157
(159; 160; 161), Aydın Məmmədov (114), Kamal
Abdulla (6) dilçilik və poetika, Mirəli Seyidov
mifologiya, Azad Nəbiyev və İsrafil Abbaslı isə folklor
baxımından yanaşmışlar.
Məsud Əlioğlunun “Məhəbbət və qəhrəmanlıq”
(84) və Asif Əfəndiyevin “Qorqudluğumuz” (47, 44-52)
məqalə-esselərində məsələyə sırf fəlsəfi kontekstdən
yanaşılır.
Qeyd etmək lazımdır ki, bu müəlliflərin, demək
olar ki, istisnasız hamısı bilavasitə Həmid Araslının
təqdim etdiyi mətnlərə istinad etmiş, alimin
düşüncələrindən yararlanmışlar.
“Kitabi-
Dədə Qorqud”un araşdırılmasında Güney
Azərbaycan alimlərinin də xidməti az olmayıb. Bu
baxımdan doktor Cavad Heyət, Həmid Nitqi və b.
vətənpərvər ədəbiyyatşünaslar kitab və məqalələrində
epos haqqında öz fikir və mülahizələrini bildirmişlər. C.
Heyət “Varlıq” jurnalındakı silsilə məqalələrində, “Azər-
baycan şifahi xalq ədəbiyyatı”, “Türklərin tarix və
mədəniyyətinə bir baxış” kitablarında (93) KDQ-dən
bəhs etmişdir. Sonuncu fundamental tədqiqatında o,
dastanın mənşəyinin Orta Asiyaya bağlı olduğunu, XII
əsrə aidliyini, XV əsrdə yazıya alındığını ehtimal edir.
Bununla belə, tədqiqatçı öz araşdırmasının başqa yerində
KDQ-nin VI-
VII əsrlərin yadigarı olduğunu qeyd edir. C.
Heyət bu əsəri “Türk oğuz Azərbaycan ədəbiyyatının şah
əsəri” adlandırır, qəhrəmanlıq xarakteri daşıdığını, bir
fərd tərəfindən deyil, ümumən xalq tərəfindən yaradıldığı
fikrini irəli sürür.
Bu tədqiqatçılar da bilavasitə Həmid Araslı
irsindən faydalanmışlar.
“Dədə Qorqud” dastanı ilə yanaşı, “Koroğlu”
dastanının da araşdırılmasında və nəşri işində Həmid
Araslının xüsusi xidmətləri olmuşdur. Lakin bu işə ilk
158
imza atan
lar rus və Avropa tədqiqatçıları olmuşlar.
Əliağa Cəfərov yazır ki, “XIX əsrin əvvəllərindən
başlayaraq “Koroğlu” eposu dünya folklorşünaslığının
diqqət mərkəzində olmuşdur. Bu iş bilavasitə rus və
Avropa mətbuatının köməyi ilə həyata keçirilmişdir.
Heç kəsə sirr deyildir ki, dastanının toplanaraq
yazıya alınması, tərtib, tərcümə və nəşr edilməsinin əhatə
etdiyi dövr iki əsrdən artıq bir zaman kəsiyini əhatə edir.
XIX-
XX əsrlərdə görülmüş nəhəng işin gözdən
keçirilməsi göstərir ki, sözügedən ədəbi abidənin ayrı-
ayrı detal və fraqmentləri hələ XIX əsrin 30-cu illərindən
etibarən dərc edilməyə başlamış və nəticədə ortaya
zəngin material qoyulmuşdur. Bir çox türk və onlarla
qonşuluqda yaşayan qeyri-türk xalqlar arasında yayğın
olan və sevilən dastanın ən mükəmməl variantları
Azərbaycandan toplanmışdır (3, 4). Elə bu səbəbdən də
əksər tədqiqatçılar “Koroğlu” dastanının genezisinin
bilavasitə Qafqaz, daha dəqiq desək, Quzey Azərbaycan
ədəbi mühiti ilə bağlı olduğunu söyləmişlər. Məsələn, M.
Vəlizadə həmin dastanı sırf “Zaqafqaziya (Ön Qafqaz)
tatarlarının (türklərinin) təfəkkür və təxəyyülünün
məhsulu” hesab edir, Koroğlunu da “quldur” (razboynik)
adlandıraraq yazırdı: “Zaqafqaziya tatarları” özlərinin
yaratdıqları “Koroğlu” nəğmələrini “balalaykanın”
(sazın) müşayiəti ilə çox şövqlə ifa edirlər” (178, 112).
Koroğluşünaslıqda belə bir fikir hakimdir ki,
“Koroğlu” eposunun ilk dəfə elmə məlum olması vaxtilə
“Erməni vilayəti”nin gəlirləri və hökumət mülkləri
idarəsi”nin rəisi vəzifəsində çalışmış (78, 82) İ. Şopenin
fəaliyyəti nəticəsində mümkün olmuşdur” (211). Onun
Güney Az
ərbaycandan topladığı, daha dəqiq desək, Aşıq
Ömərin dilindən qeydə aldığı epizod dastanın ən maraqlı
variantlarından hesab edilir (211, 12-25.). Həmin variant
1840-
cı ildə “Mayak” jurnalında İ. Şopenin qeydləri ilə
159
çap olunmuşdur. “Mətn iki qoldan ibarətdir: “Alı kişi”
və “Həmzənin Qıratı aparması” (211, 57). Mətnin məz-
munu belədir: “Nəhayət, igid qoçağın səfərlərinin sorağı
konkyerə (xotkara) gedib çatır və onun qəzəbinə səbəb
olur. Konkyer əmr verir ki, Koroğlunun ya ölüsünü, ya
da dirisini tapıb gətirmək lazımdır. Qərar belə olur,
Koroğlunun atını oğurlamaq lazımdır. Xotkar tərəfindən
buna görə böyük ənam vəd olunur. Xotkarın adamı
Çənlibelə gəlir və atı oğurlayıb aparır. Koroğlu əlində
ağac, çiynində saz səyyah kimi osmanlıların torpağına
yoll
anır. O, aşıqlığı ilə camaatı heyran qoyur. Söhbət
atdan gedəndə Koroğlu sultana deyir ki, mən sizin
mehtərləri öyrədə bilərəm. Beləliklə, Koroğlu çox
ustalıqla hamını aldadır, atın yanına gəlir. Qırat onu
tanıyır. Koroğlu atın üstünə aşırılandan sonra deyir ki,
“Sultan, mən Koroğluyam”. Oradan Çənlibelə yol alır,
Koroğlunun şöhrəti daha da artır, varlılar, ağalar onun
əlindən zara gəlirlər. Qorxuya düşən ağalar min cürə
fırıldağa əl atır. Koroğlu ilə hətta öz doğma qızlarının
həyatı bahasına qohum olmağı, ondan aman diləməyi
özlərinə xoşbəxtlik sayırlar. Hər tərəfdən Çənlibelə
hədiyyələrlə elçilər gəlir, qızıl, daş-qaş hesabına əmin-
amanlıq və müdafiə əldə edirlər. Beləliklə, Koroğlu
böyük bir ölkəyə sahib olmuşdu” (211, 57).
Amma fakt budur ki, bu, “Koro
ğlu”nun ilk nəşri
hesab edilə bilməz. Çünki elm aləminə ondan əvvəlki
tarixdə gerçəkləşdirilmiş daha bir nəşr məlumdur. Söhbət
ondan 10 il öncə Tiflisdə dərc olunan variantdan gedir
(181). Əliağa Cəfərov yazır ki, “Koroğlu” haqqında bu
ilk mətbu yazı 1830-cu ilə təsadüf edir. «Тифлисские
ведомости» qəzetinin 68-ci sayında (23 avqust) isə
naməlum müəllifin «Деревня Огруджа: замок
разбойника Урушана Кер-оглы, его история»
məqaləsi çap olunmuşdur. Məqalədə Koroğlu qalasından
Dostları ilə paylaş: |