Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   2   3   4   5   6   7   8   9   ...   57

 

“Kavkaz”, “Kavkazskiy vestnik”, “Novoe obozrenie” 
kimi  qəzetlərdə  folklorumuzun  toplanıb  nəşr  olunması 
prosesinə    başlansa  da,  bu  iş  milli  mətbuatımızın  ilk 
nümunəsi,  1875-ci  ildən  görkəmli  ziyalı  Həsən  bəy 
Zərdabinin  böyük  səyləri  ilə  dərc  etdirdiyi  “Əkinçi”, 
sonradan  nəşrə  başlayan  “Kəşkül”  və  s.  mətbu 
orqanlarının səhifələrində daha uğurlu və layiqli şəkildə 
davam etdirilmiş, birmənalı şəkildə ana dilimizin tərəqqi 
tapma
sında  mühüm  amil  olan  xalq  ədəbiyyatı 
nümunələrimizin  toplanması  və  nəşri  işinə  bilavasitə 
təkan verilmişdi.  
Azərbaycan  şifahi  xalq  yaradıcılığı  nümunələrinin 
toplanması,  nəşri  və  araşdırılması  işinə  qismən  də  olsa, 
hələ  XIX  əsrin  sonlarından  və  xüsusilə  XX  əsrin 
əvvəllərindən 
başlanması 
Avropa 
və 
Rusiya 
folklorşünaslıq  elminin  təşəkkülü  ilə  müqayisədə 
ölkəmizdə  bu  istiqamətdə  işlərin  kifayət  qədər 
gecikdiyini  göstərir.  Əlbəttə,  bunun  səbəbləri  sırasında 
milli  zəmində  gerilik,  həmçinin  çarizmin  milli  mənafe 
əleyhinə  həmişə  ayıq-sayıq  olan  senzura  siyasəti  də 
vardı.  Akademik  Muxtar  Kazımoğlu  İmanov 
folklorşünaslığımızın aktual problemlərinə həsr olunmuş 
“Azərbaycan folklorşünaslığının dünəni və bu günü” mə-
qa
ləsində yazır: “Azərbaycan folklorşünaslığının dünəni 
çox da uzaq keçmişlərə gedib çıxmır, çünki folklorşünas-
lıq  həm  dünyada,  həm  də  bizdə  qismən  cavan  elm 
sahələrindən  biridir.  Avropada  XVIII  əsrin  sonu,  XIX 
əsrin 
əvvəllərindən 
formalaşmağa 
başlayan 
folklorşünaslığın  bizdəki  yaranma  tarixi  XIX  əsrin 
sonları,  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Avropada 
oldu
ğu  kimi  bizdə  də  folklorşünaslıq,  əsasən  folklor 
mətnlərinin toplanmasından, tərtib və nəşr olunmasından, 
nəşr  olunmuş mətnlərə elmi münasibət bildirilməsindən 
başlayır” (104, 12, 20).  


 
10 
 
Təqdirəlayiq  haldır  ki,  hələ  XIX  əsrin 
əvvəllərindən  başlayaraq  bir  çox  şair  və  ədiblərimiz 
şifahi  xalq  ədəbiyyatı  ilə  maraqlanmış,  bu  nümunələri 
toplamış  və  yeri  gəldikcə  öz  əsərlərində  tez-tez xalq 
ədəbiyyatı örnəklərindən istifadə etmişlər.  Nəbati, Q.B. 
Zakir, A. Ba
kıxanov,  S.Ə.  Şirvani  və  başqalarının 
yaradıcılığı  ilə  tanışlıq  zamanı  məlum  olur  ki,  bu 
sənətkarlar  öz  əsərlərində  tez-tez  xalq  ədəbiyyatı 
nüm
unələrinə  müraciət  etmişlər.  M.F. Axundov xalq 
ədəbiyyatını, xüsusilə bayatıları toplamış, H. Zərdabi, H. 
Müftü  Qayıbov  lirik  şeirlər,  atalar  sözü  və  zərbi-
məsəlləri  toplayıb  çap  etməyə  təşəbbüs  göstərmişlər.  
Xalq  ədəbiyyatına  böyük  maraq  göstərən  M.Ş.  Vazeh 
xalqın hikmətli sözlər toplusundan ibarət bir müntəxəbat 
tərtib etmişdi (162, 41).  
XIX  əsrdən  başlayaraq folklorumuzun  toplanması, 
nəşri  və  rus  dilinə  tərcüməsi  istiqamətində  mühüm  rol 
oynamış  “Qafqaz  əraziləri  və  xalqlarının  təsvirinə  dair 
materiallar toplusu QƏXTMT (SMOMPK)” məcmuəsini 
xüsusi  qeyd  etmək  lazımdır.  Azərbaycan folklor 
örn
əklərinin rus dilində çap olunduğu mətbuat orqanları  
arasında  dərc  edilmiş  materialların  həcmi, müxtəlifliyi 
c
əhətdən Tiflisdə  Qafqaz tədris idarəsi tərəfindən nəşr 
edil
ən bu məcmuənin  rolu  ayrıca  yer  tutmaqdadır. 
Toplunun ilk sayı 1881-ci ildə nəşr olunmuşdur (218). 
Ümumiyy
ətlə, Azərbaycan folklorunun müxtəlif 
janrlar
ının,  xüsusən də  nağıllarının  rus  dilində  nəşrinin 
özün
əməxsus  bir  tarixi  vardır.  Belə  ki, 1825-ci ildə 
“Derevyannaya krasavitsa” (“Göz
əl  taxta  qız”)  adı 
altında  Azərbaycan dilindən tərcümə  edilmiş  nağıl  rus 
dilind
ə nəşr edilmiş ilk folklor əsərimizdir (76,  39).  
SMOMPK toplusunun n
əşr  edildiyi  illər  ərzində 
Az
ərbaycan folklorundan bir çox sayda müxtəlif janr 
nümun
ələri, o cümlədən  nağıllar  tərcümə  edilib nəşr 


 
11 
edilmişdir. Azərbaycan folklor örnəkləri onları toplayan 
az
ərbaycanlı  ziyalılar,  müəllimlər tərəfindən tərcümə 
edilmişdir. 
SMOMPK  məcmuəsində  dərc  olunan  folklor 
materialları,  xüsusilə  uzun  illər  bu  prosesin  sistemli 
şəkildə  həyata  keçirilməsi  ilə  diqqəti  cəlb  etmişdir.  Bu 
məcmuənin  səhifələrində  tez-tez  F.B.  Köçərli,  H.K. 
Sanılı, A.Vəlibəyov, S.M. Qənizadə, S.M. Əfəndiyev, T. 
Bayraməlibəyov  və  başqa  ziyalılarımızın  topladıqları 
folklor ma
teriallarının geniş nəşri yer alırdı.  
Bu  qiymətli  məcmuə  istər  folklorumuzda  geniş 
yayılmış  qədim  nümunələrin  öz  səhifələrində  nəşri  və 
tərcüməsinə  xüsusi  yer  ayırması,  istərsə  də  sonrakı 
dövrlərdə bu fəaliyyətlə məşğul olan tədqiqatçılarımızın 
sistemli  və  məqsədyönlü  yaradıcılığına  təkan  verməsi 
baxımından təqdirəlayiqdir.    
   Bir ç
ox  ziyalılarımız,  o  cümlədən  Ə.B. 
Haqverdiyev,  A.  Şaiq,  Y.V.  Çəmənzəminli, N.B. 
Vəzirov,  N.  Nərimanov  və  başqalarının  təlim-tərbiyə 
məqsədilə  ibtidai  məktəb  şagirdləri üçün  tərtib  etdikləri 
dərsliklərdə, eləcə də öz bədii yaradıcılıqlarında istifadə 
etdikləri  folklor  motivlərinin,  nümunələrinin  izlərini 
görməmək mümkün deyil. 
 
Bu  dövr  həmçinin  şifahi  xalq  ədəbiyyatı 
nümunələrinin  əks  olunduğu  digər  bəzi  nəşrlərlə  də 
yadda qalır. Folklorşünas alim, professor Vaqif Vəliyev 
bu mövzuya to
xunaraq yazır: “XIX əsrin sonu XX əsrin 
ilk  illərindən  başlayaraq  Azərbaycan  folklorunun  ayrı-
ayrı  janrları  kitabça  halında  nəşr  olunmağa  başlayır. 
Onlardan  “Atalar  sözü”  (Qəmərli  Məhəmməd  Vəli, 
İrəvan, Edilson mətbəəxanəsi, 1899), “Gözəlləmə” (Aşıq 
Sumbat,  Bakı,  Orucov  qardaşları  mətbəəsi,  1911), 
“Nəğmə  və  şikəstə”  (Bünyadzadə  Cəfər,  1913-1914, 
1916, 1917-
ci  illərdə  təkrar  nəşr  edilmişdir),  “Arvad 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə