Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
89 
89 
89 
Biz çox vaxt unuduruq ki, müasir muzeylər həm də alternativ 
təhsil forması kimi fəaliyyət göstərə bilər. Təhsil müəssisələri 
ayda 
iki-üç 
dəfə  muzeylərdə  açıq  dərs  keçməyə 
çalışmalıdırlar.  Mən  universitetdə  dərs  deyəndə,  açıq 
dərslərimin  bir  çoxunu  Nizami  adına  Milli  Ədəbiyyat 
Muzeyində  keçirdim.  Bu  addımımı  həmin  universitetin 
idarəçiləri  heç  çür  başa  düşmürdü.  Çox  acınacaqlı  hallarla 
qarşılaşırdım: tələbələrimin əksəriyyəti Bakının mərkəzindəki 
bu  unikal  muzeyə  birinci  dəfə  gedirdi,  buranı,  ümumiyyətlə, 
heç  tanımırdılar.  Tələbələrimə,  eləcə  də  hər  zaman  gənclərə 
deyər  ki,  bölgələrimizdən,  yaxud  xaricdən  qonaqlarınız 
gələndə onlara restoranda qonaqlıq verməklə  yanaşı, bir dəfə 
də muzeyə aparın. 
Təəssüflər olsun ki,  gənclərimiz bizim hansı sərvətlərə malik 
olduğumuzu bilmirlər.  Qərbi Azərbaycan və Qarabağdan olan 
―qaçqın‖ muzeylərimiz, mədəniyyət ocaqlarımız dirçəldilməli, 
əhalimizin  əllərində  olan  qədimi  əşyalar  saxlamaq  üçün 
muzeylərə  verilməlidir.  Muzeylərimizin  virtual  –  İnternet 
variantları  yaradılmalı,  sosial  şəbəkələrdə  özlərinin  ayrıca 
səhifələri  olmalıdır.  Mədəniyyət  və  Turizm  Nazirliyində  bu 
məsələ  ilə  bağlı  müəyyən  proqramlar  həyata  keçirilir,  amma 
istiqamətdə  fəaliyyəti  sürətləndirməli,  gücləndirməliyik. 
Dünyanın  istənilən  muzeyinə  virtual  gəzinti  edə  bilərsiniz.  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
90 
90 
Bizdə 

imkanlardan 
yararlanırlarmı?! 
Azərbaycan 
muzeylərindəki  köhnə  iş  sistemlərindən  imtina  etmək 
lazımdır.  Uşaq,  yeniyetmə  və  gəncləri  muzeylərə  ziyarət 
etməyə həvəsləndirməkdən ötrü oralarda lotareyalar oynamaq, 
müxtəlif  kreativ  kampaniyalar  təşkil  etmək  mümkündür.  Bu 
problemlərdə  muzey  işçilərinin  ixtisas  artırılmasına  maraq 
göstərməməsi,  zamaın  tələblərinə  uyğun  işlərini  qura 
bilməməsi  də  öz  təsirini  göstərir:  onlardan  innovativ,  kreativ 
fəaliyyət gözləmək çətindir... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
91 
91 
91 
 
 
Azərbaycanın çağdaş ailə modeli: necə 
olmalıdır?! 
 
 
Milli  dəyər  sayılan  ailə  institutunu  qorumaq  və  gələcəyə 
sağlam  ənənələrlə  getmək  üçün  yeni  modelin  zəruriliyi 
cəmiyyətimizdə  son  illər  ən  çox  müzakirə  olunan,  ictimai 
debatlar mövzusu  olan məsələlərdən birinə çevrilib.  
 Ailə  hər  zaman  xalqımızın  yüksək  mənəvi  dəyərlərinin 
qorunduğu,  genofondumuzun  saxlanıldığı  ictimai-sosial 
təsisat  kimi  sivilizasiya  tariximizdə  və  milli  inkişaf 
yolumuzda  mühüm  rol  oynayıb.  Sirr  deyil  ki,  hər  bir  sivil 
cəmiyyətin  və  oturuşmuş  dövlətin  formalaşmasında, 
demokratik dəyərlərin inkişafında ailə mühüm yer tutur. Fiziki 
və  mənəvi  baxımdan  sağlam  ailə  intellektual  cəmiyyətin, 
güclü dövlətin əsasını təşkil edir. Təəssüf ki, bu gün dünyada 
gedən  proseslər,  qloballaşma,  xalqların  inteqrasiyası, 
televiziya  ilə  İnternetin  həyatımıza  nüfuz  etməsi,  sosial 
şəbəkələrin  genişlənməsi,  müxtəlif  texnologiyaların  inkişafı 
kimi mühum amillərin zərbələri Azərbaycan ailəsindən də yan 
keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətiribsə, 
digər  tərəfdən  milli-mənəvi  dəyərlərin  aşınmasına,  ailə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
92 
92 
institutunun  deformasiyaya  uğramasına  səbəb  olmaqdadır. 
Tarixən  ailə  hər  zaman  Azərbaycanda  müqəddəs  ocaq,  kiçik 
dövlət  hesab  olunub.  Bəs  günümüzdə  bu  mənada  durum 
necədir? 
Azərbaycan 
ailəsində 
yaranan 
problemlər 
doğrudanmı  dünyada  gedən  inkişafdan,  tez-ytez  dəyişən 
zamandan qaynaqlanır?   
Qlobal  bir  dünyada  yaşadığımızdan  artıq  Azərbaycan  ailəsi 
anlayışı deyiləndə yalnız bu taylı Azərbaycanda yaşayan və 9 
milyon 500 min insanı əhatə edən ailələri deyil, eyni zamanda 
dünyanın  müxtəlif  yerlərinə  səpələnmiş  50  milyondan  çox 
soydaşımız,  həmçinin  qarışıq  nikahlardan  doğulanların 
sonralar yaratdıqları ailər də nəzərdə tutulur.  
Son 10 ilin araşdırmaları göstərir ki, hər il ölkəmizdə dünyaya 
göz  açan  120  -  130  oğlana  rəğmən,  100  qız  uşağı  doğulur. 
Deməli,  10-15  ilin  statistikası  üst-üstə  gələndə  bəlli  olur  ki, 
biz  yaxın  gələcəkdə  oğlan  uşaqlarımızı  evləndirməyə  qız 
tapmayacağıq.  Ona  görə  biz  yaxın  gələcəkdə  qlobal  ailə 
tiplərini  Azərbaycan  ailəsi  ilə  müqayisə  etməyə,  yaxud  da 
milli  ailəmizin  yeni-yeni  fərli  formaları  haqqında  daha  çox 
danışmağa məcbur olacağıq...  
Klassik  Azərbaycan  ailəsi  və  onun  dəyərləri,  o  dəyərlərin 
müasir  dövrdə  necə  qorunması  barədə  sosioloqlar, 
cəmiyyətşünaslar,  siyasətçilər,  kulturoloq  və  filosoflar 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə