Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   2   3   4   5   6   7   8   9   ...   57

 
18 
mühüm  və  başlıca  məsələnin  həllində  H.  Araslı  öz 
əməyini  ləyaqətlə  sərf  etmişdir.  1936-cı  ildə  VIII  sinif 
üçün ilk dəfə “Qədim ədəbiyyat” dərsliyini nəşr etdirən 
müəllif  sonralar  həmin  dərsliyi  M.  Rəfilinin,  H. 
Eyvazovun  həmmüəllifliyi  ilə  dəfələrlə  təkmilləşdirərək 
yeni
dən çapına nail olmuşdur” (115, 9). 
Həmid  Araslının  çoxşaxəli  yaradıcılığından  söz 
açarkən  onun  şifahi  xalq  yaradıcılığının  araşdırılaraq 
sistemləşdirilməsi və nəşri istiqamətində gördüyü nəhəng 
işləri  xüsusilə  qeyd  etmək  lazımdır.  Akademik  Həmid 
Araslının zəngin yaradıcılığına aid olan elm sahələrindən 
birinin xalq ədəbiyyatının tədqiqi olduğunu nəzərə alaraq 
onun  bu  istiqamətdə  gördüyü  işlər  sırasında  “Kitabi-
Dədə Qorqud” boylarını araşdıraraq çap etməsi, dastana 
xalqımızın  abidəsi  kimi  yanaşaraq  ona  yüksək  qiymət 
verməsi diqqəti daha çox özünə cəlb edir. Bu yolda alim 
həqiqi  bir  vətənpərvər  kimi  öz  iti,  milli  təfəkkürü  ilə 
silahlanmış,  sözün  əsl  mənasında,  canı  bahasına  alovlu 
mübariz  kimi  çıxış  etmişdir.  “O,  xalqın  "Ana  kitabı" 
(Anar) kimi dəyərləndirilən, böyük tarixi-mədəni dəyəri 
olan (Ə. Sultanlı) “Dədə Qorqud” boylarını 30-cu illərin 
əvvəllərində  öyrənməyə  başlamış,  eposu 1939-cu  ildə 
latın qrafikalı əlifba ilə çap etdirmişdir. Almaniya, Türki-
yə,  Rusiya  kimi  ölkələrdə  tədqiq  olunan  eposa  bir 
“Azərbaycan  ədəbi  abidəsi”  kimi  yanaşmış,  “dastanın 
dilinin  məhz  Azərbaycan  dili  qanun-qaydalarına  daha 
çox uy
ğun  gəldiyini  elmi  əsaslarla göstərmişdir”  (115, 
8).  Həmid  Araslının  dastanla  bağlı  digər  uğurlu  addımı 
onunla  bağlıdır  ki,  alim  akademik  V.  Bartoldun  eposun 
rus dilinə etdiyi tərcüməsini 1950-ci ildə geniş qeyd və 
izahla
rla,  əlavələrlə  folklorşünas  M.H.  Təhmasiblə 
birlikdə  Bakıda  çap  etdirmişdir.  Nəşrin  əhəmiyyətli  və 
dəyərli olmasını təsdiq edən faktlardan biri də budur ki, 


 
19 
sonralar  həmin  tərcümə  variantı  V.  Jirmunski  və  A. 
Kononov tərəfindən əsas götürülmüşdür (115, 9).  
Araşdırıcıların  yekdil  fikrinə  görə,  Həmid  Araslı 
“Dədə  Qorqud”  boyları  ilə  bağlı  araşdırmalarını  iki 
istiqamətdə aparmışdır. Belə ki, bir tərəfdən folklorşünas 
alim eposun əlyazmalarını diqqətlə öyrənməyə çalışmış, 
nüsxə  fərqlərini  aşkara  çıxarmaq  üçün  alim  fədakarlığı 
göstərmişdir.  Görkəmli  folklorşünas  eposun  əlyazmala-
rındakı  oxunması  çətinliklər  törədən  sözləri,  ifadələri 
düzgün  oxumaq  üçün  gərgin  günlər  yaşamışdır. 
Tədqiqatçı  “Dədə  Qorqud”  boylarında  yer  almış 
obrazların təhlili istiqamətində də öz elmi mülahizələrini 
bölüşmüşdür.  Eposa  yazdığı  ön  sözdə,  eləcə  də  başqa 
məqalələrində Həmid Araslı Qazan xan, Qaracuq Çoban, 
Buğac,  Basat  və  başqa  obrazlar  barədə  dəyərli  fikirlər 
yazmışdır.  Bu  baxımdan  eposun  qadın  qəhrəmanları 
barədə  dəyərli  ədəbi-estetik  mülahizələr  bu  gün  də  öz 
əhəmiyyətini  saxlamaqdadır.  Alimin  “eposla  bağlı  ilk 
məqalələri  1938-ci  ildə  dövri  mətbuatda  görünmüşdü. 
Sonrakı  illərdə  də  H.  Araslı  “Dədə  Qorqud”  eposuna 
qayıtmış  və  buna  görə  o  vaxtlar  haqsız  tənqid  və 
təqiblərə  məruz  qalmışdır.  Belə  ki,  o  vaxtlar  “Dədə 
Qorqud”  boylarına  millətçilik  damğası  vurulmuşdu. 
Bolşevik  ideologiyası  “Dədə  Qorqud”  dastanlarını  milli 
folklo
rumuz,  mədəniyyətimiz  üçün  yad  bir  əsər  kimi 
qələmə verirdi. Yuxarıdan belə bir göstəriş verilmişdi ki, 
epos  orta  və  ali  məktəb  dərsliklərindən  çıxarılsın  (115, 
8). 
H
əmid  Araslının  elmi  yaradıcılığının  önəmli bir 
dövrü  repressiyaların  baş  alıb  getdiyi  ağır  illərə  təsadüf 
edir. M
əlum  olduğu  kimi,  XX  əsrin 30-cu illərində 
“Kitabi-D
ədə  Qorqud”  eposuna  qarşı  əsassız  hücumlar 
olmuş,  onun  Azərbaycan  xalqına  heç  bir  aidiyyatı 
olmadığı  haqda  qərəzli fikirlər səsləndirilmişdir.  Bunun 


 
20 
arxasında rus şovinist dairələrinin, eləcə də erməni mil-
liyy
ətçilərinin durduğu hər kəsə bəlli idi. Lakin alim öz 
prinsipiallığından  dönmür,  öz  haqlı  mövqeyini 
ç
əkinmədən, qətiyyətlə müdafiə edir, “Kitab”la əlaqədar 
söyl
ənilən mənfi rəy və  fikirlərin müqabilində 
“günahını”  boynuna  almırdı.  “O,  müzakirələr  zamanı 
KDQ  boylarının  milli  folklor  mədəniyyətimiz üçün yad 
olma
dığını  bildirməklə, onun ədəbiyyat tarixindən
d
ərsliklərdən  çıxarılması  barədə  qərəzli göstərişlərin 
xüsusi m
əqsəd daşıdığını dəfələrlə qeyd etmişdir” (210).  
Bel
ə vacib məqamda xalqımızın ana kitabının mü-
dafi
əsi məqsədilə vicdanlı vətənpərvərlik və vətəndaşlıq 
mövqeyini  nümayiş  etdirmək üçün hər bir insandan 
böyük f
ədakarlıq  tələb  olunurdu.  Repressiya  qurbanları 
olmuş  vətənpərvər müasirlərinin dəhşətli, faciəvi taleyi 
H
əmid  Araslını  heç  vaxt  qorxutmamış,  o  bu  haqsız 
q
ərarlardan  sarsılmamışdı.  Alim  çoxsaylı  təzyiq və  təh-
didl
ərdən çəkinməyərək, rəhbər orqanların bu son dərəcə 
ədalətsiz və heç bir ölçüyə sığmayan qərəzli mövqeyinə 
qarşı  daim  öz  etiraz  səsini yüksəltmiş,  araşdırmalarına 
birc
ə an belə ara verməmişdir. 
Bu m
əsələ  ümummilli liderimiz Heydər  Əliyevin 
d
ə  nəzərindən  yayınmamış  və  o nitqlərinin birində 
eposun t
ədqiqatçı  və  naşirlərinin üzləşdiyi  təqib və 
t
əzyiqlərə  xüsusi diqqət çəkərək  onların,  o  cümlədən 
H
əmid Araslının göstərdiyi şücaəti xüsusi vurğulamışdır. 
Vasili Bartoldun rus dilin
ə çevirdiyi «Книга моего Деда 
Коркуда»  kitabının  1950-ci ildə  Bakıda  Elmlər 
Akademiyası  nəşriyyatında  çapının  rejimin  sərt 
reaksiyasına  məruz  qaldığını,  görkəmli Azərbaycan 
aliml
əri Həmid  Araslı  və  Məmmədhüseyn Təhmasibin 
h
ədəfə  alındığını  söyləyən Heydər  Əliyev  demişdir: 
“1950-
ci ilin may ayında “Dədə Qorqud”un kobud siyasi 
s
əhv  olduğu  partiya  yığıncağında  rəsmi elan edildi. Bu 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə