Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   39   40   41   42   43   44   45   46   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
203 
203 
203 
vəziyyətdir.  Mən  bilmirəm,  digər  xalqların  sosial 
şəbəkələri  necədir,  amma  bizdə  vəziyyət  səviyyəcə 
çox aşağıdır. Nadir hallarda müzakirə qurmaq olуr və 
ya  intellektual  söhbətlərə  şərait  yaranır.  Üçüncü  acı 
hal  isə  odur  ki,  mən  özüm  də  bəzən  belə  edirəm. 
Bizdə  hazırda  cəmiyyətin  formalaşması  prosesinin 
getdiyini,  mədəni  mühitin,  elitar  cəmiyyətin  yeni 
tələblərə  uyğun,  fərqli  məzmunda  qurulduğunu 
formalaşdığını  nəzərə  alsaq,  sosial  şəbəkələrdə  də 
intellektual  mühiti  yaradılmasına  böyük  ehtiyac 
duyulur. 
-  Ənənəvi  söz  sənəti,  yoxsa  şəbəkə  ədəbiyyatı, 
kağız kitab, yoxsa elektron kitab seçiminiz?  
-  Sizin  ənənəvi  söz  sənəti  ilə  şəbəkə  ədəbiyyatının 
müqayisəsində  hər  ikisinin  uduzan  və  udan  tərəfləri 
var. Ənənəvi ədəbiyyat fundamentaldır, ―yazıya pozu 
yoxdur‖, ―göz görür, ağıl kəsir‖, əlin ilə toxunduğun 
hər  şey  realdır.  Şəbəkə  ədəbiyyatı  isə,  adından  da 
göründüyü kimi, elektron formada yayılır, müasirdir, 
gələcək onundur! Kağız kitab, yoxsa elektron mətn? 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
204 
204 
Artıq son dövrlərdə elektron variantda oxumaq mənə 
ləzzət  verir.  Amma  burada  həcm  problemi  var. 
İnternet  üzərindən,  nədənsə,  hər  şeydə  mobillik 
zəruri  ehtiyaca  çevrilib.  Əlifba  məsələsi  də  mütaliə 
və oxunmaq üçün bizə ciddi problem yaradır. Bu həll 
edilməlidir. 
Yalnız 
Azərbaycan 
dilinin 
orfoqrafiyasına  məxsus  olan  ―ə‖,  ―ı‖,  ―ö‖,  ―ü‖,  ―ğ‖, 
―ç‖,  ―ş‖  hərfləri  İnternet  ədəbiyyatına  əsl  problemə 
çevrilib. Görünür bu barədə də ciddi tədbirlər planına 
ehtiyac var... 
- Maraqlı söhbətə görə minnətdarıq. 
- Debata dəvət etdiyinizə görə təşəkkür edirəm. 
 
Söhbətləşdi: Aydın Xan Əbilov 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
205 
205 
205 
 
Kreativ debat: İnternet, yoxsa şəbəkə 
ədəbiyyatı?! 
 
 
 
Paytaxtımız  Bakı  ölkəmizin  elmi-mədəni  düşüncə  mərkəzi 
olaraq nəinki bölgələrimizə, həm də qonşu dövlətlərə - istər 
soydaşlarımızın toplum halda tarixi torpaqlarımızda yaşadığı 
İran, Rusiya, Gürcüstan, İraq, Türkiyə, istərsə də Orta Asiya 
respublikalarına,  başqa  Şərq  məmləkətlərinə  kulturoloji 
təsiri 
hər 
zaman 
araşdırmaçıları, 
tədqiqatçıları 
təəccübləndirib.  Nizami  Gəncəvidən  üzü  bəri,  Füzuli, 
Nəsimi,  Tusi,  Axundov  Mirzə  Cəlil  kimi  söz-düşüncə 
sahiblərimizin 
təsiri 
ilə 
yazıb-yaradan 
Şərq 
mütəfəkkirlərinin  ədəbi-intellektual  irsini  xatırlayaq.  Günü 
bu  gün  də  bu  təsirlər  görünməkdədir:  söz  yox,  bizim 
yerləşdiyimiz geosiyasi məkana görə Azərbaycan humanitar-
intellektual düşüncəsi də müxtəlif xarici təsirlərə, həmlələrə 
məruz  qalır.  Onları  milliləşdirməyi,  özümüzküləşdirməyi 
yaxşı  bacarırıq  və  eləcə  də  qonşu  xalqlara  da  ötürəndə 
özümüzdən çox şeyləri qatırıq.  
Bəs son vaxtlar Bakıda da geniş vüsət tapmış yeni düşüncə-
təsvir vasitələri bölgələrimizə necə, gedib çatırmı?! Budəfəki 
söhbətimiz  də  məhz  bu  yöndədir.  Həmsöhbət  olaraq 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
206 
206 
Gəncəbasardan  olan  cavan  yazıçını  -  Göygöl  rayonunun 
Üçtəpə  kəndində  dəqiq  elmlər  üzrə  pedaqoq  kimi  çalışan, 
eyni  zamanda  “Sirli  kainat”,  “Fateh”  kimi  bədii-fantastik, 
eyni  zamanda  “Riyaziyyatın  konstruktiv  təlimlə  tədrisi 
metodikası”  adlı  elmi-metodoloji  kitabın  müəllifi,  Təhsil 
nazirliyinin keçirtdiyi “İlin müəllimi” müsabiqəsinin qalibi, 
elmi-fantastik  əsərləri  ilə  İnternet  məkanında  kifayət  qədər 
oxucu qazanmış Nurlan Quliyevadır. 
 
-  Nurlan  xanım,  sizcə,  həyatımıza  yenicə  daxil  olmasına 
baxmayaraq,  ənənəvi  təsəvvürlərimizi,  düşüncə  tərzimizi, 
dünyagörüşümüzü, hətta gündəlik yaşam tərzimizi dəyişən 
yeni  İKT  texnologiyaları  -  kompüter,  İnternet,  sosial 
şəbəkələr  ədəbiyyatın  inkişafında  rolu  nə  qədər 
əhəmiyyətlidir?  

Yeni 
İKT-nin 
yaranması, 
kompüterdən 
istifadə 
bacarıqlarının  formalaşması,  müxtəlif  İnternet  saytlarından, 
elektron 
resurslardan, 
portallardan, 
həmçinin 
sosial 
şəbəkələrdən  istifadə  cəmiyyətimizdə  gedən  qloballaşmanı 
daha  da  sürətləndirdi.  Zamanəmizdə  istər  Azərbaycanda,  – 
paytaxt  Bakıdan  tutmuş,  ta  əyalətlərə,  kəndlərimizə  qədər,  - 
istərsə  də  bütün  dünyada,  texnomodern  Qərb  mədəniyyətinin 
təsiri ilə böyüyən, informasiya bolluğunda yaşayan gənc nəsil 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
207 
207 
207 
yetişir.  Məxsus  olduğu  xalqın  milli-mədəni  dəyərlərini  əks 
etdirdiyini  nəzərə  alsaq,  bu  mənada,  tərbiyyəvi  gücə  malik 
olduğunu  nəzərə  alsaq  İnternetdə,  sosial  şəbəkələrdə 
ədəbiyyatın  yayımlanması  və  təbliği  zəruridir.  Ədəbiyyatın 
inkişafına  isə  həmişə  zaman  və  məkan  amili  güclü  təsir 
göstərib.  İKT-nin  inkişafı  ədəbiyyata  yeni  məzmun,  ifadə 
vasitələri,  fərqli  mövzular  verir,  geniş  imkanlar  açır.  Əğər 
müasir  yazar  informasiya  mədəniyyətinə  sahibdirsə,  o 
ölkəsinin  sərhədlərini  aşır,  İntrnet  vasitəsilə  dünyaya  çıxır, 
sosial  şəbəkələrdə  yaradıcılığını  formalaşdırır,  50  milyonluq 
soydaşımızla virtual təmasa girir.  
- Əyalətdə yaşayan bir yazıçı kimi necə düşünürsüz, dünya və 
çağdaş  milli  söz  sənətimiz  forma  dəyişikliyinə,  fərqli  estetik 
texnologiyaya, texniki yeniliklərə hazırdırmı?! 
-  Öz  ölkələrində  intellektual-kreativ  insan  kapitalın  inkişaf 
etdirən  dünya  dövlətləri  artıq  İKT-dən  istifadənin  bütün 
sahələrdə - elm, incəsənət, ədəbiyyat və s. bəhrəsini görürlər. 
Texnologiyalar  bir  alimə  elmi  işini  modelləşdirmək, 
fəaliyyətinin nəticəsini əvvəlcədən görmək imkanı verir. İKT 
mədəniyyət - ədəbiyyat və incəsənətin bütün sahələrinə nüfuz 
edir:  postmodern  ədəbiyyat  nümunələri,  bənzərsiz  rəsm 
əsərləri,  müxtəlif  məzmunlu  və  formalı  filmlər  və  s.  yaranır. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
208 
208 
Bunlara  görə  demək  olar  ki,  dünya  söz  sənəti  yeniliklərə 
hazırdır.  
Çağdaş  milli  söz  sətimizə  gəlincə,  hələ  görüləcək  işlərimiz 
çoxdur. Dünya fikir tarixində öz sözünü demiş klassiklərimiz 
ədəbiyyatda  öz  layiqli  yerlərini  tutublar.  Müasir  nəsil  qələm 
adamlarımız  isə  sözlərə  yeni  çalarlar  verməli,  ən  əsası, 
intellektual-fəlsəfi  əsərlər  yaratmalıdırlar  ki,  həm  ingilis,  rus, 
türk dilləri vasitəsilə dünyaya çıxışını təmin etmiş bizim gənc 
oxucuları,  həm  də  xariciləri  maraqlandıra  bilsinlər.  Bədii 
ədəbiyyat milliliyi saxlamaqla dünyəvi ideyaları təblığ etməli, 
yazıçı  geniş  dünya  görüşünə  malik  olmalıdır.  Çağdaş  milli 
ədəbiyyata 
intellektuallıq, 
virtuallıq, 
fərqli 
düşüncə 
texnologiyaları  gətirilməlidir.  Mən  bunun  gücünü  öz 
yazılarımda  görmüşəm:  azərbaycanca  yazdığım,  sosial 
şəbəkələrdə  paylaşdığım  bədiiləşdirdiyim  riyazi  hekayələrim 
xaricdə 
yaşayan, 
ana 
dilimzdə 
oxuyan 
İnternet 
istifadəçilərinin – türklərin, güneyli soydaşlarımızın diqqətini 
başqa yazılarımdan daha çox cəlb edir.  
-  Maraqlıdır,  bəs  İnternet  ədəbiyyatı  dedikdə,  şxsən  siz 
nəyi  nəzərdə  tutursuz:  virtual,  elektron,  yaxud  şəbəkə 
ədəbiyyatını? 
-  İnternet  ədəbiyyatı  müxtəlif  dövrlərdə  yazılmış,  hazırda 
elektron  varianta  çevrilərək  qlobal  informasiya  şəbəkəsində 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
209 
209 
209 
yerləşdirilən  mətnlər  sayıla  bilər.  Ümumiyyətlə,  oxucuya 
virtual  olaraq  çatdırılan  bütün  növ  ədəbiyyat  nümunələri 
İnternet  ədəbiyyatı  sayılmalıdır,  əslində.  Buraya  İKT-nin 
imkanları  ilə  əlaqədar  yaranan  və  hətta  sosial  şəbəkələrdə 
formalaşan  ədəbiyyatı  –  profil  yazılarını,  qeydləri,  şərhləri, 
eləcə də, müxtəlif forumların, virtual debatların müzakirələrini 
də əlavə etmək olar. 
-  Sizin  necə,  öz  bloq,  sosial  şəbəkə  səhifəniz,  tutalım 
Feysbuk  profiliniz,  yaxud  fərdi  saytınız  varmı? 
Zəmanəmizin  bu  texniki  imkanlarından  səmərəli  istifadə 
edə bilirsiz? 
-  Sözsüz,  özümün  yaratdığım  ―Mədəniyyət‖  adlı  saytım, 
müxtəlif  İnternet  resurslarındakı  10-a  yaxın  bloqum,  bir  çox 
qlobal  şəbəkələrdə  səhifəm,  facebookda  profilim  və 
mədəniyyətimizi  təbliğ  edən  qrupum  var.  İmkan  daxilində 
bütün  saytlarımı  işlədirəm.  Ən  çox  istifadə  etdiyim  isə  Milli 
Virtual-Elektron  Kitabxanadakı  -  kitabxana.net  portalında 
yaratdığım  bloqlar,  mədəniyyətə  aid  nuraz.ucoz.ru  ünvanlı 
fərdi 
saytım, 
facebook.com 
və 
twitter.com 
profil 
səhifələrimdir.  
-  Feysbukda  yazılan  status  yazılarını,  qeydləri,  onlara 
ünvanlanmış 
şərhləri, 
aparılan 
polemika 
və 
müzakirələrini, sizcə, şəbəkə ədəbiyyatı saymaq olar? 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
210 
210 
-  Bilirsiz,  İnternet,  o  cümlədən  onun  aparıcı  istiqamətinə 
çevrilmiş  sosial  şəbəkələr  artıq  dünya  dövlətlərinin, 
beynəlxalq  təşkilatları  birləşdirən,  müxtəlif    xalqların, 
millətlərin,  milyarlarla  insanın  bir  araya  gəldiyi  virtual 
məkana çevrilib, bir sözlə, real həyatın elektron variantı kimi 
inkişaf  etməkdədir.  Bu  məkandakı  hər  bir  şəxs  yalnız  öz 
mədəniyyətini,  dünyagörüşünü  deyil,  həmçinin  mənsub 
olduğu  millətin  mədəniyyətini  nümayiş  etdirir.  Sosial 
şəbəkələr  vasitəsilə  ədəbiyyatımızı  dünya  miqyasında  təbliğ 
edə,  dünya  söz  –  fikir  sənətilə,  fərqli  mədəniyyətlərlə 
yaxından  tanış  ola  bilirik.  Feysbukdakı  statuslar,  qeydlər, 
şərhlər  onu  yazan  şəxsin  inteklektual  səviyyəsindən  asılıdır. 
İstedadlı  şəxsin  yazdığı  və  şəbəkədə  paylaşdığı  mətn,  fikir, 
əsər  gözəl  bir  ədəbiyyat  nümunəsi  də  ola  bilər.  Polemika  və 
müzakirələrsə  müzakirə  olunan  məsələni  kimin  necə 
görməsindən asılıdır...  

Maraqlıdı,  ən  çox  hansı  sosial  şəbəkələrdən 
bəhrələnirsiz? 
-  Mən  daha  çox  artıq  öyrəşdiyim  Feysbuk  və  Tvitter  kimi 
qlobal  sosial  şəbəkələrdən  istifadə  edirəm.  Onlarda  kifayət 
qədər elektron izləyicim, virtual dostlarım və oxucularım var.    


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
211 
211 
211 
-  Şəxsən  sizin  yaradıcılığınıza,  eləcə  də  əsərlərinzin 
yayılmasına,  imzanızın  tanınmasına  İnternet  və  sosial 
şəbəkələrin təsiri böyükmü olub? 
-  Əlbəttə,  yaradıçılığıma  İnternetin  çox  böyük  təsiri  olub. 
Məktəb  illərindən  bədii  əsərlər  yazırdım.  Lakin  yaşadığım 
mühitdə  bu  haqda  danışmaq  mümkün  deyildi.  İlk  dəfə  evdə 
―sirrimi‖ açdım. O anda köhnə kişilərdən olan müəllim  atam 
heç  özü  də  nə  söyləyəcəyini  bilməyib  xeyli  fikirə  getdi. 
Amma məhz atam sonralar mənə çox dayaq oldu. Bilirsiz ki, 
bölgələrdə yazıb-yaradanlar, xüsusən də hələ yenicə başlamış, 
tanınmayan qadın müəlliflərin Bakıda öz əsərlərini çap etməsi 
çox  çətin  məsələə  idi.  Amma  mən  təkidlə  çap  olunmaq 
istəyirim.  Göygöl,  Daşkəsən  rayonlarının,  Gəncə  şəhərinin 
mətbuat  orqanlarında  silsilə  yazılarım  çap  olundu.  Paytaxt 
qəzetlərinin biri fantastik hekayəmi nəşr etdi. Daha sonra 15 il 
yaradıcılıqla məşğul  olmadım.  Son 10 ildə  İKT  və  İnternetin 
inqilabi  inkişafı  yaradıcılığıma  təkan  verdi.  Riyaziyyat  və 
informatika  müəllimi  olduğumdan,  kompüter  texnologiyaları 
bacarıqlarını  çox  tez  mənimsəmişdim  deyə,  yeniliklərdən  tez 
xəbər tuturdum.  
2009-cu  ildə  kitabxana.net  saytında  qeydiyyatdan  keçib  yeni 
yazdığım  əsərləri  orada  yaratdığım  nuraz.kitabxana.net 
ünvanlı  bloqunda  yerləşdirməyə  başladım.  Bununla  da 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
212 
212 
yaradıcılığımın  yeni  dövrü  başladı.  Az  vaxta  fantastik 
əsərlərdən ibarət ―Sirli kainat‖ adlı kitabım araya-ərsəyə gəldi. 
Kitabxan.net 
portalından,  eləcə  də  Feysbuk  sosial 
şəbəkəsindən  virtual  tanış  olduğum  Yeni  Yazarlar  və 
Sənətçilər  Qurumunun  rəhbəri  Aydın  Xan  Əbilov  əsərlərimə 
dəyər  verdi  və  məni  birliyin  üzvlüyünə  qəbul  etdi.  Bundan 
sonrakı  bədii  yaradıcılığımdakı  bütün  uğurlarıma  görə  məhz 
ona minnətdaram. 
Bədii  yaradıcılığım  pedaqoji  fəaliyyətimə  təsir  göstərdi. 
Azərbaycan  Rspublikasının  Təhsil  Nazirliyi  tərəfindən 
metodik  vəsait  kimi  təsdiq  olunan  ―Riyaziyyatın  konsruktiv 
təlimlə  tədrisi  metodikası‖  adlı  kitabımı  yazdım.  İlk  olaraq 
kitabdakı  materialları  Milli  Virtual  Kitabxanada  yaratdığım 
nuraz7.kitabxana.net saytında yerləşdirmişdim.  
―Fateh‖  adlı  üçüncü  kitabımın  materiallarını  da  vaxtaşırı 
kitabxana.net  saytında  və  Feysbuk  sosial  şəbəkəsindəki 
profilimdə  paylaşmışam.  Oxucularımın,  sənət  dostlarımınn 
rəy  və  təklifləri  həmişə  məni  ruhlandırıb.  İnternet  və  sosial 
şəbəkələr  mənimçün  dahi  şəxsiyyət,  ümummilli  liderimiz 
Heydər  Əliyevin  həyat  və  fəaliyyətini  dərindən  öyrənmək 
imkanı  yaratdı.  Aydın  Xan  Əbilovla  həmmüəllif  olduğumuz 
―Heydər  Əliyev  məktəbi‖  adlı  kitabımızı  işlədik.  Hazırda 
bütün  kitablarım  İnterdə  paylaşılır.  Bütün  sahələrdə  böyük 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
213 
213 
213 
həvəslə  işlərimi  davam  etdirirəm.  Ötən  ilin  sonunda  12  saylı 
Ərazı  Vergilər  Departamentindən  ―Vergi  dostları‖  layihəsinə 
seçildim.  Bu  işimdəki  uğurlarıma  da  İnternetin  böyük  təsiri 
olur.  
Ənənəvi söz sənəti, yoxsa şəbəkə ədəbiyyatı, kağız kitab, 
yoxsa elektron kitab: seçiminiz?!  
-  Ənənəviyə  hörmət  edərək,  milliyi  qoruyaraq  yeniliyə  doğru 
getməliyik.  Sözsüz  şəbəkədəki  hər  əsər  ədəbiyyat  nümunəsi 
ola bilməz – zaman özü mətnləri, yazıları ələyəcək, yaxşılarını 
seçəcək.  Amma  İnternet  şəbəkəsi  gözlərimiz  önündə  geniş 
imkanları  olan  bir  dünya  açır  –  biz  o  dünyanın  sakinləriyik. 
Zaman və məkanın  tələblərinə uyğun  yaşamağa  məcburuq, o 
mənada seçimim şəbəkə ədəbiyyatı - elektron kitabdır. 
 
 
Söhbətləşdi: Aydın Xan Əbilov 
 
“Ədəbiyyat qəzeti” 
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə