Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   39   40   41   42   43   44   45   46   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
188 
188 
Yazmağı  davam  etdirmək  istəyən  məşhur  bir  yazıçı  şöhrətə 
qarşı özünü davamlı qorumalıdır. 
 
Ədəbiyyat sehrbazının son ―sirri‖ - yeni romanı 
 
Markes dünən vəfat etsə də, yaradıcılığı  yenə də davam edir: 
xarici  mətbuatın  verdiyi  məlumata  görə  Bueones-Ayresin 
ədəbiyyat  kulislərində  Markesin  son  romanı  haqqında  söz-
söhbətlər  dolaşmaqdadır.  Gəzən  şaiyələrə  görə,  yazıçı 
ömrünün  son  günlərində  ―Avqustda  görüşərik‖  adlı  romanını 
tamamlaya  bilib.  Nəşri  nəzərdə  tutulan  bu  romanın  bu  ilin 
avqust  ayında  satışa  buraxılacağı  deyilir.  Roman  hər  il  16 
avqustda  anasının  qəbrini  ziyarət  edən  53  yaşındakı  Anna 
Maqdalenadan bəhs edir. 28 il ərzində ərinə sadiq qalan qadın 
ziyarətə  gəldiyi  gün  qaldığı  oteldə  tanış  olan  adamla  ərinə 
xəyanət  edir.  Kişi  isə  stolun  üstünə  bilet  qoyaraq  otaqdan 
çıxır...  
Markes  1999-cu  ildə  iştirak  etdiyi  bir  konfransda  bu 
romandan  parçalar  səsləndirib.  Oxucuların  maraqla  gözlədiyi 
Əsər  haqda  məlumat  geniş  olmasa  da,  romanın  beş  fəsildən 
ibarət olacağı deyilir. 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
189 
189 
189 
Bir neçə il bundan əvvəl Markesin vida məktubu yayıldı. 
 
Tanrı  bir  anlıq  çınqıldan  da  balaca  olduğumu  unudub  can 
verərək məni mükafatlandırsa və ömrümü bir azca da uzatsa, 
ağlıma  gələn  hər  şeyi  dilə  gətirməyə  bilərdim,  amma  heç 
olmasa,  dilimə  gətirdiklərimi  detallarıyla  keçirər  və 
düşünərdim:   
Əşyaların maddi tərəflərinə deyil, mənalarına dəyər verərdim. 
 Az  yatar, çox  yuxu görər,  gözümü  yumduğum  hər dəqiqədə, 
60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. 
 Başqaları dayandığı zaman mən getməyə davam edərdim. 
 Başqaları yatarkən oyaq qalmağa cəhd göstərərdim. 
 Başqaları  danışarkən  dinləyər,  şokoladlı  dondurmanın 
dadından zövq alardım. 
 Əgər  Tanrı  mənə  bir  az  da  ömür  versəydi,  sadə  geyinər, 
üzümü  günəşə  çevirər,  yalnız  bədənimi  deyil,  ruhumu  da 
bütün çılpaqlığı ilə açardım. 
 Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə həkk 
edər və günəşin doğub onu əritməsini gözləyərdim. 
  
Səmadakı  aya  ulduzlar  boyunca  Van  Qoq  rəsmləri  çəkər, 
Benedetti şeirləri səsləndirər və serenadalar oxuyardım. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
190 
190 
 Gözyaşlarımla  gülləri  sulayar,  bədənimə  batan  tikanlarının 
ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək 
istəyərdim. 
 ...Tanrım, bir qurtumluq həyatım olsaydı... 
 O  gün  olmazdı  ki,  qarşılaşdığım  bütün  insanlara  onları 
sevdiyimi  söyləməyim.  Bütün  qadın  və  kişiləri  ən  sevdiyim 
insanlar  olduqlarına  inandırardım.  Və  EŞQ  içində 
yaşayardım... 
 Kişilərə,  yaşa  dolduqları  vaxt  eşqdən  uzaqlaşmaqlarının  nə 
qədər  səhv  hərəkət  olduğunu  izah  edərdim.  Çünki  insan 
eşqdən uzaqlaşdıqca yaşlanır. 
 Uşaqlara 
qanad  verərdim.  Amma  uçmağı  özlərinin 
öyrənməyinə imkan yaradardım. 
 Yaşlılara  isə  ölümün  yaşlanma  ilə  deyil,  unudulma  ilə 
gəldiyini öyrədərdim. 
 EY İNSANLAR! 
 Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanların - 
xoşbəxtliyin  həqiqəti  görməkdən  keçdiyini  bilmədən  - 
dağların zirvəsində yaşamaq istədiyini öyrəndim. 
 Yeni doğulan balaca bir körpənin atasının barmağını sıxarkən 
əslində  onu  özünə  sonsuza  qədər  qandalla  məhkum  etdiyini 
öyrəndim. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
191 
191 
191 
 Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə 
yaramayacaq. Çünki hamısını bir çantada kilidlədim. Bədbəxt 
bir şəkildə... 
 ARTIQ ÖLƏ BİLƏRƏMMİ?.. 
 
P.S.  Düzdür,  Markes  özü  bu  məktubu  sadəcə  müsahibəsi 
əsasında  jurnalistin  hazırladığını  söyləsə  də,  dünya  ədəbi-
mədəni ictimaiyyəti hələ də maraqla ondan danışır... 
 
Hazırladı: Aydın Xan (Əbilov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
192 
192 
 
 
 
 
 
III Bölüm 
 
 
 
 
Polemika 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
193 
193 
193 
 
 
İnternet ədəbiyyatı, yoxsa “şəbəkə” söz 
sənəti?! 
 
 
“İnternet  ədəbiyyatı,  yoxsa  “şəbəkə”  söz  sənəti?!” 
mövzusunda  kreativ  debatımızın  qonağı  yazıçı-
publisist,  filologiya  elmləri  üzrə  fəlsəfə  doktoru, 
BDU-nun  müəllimi,  sosial  şəbəkələrdə  fəallığıyla 
seçilən Natəvan Dəmirçioğludur. 
 
- Natəvan xanım, sizcə, yeni İKT texnologiyaların, 
kompyuter,  İnternet  və  sosial  şəbəkələrin 
ədəbiyyatın  inkişafında rolu əhəmiyyətlidir? 
-  Şübhəsiz:  hətta  bunun  nə  qədər  «debat‖  mövzusu 
olması,  adamda  təəccüb  doğurur.  Bildiyiniz  kimi 
debat  elə  bir  janrdır  ki,  burada  reallıq,  həqiqət  əks 
fikirlərin toqquşmasıyla, müxtəlif düşüncə tərzlərinin 
dartışmasıyla ortaya çıxması əsas götürülür. Əlbəttə, 
bir  on  il  ötəndən  sonra  bu  mövzu  debat  predmeti 
olmayacaq,  problem  olaraq  ya  adiləşəcək,  ya  da 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə