VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 

15

Burada onun nitqində ardıcıllıqla səslənən sözlərə, adlara, tələblərə diqqət yetirməmək mümkün 



deyil: Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, C.Məmmədquluzadə, «ana dilini bilməyən - oxuya bilməz», 

«bilməyən olmayacaq» kimi qarşılanan ifadələr çox-çox mətləblərdən, qeyrətdən xəbər verir, səbəb-

nəticə bir-birini məntiqi cəhətdən tamamlayır. 

H.ƏIiyev nitqində dilçilik, fəlsəfi və  mənəvi məsələlərlə bağlı düşüncələrini bir qədər də ge-

nişləndirir, bir maqnit kimi gəncləri özünün söz dünyasına çəkib aparır. Burada nələr açılmır: siyasətlə 

dil, siyasətlə mənəviyyat, siyasətlə mədəniyyət, siyasətlə tarix və daha nələr, nələr...! 



Yenə həmin nitqdən bir seçmə: 

«Mən arzu edirəm ki, Azərbaycan gənci  Şekspiri ingilis dilində oxusun, Nizamini, Füzulini, Nə-

simini isə Azərbaycan dilində oxusun (sürətli alqışlar). Ümüdvaram ki, bu gün məndə bu ümidlər daha da 

çoxaldı, bizim gənclərimiz bundan sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan 

dilimizi mənimsəyəcək və bunlar hamısı  hər biri gənc Azərbaycan övladında yüksək vətənpərvərlik 

hissləri yaradacaqdır. 

Dil barəsində danışarkən, mədəniyyət, milli ənənələr haqqında danışarkən eyni zamanda mən onu 

qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün 

[30-31]


 

dillərdən sərbəst istifadə olunur, olunmalıdır və  gələcəkdə  də istifadə olunacaqdır. Azərbaycan 

Azərbaycanda yaşayan bütün millətlərin doğma vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı 

deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik». 

Bu kiçik mətində  işlənən fəlsəfi və  mənəvi ifadələrə diqqət yetirin: azərbaycanlılıq hissiyatı, 

Azərbaycanı sevmək, azərbaycanlılıq hissiyatını özündə  cəm etmək, azərbaycanlı hissləri yaşamalı, 

azərbaycanlı kimi hiss etmək, Azərbaycanla bağlı olmaq, sərbəst və  səlist Azərbaycan dili, hakim dil, 

ümumi dil, Sovetlər İttifaqının dili, rus dilli məktəblər, geniş təhsil almaq, Azərbaycandan kənara çıxmaq, 

ümumi bir dövlətin dili, öz dilinə düzgün münasibət, cazibədar danışmaq, Azərbaycanda hakim dil 

olmasını nümayiş etdirmək, dili mənimsəsin, öyrənsin, bu tövsiyəni verirəm, bu dili ana dili kimi 

duymaq, vətənpərvərlik hissi yaratmaq, dili bilmək, dili sevmək, dilini sevməyən və bilməyən  şəxs öz 

tarixini bilə bilməz, ana dilini bilməyən Füzulini oxuya bilməz, mədəni köklərimiz, milli-mədəni 

köklərimiz, milli-mədəni ənənələrimiz, milli vətənpərvərlik duyğuları, hissiyatı, azərbaycanlı gənc və s. 

Bütün bunlar H.ƏIiyevin nitqində xüsusi məna yükü daşıyır, onun nitqini məzmunlu, dolğun, 

əhatəli edir, cəzbedici olmasını şərtləndirir. 

H.ƏIiyev sözün semantikasına xüsusi əhəmiyyət verir, dilçilik baxımından məqbul sayılan qay-

dalara əməl edir. Onun hər bir sözə yanaşması 

[31-32]

 göstərir ki, o sözə söz xatirinə deyil, konkret mə-



nanı çatdırmaq vasitəsi kimi baxır və qiymətləndirir. H.ƏIiyev «YAP-ın Gənclər Birliyi nümayən-

dələrinin Umumrespublika toplantısında» söylədiyi nitqdə («Xalq» qəzeti, 22 fevral 1998-ci il) belə bir 

cümlə var: 

«Mən bir daha bəyan edirəm, demokratiya bizim üçün söz deyil, əməli işdir». 

Bu cümlə H.ƏIiyevin Azərbaycan siyasəti, Azərbaycan xalqı, Azərbaycan dili və Azərbacan 

diplomatiyası haqqındakı fikirlərini çox gözəl ifadə etmişdir. 

H.ƏIiyev qədər sözün qiymətini dərk edən ikinci bir adam təsəvvürə  gətirmək çox çətindir. 

H.ƏIiyev məhz sözün qüdrəti ilə öz ideyalarını, arzu və istəklərini, nifrətini və  məhəbbətini milyonlara 

çatdırır. Bu böyük şəxsiyyətin nitqində sözlər, cümlələr, vurğu və intonasiya qeyri-adi səslənir. 

Kimliyindən asılı olmadan auditoriyada H.ƏIiyevin məntiqi, nitqi qarşısından özünü unudur, nəzərdə 

tutulan axına qoşulur. 

Mart və Lənkəran hadisələri dövründə H.ƏIiyevin televiziya ilə bir müraciəti milyonları ovsunladı, 

böyüklü-kiçikli, qadınlı-kişili, sayı-hesabı olmayan insanları gecə prezident binasının qarşısına topladı. 

Bunu maqnitin metalı öz ətrafına çəkməsinə bənzətmək olar. 

H.ƏIiyev Azərbaycan dilini məişət səviyyəsindən daha geniş arenaya çıxartdı. Azərbaycanda və 

onun hüdudlarından kənarda rəsmi görüşlərdə, BMT, Avropa Şurası kimi çox mötəbər məc- 

[32-33]


 

lislərdə Azərbaycan dili onun nitqində öz əzəməti ilə səslənir. Səsləndikcə də zənginləşir. Bu dildə təkcə 

adi məişət söhbətləri getmir, çox mürəkkəb siyasi, hərbi, fəlsəfi, elmi mühakimələr yürüdülür. Bu dilə 

yeni sözlər, ifadələr gətirilir. 

H.ƏIiyevin çıxışlarında məzmun, forma, səslənmə, intonasiya, vurğu, dinləyicinin psixoloji anını 

tutmaq, auditoriyanı lazımi axına yönəltmək, sözünü demək üçün zəruri məqamı müəyyənləşdirmək və 

istifadə etmək qabiliyyəti çox üstündür. Onun 12-15 avqust 2002-ci il tarixində Naxçıvanda etdiyi 

çıxışlarda yadda qalan məqamlar olduqca çoxdur. Avqustun 12-də Naxçıvan Ali Məclisinin iclas 

salonunda Respublika MEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə keçmiş 

müəllimi, prezident təqaüdçüsü,  Əməkdar müəllim, filologiya elmlər namizədi Lətif Hüseynzadəyə 




 

16

müraciətində yuxarıda qeyd etdiyimiz məqamların parlaq nümunəsini görürük. Həmin müraciətdən iki 



məqam: 

«Lətif müəllim özü bir tarixdir. Naxçıvan Pedaqoji Texnikumunda mənə  üç  il  Azərbaycan dili və 

ədəbiyyat dərsi keçmiş, Azərbaycan dilinin qrammatikasını öyrədibdir.  İndi məndən bəziləri təəccüblə 

soruşur ki, axı  təhsilinizi rus dilində almısınız, işlədiyiniz yerlər elə idi ki, orada danışıqlar da, yazı-

pozular da, hər  şey rus dilində gediblər. Azərbaycan dilini, mənim özümün bunu deməyin yaxşı deyil, 

amma belə deyirlər - haradan belə yaxşı bilirsiniz, yaxşı danışırsınız? Əlbəttə, bu 

[33-34]


 sualları mənə 

verəndə bir tərəfdən təəccüb edirəm, digər tərəfdən də  təəccüb etmirəm».  («Azərbaycan» qəzeti, 15 

avqust 2002-ci il). 



«Hər bir azərbaycanlı birinci növbədə öz dilini bilməlidir. Ondan sonra başqa dilləri bilməlidir. 

Mən bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, indi biz müstəqil dövlətik və bizim vətəndaşlarımız, 

xüsusən gənclərimiz başqa dilləri öyrənməlidirlər. Amma birinci növbədə öz dilini, yəni Azərbaycan 

dilini, bizim doğma dilimizi bilməli, sevməlidirlər. Doğma dilimizdə həm danışmalı, həm oxumalı, həm də 

yazmalıdırlar. Ondan sonra rus dili də, ingilis dili də, fransız dili də, başqa dillər də lazıımdır». 

(«Azərbaycan» qəzeti, 15 avqust 2002-ci il). 

H.ƏIiyevin ayrı-ayrı nitqində dil haqqında söylədiyi düşüncələri onun Azərbaycan dilinin 

inkişafındakı rolunu, mövqeyini bir daha qabarıq  şəkildə göstərir, dilimizin inkişaf istiqamətlərini 

müəyyənləşdirir: 

... «Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədə-



niyyəti səviyyəsində qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyyəti 

nəticəsində mümkün olur». 

... «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətldir». 

... «Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir».

[34-35]


 

...«Ana dilini bllməmək, ana dilini qiymətləndirməmək,  şübhəsiz kl, xalq qarşısında böyük 

qəbahətdir». 

... «Öz ana dilini bilməyən adamlar şikəst adamlardır». 

... «Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir». 

...«Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün 

mürəkkəb proseslərinə baxmayaraq, türk dilini (Azərbaycan dilinl - B.Ə.), ana dilini yaşatmasındadır, 

onu yüüksəklərə qaldıırmasmdan ibarətdir». 

... «Cəlil Məmmədquluzadənin ən dəyərli cəhətlərindən birl də Azərbaycan xalqının dilinin inkişafı 

üçün göstərdiyi xidmətlərdir». 

 

Bütün bunları oxuduqdan, təhlil etdikdən sonra H.ƏIiyevin parlaq, əzəmətli və görkəmli siması, 



təsirli və  cəlbedici səsi, nüfuzedici nitqi gözlərimiz önündə canlanır. Çünki H.ƏIiyev bütün sahələrdə 

olduğu kimi, dil məsələlərində də çox həssas və tələbkardır. Onun əsas silahı - söz, səs, lazımi jestlərdən 

istifadə qabiliyəti, soyuqqanlılıq, hadisələlə vaxtında müdaxilə etmək, inandırmaq, psixoloji təsir, faktlara 

əsalanmaq, manevr etmək bacarığı, ovsunlamaq, inandırmaq, auditoriyanı səfərbər etmək, güclü yaddaş, 

fikri canlandırmaq tərzi, əks tərəfi dinləmək qabiliyyəti, auditoriyanı lazımi istiqamaətə yönəltmək, nitqi 

situasiyaya uyğun qurmaq, qarşı  tərəfin nitqindəki  əsas mə-.

[35-36]

 qamları ani tutmaq və reaksiya 



vermək, auditoriyanı inandırmaq və nitqini o istiqamətdə qurmaq, özünü auditoriyaya tam hazırlamaq, 

əks tərəfdən aldığı faktdan bacarıqla istifadə etmək, auditoriyanı hazırlamaq və s.-dir. 

H.ƏIiyevin nitqinin gözəlliyi, dəyəri,  əhəmiyyəti ondadır ki, o, öz nitqində  aşağıdakı  məqamları 

ustalıqla birləşdirir: 

İnformasiya - məntiq - dil elementləri - emosiya - tələffüz ahəngi. Nitqində elə bir informasiya 

çevrəsi yaradıri ki, dinləyici özü də hiss etmədən bu çevrəyə düşür. H.ƏIiyevi güclü müşahidə etmə 

qabiliyyətinə malikdir. «Söz döyüşü»ndə ona qalib gəlmək mümkün deyil, o reallığı düzgün 

qiymətləndirir və vaxtında böyük ustalıqla çatdırır. H.ƏIiyevin nitqi aydın mərhələlərdən təşkil olunur: 

giriş - analitik təhlil - xatırlatma - mətləbə qayıtma - ümumişlək sözlərlə idiomatik ifadələrin bir-birini 

tamamlaması - canlı danışıq dili elementlərinə müraciət - uğurlu nəticə. 

H.Əİiyevin ayrı-ayrı nitqlərindən gətirdiyimiz bu sətirlər neçə-neçə dilçilik əsərlərinin mövzusu 

olub, öz müdrüklüyü, dəyəri ilə diqqəti cəlb edir. 

[36-37] 

 

 



 

 

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə