Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   2   3   4   5   6   7   8   9   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
13 
13 
13 
Onsuz da bu sahə Azərbaycanda az inkişaf edib, onu daha çox 
mədəniyyətşünaslıq  kimi  qəbul  edirlər.  Peşəkar  kulturoloq 
alimlərin,  mütəxəssislərin  sayı  məhdudur,  onların  da 
imkanlarından  istifadə  olunmur.  Bura  bizim  kulturologiya 
ədəbiyyatımızın  böyük  hissəsinin  ruslardan  və  başqa 
millətlərin  alimlərindən  tərcümə  edilmiş  əsərlərdən  ibarət 
olduğunu da əlavə etsək, problemin aktualığı aydın sezilər. 
Şəxsən biz humanitar kulturologiyaya aid iki kitabın, çoxsaylı 
məqalələrin  müəllifi  olaraq  bir  sıra  ali  təhsil  ocaqlarına 
Kulturologiya  fənnini  keçməklə  bağlı  müraciətlər  etsəm  də, 
hamı  vacibliyini  vurğulayır,  amma  qabağa  düşəni  olmur, 
mövcud  təhsil  siyasətində  dəyişikliklərə  imkan  vermədiyini 
söyləyirlər.  Bir  daha  ölkə  ictimaiyyətinə,  təhsil  sahəsinin 
mütəxəsisləri.  Aidiyyəti  dövlət  orqanlarına  müraciət  edib 
deyirik:  nəinki  ali  təhsil  ocaqlarımız,  universitet  və 
texnikumlarımızda,  eləcə  də  orta  məktəb  –  liseylərimizdə 
mütləq 
―Kulturologiya‖, 
―Kulturologiynın 
tarixi‖, 
―Kulturologiyanın  əsaslarə  və  nəzəriyyəsi‖,  ―Çağdaş 
kulturoloji məktəblər‖ kimi məcburi fənlər ayrıca fənn sahəsi 
kimi  keçirilməli,  yeni  nəslin  dünyagörüşündə  kulturoloji 
baxışlar möhkəmləndirilməlidir... 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
14 
14 
 
 
İnformasiya savaşına kulturoloji 
yanaşma... 
 
 
Son illər bütün dünyada informasiya savaşı, eləcə də ideoloji 
mübarizəylə  bağlı  müxtəlif  beyin  mərkəzlərinin,  analitik-
informasiya  qruplarının,  eləcə  də  ekspertlərin  fikir  və 
təklifləri,  araşdırmaları,  cəmiyyətə,  beynəlxalq  ictimaiyyətə 
yönəli  açıq,  eyni  zamanda  şifrəli  mesajlarının  şahidi  oluruq. 
Qonşu  Ermənistan  tərəfindən  Qarabağ  probleminə,  regional 
münaqişə  və  müharibəyə  cəlb  olunmuş  Azərbaycan  da  bu 
mənada  çox  mürəkkəb  proseslərin  içindədir.  İKT  və  sosial 
şəbəkələrin  günü-gündən  gücləndiyi  bir  vaxtda  informasiya 
cəmiyyətinin,  virtual  aləmin  formalaşdığı  zamanda  ideoloji-
informatik  cəbhədə  yeni-yeni  fikir  –  PR  texnologiyalarından 
bəhrələnənlər,  -  daxili  və  xarici  qüvvələr,  güc-beyin 
mərkəzləri,  ayrı-ayrı  ―ekspert‖lər,  -  imkan  düşdükcə 
ölkəmizin ictimai-sosial düşüncəsində ―təxribat‖lar törətməyə 
çalışırlar.  Yay  aylarında  Qarabağda,  eləcə  də  Azərbaycan-
Ermənistan sərhədlərində baş verən məlum olaylar zamanı bu 
informasiya  savaşının  zərəli  təsirini  yeni  media  –  sosial 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
15 
15 
15 
şəbəkələrlə yanaşı, hətta ənənəvi mətbuat – yazılı və elektron 
KİV-də də şahidi olduq. 
İdeoloji-informativ  savaş  məsələsi,  fikrimcə,  çox  ciddi 
intellektual-kulturoloji  proqram  şəklində, dövlət qurumları  və 
rəsmi  orqanların,  beyin  mərkəzlərinin,  yaradıcı  təşkilatların, 
analitik  qrupların,  ayrı-ayrı  fərdlərin,  QHT-lərin,  düşünən 
bütün insanlarımızın, o cümlədən 50 milyonluq soydaşımızın 
da hansı işlər görəcəyini nəzərə almaqla, ciddi bir konsepsiya 
formasına  salınmalı,  xüsusi  bəndləri  olan  çoxillik  sənəd 
şəklində  araya-ərsəyə  gətirilməsinin  zamanı  çıxdan  çatıb.  
Ermənistanla  aparılan  informasiya  savaşı  davamlı  bir  proses 
kimi inkişaf etdiyindən bu sahədə bütün cəmiyyətimizin daim 
aktiv və məlumatlı olması vacibdir. Bu baxımdan cəmiyyətin 
müxtəlif  təbəqələri  sözügedən  məsələdə  intensiv  olaraq 
təşəbbüslərlə  çıxış  etməlidir.  Sohbət  daha  çox  ideoloji-
informatik  mübarizədən  getsə də,  analitiklər, aidiyyəti dövlət 
qurumların  rəsmiləri  bu  sahədə  lazımi  məlumatlar,  bilgilər 
götürməli,  analizlər  aparmalı,  uyğun  qərarlar  qəbul 
etməlidirlər. 
O  da  bəllidir  ki,  son  dövrlərdə  bu  məsələdə  ermənilərə  qarşı 
daha  uğurla  mübarizə  aparmağa  başlamışıq. Artıq  qonşu 
ölkənin 
dövlət, 
siyasi 
və 
ictimai 
xadimləri 
bu 
məğlubiyyətlərini  boyunlarına  alır,  Azərbaycan  tərəfinin 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
16 
16 
çoxistiqamətli  qlobal  siyasi-informativ  uğurlarından  nəticə 
çıxarmağın 
zamanı 
yetdiyini 
dilə 
gətirirlər. 
Bununla  belə,  qeyd  etdiyim  kimi  ki,  informasiya  və  ideoloji 
savaşın  əsas  xüsusiyyəti  onların  daimi  proses  formasında 
inkişafıdır.  Yəni  dəfələrlə  vurğulanıdığı  kimi,  bu  prosesdə 
həmişəlik  məğlub  və  ya  qalib  yoxdur.  Ona  görə  də  düşmən 
istər torpaqlarımızı işğal etməkdən, istərsə də mədəniyyətimiz
tariximiz  və  başqa  milli-mənəvi  sərvətlərimizi  öz  adlarına 
çıxmaqdan əl çəkməyənə qədər Azərbaycan tərəfi bu prosesdə 
ermənilərdən qat-qat aktiv olmalıdır. Bu baxımdan sözügedən 
mövzu 
ilə 
bağlı 
intensiv 
müzakirələr 
zəruridir.  
 Ötən  əsrin  əvvəllərindən  bu  günə  qədər  indiki  Ermənistan 
adlanan  ərazidə  yaşayan  ermənilərlə  azərbaycanlılar  arasında 
bəlli  regional  münaqişələr  baş  verib.  Mərhələ-mərhələ  gah 
öləzləyən, hgah da alovlanan bu münaqişələrin – bəzi hallarda 
isə hərbi müdaxilələrin - müharibənin kökü, əslində, bir neçə 
əsr  bundan  əvvələ  gedib  çıxır.  Yəni  19-cu  əsrdə  Rusiya-
Türkiyə,  Rusiya-İran  müharibələri  nəticəsində  Qafqaza,  yəni 
bizim  tarixi  ərazilərimizin  böyük  hissəsi  sayılan  Qərbi 
Azərbaycana,  Qarabağa  xeyli  sayda  erməni  köçürüləndən 
sonra  o  xalqın  nümayəndələri  kompakt  halda  ərazilərimizdə 
məskunlaşdılar. XX əsrdə isə bir neçə dəfə ermənilərlə bizim 
kəskin  münaqişəmiz  baş  verib:  hər  dəfə  də  ―Böyük 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə