Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
24 
ləri” (“Мотивы Азербайджанского народного эпоса в 
“Деде Коркут” и в творчестве Низами”) mövzularında 
oxuduğu  məruzələr  dünyanın  müxtəlif  fikir  adamları, 
alim 
və 
mütəxəssisləri 
tərəfindən 
yüksək 
qiymətləndirilmişdir. 
Professor  Kamran  Əliyev  də  “Kitabi-Dədə 
Qorqud” eposunun m
ətnini təhlil edərkən Həmid 
Araslının  1962-ci ildə  tərtib etdiyi “Kitabi-Dədə 
Qorqud”a istinad
ən  yazır:  “Kitabi-Dədə  Qorqud”un 
Vatikan v
ə  Drezden nüsxələrində  mətn  ardıcıl 
formadadır,  yəni həmin mətnlərdə  nəsr və  şeir  bir-
birind
ən ayrılmamışdır. Sonralar isə eposu nəşr və tədqiq 
ed
ən O.Ş.  Gökyay,  M.  Ergin,  H.  Araslı,  F.Zeynalov  və 
S.Əlizadə ... mətndəki şeir və nəsri ayırmışlar” (86, 6). 
H. 
Araslı  özünün  folklorşünaslıq  fəaliyyətində  bir 
t
ərəfdən Y.V. Çəmənzəminli, S. Mümtaz, H. Zeynallı və 
başqa  bu  kimi  nəhəng alimlərimizin  ənənələrini davam 
etdirmiş,  o  biri  yandan  da  həmdövrləri olan M.H. 
T
əhmasib,  Ə.  Axundov,  H.  Əlizadə, M. Seyidov və 
başqaları ilə yaxından əməkdaşlıq edərək, sözügedən sa-
h
ənin zənginləşdirilərək inkişaf etdirilməsində müstəsna 
xidm
ət göstərmişdir.  
İstər  Azərbaycan  folklorunun  tarixi  və  nəzəri 
məsələlərinin 
araşdırılması, 
istər 
onun 
yazılı 
ədəbiyyatımızla  əlaqə  və  münasibətlərinin  ortaya 
qoyulması,  istər  folklor  nümunələrinin  və  ədəbi 
abidələrin  nəşrə  hazırlanması  və  şərhi,  istərsə  də  dərs-
liklərin  yazılması  kimi  böyük  zəhmət  tələb  edən 
məsələlərin  hər  birinin  həllində  Həmid  Araslının 
özünəməxsus  yeri  və  rolu  danılmazdır.  Mirzağa 
Quluzadə  haqlı  olaraq  qeyd  edir  ki,  “gənc  yaşlarından 
həyatını, yaradıcılıq qüvvəsini Azərbaycan klassik ədəbi 
irsinin  meydana  çıxarılmasına,  tədqiqinə  və  nəşri  işinə 
sərf  edən  H.  Araslı  çoxcəhətli  geniş  elmi  fəaliyyəti  ilə 


 
25 
şifahi  xalq  ədəbiyyatımızın  öyrənilməsində  ədəbiyyat 
tariximizin  yaradılmasında  və  filoloji  kadrların 
yetişdirilməsində böyük işlər görmüşdür” (136, 12). 
 
Həmid Araslı həqiqətən də, prof. M. Quluzadənin 
qeyd etdiyi kimi, şifahi xalq ədəbiyyatının toplanması və 
nəşri sahəsində gərgin əməyi ilə seçilmişdir. Alim 1926-
cı ildən kənddə müəllim işlədiyi vaxtlardan Azərbaycan 
şifahi  xalq  ədəbiyyatı  və  aşıq  şeiri  nümunələrini 
toplamaq  sahəsində  mühüm  işlər  görmüşdür.  Bu 
materiallar  şifahi  xalq  ədəbiyyatı  nümunələri  üçün 
faydalı  mənbələrdən  biri  olmuşdur: “O, bütün elmi 
tədqiqat  fəaliyyəti  illərində  şifahi  xalq  yaradıcılığı, 
xüsusilə xalq dastanları və aşıq poeziyası ilə üzvi surətdə 
bağlı  olan,  şifahi  xalq  poeziyası  və  onun  klassik  ədəbi 
irslə qarşılıqlı təsir və əlaqələrinə böyük maraq göstərən, 
əsərlərində  həmişə  bu  məsələlərə  əhəmiyyət  verən  bir 
alimdir. H. 
Araslı  Azərbaycan  şifahi  xalq  ədəbiyyatının 
ən yaxşı mütəxəssislərindən biridir” (136, 24-25). 
Folklorşünaslıq  elminin  tarixi  Villiam  Tomsun 
1846-
cı  ildə  ilk  dəfə  “folklor”  kəlməsini  işlətməsiylə 
başlayır.  O  vaxtdan  bu  günə  folklora  bir  çox  təriflər 
verilsə  də,  alimlər  bir  fikirdə  yekdildirlər  ki,  “xalq”  və 
“öyrənmək”  kəlmələrindən  törəyən  bu  termin  özündə 
daha  çox  “şifahi  ədəbiyyat”,  “şifahi  xalq  ədədbiyyatı”, 
“agız  ədəbiyyatı”  və  “xalq  yaradıcılıgı”  kimi  anlamları 
birləşdirir.  Bu  fikirlə  tam  razı  olan  Həmid  Araslı  orta 
məktəbin  VIII  sinfi  üçün  M.  Rəfili  ilə  birlikdə  qələmə 
aldığı  dərslikdə  yazır  ki,  “Azərbaycan  xalqı  əsrlərdən 
bəri  son  dərəcə  zəngin  və  rəngarəng  şifahi  ədəbiyyat 
yaratmışdır.  Xalqımız  müxtəlif  dastanlar,  nağıllar, 
bayatılar, hikmətli atalar sözləri, lətifələr, aşıq qoşmaları, 
tapmacalar,  ağılar,  laylalar  və  s.  yaratmışdır  ki,  bunlar 
nəsildən-nəslə keçərək ağızlarda, hafizələrdə yaşamışdır. 
Ge
niş  xalq  kütlələrinin  yaratdıgı  bu  şifahi  bədii 


 
26 
ədəbiyyata folklor deyilir. Folklor sözü hələ XX əsrdən 
beynəlxalq  elmi  istilah  olaraq  qəbul  olunub  və  mənası 
“əxlaq  hikməti”  deməkdir.  Folklora  bizdə  “şifahi 
ədəbiyyat”, “şifahi xalq ədəbiyyatı”, “ağız ədəbiyyatı” və 
“xalq yaradıcılığı” da deyilir” (41, 8). 
Folklor  əsərlərinin  əksəriyyətinin  geniş  xalq 
kütlələrinin  yaradıcılığı  olduğunu  vurğulayan  H.  Araslı 
və  M.  Rəfili  bu  əsərlərdə  xalqın  məişətinin,  arzu  və 
istəklərinin  öz  əksini  tapdığını  diqqətə  çatdıraraq 
yazırlar:  “Xalq  sözünü  biz  ölkənin  əksəriyyətini  təşkil 
edən, bir dildə danişan zəhmətkeşlər mənasında işlədirik. 
Xalqın  həyatını  əks  etdirmək,  xalqın  arzularını  parlaq 
bədii surətlərlə ifadə etmək yalnız folklorun xüsusiyyəti 
deyil,  bəlkə  bütün  bədii  ədəbiyyatın  vəzifəsidir.  Bu 
cəhət,  yəni  xalqın  istək  və  arzularını  ifadə  etmək,  xalq 
məişətini  parlaq  şəkildə  əks  etdirmək  folklorla  yazılı 
ədəbiyyatı  ayıran  xüsusiyyət  deyil,  bəlkə  onları 
yaxınlaşdıran  cəhətdir.  Lakin  folklorun  kütləviliyi 
zəhmətkeş  xalqın  içərisində  yaşaması  və  şifahiliyi  onu 
ya
zılı  ədəbiyyatdan  fərqləndirir.  Folkloru  yazılı 
ədəbiyyatdan  fərqləndirən  əsas  xüsusiyyət  onun 
k
ütləvililiyi,  geniş    xalq  içərisində  yaşaması  və 
şifahiliyidir” (41, 8-9).  
Alim “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” adlı 
monoqrafiyasında  bildirir  ki,  “Azərbaycan  şifahi  xalq 
ədəbiyyatının tarixi Azərbaycan xalqının tarixi qədər qə-
dimdir.  Hələ  xalq  yazı  bilmədiyi  dövrlərdə,  ibtidai 
zamanlarda  belə  onun  əmək  prosesi  ilə  əlaqədar 
yaranmış  şifahi  ədəbiyyatı  var  idi.  Mədəniyyət  inkişaf 
edib  yazı  meydana  çıxdıqdan  sonra  da,  bu  ədəbiyyat 
yazılı ədəbiyyat ilə yanaşı inkişaf edərək əsrimizə qədər  
gəlib çatmışdır” (23, 29). 
Həmçinin  Paşa  Əfəndiyevin  bu  fikri  də  böyük 
maraq  doğurur  ki,  tariximizin  öyrənilməsində  H. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə