69
Alim dastanı “Koroğlu” dastanının bəzi epizodları
ilə müqayisə etmiş, lakin dastanın hələ əsl bitkin dastan
halına düşmədiyini və bu qəhrəmanlıq səhnələrinin ayrı-
ayrı xatirələr şəklində olsa belə, bir-biri ilə bağlı
olduğunu qeyd etmişdir. Nəbi də Koroğlu kimi vuruşma
zamanı öz yoldaşlarını coşğun bir dil ilə döyüşə çağırır:
O qarlı dağları duman bürüdü,
Düşmən tərəfinə qoşun yürüdü.
İgidlərim,
bu gün dava günüdü,
Mərd olub nər kimi girək meydana!
Gücümüzü göstərək bu gün divana! (8, 94).
Dastandakı hadisələrdə Nəbinin qardaşı Mehdi və
İsmayıl kimi qoçaq yoldaşları, Həcər kimi qəhrəman
arvadı da iştirak edir. Həcərin Nəbi ilə birlikdə mübarizə
aparması xüsusi bir səmimiyyətlə tərənnüm edilir.
Həmid Araslının Azərbaycan folklorşünaslığının
ayrılmaz hissəsi olan aşıq yaradıcılığının araşdırılması
istiqamətindəki tədqiqatlarını yüksək qiymətləndirən,
onun aşıqlıq sənəti ilə bağlı apardığı ciddi
araşdırmalardan bəhs edən professor Nizami Cəfərov
yazır: “H.Araslı sübut etdi ki, “Koroğlu” eposunun,
onlarla mükəmməl xalq dastanlarının yarandığı (və
yazıya köçürüldüyü), A.Tufarqanlının, Sarı Aşığın, Xəstə
Qasımın...Əmaninin, Qövsinin, Saibin, nəhayət, yeni
Azərbaycan ədəbiyyatının baniləri Vidadinin, Vaqifin
yetişdiyi dövr “tənəzzül dövrü” ola bilməz. Xalqın
ruhuna doğma olan, onun sosial-ideoloji, mənəvi-mədəni
həyatını bütün genişliyi, səmimiliyi ilə əks etdirən, yad
və ya yabançı ifadələrlə yadlaşdırılmış bir dildə deyil,
bulaq suyu kimi saf ana dilində yaranan ədəbiyyat hər bir
millətin mədəniyyət tarixində məhz tərəqqinin,
yü
ksəlişin, intibahın hadisəsidir” (66).
Professorun görkəmli alimin aşıq ədəbiyyatı kimi
zəngin bir yaradıcılığı bu qədər geniş şəkildə tədqiq