Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   39   40   41   42   43   44   45   46   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
179 
179 
179 
1958-ci  ildə  uşaqlıqdan  tanıdığı  və  aşiq  olduğu  Mersedes 
Barçla evlənir.  
1961-ci  ildə  jurnalistikaya  əlvida  deyərək  Mexiko  şəhərinə 
köçür  və  məhşur  ―Polkovnikə  heç  kim  yazmır‖    povestini 
ayrıca kitab şəklində nəşr etdirir.  
1967-ci  ildə  ona  dünya  şöhrəti  gətirən,  ən  böyük  romanı 
sayılan,  16  il  sonra  "Yüz  ilin  tənhalığı"  adlanacaq  "Ev"i 
yazmağa  başlayır  və  tezliklə  bu  möhtəşəm  əsər  Avropanın 
əksər böyük dillərinə tərcümə edilir.  
1967-ci  ildə  İspaniyaya  -  Barselonaya  gedir,  eləcə  də  Nyü-
Yorkdakı  Kolumbiya  Universitetinin  fəxri  elmi  dərəcəsinə 
layiq görülür.  
1982-ci  ildə  zəngin  yaradıcılıq  uğurlarına,  magik  realizmi 
inkişaf  etdirərək  dünya  səviyyəsində  ədəbiyyat-düşüncə 
texnologiyasına  çevirdiyinə  görə  ədəbiyyat  sahəsində 
Beynəlxalq  Nobel  mükafatına  layiq  görülür:  ona  qədər 
Kolumbiyada heç kim bu ödülə sahib olmamışdı.  
1989-cü  ildə  həkimlər  bu  böyük  sənətkarda  xərçəng  şişi 
tapırlar.  
1992-ci  ildə  ―On  iki  qəribə  hekayə"  adlı  nəsr  toplusu  çap 
olunur.  
2002-ci  ildə  isə  "Həyat  haqqında  danışmaq  üçün  yaşamalı" 
adlı bioqrafik trilogiyanın ilk hissəsini çap etdirir. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
180 
180 
 2004-cü ildə "Kədərli məşüqələrimin xatirələri" adlı sonuncu 
irihəcmli bədii nəsr əsəri işıq üzü görür və bütün dünyada əsl 
ədəbi qalmaqala səbəb olur.  
17 aprel 2014-cü ildə, Meksikanın paytaxtı Mexiko şəhərində 
dünyasını dəyişir. 
 
Dünyanın Markesi... 
Verilən  xəbərlərə  görə  yazıçı  nəşi  krematoriyaya  aparılaraq 
yaxınlarının  iştirakı  ilə  yandırılıb.  Markesin  külünün  harada 
basdırılacağı ilə bağlı yaxınları arasında anlaşılmazlıq yaranıb 
və  mübahisələr  başlanıb.  Kolumbiyada  anadan  olan  Markes 
son  50  ili  Meksikanın  paytaxtı  Mexikoda  yaşayıb.  Ən  son 
xəbərə  görə,  məşhur  yazıçının  külləri  doğulduğu  ölkə 
Kolumbiyaya  və  ana  vətəni  kimi  gördüyü  Meksikaya 
səpələnəcək.  
 
Azərbaycana doğma Markes... 
Q.Q.Markes  nəşrlərindən  sonra  əsl  ədəbiyyat  hadisələrinə 
çevrilən  ―Arzuedilməz  saat‖  (1959),  ―Yüz  ilin  tənhalığı‖ 
(1967),  ―Patriarxın  payızı‖  (1975),  ―Gözlənilən  bir  qətlin 
tarixçəsi‖ (1981), ―Taun xəstəliyi  zamanı sevgi‖ (1985), ―Öz 
labirintində  olan  general‖  (1989),  ―Küskün  gözəlçələrimin 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
181 
181 
181 
xatirələri‖  (2004)  roman,  eləcə  də  40  povest  və  hekayə,  10 
kinossenari, saysız esse, məqalənin müəllifidir. 
Azərbaycan dilində yazıçının "Yüz ilin tənhalığı", "Patriarxın 
payızı"  romanları,  ―Polkovnikə  heç  kim  yazmır‖, 
"Gözlənilməz bir qətlin tarixçəsi" povestləri, eləcə də çoxsaylı 
hekayələri,  esseləri  və  müsahibələri  tərcümə  olunaraq  ayrıca 
kitablar şəkilində dəfələrlə nəşr edilib.  
Prezident  İlham  Əliyevin  sərəncamıyla  Qabriel  Qarsia 
Markesin  ―Seçilmiş  əsərləri‖  dövlət  hesabına  nəşr  edilib. 
―Yazıçının  inqilabi  borcu  -  yaxşı  yazmaqdır,‖  –  söyləyən 
yazıçının  bu  kitabında  Q.Q.Markesin  Nobel  nitqi, 
müsahibələri,  romanları  (―Gözlənilən  bir  qətlin  tarixçəsi‖, 
―Küskün  gözəlçələrimi  xatırlayarkən‖,  ―Patriarxın  payızı‖), 
povestləri  (―Bizlərdə  oğru  yoxdur‖,  ―Polkovnikə  heç  kim 
yazmır‖) və 8 hekayəsi Azərbaycan oxucusuna təqdim olunur. 
Milli  tərcümə  sənətimizin  zənginləşməsində  xüsusi  təsitri 
olmuş  yazıçının  azərbaycancaya  çevrilən  iri  nəsr  əsərləri 
bnlardır:  ―Gözlənilən  bir  qətlin  tarixçəsi‖  (tərcümə  edən: 
Ə.Əylisli),  ―Patriarxın  payızı‖  (tərcümə  edən:  A.Məsud), 
―Sənin 
qar 
üzərindəki 
izinlə‖ 
(tərcümə 
edən: 
N.Əbdülrəhmanlı),  ―Polkovnikə  heç  kim  yazmır‖  (tərcümə 
edən:  İ.İbrahimov),  ―Yüz  ilin  tənhalığı‖  (tərcümə  edən: 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
182 
182 
G.Mövlüd),  ―Bizlərdə  oğru  yoxdur‖  (tərcümə  edən: 
M.Qarayev) və b. 
 
Qabriel Qarsia Markesin fikirlərindən seçmələr 
 
Bəzən  elə  danışmalısan  ki,  qarşındakı  cavab  verə  bilməsin. 
Bəzən  də  elə  susmalısan  ki,  qarşındakı  danışmağa  cəsarət 
etməsin. 
Hər  adam  atasına  oxşamağa  başladığı  anda  yaşlandığını 
anlayar. 
Birindən uzaqlaşmanın ən pis forması, yanında oturub ona heç 
bir zaman "çata bilməyəcəyini" bilməkdir. 
Bitdi deyə kədərlənmə, "yaşandı" düşünüb sevin. 
Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri 
üçün sən bir dünyasan. 
Çox gözləyən, daha az olanı ümid etməyi də bilər. 
Danışaraq  izah  edilməz  hər  şey,  bəzən  susmaq  yetər  əslində. 
Unutma;  danışmaq  bir  ehtiyac  ola  bilər,  amma  susmaq 
anlayana cavabdır. 
Əgər bir az ağılın varsa, xöşbəxtlik üçün istədiyin şərtləri tapa 
bilməyəndə, tapdığın şərtlərdə xöşbəxt olmağı bacarmalısan. 
Kiməsə  növbəti  bir  şans  verirsənsə,  özünü  bir  daha  aldatdını 
gözə alırsan demək. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə