Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   39   40   41   42   43   44   45   46   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
198 
198 
peykimiz  orbitə  buraxıldı.  2015-ci  ildə  fəzaya 
buraxılması 
planlaşdırılan 
―Azərspace-2‖ 
telekommunikasiya  peykinin  layihə  sənədlərinin  
hazırlığı    başa  çatmaqdadır.  Azərbaycan  üçüncü 
telekommunikasiya  peykini  isə  2017-ci  ildə  orbitə 
çıxarılmasını  nəzərdə  tutur.  Sual  oluna  bilər:  bu 
qədər  yeniləşmə  gedən  ölkədə  ədəbiyyatımızın 
proseslərdən  kənarda  qalmağa  nə  dərəcədə  haqqı 
var?  
-  Sizin  necə  öz  bloq,  şəbəkə  səhifəniz,  Feysbuk 
profiliniz,  saytınız  varınızdırmı?  Onlardan 
səmərəli istifadə edə bilirsiz? 
-  Sadaladığınız  və  onlara  bənzər  nələrsə  var,  amma 
səmərəlilikdən  ürəklə  danışa  bilmərəm.  İnternetdə 
olan 
materiallarım, 
mənim 
haqqımda 
olan 
məlumatlar, 
şəbəkə 
video-kanallarında 
yerləşdirdiyim  videolar  kreativ  «piar»ıma  xidmət 
edir.  Hərdən  özüm  də  onlara  baxıram,  nəzarətdə 
saxlayıram. Feysbuk profilimi də demək olar ki, sıx-
sıx  yada  salıram,  fasilələrlə  daxil  oluram.  İnternetlə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
199 
199 
199 
fərdi  əməkdaşlığımı  dərs  ili  sona  çatdıqda  xeyli 
gücləndirmək  fikrindəyəm.  Müasir  dövrdə  İKT-nin 
inkişafı  həm  dövlət  üçün,  həm  də  hər  bir  şəxs  üçün 
etibarlı  gələcək  deməkdir.  Azərbaycanda  İKT  ölkə 
iqtisadiyyatında  neftdən  sonra  ikinci  sahə  elan 
olunub. Bu da maraqlı faktdır və biz yaradıcı adamlar 
da yaradılan imkanlardan lazımınca bəhrələnməliyik. 
 -  Feysbuk  sosial  portalındakı  statusu  yazılarını, 
qeydləri,  başqa  materialları,  onlara  şərhləri, 
aparılan  polemika  və  müzakirələri  şəbəkə 
ədəbiyyatı nümunələri saymaq olarmı?  
-  Feysbukdakı  status  yazıları,  qeydləri,  onlara 
ünvanlanan 
şərhləri, 
aparılan 
polemika 
və 
müzakirələri  şəbəkə  ədəbiyyatı  predmeti  kimi 
götürmək,  əlbəttə,  düzgün  olardı.  Heyif  ki,  onların 
əksər  hissəsini  ciddi  ədəbiyyat  faktları  kimi  saymaq 
mümkün  deyil.  O  yazılanlar  daha  ciddi  ola  bilərdi, 
amma,  görünür,  ciddiyyət  sosial  şəbəkələrdə  lazımi 
qədər nəzərə alınmadığına görə, bu, hələ ki mümkün 
deyil  və  sanki  heç  alınmır  da.  Əslində  şəbəkə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
200 
200 
ədəbiyyatı ciddi, peşəkar sənət əsərindən çox, kreativ 
olmalıdır.  
Ustad  İsa  Muğanna  rəhmətə  gedəndə,  daxili  bir 
ehtiyac hiss edərək  bir status paylaşmışdım: ―Bəlkə 
də  dünyanın  ən  böyük  acısı  yarımçıq  əsərə 
yanmaqdır.  Hətta,  yarımçıq  ömür  də onun  qədər  acı 
vermir.  "Ölüm  həmişə  vaxtsızdır".  Məncə,  ömür 
həmişə  tamdır,  nə  vaxt  bitməsindən  aslı  olmayaraq. 
30-da  da,  90-da  da.  Bitdiyi  an  ömür  bitir.  Yarımçıq 
əsər  isə  heç  vaxt  bitmir...  Yusif  Səmədoğlunun 
"Deyilənlər  gəldi  başa",  İsa  Muğannanın  "Mənim 
məhəbbətim"  yandırdı  məni‖.  Təəssüflər  olsun  ki, 
belə  ağrılı  statusa  bir  nəfər  belə  şərh  yazmadı, 
halbuki dostluğumda olan insanların 90%-i ədəbiyyat 
adamıdır  -  ‖əsər  yaradanlar‖dır.    Əsər  onların 
həyatının,  ən  azı,  yarısı  deməkdir.  Amma  hansısa 
gəncin  paylaşdığı  фотоşəklə  yüzlərlə  ―bəyndim‖  
gəlir, şərhlər yazılır... 
-  Ən çox hansı sosial şəbəkələrdən bəhrələnirsiz?  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
201 
201 
201 
-  Ən  çox  Google.com,  Vikipediya,  Youtube.com, 
Facebook.com, 
İnternet 
TV-lərdən, 
müxtəlif 
saytlardan  istifadə  edirəm.  Saytlardan,  İnternet  TV-
lərdən  istifadə  maraq  dairəmdən,  informasiya  almaq 
ehtiyacından,  çox  halda  isə  şəxsi  tanışlıqlardan  
bəzən  həmin  yerdə  kimsə  dostlardan,  ya 
tələbələrimdən işləyir irəli gəlir.  
-    Sizin  yaradıcılığınızın  təbliğinə,  eləcə  də 
əsərlərinizin  yazılmasına,  imzanızın  tanınmasına 
İnternet və sosial şəbəkələrin təsiri varmı? 
-  İnternetin  həyatıma  və  yaradıcılığıma  çox 
əhəmiyyətli  təsiri  olub.  Son  dövr  yazılarımı 
bilgisayarda özüm yazıram və eleкtron poçt vasitəsilə 
istənilən yerə rahatca göndərirəm. Vaxta, pula, fiziki 
zəhmətə  qənaət  olunur.  Bu  yaxınlarda  Amerikada 
povestim 
çap 
olunub. 
BBununla 
əlaqədar 
yazışmalarım  İnternet  üzərindən  həyata  keçirilib. 
Kitabı  –  toplunu  da  İnternetüstü  elektron  satışdan 
almaq üçün sifariş verdim. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
202 
202 
Sosial  şəbəkələrin  yaradıcılığımın  təbliğində  böyük 
rolu  ola  bilərdi,  amma,  deyəsən,  nəsə  düz  alınmır. 
Səbəb  sadə  olduğu  qədər  mürəkkəb,  mürəkkəb 
olduğu  qədər  də  sadədir.  Sosial  şəbəkələrdə  ciddi 
məhsul  ―alınmır‖.  Dostluğunda  kifayət  qədər 
ədəbiyyat, sənət, mədəniyyət, elm, düşüncə adamları 
olan  istifadəçi  bir  yazı  nümunəsi  paylaşır.  Real 
vəziyyətin  konturlarını  dəqiq  cızsaq,  belə  bir 
mənzərə alınır: oxunmasına azı 20 dəqiqə vaxt lazım 
olan  material  şəbəkədə  yerləşdirildiyi  andan  она 
―bəyəndim‖  bonusu  yığılmağa  başlayır.  Axı  necə? 
Bunu  oxumaq,  ya  da  dinləmək  üçün  müəyyən  vaxt 
lazımdır. Yox, həmin an ―bəyəndim» - «like‖ olunur. 
Çünki  sosial  şəbəkələrdə  də  münasibətləri  nüfuz, 
populyarlıq,  şəxsi  əlaqələr,  ―işi  keçmək‖  ehtiyacı 
tənzimləyir.  Bəlanın  biri  bu.  İkincisi,  eyni  adam 
dəyərli iki bəndlik şeir qoyur, ya dörd sətirlik kreativ, 
orijinal, intellektual məhsul yerləşdirir. Onu bəyənən 
on  adam  olursa,  övladının,  nəvəsinin  şəklini 
paylaşanda  ona  yüzlərlə  rəy  bildirilir.  Anormal  bir 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə