Временная инструкция



Yüklə 52,5 Kb.
tarix08.11.2018
ölçüsü52,5 Kb.
#79658


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

02.10.2006-cı il tarixli

153 nömrəli əmri ilə

təsdiq edilmişdir

əlavə № 2


Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasına, saxlanmasına və satışına olan
TƏLƏBLƏR
I. Ümumi müddəalar
1.1. Bu tələblər tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasını, saxlanmasını və satışını tənzimləmək məqsədilə hazırlanmışdır.

1.2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınmasını, saxlanmasını və satışını həyata keçirərkən müvafiq qanunvericilik aktları ilə yanaşı bu tələbləri rəhbər tutmalıdırlar.

1.3. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınması, saxlanması və satışı Səhiyyə Nazirliyinin müvafiq qurumlarının rəyi əsasında həyata keçirilir.

II. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının

saxlanmasına və satışına olan tələblər
2.1. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının standarta uyğun keyfiyyətinin qorunması, saxlanma və satışı üçün şəraitin yaradılması məqsədilə müvafiq qeyri-yaşayış sahəsi (zirzəmi və yarım zirzəmi istisna olmaqla), köməkçi avadanlıq və inventar olmalıdır.

2.2. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanma və satış yerlərinin 2 giriş qapısı olmalı, yaşayış evinin 1-ci, 2-ci və ya kürsülü mərtəbəsində yerləşdirilibsə, binanın yaşayış hissəsindən ayrı giriş-çıxış qapısı olmalı, yükləmə sakinlərə maneə törətməməlidir.

2.3. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının alınması, saxlanması və satışı ilə məşğul olmaq üçün tələb olunan yerin ümumi sahəsi 120 m2-dən az, o cümlədən saxlanılan yüklərin həcmindən asılı olaraq əsas anbar sahəsi 30 m2-dən az olmamalıdır.

2.4. Anbarın (mağazanın) xarici tərtibatına (görünüşünə) olan tələblər:

-tibbi texnika və tibb ləvazimatları anbarı (mağazası) adını göstərən lövhəsi;

-ünvanı, iş rejimi;

-müştəri üçün tərtib edilmiş guşə;

-satılmış tibbi texnikaya texniki xidmət göstərən təşkilatın ünvanı və telefon nömrəsi.

2.5. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatları dövlət standartına uyğun olaraq kimyəvi-fiziki xassələrinə görə qruplar üzrə ayrı saxlanılır:

- birdəfəlik istifadə olunan ləvazimatlar;

- rezin ləvazimatları;

- polimerdən hazırlanan ləvazimatlar;

- sarğı materialları;

- tibb avadanlığı və tibbi texnika;

- reaktivlər.

2.6. Polimer materialdan hazırlanan materiallar ventilyasiyası olan qaranlıq otaqda, qızdırıcı cihazlardan 1 m aralıqda saxlanmalıdır.

2.7. Rezindən hazırlanan tibb ləvazimatlarının saxlanma qaydaları:

-günəş şüaları birbaşa düşməyən yerdə saxlanmalı;

-otaqda temperatur 0-dan 20ºC-yə qədər olmalı;

-hava axını olmayan yerdə saxlanmalı.

2.8. Reaktivlərin saxlanma qaydaları:

- günəş şüaları birbaşa düşməyən yerdə saxlanmalı;

- otaqda temperatur 0-dan 20ºC-yə qədər olmalı;

- hava axını olmayan yerdə saxlanmalı;

- temperaturun kəskin dəyişilməsinə yol verilməməlidir;

- xüsusi əczaçılıq soyuducusu olmalıdır.

2.9. Yanğın əleyhinə xüsusi qaydalara riayət olunmalıdır.

2.10. Tibb avadanlığı və tibbi texnika otaq temperaturunda quru şəraitdə saxlanılmalıdır. Temperaturun kəskin dəyişilməsinə yol verilmir.

2.11. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanılması (anbar) üçün aşağıdakı sahələr olmalıdır:

- qəbul sahəsi;

- ekspedisiya sahəsi;

- taranın saxlanması üçün otaq;

- satışqabağı xidməti həyata keçirmək üçün otaq;

- inzibati otaq;

- məişət otaqları;

-yükləmə-boşaltma platforması.

2.12. Mağazada ticarət zalının sahəsi 20 m2-dən az olmamalıdır.

2.13. Anbarda arakəsmə qoymadan ekspedisiya, qəbul, növlərə ayırma, komplektasiya işlərinin görülməsi üçün sahələrin birləşdirilməsinə icazə verilir, lakin iş yerləri arakəsmə ilə bir-birindən ayrılmalıdır. 

2.14. Anbar (mağaza) mərkəzləşdirilmiş su təchizatı, kanalizasiya, istilik sistemi, təbii və süni işıqlandırma və kondisionerlə təchiz olunmalıdır. Anbarın (mağazanın) tavanı, divarları, döşəməsi mexaniki zədələrdən azad olmalı, cari təmizlik aparılması üçün yuyucu vasitələrdən və dezinfeksiyaedici maddələrdən istifadə olunmalıdır.

2.15. Anbar stellajlarla, malın saxlanması üçün rəflərlə, böyük qabaritli yüklərin daşınması üçün arabalarla, eləcə də mebellə, inventar üçün şkafla, üst və xüsusi geyimlərin saxlanması üçün şkafla təchiz olunmalıdır.



2.16. Tibbi ləvazimatları saxlamaq üçün tələb olunan stellajlar 6-7 m olmaqla, tavandan 0,5 m, döşəmədən 0,25 m məsafədə olmalıdır. Stellajlar arasında məsafə 0,75 m olmalıdır.

III. Mütəxəssislərə olan tələblər
3.1. Tibb avadanlığı, tibbi texnika və tibb ləvazimatlarının saxlanılması və satışı ilə bağlı işlərdə tibbi, əczaçı və texniki təhsilli, eləcə də satılan malların profilindən asılı olaraq əlavə təkmilləşmə keçmiş mütəxəssislərin işləməsinə icazə verilir.

IV. Bu tələblərin pozulmasına görə məsuliyyət
Bu tələbləri pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.



Yüklə 52,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə