Azərbaycan Re-publikası məlum 

olan Azərbaycanın hüdudları çərçivəsindədir. Keçmiş dövrlərdə, keçmiş əsrlərdə Azərbaycan dövlətləri 

daha da geniş  ərazidə olmuşlar.  İndi bizim Azərbaycandan savayı dünyanın çox ölkələrində 

azərbaycanlılar yaşayır. Amerika qitəsində də, Avropa qitəsində də, Asiya qitəsində  də azərbaycanlılar 

yaşayır. Onlar da 

[27-28]


  azərbaycanlıdırlar, onlarda da azərbaycanlılıq hissləri yaşamalıdır. Onlar 

özlərini azərbaycanlı kimi hiss etməlidirlər, onlar da Azərbaycanla bağlı olmalıdırlar...». 

Yaxud: «Məni bu gün formda sevindirən cəhətlərindən biri də o oldu ki, çıxış edən bütün gənclər 



çox sərbəst, səlis Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il öncə bunu görmək mümkün 

deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf 

edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylər 

göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər  İttifaqının tərkibində idik. 

Sovetlər Ittifaqının ümumi dili - rus dili hakim dil idi və o vaxt gəncləri, onların valideynlərinin çoxu öz 

övladlarını rus dilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil almaq üçün, Azərbaycandan 

kənara çıxmaq üçün o dildə təhsil almaq lazım idi və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı bizim 

Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də açıq demək lazımdır, biz 

müstəqil dövlət deyildik, ümumi bir dövlətin dilı ilə çoxları danışırdı. Ona görə  də  bəzi adamlarda

təəssüf ki, öz dilinə düzgün münasibət çatmırdı. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında 

gənclərin çoxu, Azərbaycan dilində danışmaq istəyən də  səlis, cazibədar danışmırdı. Amma bu gün 

burada çıxış edənlər məni heyran etdilər, bizim dilimizin zənginliyini 

[28-29]


  bu gün Azərbaycanda 

hakim dil olmasını nümayiş etdirdilər». 

Diqqət yetirin, görün Heydər Əliyev cənabları dilimiz haqqındakı nəzəri fikirlərini necə aydın, sadə 

şəkildə minlərlə gəncə çatdırır. Yenə də onun həmin forumdakı nitqindən başqa bir seçmə: 

«Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis 

dilini də, fransız dilini, ərəb, fars dillərini də  mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya 

ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən 

gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan 

dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu 

dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. 

Xatirimdədir, 70-ci illərdə  mən bir neçə  dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli 

məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc 

Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya 

bilməz, C.Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, 

tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi 

bilməyəcək, milli mədəni ənənələrimizi bil- 

[29-30]


 məyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, 

onda milli vətənpərvərlik duyğuları olmayacaqdır (alqışlar)». 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə