V?r?m ý haqq nda 10



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü3,21 Mb.
#78143


V?r?m 

ý

haqq nda

10

 

fa

kt

Vərəm dünyada ən təhlükəlİ Və genİş 

yayılmış yoluxucu xəstəlİklərdən bİrİdİr. 

Vərəm təhlükəlİ olsa da, 

onun müalİcəsİ mümkündür!

1995-ci  ildən  başlayaraq,  DOTS  proqramı  (Bilavasitə 

Nəzarət  altında  Qısamüddətli  Müalicə)  çərçivəsində  41 

milyon vərəmli xəstənin uğurlu müalicəsi təmin olunub və 6 

milyon insanın həyatı xilas edilib. 2011-2015-ci illər üçün 

vərəmlə  mübarizə  üzrə  Minilliyin  Qlobal  planının  tam 

maliyyələşdirilməsi  və  həyata  keçirilməsi  şəraitində 

2015-ci ilədək dünyada daha 5 milyon insanın həyatı 

xilas edilə bilər. 

2015-ci  ilədək  vərəmlə  mübarizədə  iki  məqsədə  nail 

olunmalıdır:

Minilliyin  İnkişaf  Məqsədlərindən  biri  kimi  vərəmin 

yayılmasının  dayandırılması  və  1990-cı  illə  müqayisədə  vərəmlə 

qlobal  xəstələnmənin  azalma-

sı təməlinin qoyulması

“Vərəmi dayandırmaq” 

Tərəfdaşlığının  məqsədi  kimi 

vərəmdən  ölənlərin  sayının 

1990-cı  illə  müqayisədə  ikiqat 

azaldılması



Fakt

10

Buklet  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  26  noyabr 

2010-cu il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci 

illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası üçün  

Səhiyyə Nazirliyinin Tədbirlər Planının 5.1-ci bəndinə uyğun olaraq 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap 

edilmişdir.

Bukletin  hazırlanmasında  Ümumdünya  Səhiyyə  Təşkilatının  məlu-

matlarından  istifadə  olunmuşdur.  Bukletdə  dərc  olunanlar  Səhiyyə 

Nazirliyinin baş ftiziatrı ilə razılaşdırılmışdır.



9

Fakt


İki milyarddan çox insan və ya dünya 

əhalisinin 1/3-i bu xəstəliyə səbəb olan 

mikrobla  –  vərəm  basili  ilə  yoluxub. 

Ehtimallara  görə,  bu  insanların 

hər  10  nəfərindən  biri  vərəmin 

aktiv  forması  ilə  xəstələnəcək. 

İnsanın  immunçatışmazlığı 

virusuna  (İİV)  yoluxmuş 

insanlar  üçün  vərəmlə 

xəstələnmə  riski  daha 

böyükdür.

Vərəm  yoluxucudur  və  hava-damcı 

yolu ilə yayılır. Aktiv formada vərəmli 

xəstə  müalicə  olunmazsa,  ildə  orta 

hesabla 10-15 insanı yoluxdura bilər.

Vərəm immun sistemi zəif olan İİV-ə yo-

luxmuş insanların əsas ölüm səbəbidir.

Çoxsaylı dərman vasitələrinə davamlı vərəmin (ÇDDV) müalicəsində bu 

xəstəliyə qarşı bir neçə əsas dərman vasitəsi artıq öz təsirini göstərmir, 

lakin  vərəmin  bu  forması  da  müalicə  olunandır.  ÜST-nin  apardığı 

qiymətləndirməyə  görə,  2008-ci  ildə 

ÇDDV  ilə  440  000  yeni  xəstələnmə 

halı  baş  verib  ki,  bunun  da  50%-dən 

çoxu  üç  ölkədə  –  Hindistan,  Çin 

və  Rusiyada  qeydə  alınıb. 

ÜST-nin məlumatlarına əsa-

sən, ÇDDV dünyanın əksər 

ölkələrində müşahidə olunur.

2009-cu  ildə  9,4  milyon 

vərəmlə  yeni  xəstələnmə 

halı  baş  verib  ki,  bun-

lardan  80%-i  22  ölkədə 

qeydə alınıb.

Vərəm  –  qlobal pandemiyadır 

(geniş  yayılmış  epidemiya). 

Vərəmlə  xəstələnmənin  yüksək 

göstəricisi olan 15 ölkədən 13-ü 

Afrikanın payına düşür. 

Yeni xəstələnmə hal-

larının  1/3-i  Hin-

distan  və  Çində 

baş verir.

Genişləndirilmiş dərman çeşidlərinə davamlı 

vərəm  (GDDV)  zamanı  həm  əsas,  həm 

də  ehtiyat  dərman  vasitələrinə  davamlılıq 

yaranır.  Vərəmin  bu  formasının  müalicəsi 

son  dərəcə  çətindir.  ÜST-nin 

məlumatlarına  əsasən,  GDDV 

ilə  xəstələnmə  halları  artıq 

58-dən  çox  ölkədə  təsdiq     

olunub.

Dünya üzrə 2009-cu ildə vərəmdən ümumi 



hesabla  1,7  milyon  insan  vəfat  edib,  yəni 

bu səbəbdən bir gündə 4700-ə yaxın ölüm 

hadisəsi baş verib. Vərəmdən ölüm 

hallarının  əksəriyyəti  inkişafda 

olan  ölkələrin  payına  düşür  ki, 

bunun  da  yarıdan  çoxu Asiya-



da baş verir.

1

Fakt

4

Fakt

3

6

8

Fakt

Fakt

Fakt

Fakt

Fakt

Fakt

2

7

5

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə