Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
163 
163 
163 
kitab  qorunan  Argentina  Milli  Kitabxanasında  işləmişdim. 
Bilirdim  ki,  girişin  sağ  tərəfindəki  dairəvi  pilləkən  içində 
kitablar, xəritələr və dövri nəşrlər saxlanılan zirzəmiyə gedib 
çıxır.  
Bir  dəfə  mən  ora  yollandım,  hündürlüyü  və  çıxışa  qədərki 
məsafəni  unutmağa  çalışaraq,  köhnə  iş  yoldaşımın  yanından 
keçdim,  tozlu  rəflərin  birində  ―Qum  kitabı‖nı  başımdan 
etdim... 
 
Ruscadan çevirəni: Aydın Xan Əbilov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
164 
164 
 
Mövlanə Caminin yubileyinə 
 
 
Sevindirici  haldır  ki,  beynəlxalq  mədəniyyət 
təşkilatı  olaraq  YUNESKO  2014-cü  ilи  Mövlanə 
Əbdürrəhman  Caminin  600  illiк  yubileyini  bayram 
kimi  təmtəraqlı  formada  keçirmək  barədə  Tacikstan 
Respublikasının  təklifini  dəstəkləyib  və  bu 
münasibətlə xüsusi qətnamə qəbul edib. 
 Dahi  tacik-fars  şairi  Mövlanə  Nurəddin 
Əbdürrəhman  ibn  Əhməd  Cami  yaradıcılığı  həyat, 
ədəbiyyat, fəlsəfə və mədəni epoxanın ən ziddiyyətli 
cərəyanlarını  özündə  birləşdirərək,  demək  olar  ki, 
XV əsri  əhatə edir. Şairin şöhrəti о hələ  Xorasan və 
Mavəraünnəhrdən  (VII-VIII  əsrlərdəki  işğalları 
zamanı  Amudəryanın  sağ  sahilindəki  torpaqlara 
ərəblərin  verdiyi  ad  -  tərc.)  uzaqda  yaşadığı  zaman 
Иран,  Hindistan,  İraq  və  Kiçik  Asiyayanın 
ucqarlarına qədər gedib çatmışdı. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
165 
165 
165 
Əbdürrəhman  Cami  nəinki  şairlər,  qələm 
adamları,  əsərlərinin  təsiri  altında  formalaşan 
tələbələr  arasında,  həm  də  hökmdarlar,  eyni 
zamanda, dövrünün hakim təbəqələri arasında böyük 
şöhrət  və  həddindən  artıq  nüfuza  malik  idi. 
Maverannahr,  Türküstan,  İraq,  Azərbaycan,  İran  və 
Türkiyənin  poeziyayla  birbaşa  bağlı  olan  əksər 
məşhur  şair  və  yazıçıları  Əbdürrəhman  Camiyə 
tanışlıq  üçün  öz  əsərlərini  yollayar,  onunla  söhbət 
etməyə  can  atar,  mütəfəkkirdən  ustad  dərsləri  alar, 
bacarıqlarını zənginləşdirərdilər. 
Əbdürrəhman  Cami  öz  əsərlərində  Rüdəki, 
Firdovsi,  Nizami,  Sənai,  Əttar,  Cəlalləddin  Rumi  və 
başqa  sələflərinin  humanist  fikirlərini  davam 
etdirərək insanları xeyirxah işlər görməyə can atmağa 
çağırırdı.  
Tanınmış  şərqşünas  və  ədəbiyyatşünas  alim 
M.Zand  ―Baharıstan‖  (rus  dilində  tərcümədə 
«Весеннем  саде»  -  ―Bahar  bağı‖,  -  tərc.)  və  onun 
yaradıcısı haqqında‖ adlı məqaləsində yazır:  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
166 
166 
 
Sən həyat məqsədin kimi xeyri seç! 
Xeyir yoluyla get, xeyirxahlıq elə! 
 
Qızıldan da, gümüşdən də bahadır, 
Hakimiyyətdən də ucadır – xeyir bilgisi. 
 
İnsanın ömrü çox qısadır, 
Fəqət yaxşı ad əsrlərcə yaşayar. 
 
(Sətri tərcümələr mütərcimindir - red.) 
 
Cami  əsərlərində  qoyduğu  əsas  mövzulardan 
biri  də  istedadlı  və  çalışqan  şəxsləri  tanımaq,  eyni 
zamanda  layiqincə  qiymətləndirmək  idi.  Bu  mənada 
Caminin  gəldiyi  qənaətə  görə,  şəxsin  varlığı,  şöhrət 
və insan ləyaqəti var-dövlətdə, qazandıqlarında deyil, 
məhz  sənətdə  əks  etdiyi  xeyirxahlıqda,  elmdə,  eləcə 
də  müdriklikdə  özünü  büruzə  verir.  Çünki 
yaradıcılıq, istedad, ilham, eyni zamanda, peşə insana 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
167 
167 
167 
yalnız  miras  kimi  verilmir,  həm  də  onun 
cəmiyyətdəki  yeri  ilə  statusunu  müəyyənləşdirir, 
fərdin şərəf və hörmətinin əsasını təşkil edir: 
 
İnsan var-dövlət, bər-bəzəklə dəyərləndirilmir, 
İnsanı öz biliyi ilə istedadı bəzəyir. 
 
Yaxud: 
 
Şər işdə qələbən – enişindir sənin. 
Xeyirxahlığın – xilasındır sənin. 
 
Yaxud: 
 
Ləyaqəti bizə o adam öyrədə bilməz, 
Özünü ləyaqətsiz aparır həmişə. 
 
Yaxud: 
 
Hay-küylü işlərin əks-sədası ucalsa da, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
168 
168 
Hər əks-sədanın da son həddi var. 
 
Mövlanə  Cami  təcrübəсини,  ustadlığını  və 
istedadını əks etdirdiyi əsərlərində əsl sənət meyarları 
горunurdu.  Şairlər,  yazıçılar  və  zəmanəsinin 
hökmdarları  arasında  belə  bir  əlahidə  hörmət  və 
şöhrət  qazanmaq  bəşəriyyət  tarixinin  o  çətin 
dövründə yalnız Cami kimi nadir istedadlara məxsüs 
qabiliyyət idi.  
 
Əbdürrəhman  Caminin  ilk  elmi  işi  erkən 
gənclik  çağlarında  yazdığı,  onun  dövrünün  tanınmış 
alimi  Qazizadə  Ruminin  astronomiya  sahəsinə  aid 
kitabının  izahlı  təfsiri  idi.  Müdrik,  təcrübəli  alim 
Qazizadə Rumi ilə gənc müəllif Əbdürrəhman Cami 
arasındakı  elmi,  eyni  zamanda  ədəbi  münasibətlər, 
dostluq  yazışmaları  sübut  edir  ki,  o,  sözün  əsl 
mənasında,  fitri  istedada  və  qeyri-adi  biliklərə 
yiyələnmiş insan olub.   
Heç  də  təsadüfi  deyil  ki,  Zeynəddin  Mahmud 
Vasifi 
özünün 
məşhur 
―Badoe-ul-vakae‖ 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə