VilayəT ƏLİyev heydəR ƏLİyeviN


HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

17

 



HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ 

 

 

«Hər bir Azərbaycan vətəndaşı, 



 hər bir azərbaycanh öz ana dili 

ni - Azərbaycan dilini, dövlət 

      dilini bilməlidir». 

 

H.Əliyev 



 

H.ƏIiyevin Azərbaycan dilinin qorunması  və inkişafı istiqamətində gördüyü ən böyük xidmət 

dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə son bir neçə ildə 

Azərbaycan dili və  əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı hörmətli prezidentimiz H.ƏIiyev 

cənablarının imzaladığı tarixi fərman və  sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin 

görülməsinə imkan yaratmışdır. 

18 iyun 2001 -ci il! Bu, Azərbaycan xalqının tarixində əlamətdar bir gün kimi qalacaqdır. Məhz bu 

tarixdə H.ƏIiyev cənabları «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» müstəsna dəyəri 

olan bir fərmana qol çəkdi. Ondan bir neçə gün sonra - 4 iyul 2001-ci il tarixdə «Azərbaycan 

Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 

avqust 2001 -ci il tarixdə «Azərbaycan  əlifbası  və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» 

fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, 

onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi. 

[37-38]


 

         H.ƏIiyev verdiyi fərmanın reallaşması istiqamətində ciddi işlər gördü. Hər şeydən əvvəl, aidiyyatı 

olan insanlara anlatdı ki, Azərbaycan dili, sadəcə olaraq bir ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. 

Hər bir azərbaycanlı anlamalıdır ki, ulu babalarımızın, aqillərimizin bizə yadigar qoyduqları bu dil 

tarixdir, mənəviyyatdır, Azərbaycan xalqının varlığı  və Azərbaycan adlı müstəqil dövlətin  əsas 

simvoludur. Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə  qədər ki, bu bayraq 

Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan var, Azərbaycan xalqı yaşayır. Azərbaycan xalqı bu 

gün dünyanın  əksər qitələrində yaşayır, onların sayı 50 milyonu aşır. Azərbaycan dili tarixən çox 

mürəkkəb bir regionda, müxtəlif sistemli dillər mühitində formalaşmış və inkişaf etmişdir. 

H.ƏIiyev Azərbaycanda rəhbər vəzifələrdə işlədiyi illərdə Azərbaycan dilinə çox böyük qayğı ilə 

yanaşmış, onun keşiyində dayanmışdır. Xüsusilə, Müstəqil Azərbaycan Respublikasının prezidenti 

seçildiyi andan Azərbaycan dilinə qayğını daha da artırmışdır. Prezidentin Azərbaycan dili haqqında 

yuxarıda qeyd etdiyimiz məlum fərman və sərəncamı geniş xalq kütləsi, ziyalılar, alimlər, gənclər, təhsil 

və  mətbuat işçiləri minnətdarlıqla qarşıladılar. Fərmanda Azərbaycan dilinin, xalqımızın, dövlətimizin 

varlığı və müstəqilliyi sadə və anlaşıqlı bir dildə şərh olunur, Azərbaycan dövlət dilinin tətbiqi və inkişafı 

ilə bağlı olaraq qarşıda duran vəzifələr göstərilir. Fərmanda ən önəmli 

[38-39]


 cəhət odur ki, hörmətli H. 

Əliyev cənabları Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısını artırmış, Azərbaycan 

dilinin öyrənilməsi, aparılan elmi araşdırmaların fəallaşdırılması Azərbaycan dilinin cəmiyyətdə  tətbiq 

dairəsinin genişləndirilməsinə səbəb olmuş. Bu işə nəzarəti gücləndirilmək məqsədilə 9 maddədən ibarət 

qərar verilmişdir. 

H.ƏIiyevin böyüklüyü ondadır ki, o, dediyi sözü axıra çatdırır, verdiyi qərarların reallaşmasına həm 

şərait yaradır, həm də ciddi nəzarət edir. Azərbaycan dili ilə bağlı verdiyi fərman onun gündəlik iş planına 

daxildir. H.ƏIiyev Azərbaycan dilinə qayğını və onun qorunmasını Azərbaycan dövlətinin aparıcı siyasi-

ideoloji vəzifəsi, milli-tarixi marağı kimi qiymətləndirir. Müstəqil Azərbaycanda dövlətçiliyin 

qorunmasında Azərbaycan dilinin hakim dil kimi qorunub möhkəmlənməsində, daha da inkişaf 

etdirilməsində, əcnəbi dillərin, xüsusilə ingilis və rus dillərinin ünsiyyətdə rəqabət apardığı bir zamanda 

dilimizə qayğını onun qədər düzgün qiymətləndirib qoruyan və lazımi tədbirlər görən ikinci bir şəxs 

yoxdur. H.ƏIiyev özünün məlum tarixi fərmanını verərkən  əsas məqsədi iki istiqamətə yönəltmişdir: 

Azərbaycan dilinin dövlət dili kimi qorunub möhkəmlənməsi və inkişaf etdirilməsi. 

Fərmandan keçən dövr ərzində elə bir tədbir olmayıb ki, o, Azərbaycan dilinin problemləri ilə 

maraqlanmasın, özünün yeni-yeni tövsiyələrini söyləməsin. Dünya Azərbaycanlılarının I qu- 

[39-40]

 

rultayını hamımız yaxşı xatırlayırıq. Dünya Azərbaycanlılarının Bakıya toplaşan nümayəndələrinə onun 



söylədiyi ən dəyərli tövsiyə soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, milli dəyərlərimizi və 

dilimizi qorumaq oldu. O, çox böyük həyəcanla həmvətənlərimizə görün necə də mənalı müraciət edir: 



«Əziz həmvətənlər! 


 

18

Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti 



onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. 

Müstəqil Azərbaycan dövlətinin  əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli 

mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədə-

niyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında 

bizim qəbul etdiyimiz geniş  qərar məhz bu məqsədi daşıyır Biz Azərbaycanın latın  əlifbasına keçməsi 

haqqında qərar qəbul etdik İndi Azərbaycanda hamı, bütün dövlət orqanları latın  əlifbasından istifadə 

edir. Bu da bizim milliliyim-zi, azərbaycançılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra 

da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik 

Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz 

həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dilimiz həyatımızda geniş yer 

[40-41]


 ala 

bilməmişdir. Amma buna baxmayaraq, hərbir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox 

da olsa öz xidmətini göstərmişdir. Xüsusən bizim yazıcılarımız,  ədəbiyyatçılarımız,  şairlərimiz o ağır 

dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə 

deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər 

zəngin, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz 

eht-yatına malikdir. 

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsni 

təmin edəcəyik Ancaq eyni zamanda arzu edirik ki, hansı qitə, hansı ölkədə yaşamasından asılı 

olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə 

etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin. 

Xalqları dil qədər, milli-mənəvi  ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yox-

dur. Biz bu vasitədən daim istifadə etməliyik Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona 

görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-

birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-

ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramları  qeyd et- 

[41-42]


  sinlər. Təkcə 

müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd e-sinlər. Azərbaycan 

dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək 

edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da 

yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar». 

H.ƏIiyev cənablarının Azərbaycan dilinin inkişafında xidmətlərindən danışarkən onun yazı  mə-

dəniyyətimiz,  əlifba islahatı  və türk dünyasının birləşdirilməsi sahəsində gördüyü tarixi xidmətlərini 

xüsusi qeyd etmək lazımdır. Ölkə prezidentinin 9 avqust 2001-ci il tarixdə imzaladığı «Azərbaycan 

əlifbası  və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərmanı irəliyə atılmış yeni və tarixi bir 

addım idi. XIX-XX əsrlərdə  dəfələrlə iatın qrafikalı  əlifbaya keçmək üçün səylər olsa da, real nəticəsi 

olmamışdır. Latın qrafikalı əlifbaya keçmək ideyası türk dünyasında xüsusi bir mərhələdir. Bu ideyanın 

yaranması, reallaşması, tətbiqi Azərbaycanla, onun görkəmli  şəxsiyyətlərindən sayılan M.F.Axundov, 

H.B.Zərdabi, C.Məmmədquluzadə, S.M.Qənizadə, N.Nərimanov, Ü.Hacıbəyov, B.Çobanzadə, 

Ə.Hüseynzadə, S.Ağamalıoğlu və b. ilə bağlı olmuşdur. Milli ruhlu bu ziyalılar Azərbaycan xalqının 

tərəqqisi, maarifə, elmə yiyələnməsi yolunda latın qrafikalı əlifbanın tarixi rolunu dərk etmişlər. O dövrün 

reallığı bu ideyanın həyata keçməsinə həmişə mane ol- 

[42-43]

 muş, sədd çəkmişdir. 1926-cı ildə Bakı 



şəhərində keçirilən I Türkoloji qurultay türkdilli ölkələrdə latın qrafikalı  əlifbaya keçməyi tövsiyə etdi. 

Qurultayın tövsiyəsini ilk reallaşdıran ölkə Azərbaycan oldu. Lakin 30-cu illərin repressiyası Azərbaycan 

xalqına çox böyük zərbələr vurdu. Bunlardan biri də latın qrafikalı  əlifbanı  ləğv etməsi idi. Sovet 

strategiyasının  şovinist siyasəti nəticəsində doğma  əlifbamız kiril qrafikalı  əlifba ilə  dəyişdirildi. 

Üzərindən neçə onilliklər keçdi, tarix öz ədalətli hökmünü verdi - Sovet İttifaqı dağıldı, Azərbaycan 

Müstəqil Respublikaya çevrildi, H.ƏIiyev kimi dünya şöhrətli siyasətçi, qəlbində türkçülük, 

azərbaycançılıq məşəli yanan dahi bir lider Azərbaycan dövlətinə yenidən rəhbərlik etdi. Möhtərəm 

prezidentimiz H.ƏIiyev  şəxsi nüfuzundan istifadə edərək Azərbaycan xalqını  və onun dilinin adını 

əbədiləşdirdi. Azərbayçan dilinin tətbiqi işinin təkmilləşdirilməsi və latın qrafikalı  əlifbaya keçmək 

haqqında dəyərli, tarixi fərman imzaladı. Bu fərman Azərbaycan dilinin tətbiqi və latın qrafikalı əlifbanın 

geniş işlədilməsi üçün dövlətin təminatı idi. 

H.ƏIiyevin uzaqgörənliyi, məsələnin vaxtında həllinə  qərar verməsi təkcə Azərbaycanda deyil

ümumiyyətlə, bütün Türk dünyasında sevinclə qarşılandı. Möhtərəm prezidentimiz H.Əiiyev Türkiyədə 

«2001 -ci ilin müdrik dövlət adamı» seçildi. Türk dünyasında türkçülük ideyasının mübariz təbliğatçısı, 

Azərbaycanda gedən prosesləri yaxından izləyən Qazax yazıçısı Oljas Suleymenov 

[43-44]


 

respublikamızda dil sahəsində başlanmış bu inkişafı belə qiymətləndirmişdir: 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə