Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
57 
57 
57 
sənət  nümunəsidir,  ona  baxmayanlar  çox  şeyi  itirmiş  olurlar. 
Yuxarıdakı  fikirlərim  isə,  yalnız  "Dolu"  filminə  aid  deyil, 
bəlkə  də  bundan  sonra  çəkiləcək  ekran  əsərlərinə  -  bədii  və 
televiziya nümunələrinə, sseriallara, hətta yaranacaq ədəbiyyat 
nümunələrinə daha çox aiddir. 
Kiçik  bir  yazıda  ―Dolu‖  filminin  yaxşı  tərəflərini 
sadalasaydıq, yəqin bir neçə qəzet səhifəsi həcmində material 
alınardı: tutalım, quruluşçu rejissorun estetik tapıntılarını, baş 
operatorun  əla  işini,  bəstəkarın  yazdığı  uğurlu  kino-
musiqisini, aktyor oyununu xatırlaya bilərəm.   
Bu  barədə  isə  ayrıca  bir  yazımda  qənatələrimi  bölüşmək 
fikrindəyəm... 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
58 
58 
 
Ədəbi tənqid, yoxsa “ədəbsiz” tərif?!. 
 
 
Tarixini  görkəmli  mütəfəkkiriz  M.F.Axundovun  ədəbi  təhlil  
və  məktublarıyla  başlayan  Avropatipli  peşəkar  milli  ədəbi 
tənqidimizin  bugünkü  acınacaqlı  durumu  göz  qabağındadır: 
vaxtilə 
çağdaş 
söz 
sənətimizin 
formalaşmasında, 
istiqamətləndirilməsində,  zənginləşdirilməsində  -  estetik-
kulturoloji  dəyər  qazanmasında  xüsusi  rolu,  önəmli  çəkisi 
olan bu analitik-intellektual, yaradıcı-elmi düşüncə sahəsi, söz 
yox  ki,  indi  öz  böhran  mərhələsindədir.  SSRİ  dağılandan 
sonra ədəbi tənqid deyil, onun hər zaman öz diqtəsi  - basqısı 
altında  saxladığı  ədəbiyyatçılar  bədii  düşüncəmizdə  xüsusi 
mövqe əldə etməyə çalışdılar. Bunun nəticəsi olaraq get-gedə 
səviyyəsi  aşırı dərəcədə enən poeziyamızın, bədii və  sənədli 
nəsrimizin,  filoloji-poetik,  elmi-sətri  tərcümə  sənətimizin 
zəifləməsini  gördük,  milli  dramaturgiya,  kinossenaristika, 
publisistika və nisbətən cavan söz sənəti istiqamətləri sayılan 
digər janrlardan heç danışmağa dəyməz.  
Çağdaş  ədəbi-tənqidi  yazılar  altında  oxuculara  sırınan 
materiallarda  analitik  təhlil,  söz  sənəti  haqqında  intellektual-
estetik  fikirdən  başqa  hər  şey  oxumaq  olar.  Haqlı  olaraq 
oxucularımız  ədəbi  tənqidi  daha  çox  ―ədəbsiz  tərif‖  sayırlar: 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
59 
59 
59 
əsl  həqiqətdə  də  çoxsaylı  yazılara  belə  ―qiymət‖  vermək 
mümkündür.  Ən  maraqlı  cəhət  isə  odur  ki,  tənqidçilər  bir 
ortabab yazıçı, ya da şair haqqında nəsə tənqidi bir fikir yazan 
kimi  bu  müəlliflər,  az  qala,  ədəbiyyat  qəhrəmanına  çevrilir, 
bir  qədər  sonra  elə  o  yazanlar  tərəfindən  günümüzün  söz 
sənətkarı səviyyəsinə qaldırılır. 
XX əsrin sonu və müstəqilliyimizi ikinci dəfə bərpa edəndən 
bu  yana  milli  ədəbi  tənqidimizdə  çoxsaylı  peşəkar,  eləcə  də 
başqa  filoloji  sahələrdən  ―gəlmiş‖  ədəbi  tənqidçilərdən  haqq 
dünyasında  olan  Kamal  Talıbzadə,  Əziz  Mirəhmədov,  Bəkir 
Nəbiyev,  Yaşar  Qarayev,  Şamil  Salmanov,  Akif  Hüseynov, 
Qulu  Xəlilov,  Şamil  Qurbanov,  Asif  Əfəndiyev  (Ata),  eləcə 
də  Tofiq  Hacıyev,    Elçin,  Nizami  Cəfərov,  Nizaməddin 
Şəmsizadə,  Kamal  Abdulla,  Vaqif  Yusifli,  Arif  Əmrahoğlu, 
Şirindil Alışanov, Tehran Əlişanoğlu,  Rüstəm Kamal, Rahid 
Ulusel, Cavanşir Yusifli, Aydın Talıbzadə, Azər Turan, Əsəd 
Cahangir, Bəsti Əlibəyli, Elnarə Akimova, Nərgiz Cabbarova, 
İradə  Musayeva,  Elnarə  Tofiqqızı,  Qan  Turalı,  daha  başqa 
məhsuldar  imzaların  böyük  əksəriyyəti  ədəbi  həyatda  sanki 
unudulmağa  başlanılıb  və  onların  iti  qələmi,  cəsarətli 
mülahizələri, estetik-elmi qənaətlərinə həm yazıçılarımız, həm 
də oxucularımız darıxmağa başlayıb... 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
60 
60 
Bu  sintetik  filoloji-mədəni  sahəyə  aid  bir  yazımda 
vurğulayırdıq  ki,  öhdəsinə  çoxistiqamətli  mürəkkəb  vəzifə 
düşən  ədəbi  tənqidin  əhatə  dairəsi  çox  genişdir:  ədəbiyyat 
hadisələrinə  qiymət  vermək,  ədəbi  mühiti  izləməklə,  onun 
uğurlu  və  zəif  tərəflərini  işıqlandırmaq,  yaranan  bədii 
nümunələrin vaxtında, özü də obyektiv təhlilini aparmaq, milli 
söz  sənətimizdə  gedən  mürəkkəb  prosesləri  dünya  estetik-
intellektual  fikir  kontekstində  dəyərləndirmək,  klassik  irslə 
qələmə  alınan  yeni  əsərlərin  oxşar,  eləcə  də  fərqli  tərəflərini 
müəyyənləşdirmək,  kulturoloji  duruma  aydınlıq  gətirmək, 
kreativ  mühitin  elmi-filoloji  çərçivələrini  müəyyənləşdirmək, 
ənənələri  yaşatmaqdan  ötrü  müəlliflərlə  oxucular  arasında 
ikitərəfli  əlaqələri  yaradıb  möhkəmləndirmək,  ədəbi-mədəni 
ictimaiyyəti  mədəniyyətin  çağdaş  durumu  ilə  müntəzəm, 
sistemli  tanış  etmək,  zamanın  tələblərinə  uyğun  estetik 
dəyərləri formalaşdırmaq və b. 
Ədəbiyyat  –  hər  hansı  bir  ictimai-mədəni  məkan-zaman 
daxilində  çox  mühüm  bir  hadisə  kimi  təsiredici  vasitə,  milli 
şüuru formalaşdırmaqda xüsusi rolu olan, ümumi ictimai fikri 
istiqamətləndirən  intellektual-yaradıcı  sahədir.  Söz  sənətinin 
―hakim‖i rolunda isə, əlbəttə, ədəbi tənqid çıxış etməlidir. 
Geridə qoyduğumuz son on beş – iyirmi ildə cəmiyyətimizdə 
belə fikir formalaşmağa başladı: ədəbiyyat, yazılan əsərlər və 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə