Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   2   3   4   5   6   7   8   9   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
21 
21 
21 
Yeri gəlmişkən, bu baxımdan rəhbərlik etdiyim AYB Analitik 
İnformasiya  Mərkəzi  ilə  Yeni  Yazarlar  və  Sənətçilər 
Qurumunün  nümayəndələri,  eləcə  də  şəxsən  özüm  dəfələrlə 
ölkə  xaricində,  habelə  respublika  daxilində  keçirilən 
tədbirlərimizdə  məntiqli  aqrumentlərimizi  və  sübutlarımızı 
ortaya  qoymuşuq.  Bununla  yanaşı,  təşkilatımız  10-dan  çox 
İnternet  resursu  yaradıb  və  bu  saytlar  məhz  mədəniyyətimiz, 
ədəbiyyatımız, kulturoloji proseslər, tarixi və milli sivilizasiya 
proseslərimiz  barədə  maarifləndirici  materialları  müxtəlif 
dillərdə  virtual  aləmdən  istifadə  edənlərin  ixtiyarına  verib. 
Yarandığı  vaxtdan  üzü  bəri,  3  illik  tarixində  4  milyon 
istifadəçiyə  xidmət  edən  www.kitabxana.net  ünvanlı  Milli 
Virtual-Elektron 
Kitabxanada, 
www.kitab.biz, 
www.elmlər.net  kimi  elektron-intellektual  resurslarımızda, 
eyni  zamanda  gündəlik  üzvlərinin  sayının  40  minə  çatan 
Feysbuk  sosial  şəbəkəsindəki  qruplarımızda  Azərbaycan 
mədəniyyəti,  həqiqətləri,  tarixi,  kulturoloji  sərvətləri, 
intellektual xəzinəsi ilə bağlı materiallara, xəbərlərə, müxtəlif 
yazıçılarımıza, 
ziyallılarımıza, 
dövlət 
adamlarımıza, 
alimlərimizə,  bir  sözlə,  tanınmış  şəxsiyyətlərimizə  həsr 
olunmuş  elektron  səhifələr,  klassik  və  çağdaş  ədəbi-
intellektual  irsimizi  özündə  cəmləyən  elektron  kitablara, 
nəşrlərə geniş yer ayırmışıq. Bütün bunlar isə informasiya və 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
22 
22 
ideoloji  savaşın  kreativ  formaları,  kulturoloji  tərəfləri  kimi 
düşünülərək reallaşdırılıb. 
Bəs  ideoloji  savaşı  -  informasiya  yarışması  sahəsilə  bağlı 
hansı  strategiya  daha  məntiqli,  xeyirgətirici,  ağlabatan  sayıla 
bilər?  Zənnimcə  ermənilərə,  ümumiyyətlə,  bizimlə  kəskin 
rəqabət  aparan  xalqlara  nəyi  isə  sübut  etmək  kimi  köhnə 
metodlardan 
imtina 
etməliyik. 
Azərbaycanımızın 
müstəqilliyini, inkişafını, dünya düzənində söz-yer sahibi kimi 
güclənməsini  sevməyən  o  qüvvələr,  eləcə  də  ermənilər  nə 
qədər  yalançı  siyasət  yürütsələr  də,  saxtakarlıq  etsələr  də, 
onlara  qarşı  hər  yerdə  yalnız  yüksək  mədəniyyət 
nümunələrimizi,  intellektual-kreativ  uğurlarımızı  ortaya 
qoymaqla,  həqiqətlərimizi  dünyaya  tanıtmaqla,  başqa  sözlə, 
xalqımıza  aid  yazılı  mənbələri,  kitabları,  materialları  xarici 
dillərə çevirib bir çox ölkədə, mədəniyyət mərkəzlərində nəşr 
etdirməliyik.  O  materialları  isə  beynəlxalq  təşkilatların 
saytlarına,  elektron  poçtlarına,  xarici  siyasətçilərə,  yazıçılara, 
alimlərə,  ictimai-siyasi  xadimlərinə,  kulturoloqlarına  və 
mədəniyyətşünaslarına  göndərməklə  ermənilərin  bizə  qarşı 
informasiya  savaşını  iflasa  uğrada  bilərik.  Nəzərə  alsaq  ki, 
Azərbaycan  milli  sivilizasiya  tarixi  bir  neçə  minilliyi  əhatə 
edir, ölkədə olan maddi-mənəvi sərvətimiz ermənilərinkindən 
qat-qat  yüksəkdir,  toplum  olaraq  onlardan  sayca  dəfələrlə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
23 
23 
23 
çoxuq, 
ədəbiyyat, 
mədəniyyət 
baxımından 
dünya 
sivilizasiyasına böyük imzalar vermişik, ermənilərə qarşı çox 
güclü  kulturoloji-ideoloji  silahlarla  çıxmış  oluruq.  Məsələn, 
bizim  Zzərdüşt  peyğəmbər  -  ―Avesta‖  və  "Kitabi-Dədə 
Qorqud"  kimi  milli  sivilizasiya  pasportumuzu  əvəzləyən 
yazılı-tarixi  kitabələrimiz,  Xaqani,  Tusi,  Nizami,  Nəsimi, 
Füzuli,  Xətai  kimi  yüzlərlə  mütəfəkkirimiz  var.  Dünyaya 
sübut  edə  bilərik  ki,  biz  bir  neçə  min  il  bundan  öncə  burada 
olanda  və  mədəniyyət  əsərlərini  yaradanda  ermənilər  hələ 
tarix 
səhnəsinə 
çıxmamışdılar.  
Düşünürəm  ki,  çox  ciddi  intellektual-kulturoloji  proqram 
şəklində  aparılması  vacib  olan  bir  siyasətin  tərkib  hissələrini 
təşkil  edən  sahədir.  Dövlət  qurumları  və  rəsmi  orqanların, 
ayrı-ayrı  fərdlərin,  QHT-lərin,  düşünən  bütün  insanlarımızın, 
o cümlədən 50 milyonluq soydaşımızın  hansı işlər görəcəyini 
planlaşdıran  imic  xarakterli,  həm  də  düşmənlərimizə  layiqli 
cavab  vermək  baxımından  bir  konsepsiya  ərsəyə  gətirməyə 
ehtiyac var.  
50  milyonluq  dünya  azərbaycanlılarının  fəal  üzvləri 
ermənilərə qarşı informasiya savaşına mütəşəkkil qoşulmaları 
üçün  təşəbbüslərin  reallaşmasına  da  xüsusi  ehtiyac 
duyulur. Xüsusən 
də 
bu 
istiqamətdə 
yeni 
nəslin 
nümayəndələri,  gənc kreativ və intellektulların, sosial  şəbəkə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
24 
24 
fəallarının  rolu  böyükdür.  Onların  kreativ,  innovativ,  yeni 
texnologiyalara  söykənən,  qlobal  maştabda  qəbul  olunan 
formalara cavab verən təkliflərin reallaşması üçün dövlətimiz 
qrantlar 
ayıra 
bilər. 
Dünya 
azərbaycanılarının 
qurultaylarında, 
diaspot 
nümayəndələrinin  forumlarında  çıxış  edən  dövlətimizin 
başçısı  İlham  Əliyev  dəfələrlə  bəyan  edib  ki,  bütün 
azərbaycanlıların  prezidentiyəm.  Bu  baxımdan  dünya 
azərbaycanlılarının mütəşəkkil hala gəlməsi üçün istər vaxtilə 
ümummilli liderimiz Heydər Əliyevin, istərsə də onun layiqli 
davamçısı  İlham  Əliyevin,  eləcə  də  Mehriban  xanım 
Əliyevanın  çoxsaylı  təşəbbüsləri,  əslində  ideoloji  sahədə  əsl 
proqramxarakterli  tezislər  kimi  qəbul  olunmalıdır.  Dünya 
azərbaycanlılarınını  qurultaylarının,  müxtəlif  tədbirlərinin 
təşkil olunması, bu mötəbər məclislərdə qarşıya konkret vəzifə 
və 
tapşırıqlar 
qoyulması 
soydaşlarımızı 
xeyli 
mütəşəkkilləşdirib.  
Artıq 
milli 
diaspor 
qurumlarımız 
formalaşıb 
və 
soydaşlarımızın yaşadığı ölkələrdə nəinki  Azərbaycanla bağlı 
təşkilatlarla,  eləcə  də  müxəlif  dövlətlərdəki  səfirliklərimiz 
arasındakı münasibətlər intensivləşib. Eyni zamanda dünyanın 
aparıcı  ölkələrində  mədəniyyət  mərkəzlərimiz,  Azərbaycanı 
tanıtma  ocaqlarımız  yaradılıb.  Avropa  və  Şərq  ölkələrində 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə