Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
21 
r
əsmi mövqe bildirildikdən sonra eposun xalqa zidd bir 
əsər  olduğu  tezisi  irəli sürüldü. Həmin partiya 
yığıncağının  hesabatında  deyilirdi: “Pantürkistlər 
t
ərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi 
q
ələmə verilən “Dədə Qorqud” eposunun mürtəce burjua 
mill
ətçilik mahiyyəti son zamanlaradək 
ifşa 
edilm
əmişdir.  “Dədə  Qorqud” eposunun Azərbaycan 
xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi 
yoxdur. “D
ədə  Qorqud”da Azərbaycan  xalqı  üçün 
yabançı  olan  həyat tərzi, adət və  ənənələr təsvir 
edilmişdir.  ...“Dədə  Qorqud”un mətnini nəşr  etdirən 
H
əmid Araslı eposun yalnız ideyasını deyil, onun dilini 
d
ə  saxtalaşdırmış  və  Azərbaycan dilinə  süni surətdə 
uyğunlaşdırmışdır. 
Dəmirçizadə 
bununla 
kifay
ətlənməyərək  uşaqlar  üçün  “Dədə  Qorqud” 
mövzuları  əsasında  “Qaraca  Çoban”  adlı  zərərli pyes 
yazmış və Azərbaycan Dövlət Filarmoniyası üçün xüsusi 
kon
sert proqramı tərtib etmişdir” (55, 9-10). 
Eposun ünvanına səslənən ittihamlardan sonra ayrı-
ayrı  alimlərin  mövqeləri  kəskin  tənqid  atəşinə  tutuldu. 
Artıq epos sözünün özü belə dırnaq içərisində işlədilirdi. 
О dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans 
olmurdu  ki,  orada  “Dədə  Qorqud”  tənqid  olunmasın. 
1951-
ci ilin may ayında Azərbaycan Yazıçılar İttifaqının 
icla
sında  Həmid  Araslının  qeyri-səmimi  olduğu  xüsusi 
vurğulandı,  Mirzə  İbrahimov,  Səməd  Vurğun,  Mikayıl 
Rəfili, Mikayıl Rzaquluzadə və başqaları öz “səhvlərini” 
bo
yunlarına alsalar da, onlara qarşı keçirilmiş kampaniya 
hələ bir müddət davam etdirildi. 
Başqa 
türkdilli 
respublikalarda, 
xüsusən 
Türkmənistanda “Dədə Qorqud”un əleyhinə dəhşətli bir 
təbliğat  geniş  şəkildə  həyata  keçirildi.  Əslində,  eposa 
qadağa  damğası  vuruldu.  Epos  bütün  tədqiqat  planları, 
tədris  proqramları  və  dərsliklərdən  çıxarıldı.  “Kitabi-


 
22 
Dədə  Qorqud”  yalnız  ölkənin  siyasi  ab-havasında  baş 
verən ciddi dəyişikliklərdən sonra “bəraət” qazana bildi. 
1957-
ci  il  26  martda  “Kommunist”  qəzetində  “Dədə 
Qorqud dastanları” adlı çox böyük məqalə dərc olundu. 
Məqaləni  Həmid  Araslı,  Əbdüləzəl  Dəmirçizadə, 
Məmməd  Arif  və  Məmmədhüseyn  Təhmasib  yazmış-
dılar.  Bu  məqalə  ilə  “Kitabi-Dədə  Qorqud”un 
Azərbaycandakı yasağına son qoyuldu” (55, 9-10; 39). 
“Dədə  Qorqud”  eposunun  türk  xalqlarının,  ilk 
növbədə də Azərbaycan türklərinin qəhrəmanlıq tarixini, 
eləcə də mədəniyyətini və etnoqrafiyasını öyrənmək ba-
xımından  son  dərəcə  dəyərli  qaynaq  kimi  gözdən 
keçirildiyi  bu  məqalə  xalqımızın  ana  abidəsinə  olan 
sonsuz  sevginin  təzahürü  idi.  Bu  sevgi  Həmid  Araslını 
ömrünün  sonuna  qədər,  bircə  an  olsun  belə,  tərk 
etməmişdi. Alim 1939, 1962, 1977-ci illərdə sözügedən 
abidəniı təkrar-təkrar nəşr etdirmiş, ona ön söz yazmış və 
redaktoru olmuşdur.  
1939-
cu  ildə  Həmid  Araslı  tərtib  və  nəşr  etdiyi 
“Kitabi-
Dədə-Qorqud”a  çox  geniş  bir  müqəddimə 
yazmış, bununla da bu  qiymətli abidənin Azərbaycanda 
ətraflı elmi tədqiqinin əsasını qoymuşdur (106, 16). 
Bundan  sonra  bu  abidə  həmişə  diqqət  mərkəzində 
durur.  Araslı  özü  də  təkrar-təkrar  həmin  məsələyə 
qayıdır,  hər  dəfə  də  öz  tədqiqatını  bir  qədər 
təkmilləşdirirdi. 
Bu    müqəddimə  və  məqalələrdə  H.Araslı  “Kitabi-
Dədə-Qorqud”un  tədqiqi  tarixindən  danışmış,  buraya 
daxil olan boy-
dastanların yaranması, qələmə alınması və 
kitabın 
yenidən 
köçürülməsi 
məsələlərini 
müəyyənləşdirmiş, dastanların əsasən X-XI əsr hadisələri 
ilə  səsləşdiyini,  İslam  dini  təsirinin  hələlik  çox  dərin 
nüfuz etmədiyini, Dədə Qorqudun bu dastanların müəllifi 
olmadığını, nəhayət, dastanların məhz Azərbaycan ozanı 


 
23 
tərəfindən  yaranıb  sonrakı  dastanlarımıza  da  əsaslı 
şəkildə  təsir  etmiş  olduğunu  ilk  dəfə  ətraflı  şəkildə 
qoymuş və aydınlaşdırmışdır (106, 16).  
H
əmid  Araslı  “Kitabi-Dədə  Qorqud”u 1939-cu 
ildə,  yəni  repressiyaların  ən  şiddətli  illərindən  birində 
nəşr  etdirməklə  təkcə  Azərbaycan  ədəbiyyatına  deyil, 
ümumi
likdə  bütün  türkologiya  elminə  ölçüyəgəlməz 
xidmət  göstərmişdir.  Əsərin  nəşri  ilə  yanaşı  onun 
dərindən  incələnməsi  və  təhlili  ilə  də  son  dərəcə  ciddi 
məşğul  olan  alim  türk  xalqlarının  ortaq  təfəkkürünün 
məhsulu olan bu möhtəşəm abidənin istər dil, istər üslub, 
istərsə  də  hadisələrin  baş  verdiyi  məkan  baxımından 
bilavasitə ölkəmizin ərazisi ilə bağlılığını təkzibedilməz 
faktlara  dayanaraq  əsaslandırmış,  eposdakı  arxaizmlərin 
folklor və klassik şairlərin əsərlərində işləndiyini konkret 
faktlarla ortaya qo
yaraq dastanın dilinin əski Azərbaycan 
türkcəsi olduğunu sübut etmişdir.  
Xüsusilə qeyd etmək lazımdır ki, H.Araslı həmin il 
“Xalq ədəbiyyatının qiymətli abidəsi – Dədə Qorqud”un 
yeni  əlyazması”  (Vatikan  nüsxəsi,  Ettore  Rossi,  1952) 
adlı məqaləsini (20) yazıb nəşr etdirmişdir. O, ömrünün 
sonuna qədər KDQ-nin araşdırılması və nəşri sahəsində 
elmi  fəaliyyətini  dayandırmamışdır.  Xalqımızın  digər 
dastanlarını  (“Koroğlu”,  “Aşıq  Qərib”,  “Şah  İsmayıl”, 
“Qurbani”  və  digərlərini)  araşdıran  alim  bu  dastanların 
KDQ  boylarının  motivləri  ilə  müəyyən  cəhətlərdən 
bağlılığını  açıqlayan  mülahizələrini  bildirmişdir. 
Yorulmaz  tədqiqatçı  “Kitabi-Dədə  Qorqud”  abidəsinə 
həsr edilmiş bir sıra mötəbər elmi tədbirlərdə, simpozium 
və konfranslarda iştirak etmiş, mövzu ilə bağlı məruzələr 
etmişdir. 1957-ci  ildə  Türk  Dil  Qurumunun  VIII 
qurultayında  “Dədə  Qorqud”  haqqında,  1960-cı  ildə 
XXV  Beynəlxalq  konqresdə  “Dədə  Qorqud”da  və 
Nizami yaradıcılığında Azərbaycan xalq eposları motiv-


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə