70
etməsi ilə bağlı haqlı mövqeyini və dəyərli fikirlərini biz
də dəstəkləyirik. Xalqımızın etnik təfəkküründə mühüm
yer tutan, həqiqətən oyanış missiyasını yerinə yetirən,
həmçinin milli varlığımızın, doğma dilimizin möhkəm
dayaqlar üzərində yaşadılmasında əsas qaynaqlardan biri
olan aşıq yaradıcılığının, bu zəngin mirasın əsasında
yaradılan aşıq şeirinin, dastanların araşdırılması kimi
vacib və müqəddəs bir vəzifəni fundamental əsərlərində
layiqincə yerinə yetirən Həmid Araslının bu istiqamətdə
gördüyü işlər hər cür təqdir və təşəkkürə layiqdir.
71
II FƏSİL
YAZILI ƏDƏBİYYATLA ŞİFAHİ XALQ
ƏDƏBİYYATININ ƏLAQƏ VƏ MÜNASİBƏTLƏRİ
PROBLEMİ
Elmi-
nəzəri ədəbiyyatda problemin qoyuluşu və
bununla əlaqədar alimin görüşləri. Həmid Araslının
Azərbaycan
ədəbiyyatı
tarixinin
araşdırılması
istiqamətində qələmə aldığı möhtəşəm əsərlərdən biri də
1960-
cı ildə nəşr etdirdiyi üç cildlik “Azərbaycan
ədəbiyyatı tarixi” kitabıdır. Bu tədqiqat əsəri bütün
həyatını və yaradıcılıq qüvvəsini Azərbaycan klassik
ədəbiyyatının tədqiqi və nəşrinə həsr edən alimin əlli ilə
yaxın bir dövrdə yaranan çoxcəhətli, zəngin irsinin
müəyyən bir hissəsini təşkil edir.
Alimin bu irihəcmli tədqiqatına aşıq ədəbiyyatına
aid nümunələr, “Kitabi-Dədə Qorqud” boylarından ayrı-
ayrı parçalar, eləcə də böyük Azərbaycan şairləri Nizami
Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti, Xaqani, Nəsimi,
Xətai, Saib, Qövsi, Vaqif və başqa qüdrətli söz
ustalarının həyat və yaradıcılıqlarının ayrı-ayrı
problemlərini incələyən çoxsaylı əsərlərindən nümunələr
daxil edilmişdir. Tədqiqat həm də H.Araslının müxtəlif
illərdə qələmə aldığı və bəhs edilən problemə dair
yazıldığı dövr üçün əksəri ilk araşdırmalar olub, sistemli
ədəbiyyat tariximizin yaranması və orta əsrlər ədəbi-
mədəni əlaqələrimizin öyrənilməsində önəmli əhəmiyyət
daşıyan araşdırmalarının müəyyən qismini əhatə edir.
Burada Azərbaycan ədəbiyyatının 40-50-ci illərdə hələ
aydınlaşdırılmamış bir çox səhifələrini işıqlandıran,
tədqiqatın kənarda qalmış, yaxud az öyrənilən ədəbi
simaların və qeyri-mətbu bədii abidələrin üzə
çıxarılmasında mühüm yeri olan, eləcə də Azərbaycan
ədəbi irsinin dünya miqyasında tədqiqi ilə bağlı
72
araşdırıcının şəxsi mülahizələrini bildirən məqalə,
məktub və başqa yazılarından gətirilən seçmələrlə də
tanış olmaq mümkündür. Tədqiqata daxil olan əsərlər
mündəricə və mövzu baxımından təsnif edilərək müvafiq
bölmələrə ayrılmışdır.
H. Araslının bu tədqiqatında anadilli yazılı
ədəbiyyatımızın ərsəyə gəlməsində önəmli xidmətləri
olmuş Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Kişvəri,
Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqaları kimi
dahi söz sənətkarlarının da Azərbaycan ədəbiyyatındakı
yeri və mövqeyi tam həllini tapmışdır. Bu kitab və daha
öncə çapdan çıxmış iki cildlik “Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi” kitabı bir daha sübut edir ki,
Azərbaycan şairlərindən İzzəddin Həsənoğlu, Qazi
Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai,
Kişvəri, Arif Həbibi, Məhəmməd Füzuli, Qövsi Təbrizi,
Saib Təbrizi, Məsihi, Fədai, Molla Vəli Vidadi, Molla
Pənah Vaqif və digərləri barədə ən ilk, ilk olduğu qədər
də mötəbər tədqiqat işi, elmi-nəzəri ümumiləşdirmə
məhz Həmid Araslı yaradıcılığına məxsusdur.
Həmid Araslı dahi şairimiz Nizami Gəncəvinin
yaradıcılığından çox geniş şəkildə bəhs edən dəyərli
tədqiqatları ilə Azərbaycan nizamişünaslığı qarşısında
misilsiz xidmətlər göstərmişdir. Alimin hələ keçən əsrin
40-
cı illərindən Nizami Gəncəvinin zəngin yaradıcılığına
böyük tö
hfə verən “Nizami Gəncəvi” (Bakı, 1947),
“Azərbaycan ədəbiyyatı: tarixi və problemləri” (Bakı,
1968), “Şərqdə Leyli və Məcnun əsərləri və Nizami”
(Bakı, 1940), “Nizami əsərlərinin el variantları” (Bakı,
1940), “Nizami və Azərbaycan xalq ədəbiyyatı” (Bakı,
1947), “Nizami və Vətən” (Bakı, 1948), “Şairin həyatı”
(Bakı, 1967), “Nizami Gəncəvi və Sirlər xəzinəsi” (Bakı,
1981), “Nizami Gəncəvi və qadın obrazları” (Bakı,
1939), “Nizamidə xalq sözləri və xalq ifadələri” kimi
73
elmi tədqiqatları Nizami və türklük məsələlərinə xüsusi
elmi şərhləri ilə seçilmiş, bu sahədə aparılan digər
tədqiqatlar üçün əsas qaynaq olmuşdur. Alimin klassik
ədəbiyyatımızın öyrənilməsi istiqamətində tədqiqatla-
rının önəmli bir hissəsinin Nizami Gəncəvi
yaradıcılığının araşdırılmasına həsr edilməsi heç də
təsadüfi deyildir. Sovet və dünya ədəbiyyatşünaslığında
fərqli, çox zaman yanlış və qərəzli baxışların üstünlük
təşkil etdiyi dövrlərdə Nizaminin əsərlərinin ruhuna xas
milli çalarları qabartmağa çalışan alim adıçəkilən
əsərlərdə onun sırf öz sözlərinə, ifadə tərzinə söykənərək
şairin farsca yazsa da, türkcə düşündüyünü dərin
məntiqli dəlillər və faktlar əsasında ortaya qoymağı
bacarmışdır. O, Nizaminin Qumdan olması barədə irəli
sürülən bütün iddia və mülahizələri darmadağın edərək,
Nizami fenomeninin Azərbaycan ədəbiyyatında
göydəndüşmə, sıradan bir olay olmadığını, bu fenomenin
şairin
yaşadığı
dövrün
mədəni
mühitindən
qaynaqlandığını göstərmiş, şairin yaşadığı dövrü hərtə-
rəfli təhlil süzgəcindən keçirmişdir.
Tanınmış alim Azad Nəbiyev də özünün “Sirlər
xəzinəsinin folklor mənbələrinə dair” məqaləsində
Həmid Araslının “Nizami Gəncəvi” adlı məqalələr
məcmuəsinə istinadən belə yazır: “Həmid Araslı
tamamilə haqlı olaraq göstərir ki, “fars şərhçilərinə və
Av
ropa tədqiqatçılarına məchul qalan bu ifadələrin
hamısına Azərbaycan şifahi xalq ədəbiyyatının qədim
nümunələrində təsadüf olunur” (129, 27).
Nizami Gəncəvi irsinin Azərbaycan xalq ədəbiyyatı
ilə əlaqəsindən bəhs edən akademik Həmid Araslı yazır:
“Nizami yara
dıcılığının qüdrətini Azərbaycan mədəniy-
yəti ilə izah edərkən, bu qüdrətin əsas təməlini təşkil
edən zəngin və qüdrətli şifahi xalq yaradıcılığını xatırdan
çıxarmaq olmaz. Çünkü bütün Şərq şairlərindən xalq
Dostları ilə paylaş: |