Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   2   3   4   5   6   7   8   9   ...   39

Dünyada təhlükələrin artdığını, iqti-
sadi böhranın daha da dərinləşdiyini və
bütün ölkələrin bu böhrandan müxtəlif
formada əziyyət çəkdiyini deyən Prezi-
dent İlham Əliyev Azərbaycanda uğurlu
inkişafın təmin edildiyini, ictimai-siyasi
vəziyyətin  sabit  qaldığını,  ölkə  qarşı -
sında duran vəzifələrin həll olunduğunu
bildirib. Çıxışında Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinə tox-
unan dövlətimizin başçısı aprel ayında
təmas  xəttində  Ermənistanın  törətdiyi
təxribatın qarşısının ordumuz tərəfindən
alındığını,  əks-hücum  əməliyyatı  nəti -
cəsində 2 min hektar ərazinin işğaldan
azad  edildiyini  diqqətə  çatdırıb.  “Mü-
naqişə tezliklə həllini tapmalı, status-kvo
dəyişilməlidir”, - deyən Prezident İlham
Əliyev Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn norma və prinsip -
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
Prezident İlham Əliyevin sədrliyi ilə 
Nazirlər Kabinetinin 2016-cı ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib 
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
5


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər 
Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-...
ləri,  həm çinin  Azərbaycanın  ərazi
bütövlüyü çər çivəsində həll olunmasının
vacibliyini vurğulayıb.
Bu ilin altı ayında ölkəmizin xarici
siyasətinin  fəal  olduğunu,  10-dan  çox
dövlət və hökumət başçısının Azərbay-
cana səfərə gəldiyini, özünün də xaricə
səfərlərinin beynəlxalq əlaqələrin daha
da  möhkəmləndirilməsinə  xidmət  et-
diyini  deyən  Prezident  İlham  Əliyev
çıxışında iqtisadi inkişaf proseslərindən
də danışdı, cari ilin altı ayında ümumi
daxili  məhsulun  azalmasına  baxma-
yaraq, sənaye və kənd təsərrüfatında, o
cümlədən qeyri-neft sektorunda artımın
müşahidə olunduğunu deyib. Bildirib ki,
ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 mil-
yard dollar sərmayə qoyulub və xarici in-
vestorlar  üçün  Azərbaycan  cəlbedici
ölkə olaraq qalır. İlin birinci yarısında 78
min daimi iş yeri açılıb, sosial tədbirlərin
həyata keçirilməsi istiqamətində mühüm
işlər görülüb. “2016-cı il tarixdə dərin is-
lahatlar  dövrü  kimi  qalacaq”,  -  deyən
dövlətimizin  başçısı  strateji  enerji  və
nəqliyyat layihələrinin uğurla icrası is-
tiqamətində  tədbirlərin  davam  et-
dirildiyini bildirib.
Sonra müdafiə sənayesi naziri Yavər
Camalov, kənd təsərrüfatı naziri Heydər
Əsədov, “Meliorasiya və Su Təsərrüfatı”
Açıq  Səhmdar  Cəmiyyətinin  sədri
Əhməd  Əhmədzadə  2016-cı  ilin  6
ayında  görülən  işlər  və  qarşıda  duran
vəzifələrlə bağlı məruzə ediblər.
Prezident  İlham  Əliyev  yekun  nit -
qində prioritet istiqamətlər üzrə qarşıda
duran vəzifələrin yerinə yetirilməsinin
vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı ixracyönümlü iri
sənaye müəssisələrinin yaradılması, ki -
çik və orta sahibkarlığın gücləndirilməsi
ilə bağlı tapşırıqlarını verib. 
Prezident İlham Əliyev deyib ki, bu il
ölkədə dərman istehsalına başlanması,
sənaye  mərkəzlərinin  yaradılması  is-
tiqamətində,  həmçinin  Mingəçevirdə
yüngül sənaye kompleksinin təməlinin
qoyulması,  hər  bir  rayonun  sənaye
potensialının inkişaf etdirilməsi ilə bağlı
işlər davam etdirilir.
Azərbaycanda xalçaçılıq sənayesinin,
baramaçılığın, pambıqçılığın və tütün -
çülüyün  inkişafına  dövlət  dəstəyinin
bundan sonra da davam etdirilməsi, zə -
ruri ərzaq məhsulları ilə təminatın, ət və
süd  məhsullarına  olan  tələbatın  ödə -
nilməsi, meliorativ tədbirlərin davam et-
dirilməsi, torpaqlardan səmərəli istifadə
olunması,  o  cümlədən  turizm  sənaye -
sinin yaradılması istiqamətində görülən
tədbirlərin  davamlı  olması  ilə  bağlı
tapşırıqlarını verən dövlətimizin başçısı
son illərdə Bakıda keçirilən beynəlxalq
tədbirlərin, həmçinin Formula-1 Avropa
Qran-prisinin ölkəmizdə turizmin inki -
şafına ciddi dəstək verdiyini bildirib. 
Bu ilin əvvəlindən infrastruktur la -
yihələri  icra  edildiyini  qeyd  edərkən
dövlətimizin başçısı ölkəmizdə içməli su
la yihələrinin icrasının aparıldığını da
bildirib və deyib: Bir çox rayonlarda
artıq  bu,  həll  olunub.  Hər  bir  rayon
mərkə zində  içməli  su  və  kanalizasiya
layihəsi tam icra edilməlidir”.
Əsassız yoxlamaların azaldılması ilə
bağlı verdiyi tapşırıqların müvəffə qiy -
yət lə icra olunduğunu deyən Prezident
İlham Əliyev 2016-cı ilin ikinci yarısının
da uğurlu olacağına əminliyini bildirib.
RƏSMİ
3/2016
6


3/2016
RƏSMİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
7
Azərbaycanda turizmin inkişaf perspek-
tivlərindən danışarkən dövlətimizin başçısı
son vaxtlar ölkəmizə gələn turistlərin sayının
böyük  dərəcədə  artdığını,  xüsusilə  şimal-
qərb zonasına turistlərin axınının müşahidə
olunduğunu  vurğulayaraq  deyib:  “Mən
demişəm, bir daha demək istəyirəm ki, Şa-
maxıdan  Balakənə  qədər  bütün  bu  bölgə
beynəlxalq turizm zonasına çevrilməlidir və
bu  istiqamətdə  işlər  gedir.  Əlbəttə  ki,  ilk
növbədə infrastruktur layihələri icra edilməli
idi və onların böyük hissəsi icra edildi”. Yol
infrastrukturunun, müasir mehmanxanaların
tikintisinin turizm üçün əsas şərt olduğunu
qeyd  edən  dövlətimizin  başçısı  həmçinin
deyib: “İsmayıllıda digər infrastruktur layi -
hələri icra edilib. İçməli su layihəsi artıq
neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri
təmiz içməli su ilə təmin olunurlar. Kana -
lizasiya və təmiz ləyici qurğuların da quraş -
dırılması prosesi başa çatır”. 
Prezident İlham Əliyev çıxışını yekun-
laşdırarkən deyib: “Biz işləri planlı şəkildə
görürük - ilk mərhələdə infrastruktur layi-
hələri, yol, elektrik stansiyaları, ondan sonra
sosial  infrastruktur,  məktəblər,  içməli  su,
ondan sonra iş yerləri, kreditlər, kənd təsər-
rüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və
nikbinliklə  baxıram.  Heç  bir  böhran,
dünyada baş verən heç bir hadisə bizə təsir
edə bilməz. Azərbaycan sabitlik diyarıdır,
inkişaf məkanıdır”. 
Prezident İlham Əliyev: “Heç bir böhran, dünyada
baş verən heç bir hadisə bizə təsir edə bilməz”
“Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək
inkişafımızı  iki  vacib  istiqamət  -  kənd  təsərrüfatı  və  sənaye  istehsalı  üzərində
quraq”. Bu sözləri Prezident İlham Əliyev avqustun 10-da İsmayıllı rayonunda
“İSMA BİKES” velosiped istehsalı zavodunun açılış mərasimində deyib. O, qeyd
edib ki, digər sahələr də böyük əhəmiyyət daşıyır. Bunların arasında ölkə rəhbəri
nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya, kimya sə-
nayesi sahələrinin adlarını çəkib.


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə