Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   2   3   4   5   6   7   8   9   ...   57

 
15 
Zeynallı  ziyalılarımız  qarşısında  folklor  toplayıcılığı 
kimi  mühüm  bir  işin  zəruriliyindən  danışarkən  yazırdı: 
“Azərbaycan el (ağız) ədəbiyyatı geniş, zəngin və dərin 
bir  surətdə  öyrənilməlidir.  Bu  ana  qədər  böylə 
əhəmiyyətsiz  qalmış  ən  dəyərli  bir  sahəni  gözdən 
qaçırmaq  günahı  da  Azərbaycan  ziyalılarındadır. 
Azərbaycan  “el”  ədəbiyyatının  toplanması  məsələsinə 
gəldikdə,  burada  bir  çox  üzüntülər  meydana  çıxır. 
Bunların  da  qəbahəti  yalnız  ziyalılarımızın  özündədir” 
(169, 29). 
 
Azərbaycan  folklorşünaslığı  tarixində  folklor 
nəzəriyyəsi kimi bir fikri öyrənib əsaslandıran, dövrünün 
ən  qabaqcıl  araşdırma  metodlarını  folklorşünaslığımıza 
tətbiq edən ziyalımız Əmin Abid olmuşdur. Ə. Abid aşıq 
şeiri  şəkilləri,  heca  vəzni,  xalq  mahnıları,  bayatılar, 
manilər, türk xalqlarının yeddihecalı şeirinin törəmə tip-
ləri,  qafiyəsi,  ritmi,  oxşar  səslərin  təkrarı,  alliterasiyası, 
bölgü və digər poetik ölçülərinə dair ilk elmi-nəzəri fikir 
sahiblərindən biridir.    
Azərbaycan  ədəbiyyatşünaslıq  və  folklorşünaslıq 
elminin  inkişafı  tarixində  birbaşa  iştirak  etmiş  Elmlər 
Akademiyasının  həqiqi  üzvləri  –  Mirzə  İbrahimov, 
Məmməd  Arif  Dadaşzadə,  Məmməd  Cəfər  Cəfərov, 
Həmid Araslı, Kamal Talıbzadə, Bəkir Nəbiyev, müxbir 
üzv
lər  –  Əziz  Mirəhmədov,  Yaşar  Qarayev,  Əlyar  Sə-
fərli,  Azadə  Rüstəmova,  Teymur  Kərimli,  elmlər 
doktorları    –  Mirzağa  Quluzadə,  Məmmədhüseyn 
Təhmasib,  Mirəli  Seyidov,  Qafar  Kəndli,  Kamran 
Məmmədov,  Yəhya Seyidov,  Qasım  Qasımzadə,  Dilarə 
Əliyeva, Əflatun Məmmədov, Şamil Salmanov, Vəli Os-
manlı, Bəhlul Abdulla, İslam Ağayev, Qəzənfər Paşayev, 
Elməddin  Əlibəyzadə,  Nüşabə  Araslı,  Kamran  Əliyev, 
Məhərrəm  Qasımlı  və  onlarla  başqaları  folklorşünaslıq 


 
16 
kimi nəhəng bir elm məktəbinin təşəkkül tapmasında öz 
dəyərli araşdırmaları ilə mühüm yer tuturlar. 
Adıçəkilən çox görkəmli elm xadimləri arasında bu 
yolda    var  qüvvəsi  ilə  yorulmadan  çalışan,  öz  qiymətli 
araşdırmaları  ilə  elmimizin  çiçəklənməsi  naminə  əmək 
sərf  edən  şəxsiyyətlər  arasında  akademik  Həmid 
Araslının  xüsusi  yeri  və  rolu  vardır.  Həmid  Araslının 
özünəməxsus  yeri  və  rolu  vardır.  1909-cu ilin fevral 
ayının  23-də  Gəncə  şəhərində  ziyalı  ailəsində  anadan 
olan  Həmid  Araslı  1921-ci  ildə  Gəncədə  fəaliyyət 
göstərən  seminariyaya daxil  olmuş,  5  il  sonra  oranı 
bitirərək elmi-pedaqoji fəaliyyətə başlamış, öncə Gəncə-
basardakı  Nəbiağalı  kəndində  müəllim,  daha  sonra  isə 
məktəb  direktoru  işləmişdir. 1928-ci  ildə  Bakıya  gələn 
H.  Araslı  Dövlət  Pedaqoji  İnstitutuna,  institutu  bitir-
dikdən sonra  isə  aspiranturaya  daxil  olmuş,  eyni 
zamanda həmin təhsil ocağında assistent kimi işləmişdir. 
Alim 1943-
cü  ildə  “XIII-XVI  əsrlərdə  Azərbaycan 
ədəbiyyatı”  mövzusunda  namizədlik,  1954-cü  ildə  isə 
“XVII-
XVIII  əsrlər  Azərbaycan  ədəbiyyatı”  adlı 
do
ktorluq dissertasiyası müdafiə etmişdir.  
Elmi  yaradıcılıqla  praktik  fəaliyyəti  birləşdirməyi 
bacaran  alimlərdən  olan  Həmid  Araslı  Azərbaycanın 
ictimai  həyatında  da  yaxından  iştirak  edirdi.  Təsadüfi 
deyil  ki,  Nizami  adına  Ədəbiyyat  Muzeyinin  ərsəyə 
gətirilməsi  bilavasitə  onun  xidmətidir.  1940-cı  ildən  öz 
fəaliyyətini sözügedən elm və maarif ocağı ilə bağlayan 
alim  öncə  elmi  katib,  sonra  elmi  işlər  üzrə  direktor 
müavini,  daha  sonralar  isə  (1960-1968-ci  illər)  direktor 
vəzifəsini icra etmişdir.  
Ədəbiyyatımızın  mahir  tədqiqatçısı  və  gözəl 
mətnşünas kimi fəaliyyət göstərən Həmid Araslı həm də 
Azərbaycanda 
şərqşünaslıq 
elminin 
görkəmli 
təşkilatçılarından biri olmuşdur. Onun rəhbərliyi altında 


 
17 
orta  əsrlər  Azərbaycan  ədəbiyyatı,  bütövlükdə  Şərq 
ədəbiyyatı sahəsinə dair neçə-neçə əsərlər yazılmış, araş-
dırmalar  aparılmış,  monoqrafiya  və  kitablar  çap 
olunmuşdur. 
Ali  məktəblərdə  Azərbaycan  ədəbiyyatı  tarixinin 
orta əsrlər kursunun əsasını qoyan alim klassik irsimizin 
tədrisi, 
ədəbiyyat 
dərsliklərinin, 
proqramlarının 
tərtibində  də  yaxından  iştirak  etmiş,  1936-cı  ildən 
başlayaraq orta məktəbin VIII sinfi üçün ədəbiyyatımızın 
orta  əsrlər  dövrünü  əhatə  edən  dərslik  yazmışdır.  Bu 
dərslik  alimin  təkmilləşdirmələri  ilə  ömrünün  sonuna 
qədər  (1983-cü  il)  nəşr  olunmuş,  ən  yaxşı  dərs  vəsaiti 
kimi işlənmişdir (57, 80-89). 
Ali məktəblərdə ədəbiyyat fənninin, xüsusilə qədim 
və orta əsrlər Azərbaycan ədəbiyyatının tədrisində alimin 
tərtib  etdiyi  proqramlar,  yazdığı  tədqiqat  əsərləri  dərs 
vəsaiti olaraq indi də istifadə olunmaqdadır. 
1944-
cü ildən ADU (indiki BDU)-nun Yaxın Şərq 
xalqları  ədəbiyyatları  kafedrasının  müdiri  vəzifəsinə 
təyin olunan H. Araslı klassik Şərq və Azərbaycan ədə-
biy
yatının  tədrisi  və  gənc  şərqşünas  kadrların 
hazırlanması ilə müntəzəm məşğul olmuşdur. O, 1938-ci 
ildən  Nizami  adına  Dil  və  Ədəbiyyat  İnstitutunda 
fəaliyyət  göstərmiş,  1941-ci  ildən  “Qədim  ədəbiyyat 
şöbəsi”nin ilk müdiri olmuşdur.  
Akademik  Həmid  Araslının,  sözün  həqiqi 
mənasında,  çoxsahəli  bir  alim  olduğunu  bildirən  Ş. 
Məmmədov  haqlı  olaraq  yazır  ki,  “o,  təkcə  ədəbiyyat 
tariximizi öy
rənib  sistemləşdirməklə,  bu  sahədə  kadrlar 
hazırlamaqla  kifayətlənməmişdir.  Alim  ədəbiyyat 
tarixindən ali məktəb kurslarının tədrisi sistemini işləmiş, 
proqram tərtib edib dərslik hazırlamışdır. Bu istiqamətdə 
fəaliyyətinin  bir  qolu  orta  məktəblə  bağlı  olmuşdur. 
Tədris  proqramları  və  dərsliklər  hazırlanması  kimi 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə