Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   39   40   41   42   43   44   45   46   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
183 
183 
183 
Əhəmiyyətli  olan,  həyatda  başına  nə  gəldiyi  deyil,  nəyi  necə 
xatırladığındır. 
Əsl dost o kəsdir ki, əlindən tutanda sənin qəlbini hiss edir. 
Əslində  həyatın  heç  bir  mərhələsində  pis  insan  yoxdur,  hər 
insan hüzur verər: kimi gəldiyində, kimi getdiyində. 
Gerçək dost, əlini tutan, ürəyinə toxunandır. 
Getmə  zamanı  gəlmişsə,  "Dayan!";  vaxt  keçmişsə,  "Dön!"; 
eşq bitmişsə, "Yenidən!" demənin heç bir mənası yoxdur. 
Heç  bir  zaman  gülümsəməkdən  imtina  etmə,  hətta  kədərli 
olduğunda belə. Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını 
bilməzsən. 
Heç kim gözyaşlarına layiq olmaz, onlara layiq olan adam isə 
onsuz da səni ağlatmaz. 
Hər  vaxt  səni  üzəcək  bəziləri  var,  etməyin  lazım  olan  isə 
budur: insanlara güvənmək, kimə iki dəfə güvənəcəyinə daha 
çox diqqət yetirmək. 
Xoşbəxtlik  qapısını  bağladığında,  başqası  açılar,  amma  biz 
bağlı  qapıya  o  qədər  baxırıq  ki,  açılmış  olan  yenisini 
görmürük. 
"Kaş  ki  tanımasaydım…"  -  dediyim  heç  kimim  olmadı 
mənim.  "Kaş  ki  məni  tanımasına  icazə  verməsəydim" 
dediklərim çoxdur. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
184 
184 
Kimi  nə  qədər  düşünursən  düşün.  Düşüncələrin  ən  dərini, 
başına yastığa qoyduğun an başlar. 
Olmursa  məcbur  etmə,  ya  xəyalların  qırılar  ya  ürəyin. 
Unutmuş  kimi  et.  Çünki  gözəl  şeylər,  onları  heç 
gözləmədiyində reallaşar. 
Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən 
olduğum üçün sevirəm. 
Heç  vaxt  unutmayın  ki,  bir  evlilikdə  ən  əhəmiyyətli  şey 
xoşbəxtlik deyil, davamlılıqdır. 
Zamanı, onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə 
keçirmə.  
 
―Yüz ilin tənhaliğı‖ romanından seçmələr 
 
İnsanın  doğma  adamını  basdırmadığı  torpağa  bağlılığı  ola 
bilməz. 
Ölülər  qəbirlərindən  çıxmır,  biz  vicdan  əzabı  çəkirik,  məsələ 
budur. 
Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki 
dəqiqə ora-bura sürümək yaxşıdı. 
Vacib  məsələlərdə  bir-biri  ilə  razılaşa  bilən  iki  rəqibin 
mübarizə aparmağının mənası yoxdur. 
Ən yaxşı dost, ölüb getmiş dostdur. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
185 
185 
185 
Arxayın  qocalığın  sirri  tənhalıqla  bağlanan  vicdanlı 
müqavilədə imiş. 
...Kinoya  baxmaqdan  imtina  elədi:  özlərinin  yetərincə  dərdi-
səri varkən, uydurma adamların uydurma faciələrinə göz yaşı 
tökmək ağılsızlıq idi. 
Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür. 
Vicdanı  rahat  olan  insan  çeynəməkdən  ağzı  yorulana  qədər 
yemək yeyə bilər. 
Sevginin  bir  növü  onun  başqa  növünü  sıradan  çıxarır,  çünki 
insanın təbiətində elə bir şey var ki, o doyandan sonra yeməyə 
marağını itirir. 
Bəzi  kişilər  vaxtlarını  öz  murdar  qarınlarına  tamaşa  edə-edə 
keçirir, süfrəyə oturanda isə torağay ciyəri tələb eləyirlər. 
Siz  kişilər  qəribə  məxluqlarsız,  ömür  boyu  dindarlarla 
vuruşursuz, hədiyyəniz də dua kitabı olur. 
Adamların  özləri  birinci  dərəcəli  vaqonlarda  səfər  eləyib, 
kitabları  yük  vaqonlarında  daşımağa  başladıqları  gün 
dünyanın axrı olacaq.  
Bu  nəslin  birinci  kişisini  ağaca  sarıyacaqlar,  axrıncısını  isə 
qarışqalar yeyəcək.  
 
Markesin həyat barədə fikirləri 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
186 
186 
Mən  səni  kim  olduğuna  görə  sevmirəm;  mən  sənin  yanında 
kim olduğuma görə səni sevirəm. 
 Heç kəs sənin bir damla göz yaşına layiq deyil. Layiq olanlar 
səni ağlatmır. 
Kimsə  səni  sənin  istədiyin  kimi  sevmirsə,  bu  o  demək  deyil 
ki, o səni cani-könüldən sevmir. 
 Əsil dost sənin əlindən tutan və ürəyini hiss edəndir. 
Darıxmağın ən pisi odur ki, insanla olasan və anlayasan ki, bu 
adam heç vaxt sənin olmayacaq. 
Həmişə  gülümsə,kədərli  anlarında  da  gülümsə,  çünki  kimsə 
sənin təbəssümünə aşiq ola bilər. 
 Ola bilər ki, sən bu dünyada sadəcə bir insansan, amma kimin 
üçünsə sən - bütöv bir dünyasan. 
Səninlə görüşməyə çalışmayan insana vaxtını sərf etmə. 
Ola  bilər  -  Tanrı  istəyir  ki,  biz  həyatımızın  yeganə  insanını 
tapana  qədər  cox  yanılaq,  aldanaq  ki,  qismətimizi  tapanda, 
minnətdar olaraq. 
Ağlama ki, hər şey bitdi. Gülümsə ki, bitənlər nə vaxtsa vardı. 
Sənə  əzab  verəcək  insanlar  həmişə  olacaq.  Amma  yenə  də 
insanlara inanmaq lazımdır, sadəcə bir az ehtiyatlı ol. 
Əvvəl  özünü  anla,  sonra  rastlaşdığın  insandan  səni  anlamağı 
istə. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
187 
187 
187 
Hər  şeyin  yaxşı  olması  üçün  çox  çalışma.  Həyatda  ən  yaxşı 
şeylər qəfildən baş verir. 
Mənim  əsas  məqsədim  odur  ki,  məni  sevsinlər.  Mən  buna 
görə yazıram. 
  
Ədəbiyyat haqqında fikirlərindən 
 
Sözsüz, yazıçı olmasaydım, barda pianoçu işləmək istəyərdim: 
Orada  cütlüklərin  bir-birlərini  daha  da  çox  sevməsinə 
çalışardım. 
 Kubada bir ədəbiyyat professoru ilə söhbət edirdim. O mənə 
dedi  ki,  ―Yüz  ilin  tənhalığı‖  qeyri-adi  əsərdir,  amma  o 
problemin  həlli  yolunu  göstərmir.  Mən  dedim  ki,  mənim 
əsərlərim situasiyanı təsvir edir, həlli yolunu göstərmir. 
 Gənc  olarkən  yüngüləxlaqlı  qadınlar  mənim  dostlarım  idi. 
Tənhalıqdan  xilas  olmaq  üçün  onlarla  ünsiyyət  qururdum. 
Deyəndə  ki,  mən  səhər  yeməyini  tək  yeməmək  üçün 
evlənmişəm, Mersedes alçaq olduğumu söyləyir. 
  
Nağıllar  yazmağa  cəhd  elədim,  heç  nə  alınmadı.  Onlardan 
birini  övladlarıma  göstərdim.  Onlar  oxuduqdan  sonra  mənə 
dedilər ki, uşaqları bu qədər axmaq sayırsan? 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə