Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi



Yüklə 72,03 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü72,03 Kb.
#5163


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 187-191 (2015) 

187 


Ç

 

 



Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi 

 

 



 

 

Avqustun 5-də 

Azərbaycanda tibb elminin inkişafında 

misilsiz xidmətlər göstərmiş görkəmli alim, ictimai 

xadim, Azərbaycan Milli Elmlər Akademiyasının 

təsisçilərindən biri, akademik Mustafa 

bəy Ağabəy oğlu 

Topçubaşovun anadan olmasının 120 ili tamam olur.

 

Heyrətamiz istedadı, böyük entuziazmı, tükənməz enerjisi, 

yüksək intellekti, məntiqi təfəkkürü və iti zəkası hesabına 

cərrahiyyə sahəsində bir sıra ixtira və kəşfləri, möhtəşəm 

fəaliyyəti ilə Azərbaycana başucalığı gətirən, dərin insani 

keyfiyyətləri, ürəyinin sevgisi və skalpelinin sehri ilə 

apardığı yüz mindən artıq cərrahi əməliyyatlar nəticəsində 

insanlara sağlamlıq bəxş edən dünya şöhrətli alimin 

yubileyi ölkəmizdə geniş qeyd edilir. Virtuoz cərrah, 

görkəmli dövlət və elm xadimi Mustafa bəyin əziz xatirəsi 

dövlətimiz və xalqımız tərəfindən daima hörmətlə anılır.  

 

 

 

 

1995-ci il oktyabr ayının 14-də Heydər  Əli-

yevin 31 iyul 1995-ci il tarixli sərəncamı ilə Azər-

baycan Dövlət Opera və Balet Teatrında akademik 

Mustafa bəy Topçubaşovun anadan olmasının 100 

illik yubileyi qeyd olunarkən Ümummilli liderimiz 

öz çıxışında demişdir:  “Mustafa bəy Topçubaşo-

vun həyat yolu, yaradıcılığı, onun bizim üçün və 

gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz 

və milli iftixarımızdır”.  Bu fikirlərdə  akademik 

M.Topçubaşov  şəxsiyyətinə Azərbaycan dövlətinin 

göstərdiyi böyük ehtiram oz möhtəşəm ifadəsini 

tapmışdır.  

Akademik M.Topçubaşov AMEA-nın ilk təsis-

çilərindən, onun ilk həqiqi üzvlərindən biri olmaqla, 

şərəfli ömrünün 36 ildən artıq bir dövrünü Azər-

baycan Milli Elmlər Akademiyası kimi möhtəşəm 

elm məbədinin inkişafına və  bərqərar olmasına, 62 

ildən çoxunu - cərrahlıq elminin tərəqqisinə, 51 ildən 

çoxunu isə - Azərbaycan Tibb Universitetinin fakültə 

cərrahlığı kafedrasının təşəkkül tapmasına, elmi-

pedaqoji işlərin, tibb elmi və tibb təhsili sistemlərinin, 

bütövlükdə Azərbaycan səhiyyə sisteminin təkmilləş-

məsinə, gənc milli tibb kadrlarının hazırlanmasına, 

onların təkmil mütəxəssis kimi yetişmələrinə  həsr 

edibdir. Səhiyyənin maddi-texniki bazasının möh-

kəmləndirilməsində, tibb təhsilinin tədrisində, müalicə 

və profilaktika sahəsində mühüm islahatların həyata 

keçirilməsində  də görkəmli alim misilsiz xidmətlər 

göstərmişdir. 

Mustafa 


bəy Ağabəy oğlu Topçubaşov 1895-ci il 

avqust ayının 5-də  İrəvan  şəhəri yaxınlığında 

Göykümbət kəndində dünyaya gəlib.  İbtidai və 

gimnaziya təhsilini  İrəvanda başa vurub. Uşaqlıq 

dostu, gələcəyin görkəmli dövlət və elm xadimi Əziz 

Əliyevlə eyni ibtidai məktəbdə, eyni gimnaziyada 

təhsil alıb. O vaxtlar İrəvan ibtidai məktəbi və  

gimnaziyasının təşkilində azərbaycanlı müəllimlərin 

böyük rolu olub.  

1914-cü ildə  İrəvan gimnaziyasını bitirən 

M.Topçubaşov Kiyev Universitetinin tibb fakültə-

sinə daxil olub. 1919-cu ildə  təhsilini müvəffəqiy-

yətlə başa vurduqdan sonra, universitetin kafedra-

larının birində  fəaliyyətini davam etdirmək təklifi 

edilməsinə baxmayaraq, Bakıya qayıdıb.  

O vaxt Azərbaycanda Xalq Cümhuriyyəti ya-

radılmışdı. 1919-cu il sentyabrın 1-də yenicə müs-

təqillik əldə etmiş ölkəmizin paytaxtında Bakı Dövlət 

Universitetinin (BDU) tibb fakültəsi təşkil edilmişdi.  

Ölkənin səhiyyə xidmətində ciddi problemlərin 

mövcudluğu, xüsusən də milli həkim kadrlarına 

böyük ehtiyac olduğu bir vəziyyətdə M.Topçubaşo-

vun  vətənə qayıtması, BDU-nun tibb fakültəsinin 

cərrahiyyə kafedrasında çalışan professor A.Oşmanı 

və universitetin rektoru, görkəmli cərrah-anatom 

professor V.Razumovskini məmnun etmişdi. M.Top-

çubaşovun BDU-nun tibb fakültəsinin cərrahiyyə 

kafedrasında ordinator kimi işə düzəlməsində bu 

alimlərin böyük  rolu  olmuşdu.  Mustafa bəy BDU-

nun tibb fakültəsində cərrahlıq fənnindən dərs deməyə 




MUSTAFA BƏY TOPÇUBAŞOV – 120 

188 


cəlb edilən ilk milli kadrlardan olub. O, ordinator 

işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissar-

lığının Cərrahlıq Xəstəxanasının müdiri vəzifəsində 

çalışıb. Tez-tez respublikanın ucqar rayonlarına ge-

dərək, yerlərdə  cərrahi  şöbələr təşkil edib, ambu-

latoriya və stasionaraqədərki cərrahi yardımın mexa-

nizmini qurub, əhaliyə yüksəkixtisaslı həkim yardımı 

göstərib. M.Topçubaşov 1922-ci ildə  Nəriman Nəri-

manovun təklifi ilə Naxçıvana göndərilib. O, Nax-

çıvanda xəstəxana, ambulatoriya, Ordubadda feldşer 

məntəqələri təşkil edib. Akademik sonralar xatirə-

lərində o illəri belə  təsvir edirdi: “İş vaxtımın baş-



lanğıcı  və sonu yox idi. Gündüzün və gecənin nə 

vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üs-

tə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm 

nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, 

həm yoluxucu xəstəliklər həkimi… işləyirdim. Hə-

kimsən, demək loğmansan, bütün dərdlərə əlac qıl-

malısan”.  

Gənc həkim-cərrahın adı respublikada qısa 

müddətdə məhşurlaşıb  və xalq arasında “Topçubaşov 

skalpeli” məfhumu yaranıb. 1923-1927-ci illərdə  

professor A.Oşmanın təqdimatı ilə  əsasən neftçilərə  

xidmət edən və Bayılda yerləşən Paster adına xəstə-

xananın cərrahlıq  şöbəsinin və eyni zamanda Azər-

baycan SSR Xalq Səhiyyə Komissarlığı  Cərrahlıq 

Xəstəxanasının müdiri təyin edilib. 

Azərbaycanda sovet hakimiyyətinin ilk illərin-

də  səpgili yatalaq, qarın yatalağı, malyariya, tra-

xoma kimi infeksion xəstəliklər  əhali üçün ciddi 

təhlükə törədirdi. Bununla əlaqədar olaraq, 1925-ci 

ilin iyul ayında Azərbaycan hökuməti “Azərbaycan 

SSR-də qızdırmaya qarşı mübarizə” haqqında qərar 

qəbul etdi. Bundan sonra M.Topçubaşov elmi-

tədqiqat işlərini qızdırmanın profilaktikası  işinə 

yönəltdi. 

M.Topçubaşov 1925-ci ildə Tiflisdə keçirilən 

Zaqafqaziya Cərrahlarının I Qurultayında “Exino-

kokkun cərrahi müalicəsi” və “Qalxanabənzər vəzin 

köçürülməsi” mövzularında çıxışlar edib və mövzu-

lara aid ilk elmi məqalələrini Qurultayın material-

larında çap etdirib.  

1926-cı ildə  Mərkəzi Komitə Azərbaycanda 

“Həkimlərin nəzəri və  təcrübi hazırlığını yaxşılaş-

dırmaq haqqında” adlı xüsusi qərar qəbul edib və 

Azərbaycan Xalq Maarif Komissarlığı tibbi təcrübə 

keçmək üçün Almaniyaya 20 nəfər həkim göndəril-

məsi qeyd edilib. Almaniyaya gedənlərin siyahısına 

M.Topçubaşovun adı salınmayıb və buna əsas sə-

bəb komissarlığın kollegiya iclasında Mustafa bə-

yin namizədliyi irəli sürüləndə hamının yekdilliklə 

dediyi fikir olub “Mustafa Topçubaşov artıq özü 

öyrədir. Öyrənməyə ehtiyacı olanları göndərmək 

lazımdır”. Almaniyaya göndərilən 20 nəfər həkim-

dən 8-i bu səfərdən imtina etdiyindən, M.Topçu-

başov ərizə yazaraq onun namizədliyinin irəli sürül-

məsini xahiş edib. Müvafiq orqanlarla məsləhət-

ləşdikdən sonra onun da adı siyahıya salınıb. Belə-

liklə, M.Topçubaşovla birlikdə  gələcəkdə Azərbay-

can Elmlər Akademiyasının ilk prezidenti olmuş, 

akademik Mirqasımov və digər həkimlər Almani-

yanın Berlin, Münhen, Leypsiq və digər şəhərlərində 

təkmilləşmədə olublar. Mustafa bəy Almaniya təəs-

süratı haqqında yazırdı:  “Professor Krause çox 



hörmətli mütəxəssis idi. Həddən ziyadə  tələbkar ol-

duğu üçün onunla işləmək  çox çətin idi. Professorun  

qohumlarından biri yol qəzasına düşmüşdü. Onu 

ağır vəziyyətdə klinikaya gətirmişdilər. Təcili qan 

köçürülməli idi. Həmin xəstəyə eyni qan qrupu 

olduğu üçün mənim qanımın köçürülməsinə razılıq 

verdim.  Şahidlər deyirdilər ki, professor Krause bu 

nəcibliyə heyran qalmışdı. Həmin əhvalatdan sonra  

professor Krause ilə  mənim aramda xoş ünsiyyət  

yaranmışdı”. 

M.Topçubaşov təkcə öz skalpelinin gücü, qüd-

rəti ilə deyil, lazım gəldikdə, həm də donor kimi 

xeyirxahlığı ilə  də insanları ölümün pəncəsindən 

qurtarmağı bacarırdı  və bunun bir nümunəsi vətən-

dən uzaqlarda – Almaniyada baş verdi. Bu əhva-

latdan sonra professor Krause azərbaycanlı  həkim-

lərə müraciətlə demişdi:  “Əgər Azərbaycanın indi 



sizin kimi yüz oğlu varsa, yarım  əsrdən sonra yüz 

professoru olacaqdır. Mən bütün varlığımla buna 

inanıram”. 

Alman alimi professor Krauzenin inamı doğ-

ruldu. Azərbaycan həkimləri Bakıya qayıtdıqdan 

sonra Almaniyada əldə etdikləri mükəmməl təcrübə 

onların hər birinin gələcək fəaliyyət yollarında geniş 

imkanlar açdı. M.Topçubaşov Almaniyadan qayıt-

dıqdan sonra  şəhər xəstəxanalarından birində cərrahi 

yardım göstərən ilk elmi-metodik mərkəz yaratdı.  

O, 1930-cu ildə «Malyariya mənşəli spleno-

meqaliyanın klinikası, patogenezi və  cərrahi müa-

licəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə 

edib, tibb elmləri doktoru elmi dərəcəsi və professor 

elmi adına layiq görülüb. Bundan sonra gənc alim 

Azərbaycan Tibb İnstitutunun (ATİ) Fakültə cərrah-

lığı kafedrasının müdiri seçilərək, ömrünün sonuna 

qədər (1981-ci il) həmin vəzifəni  şərəflə yerinə ye-

tirib. 

M.Topçubaşov uzun müddət cərrahi ağrısızlaş-



dırma problemi üzərində işləyib və nəhayət, istədi-

yinə nail olub. Bu sahədə apardığı elmi axtarışlar 

1937-ci ildə ona cərrahlıq praktikasına yeni, nisbə-

tən təhlükəsiz keyləşdirmə metodunu – “Analge-

zin” adlanan inyeksion efir-yağ narkozunu daxil et-

məyə imkan verib. Bu metod sadəliyinə, hazırlan-

ma və  tətbiq texnikasının asanlığına, inhalyasion 

narkoz zamanı rast gəlinən bir sıra mənfi halların – 

dərin narkoz yuxusu, qanda narkotik maddələrin 

yüksək konsentrasiyada toplanması  və s. halların 

aradan qaldırılmasına imkan verdiyinə görə, cərrah-

lar tərəfindən gündəlik praktikaya geniş tətbiq edi-

lib. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından 



Əhliman Əmiraslanov 

189 


həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, 

tetanus, qıcolma halları zamanı müalicə və eləcə də 

doğuş proseslərində  ağrısızlaşdırma vasitəsi kimi 

istifadə edilib.  

1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlı-

ğının Elmi-Tibbi Şurasının Farmakologiya Komi-

təsinin iclasında efir-yağ qarışığının «Analgezin» 

adı altında istehsal edilməsinə icazə verilib. Bu 

metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq 1963-cü 

ildə SSRİ Tibb Elmləri Akademiyasının A.Viş-

nevski adına Elmi-Tədqiqat Cərrahlıq  İnstitutunda 

keçirdiyi konfransda M.Topçubaşov öz kəşfi barədə 

təqdimat nitqi söyləyib və görkəmli Azərbaycan 

aliminin çıxışı alqışlarla qarşılanıb. Elə həmin kon-

fransda dünya şöhrətli alim A.Vişnevski adına mü-

kafata və diploma layiq görülüb. Leninqradda 

(Sankt-Peterburq) fəaliyyət göstərən akademik 

P.Kupriyanov M.Topçubaşovun “Analgezin” haq-

qındakı  kəşfindən danışarkən demişdir:  “...Bakı 

nefti müharibə illərində tanklarımıza, təyyarələri-

mizə  nə vermişdisə, efir-yağ narkozu da hərbi - 

səhra cərrahiyyəmizə onu vermişdir. Akademik 

M.Topçubaşovun zəhmətini başqa heç cür müqayi-

sə etmək və qiymətləndirmək olmaz”. 

Neyrofiziologiya sahəsində professor Q.Qəh-

rəmanovla  əməkdaşlıq edən akademik M.Top-

çubaşov bu sahədə xeyli tədqiqat işləri aparmış, 

yüksək nəticələrə nail olmuşdu. Professor Q.Qəh-

rəmanov belə  əməkdaşlığa və akademikin kəşfinin 

Nobel mükafatına təqdimi məsələsinə toxunaraq 

yazırdı:  “1977-ci ildə Beynəlxalq Nobel Mükafat-



ları Komitəsindən Bakıya çox sevindirici bir xəbər 

gəldi. Bu xəbər məktub  şəklində Mustafa Topçu-

başova və  mənim ünvanıma göndərilmişdi. Komitə 

təklif edirdi ki, bizə göndərdiyi anket suallarına ca-

vab yazaraq, nəşr edilmiş elmi işlərimizin siyahısı 

ilə  bərabər, dekabr ayından gec olmamaq şərtilə 

poçt vasitəsilə Komitəyə göndərək. Biz, “Davamlı 

analgeziya təbabətin və fiziologiyanın problemidir” 

adlı yenicə çapdan çıxmış kitabımızı, elmi işləri-

mizin siyahısı ilə  bərabər Komitəyə göndərdik... 

Komitədən cavab aldıqdan az sonra “Bakinskiy 

raboçiy” qəzetinin iki nömrəsində Nobelin əleyhinə 

bir məqalə  dərc olundu... Görünür, azərbaycanlı 

alimlərin Nobel mükafatı laureatları  sırasına düş-

mək ehtimalının gerçəkləşə biləcəyi ərəfədə, Nobe-

lin tənqid olunması  təsadüfi deyildi. Bu məqalə 

barədə Mustafa bəy mənə dedi ki, “Söhbət təkcə 

bizdən getmir, ancaq çox istərdim ki, Nobel müka-

fatına layiq görülənlərin siyahısına azərbaycan-

lıların da adı düşəydi”. 1978-ci ildə tibbə və fizio-

logiyaya nəzərdə tutulmuş mükafat heç kəsə veril-

mədi”. Birmənalı şəkildə demək olar ki, akademik 

M.Topçubaşov həqiqətən Nobel mükafatına layiq 

idi və  məncə,  əlavə  şərhə ehtiyac yoxdur, çünki 

Azərbaycana qarşı ikili standartların tətbiqi o dövr-

də də gündəmdə olub. 

Böyük Vətən müharibəsi illərində (1941-1945) 

professor M.Topçubaşov Azərbaycan Xalq Səhiyyə 

Komissarlığı Evakohospital İdarəsinin baş  cərrahı 

təyin edilib və bu işdə də özünü bacarıqlı təşkilatçı, 

novator-cərrah kimi göstərib. Belə ki, o, SSRİ-də 

ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılma 

və növbələşdirilməsinin təşəbbüskarı  və yaradıcısı 

olub. Müharibə illərində bundan hərbi-səhra cər-

rahlığı  işinin təşkilində müvəffəqiyyətlə istifadə 

olunub. Evakohospitallarda apardığı çoxsaylı  əmə-

liyyat və müşahidələr professora bir sıra səmərəli 

təkliflər irəli sürmək imkanı da verib. Hərbi səhra 

cərrahlığının  ən aktual problemlərindən olan insan 

bədəninə daxil olmuş metal yad cismin lokaliza-

siyası  və onun xaric edilməsi problemi üzərində 

çalışan alimin konstruksiyası  əsasında hazırlanan 

stereoskop aparatı portativliyinə  və yad cismin 

lokalizasiyasını dəqiq təyinetmə imkanına görə bö-

yük müvəffəqiyyətlə  təcrübədə  tətbiq edilib. 

M.Topçubaşov periferik sinir zədələnmələrinin 

cərrahi müalicəsində mum-parafin tubajı, ətraflarda 

əmələ  gələn və müalicəyə tabe olmayan ifliclər 

zamanı tendomioplastika, kəllə sümüklərinin krani-

oplastikası  və s. kimi böyük əhəmiyyət kəsb edən 

orijinal təkliflərinə görə respublikadan kənarda da 

böyük şöhrət qazanıb. Müharibədən sonra professor 

M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyi-

nin baş  cərrahı  vəzifəsində çalışaraq, respublikada 

cərrahi xidmətin yenidən təşkilinə bilavasitə  rəh-

bərlik edib.  

1945-ci ildə respublikanın 15 nəfər görkəmli 

elm xadimləri sırasında Azərbaycan SSR Elmlər 

Akademiyasının ilk təsisçilərindən olan alim, həm 

də, onun ilk həqiqi üzvlərindən biri seçilib. Onun 

1947-1949-cu illərdə Azərbaycan Elmi-Tədqiqat 

Kliniki və Eksperimental Təbabət  İnstitutuna rəh-

bərlik etməsi, uzun illər Azərbaycan SSR Elmlər 

Akademiyasının vitse-prezidenti vəzifəsini yerinə 

yetirməsi onun təşkilatçılıq qabiliyyətinə göstərilən 

etimadın parlaq təzahürlərindəndir.  

Akademik M.Topçubaşov beynəlxalq miqyasda  

əldə etdiyi yüksək səviyyəli nailiyyətlərinə, ixtira və 

kəşflərinin dəyərinə, səhiyyə sahəsindəki xidmətlərinə 

görə 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının 

müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilib. 

Alimin elmi-tədqiqat işlərinin əsas istiqamətini 

malyariya mənşəli splenomeqaliyanın klinikası, pa-

togenezi, profilaktikası  və  cərrahi müalicəsi, öd 

yolları  xəstəliklərinin, xərçəng xəstəliyinin cərrahi 

müalicə üsullarının işlənib hazırlanması  və prak-

tikaya tətbiqi, qarın və döş boşluğu orqanlarının 

cərrahi  əməliyyat tələb edən xəstəliklərinin diaq-

nostikası, klinikası, profilaktikası və cərrahi müali-

cəsi, neyrocərrahiyyə  və travmatologiya problem-

ləri, müasir tibbi texnologiyaların işlənib hazırlan-

ması,  əldə olunan nəticələrin səhiyyə praktikasına 

tətbiqi və s. təşkil edib.  




MUSTAFA BƏY TOPÇUBAŞOV – 120 

190 


Akademik M.Topçubaşov 5 cildlik «Xüsusi 

cərrahlıq» kitabının, 8 monoqrafiyanın, 300-dən 

çox çap olunmuş elmi işin və elmi-kütləvi məqa-

lənin müəllifi olub. Onun rəhbərliyi və  məsləhət-

çiliyi altında 42 (12 doktorluq və 30 namizədlik) 

dissertasiya müdafiə edilməsi, alimin milli tibb 

kadrları hazırlığı istiqamətində yerinə yetirdiyi 

titanik işlərin parlaq təcəssümünü göstərir.  

O, gərgin elmi və təcrübi fəaliyyəti ilə yanaşı, 

geniş miqyaslı elmi-pedaqoji fəaliyyətlə  məşğul 

olub və yüksəkixtisaslı çoxminli həkim kadrlarının 

hazırlanmasında böyük xidmətlər göstərib. Onun 

layihəsi üzrə kafedrada operasiyon - auditoriya 

təşkil edilib ki, bu da tələbələrə cərrahi müdaxilənin 

bütün detallarını izləməyə imkan verib.  

Mustafa bəy urologiyada, travmatologiyada, 

neyrocərrahlıqda, abdominal və torakal cərrahlıqda 

yüksək səviyyəli operasiyaların müəllifi kimi keç-

miş Sovetlər İttifaqı, eləcə də xarici ölkə cərrahları 

arasında layiqli şöhrət qazanıb. Onun, xüsusilə, 

Bolqarıstan alimləri ilə yaratdığı sıx əməkdaşlıq hər 

iki tərəfdən məmnunluq hissi ilə qarşılanıb. Bunun 

müqabilində Azərbaycan aliminin 1952-ci ildə 

Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü 

seçilməsi bu dostluğun, bu əməkdaşlığın, bu müna-

sibətin zirvə nöqtəsinə çevrilib. Alimin Bolqarıs-

tanda apardığı  təmənnasız mürəkkəb cərrahi  əmə-

liyyatlar ona bolqar xalqının hüsn-rəğbətini, səmimi 

məhəbbətini qazandırmışdır. 

Cərrahların Lissabonda keçirilən XI Beynəl-

xalq Konqresində akademik M.Topçubaşov 20 

nəfər Sovet tibb alimi ilə birlikdə Beynəlxalq Cər-

rahlar Assosiasiyasının üzvü seçilmişdir ki, bu da 

görkəmli alimin simasında dünya miqyasında Azər-

baycan cərrahlıq elminə verilən ən yüksək dəyər, ən 

yüksək qiymətdir. 

Görkəmli alim dünya miqyasında həm də gör-

kəmli dövlət xadimi və  ictimai xadim kimi tanınıb. 

Azərbaycan EA-nın və SSRİ TEA-nın həqiqi, Bol-

qarıstan EA-nın müxbir üzvü olan akademik M.Top-

çubaşov 30 ilə yaxın bir müddətdə Azərbaycan SSR 

EA-nın vitse-prezidenti, Azərbaycan SSR Ali Sove-

tinin sədri olub, I-X çağırışlarda Respublika Ali 

Sovetinə, həmçinin SSRİ Ali Sovetinə deputat seçil-

ib, Azərbaycan Respublikası Sülhü Müdafiə Komi-

təsinin sədri, Ümumittifaq Sülhü Müdafiə Komi-

təsinin üzvü, Sovet İttifaqının  Asiya və Afrika Ölkə-

ləri Xalqları ilə  Həmrəylik Komitəsinin üzvü, «Bö-

yük Tibb Ensiklopediyası»nın redaktorlarından biri 

və Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş 

redaksiya heyətinin üzvü olub. Sülh işi uğrunda 

xidmətlərinə görə M.Topçubaşov Ümumdünya Sülh 

Şurasının gümüş medalı  və Sovet Sülhü Müdafiə 

Komitəsinin fəxri fərmanları ilə  təltif olunub. Gör-

kəmli alim Vətən qarşısındakı xidmətlərinə görə 4 

dəfə «Lenin» ordeninə, «Qırmızı  Əmək Bayrağı», 

«Qızıl Ulduz», «Şərəf Nişanı» ordenlərinə, Bolqa-

rıstanın III dərəcəli “Kirill və Mefodi” ordeninə, 

«Sosialist  Əməyi Qəhrəmanı» Fəxri adına, SSRİ 

Dövlət  (Stalin) Mükafatı Laureatına, «Oraq və Çə-

kic» qızıl medalına, «Qafqazın müdafiəsinə görə», 

«Almaniya üzərində qələbə», “Fədakar Əməyə görə” 

medallarına, “SSRİ  Səhiyyə  Əlaçısı”, “SSRİ-nin 

Sanitar Müdafiəsi  Əlaçısı” döş nişanlarına, Fəxri 

Fərmanlara layiq görülüb. Bakı şəhərindəki küçələr-

dən və  Xəzərdə üzən gəmilərdən biri, Səhiyyə 

Nazirliyinin Elmi Cərrahiyyə  Mərkəzi akademik 

M.Topçubaşovun adını daşıyır. Elmi-Cərrahiyyə 

Mərkəzinin həyətində alimin büstü qoyulub, ATU-

dakı iş otağında  - “Xatirə Muzeyi” təşkil edilib. 

Görkəmli alim akademik M.Topçubaşov 1981-

ci il noyabrın 20-də əbədiyyətə qovuşub. 

M.Topçubaşov irsi, onun elmi əsərləri, kəşf və 

ixtiraları bütün dövrlərdə olduğu kimi, bu illərdə  də 

müasirliyini, gələcək nəsillərə nümunə olma göstə-

riciliyini, bəşəriyyətə, o cümlədən vətənə  və xalqa, 

tibb elminə  və  səhiyyəyə lazımlığını bütün dolğun-

luğu ilə mühafizə edərək saxlayıb. 1995-ci ildə 

M.Topçubaşovun ATİ-dəki iş otağında  alimin “Xa-

tirə Muzeyi”nin təşkili, 2010-cu ildə ATU-nun yaran-

masının 80-illik yubileyi ərəfəsində alimin yazdığı 5 

cildlik “Xüsusi cərrahlıq” kitabının nəfis tərtibatda 

yenidən nəşr edilməsi, eləcə də müxtəlif illərdə alimin 

yubileylərinə  həsr edilmiş elmi konfransların keçiril-

məsi, onun barəsində  mətbuatda ardıcıl yazılar dərc 

edilməsi, haqqında  kitablar yazılıb çap etdirilməsi bu 

yaxınlığın, bu qayğının, M.Topçubaşov  əbədiyaşarlı-

ğının bariz nümunələrindəndir. 

Mustafa bəyin  100-illik yubiley tədbirində dahi 

Heydər  Əliyev bu zərurət meyarlarını  təhlil edərək 

Azərbaycan Milli Elmlər Akademiyasının 50 illik 

yubileyini də gözlərimiz önündə geniş panoramla 

canlandırdı  və bu möhtəşəm elm məbədinin fəaliy-

yətini yüksək qiymətləndirərək dedi: Bu il biz 



Azərbaycan Elmlər Akademiyasının yaranmasının 

50-illik yubileyini qeyd edirik. Bu, Azərbaycan 

xalqının tarixində böyük bir səhifədir. Çoxəsrlik 

tariximizdə elmimiz, alimlərimiz olubdur. Ancaq 

Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və 

bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıbdır. 50 

il  ərzində Azərbaycan Elmlər Akademiyası bütün 

elmi potensialı özündə  cəmləyərək, xalqımızın 

elm, yaradıcılıq sahəsində  nəyə qadir olduğunu 

dünyaya göstəribdir. Xalqımız istedadlı xalqdır, 

ağıllı xalqdır. Xalqımızın istedadlı, ağıllı, elmli, 

zəkalı olmağını biz Mustafa bəy Topçubaşov kimi 

adamların  şəxsiyyətində görürük, bunu dünya da 

görür”. 

Bu sətirləri oxuyarkən düşünürsən ki, ümum-

milli liderin AMEA-nın fəaliyyətinə  və M.Topçu-

başov yaradıcılığına, onun şəxsiyyətinə verdiyi 

qiymətdən dəyərli bir qiymət tapmaq mümkün 

deyildir və bu böyük alimə, eləcə də AMEA-ya ən 

yüksək qiyməti məhz, dahi Heydər Əliyev veribdir. 



Əhliman Əmiraslanov 

191 


Onu da qeyd etmək lazımdır ki, bu il AMEA-

nın prezidenti akademik Akif Əlizadənin layihəsi 

əsasında AMEA-nın ilk təsisçilərinin hər biri haq-

qında ayrıca kitab çap olunması  nəzərdə tutulub və 

bu kitablar artıq hazırlanaraq nəşriyyata təhvil verilib 

ki, bu da 15 nəfər təsisçinin, o cümlədən akademik 

M.Topçubaşovun xatirəsinə həsr olunmuş ən dəyərli 

töhfələrdən, ən monumental abidələrdəndir. 

Azərbaycan cərrahiyyə elminin əsasını qoyan, 

onun nailiyyətlərini beynəlxalq aləmdə yorulmadan 

nümayiş etdirən, mənəvi təmizlik, təvazökarlıq rəm-

zinə çevrilən, insani keyfiyyətlərinə görə  zəmanəmi-

zin Hippokratı hesab edilən ictimai-siyasi xadim, 

akademik xatirəsi qədirbilən xalqımızın qəlbində 



həmişə yaşayacaqdır. 

 

akademik Əhliman ƏMİRASLANOV, 

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 

akademik-katibi 

 

 

Yüklə 72,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə