Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   2   3   4   5   6   7   8   9   ...   57

 

kitabına  yazdığı  ön  sözdə, “Sirlər xəzinəsi”nin folklor 
m
ənbələrinə dair” tədqiqatında, akademik Bəkir Nəbiyev 
“Firudin b
əy Köçərli. Mənalı  ömürdən səhifələr”  adlı 
monoqrafiyasında,  professor  Qəzənfər  Paşayev  “Altı  il 
D
əclə-Fərat sahillərində”  kitabında  Həmid Araslı 
yaradıcılığından  geniş  bəhs  etmiş,  Cahan  Ağamirov 
“Həmid  Araslı  yaradıcılığında  Nizami  Gəncəvi  və 
türklük” məqaləsində, eləcə də Sədnik Paşa Pirsultanlı və 
başqaları  onun  yaradıcılığına  bu  və  ya digər dərəcədə 
müraci
ət  etmiş,  eyni  zamanda onun əsərlərinin elmi-
n
əzəri istiqamətləri və xüsusiyyətləri haqqında dəyərli fi-
kirl
ər söyləmiş,  alimin  yaradıcılığının  müxtəlif tərəflə-
rin
ə və problemlərinə diqqət ayırmışlar. Lakin folklorşü-
nas
lıq elmi sahəsində Həmid Araslının şifahi xalq yara-
dıcılığının  araşdırılmasına  dair  yaradıcılığı  heç  vaxt 
ayrıca  tədqiqat obyekti olmamışdır.  Bu  baxımdan  möv-
cud  araşdırma  Həmid  Araslı  və  xalq  yaradıcılığı  möv-
zusunun öyr
ənilməsinə  həsr  olunmuş  ilk  tədqiqat 
əsəridir.  Tədqiqatda Həmid  Araslının  elmi  irsi  alimin 
ç
oxsaylı  məqalə  və  kitabları  əsasında  araşdırılmış,  elmi 
s
əviyyədə tədqiq olunmuş, kompleks şəkildə təhlilə cəlb 
edilmişdir. 
Monoqrafiyanın nəzəri-metodoloji əsasını görkəmli 
folklorşünas  və  ədəbiyyatşünasların,  eləcə  də 
Az
ərbaycan  ədəbiyyatı  mütəxəssislərinin  şifahi  xalq 
ədəbiyyatına dair elmi-nəzəri fikirləri təşkil edir.  
T
ədqiqatda statistik-təsviri, müqayisəli-tipoloji 
yanaşma 
metodlarından 
istifadə 
olunmuşdur. 
Monoqrafiyada n
əzəri-metodoloji baza kimi folklor və 
yazılı  ədəbiyyat münasibətlərinin öyrənilməsinin 
Az
ərbaycan, rus və  dünya elmindəki  uğurlarına  istinad 
edilmişdir.  Azərbaycan və  dünya  folklorşünaslığında, 
xüsus
ən XX əsrdə  folklor və  yazılı  ədəbiyyat 
münasib
ətlərinin öyrənilməsinə dair çoxsaylı tədqiqatlar 


 

aparılmışdır.  Həmin tədqiqatların  təcrübəsi bu 
monoqrafiyanın nəzəri-metodoloji əsasını təşkil edir. 
T
ədqiqatın  elmi  yeniliklərini  şərtləndirən  başlıca 
amil H
əmid  Araslı  və  xalq  yaradıcılığı  mövzusunun 
müasir elmi-n
əzəri aspektdən  sistemli  şəkildə  ilk dəfə 
öyr
ənilməsindən ibarətdir. Monoqrafiyada əldə olunmuş 
elmi yenilikl
əri aşağıdakı kimi qruplaşdırmaq olar: 

Monoqrafiyada  alimin  elmi  yaradıcılığının  ideya 
istiqam
ətləri, özünəməxsus  yanaşma  xüsusiyyətləri 
konkret folklor motivl
əri və  onlara münasibət 
baxımından öyrənilir. 
-  H
əmid Araslının  elmi  yaradıcılığı  daha  çox 
folklor nümun
ələrinin 
araşdırılması 
metoduna 
əsaslanaraq püxtələşmiş,  müasir  elmi  mündəricə 
qazanmışdır.  Xalq  yaradıcılığının  əsrarəngiz təravəti bu 
t
ədqiqatçının  əsərlərinin həm ruhunda, həm mayasında, 
h
əm də  mahiyyətində  təzahür edir. Müasir mərhələdə 
folklora mara
ğın  artmasında,  elmi  yaradıcılıqda  ona 
müraci
ət meylinin güclənməsində  Həmid Araslının 
əvəzsiz rolu olmuşdur.  Bütün  bunlar  ilk  dəfə  olaraq 
monoqrafiyada  prinsipial  şəkildə  elmi-nəzəri və  praktik 
t
əhlil edilir. 
-  H
əmid  Araslı  yaradıcılığına  yerli  və  xarici 
t
ədqiqatçıların  əsərlərinin təsiri və  həmin  əsərlərdən 
yararlanaraq  yazdığı  əsərlər ilk dəfə  olaraq konkret 
faktlarla mü
əyyənləşdirilmiş,  onların  qaynaqları  və 
m
ənbələri araşdırılmışdır. Burada oxşar folklor motivləri, 
süjet  uyğunluqları  tarixi-müqayisəli və  nəzəri-tipoloji 
t
əhlillər  əsasında  işıqlandırılmışdır.  Eyni  zamanda, 
H
əmid  Araslının  əsərlərində  istifadə  etdiyi konkret 
nümun
ələr  açıqlanmış,  ortaya  qoyduğu  elmi  yeniliklər 
bütün çalarları ilə aydınlaşdırılmışdır. 
 
 


 

I FƏSİL  
 
AZƏRBAYCAN FOLKLORUNUN TARİXİ 
VƏ NƏZƏRİ MƏSƏLƏLƏRİNİN 
ARAŞDIRILMASI 
 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  tədqiqi 
tarixində  Həmid  Araslının  yeri.  Hər    bir  xalqın  milli-
mənəvi  dəyərlərinin  ilkin  göstəricilərindən  olan  şifahi 
xalq  yaradıcılığı  nümunələrinin  toplanması,  nəşri  və 
araşdırılması  həmin  xalqın  istər  dili,  tarixi, 
mədəniyyətinin  öyrənilməsi,  istərsə  də  adət-ənənələri, 
məişəti,  etnik  dünyagörüşünün  tədqiqi  baxımından 
folklorşünaslığımız qarşısında duran zəruri məsələlərdən 
biri kimi bütün dövrlərdə aktualdır və böyük əhəmiyyət 
kəsb edir.  
XIX əsrdə Azərbaycanda elm, maarif, mədəniyyət, 
sənaye  sahələri  və  s.  sürətli  inkişaf  mərhələsinə  qədəm 
qoymuşdu. Həmin dövrdə Tiflis-Bakı dəmiryolu xəttinin 
çəkilməsi,  xüsusilə  Bakıda  neft  sənayesinin  çox  iti 
sürətlə  irəliləməsi,  ümumiyyətlə  iqtisadi-ictimai-siyasi 
tərəqqi bir çox avropalı və rus kapitalistlərinin diqqətini 
cəlb  etməklə  yanaşı,  həm  də  Quzey  və  Güney 
Azərbaycanın  əksər  bölgələrindən  buraya  durmadan 
artan işçi axınına təkan verirdi. Bütün bu hadisələr istər 
dilimizin  inkişafında,  istərsə  də  bu  dildə  yaradılan  xalq 
ədəbiyyatı nümunələrinin qarşılıqlı mübadiləsində az rol 
oynamır, həm ziyalılar, həm də ictimaiyyət arasında bir 
ictimai-
mədəni  çulğalaşma  yaradırdı.  Belə  demək 
mümkünsə,  Bakı  həmin  dövrdə  təkcə  sənaye  mərkəzi 
yox,  eyni  zamanda  elm,  maarif,  mədəniyyət  mərkəzi 
olmaqla,  həm  də  ziyalılarımız  üçün  elmi-mədəni 
koordinasiya mərkəzi rolunu oynamağa başlayırdı. 1830-
1900-
cü  illərdə    “Vedomosti”,  “Tiflisskiye  vedomosti”, 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə