Water problems: science and technology


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   31   32   33   34   35   36   37   38   39

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əhmədov M.Ə.  Şirvan regionunda irriqasiya sularının
keyfiyyətinin qiymətləndirilməsi məqsədilə...
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
3/2016
110
Nəticə
1.Şirvan regionunda  aparılan ekoloji monitorinqin nəticələri göstərdi ki, YŞK
və onunla qidalanan magistral suvarma kanallarında suların ümumi minerallığı son
zamanlar 400 mq/l-dən çox yüksəlmir, sabit qalır.
2.YŞK ilə qidalanan magistral kanal sularının irriqasiya keyfiyyətilə müqayisədə
Türyançayın suyunun irriqasiya keyfiyyəti orta hesabla 5 dəfə,Göyçayın - 6 dəfə,
Girdimançayın - 14 dəfə azalır.
3.Şirvan regionunun düzənlik hissəsində çay sularından (Türyançay, Göyçay,
Girdimançay) suvarmada, onların ion tərkibi (xüsusilə iki valentli ionların nisbəti)
nəzərə alınmaqla, istifadə oluna bilər.  Bu tərkib verilən tələblərə cavab vermədiyi
halda  göstərilən  cay  suları  kanal  suları  ilə  qarışdırılaraq  ion  tərkibi  konden-
siyalaşdırılmalıdır.
Ədəbiyyat siyahısı:
1. Антипов-Каратаев И.Н. О работешестой комиссии. Почвоведение,1957, №3.
2. Щабанов А.И. Инженерно-геологический аспект мониторинга мелиориро-
ванных территорий Азербайджана. Баку, «Nafta-Press», 2004.
3. Бехбудов А.К., Джафаров Х.Ф. Мелиорация засоленных земель. М.Колос,
1980.


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
KONFRANS
3/2016
111
“Şollar - unikal su qurğusu” 
mövzusunda beynəlxalq elmi-praktiki 
konfrans keçiriləcək
Tədbirlər Planına əsasən, 16 mart
2017-ci  il  tarixində  “Azərsu” ASC  və
Azərbaycan  Milli  Elmlər  Akademi -
yasının birgə təşkilatçılığı ilə “Şollar -
unikal  su  qurğusu”  mövzusunda  bey -
nəlxalq  elmi-praktiki  konfrans  keçi ri -
ləcək.  Konfransda “Şollar su kəməri  –
dayanıqlı  və  etibarlı    su  təchizatı  sis-
temi”,  “Qədim,  tarixi  su  qurğuları”,
“Müasir su təchizatı sistemləri: inkişaf,
innovasiya və nailiyyətlər”, “İqlim dəyi-
şikliyi,  ətraf mühit və su təhlükəsizliyi”
mövzularında  sessiyalar  təşkil  edilə -
cəkdir. Konfransda elm və təhsil müəs-
sisələrinin  tələbə,  magistr  və  dokto -
rantları,  alim  və  mütəxəssisləri  iştirak
edə  bilərlər.    Konfransa  elmi  məqalə
təqdim  olun ması  ilə  bağlı  ətraflı
məlumat  www.  azersu.az  saytında
yerləş dirilmişdir (http://azersu.az/143-
%C5%9Eollar+100)  və  “Su  problem-
ləri: elm və texnologiyalar” jurnalının bu
sayında dərc olunur. 
Bakı  şəhəri  və  Abşeron  yarıma -
dasının içməli su təchizatında müstəsna
əhəmiyyət  daşıyan  “Şollar-Bakı”  su
kəməri paytaxtın içməli su təchizatı üçün
çəkilmiş ilk magistral su xəttidir. XIX
əsrin sonları və XX əsrin əvvəllərində
neft  sənayesinin  inkişafı  ilə  əlaqədar
Bakı şəhərinin sürətlə böyüməsi, əhali
artımı Abşeron  yarımadasını  daha  eti -
barlı və məhsuldar mənbə hesabına su ilə
təmin etmək zərurəti yaratmışdır. Uzun
müzakirələrdən sonra su mənbəyi kimi
Xaçmaz rayonu Şollar kəndi yaxınlığın-
dakı yeraltı sulardan istifadə olunması
qərara alınmışdır.
İngilis mühəndis Uilyam Lindleyin
layihəsi əsasında 1903-cü ildə 187 kilo-
metr  uzunluğunda Şollar-Bakı su kəmə -
rinin tikintisinə  başlanılmışdır. Kəmərin
tikintisində yaranan fasilələr səbəbindən
“Şollar” suyu Bakı əhalisinə 14 il sonra
-  1917-ci  ildə  çatdırılmışdır.  Bu  layi-
hənin  həyata  keçirilməsində  məşhur
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin
böyük dəstəyi olmuşdur.
Şollar-Bakı su kəməri artezian üsulu
ilə qazılmış 24 quyunun, eləcə də lay və
bulaq sularından qidalanır. 1917-ci ildən
fasiləsiz fəaliyyət göstərən bu mənbənin
məhsuldarlığı demək olar ki, dəyiş m ə -
mişdir.
2017-ci ildə “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin
100 ili tamam olur. Bakı şəhərinin inkişafına müstəsna töhfələr verən bu la -
yihə  Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisə, böyük nailiyyət
sayılır.  “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyinin geniş qeyd
olunması ilə əlaqədar “Azərsu” ASC sədrinin əmri ilə Tədbirlər Planı təsdiq
edilmişdir.


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
3/2016
112
KONFRANS
“Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə-təşkilatçılığı ilə
“Şollar-Bakı Su Qurğular Kompleksinin” 100 iliyi ilə əlaqədar keçiriləcək “Şollar
Unikal Su Qurğusu” mövzusunda Beynəlxalq  Elmi-Praktiki Konfrans
Bakı şəhəri, 16 mart 2017-ci il
KONFRANSIN BÖLMƏLƏRI:

Şollar su kəməri  –  dayanıqlı və etibarlı  su təchizati sistemi

Qədim – tarixi su qurğuları

Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər

İqlim dəyişikliyi,  ətraf mühit və su təhlükəsizliyi 
Təqdim olunan maqalələrin tərtibatına dair qoyulan tələblər: 
Məqalələrin mətni Azərbaycan, ingilis və rus dillərində yazıla bilər. Mətn 3-5 səhifə həc-
mində Microsoft WORD proqramında (versiya 2003-2007) Times New Roman, 12 ölçülü
şriftlə, 1.0 interval ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır: 
• yuxarıdan 2 sm 
• aşağıdan 2 sm 
• soldan 2.5sm 
• sağdan 1.5 sm 
• abzas buraxılışı 1.25 sm 
Məqalənin adı - 12 ölçülü şriftlə, tünd rəngli böyük hərflərlə mərkəzdə yazılmalı, bir
sətir sonra - müəlliflərin adı və soyadı (adı və soyadı arasında ara qoyulur) yazılmalıdır.
Növbəti sətirdə - ortada təşkilatın, şəhərin adı və müəllifin e-mail adresi (mərkəzdə, Times
New Roman, 12 ölçülü şriftlə yazılmalıdır. 
Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir. Mətndə ədəbiyyata istinad kvadrat
mötərizədə rəqəmlərlə göstərilir [1]. Ədəbiyyat siyahısı əlifba sırası ilə 12 ölçülü şriftlə
nömrələnmiş şəkildə tərtib olunur. 
Tərtibat nümunəsi
Məqalələrin mətnini elektron formada 01 dekabr 2016-cı il tarixinə qədər aşağıda göstərilən ün-
vana göndərməyinizi xahiş edirik: 
Qeyd: Müəlliflərin və məqalələrin adı əlavə olaraq ingilis dilində də göndərilməlidir.
Məsul şəxslər:
Dr. Elçin Qurbanov                                                 E-mail: elchin.gurbanov@azersu.az
Dr. Rəşail İsmayılov                                                E-mail: rashail.ismayilov@azersu.az
Dr. Reyhan Qasımova                                             E-mail:  reyhan@list.ru 
Ceyhunə Məmmədova                     
E-mail: ceyhune.mammadova@azersu.az
SHOLLAR SU KƏMƏRİNİN.......
Əliyev R.A
AMEA Geologiya İnstitutu, Bakı şəhəri,hasanov@...
Shollar su kəmərinin.....
Ədəbiyyat siyahısı
1. Mehtizadə R.N. Tullantı suların adsorbentlərlə təmizlənməsi. Balı, Elm, 1985, 58 s.



113
3/2016
MÜSABİQƏ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
M ü S A B İ Q Ə
XIX əsrin ikinci yarısından başlayaraq neft-mədən sənayesinin və digər sənaye
sahələrinin intensiv inkişaf etməsi ilə əlaqədar əhalisi yüksək sürətlə artan Bakı
şəhərinin içməli su ilə təmin edilməsi şəhər ərazisi və Abşeron yarımadasında
içməyə yararlı yerüstü su mənbələrinin olmaması, yeraltı su mənbələrinin məh-
dudluğu səbəbindən ciddi problemlərlə üzləşmişdir. Şəhər əhalisinin artan tələ-
batının  Zuğulba bulaqlarından gətirilən, su quyularından çıxarılan, barjalarla
daşınan sular hesabına təmin edilməsi mümkün olmadığına görə Bakı Şəhər Du-
ması mənbələrini Kür və Samur çaylarından götürməklə iki layihənin tərtib olun -
ması qərarına gəlmiş və bu məqsədlə 1899-cu ildə mühəndis V.Q.Lindleyi Bakıya
dəvət etmişdir. Bakıdan Kür və Samur çaylarına qədər olan ərazilərin öyrənilməsi
zamanı V.Q.Lindley Şollar kəndi sahəsində çoxsaylı bulaqlara rast gəlir və o,
şəhərin su təchizatı məqsədi ilə bu bulaqların  tədqiqi məsələsini qaldırır. Lakin
ilk vaxtlar şəhər hakimiyyətinin bu tədqiqatları maliyyələşdirməyə razı olmaması
və bir sıra digər səbəblər üzündən layihələndirmə işləri yalnız 1909-cu ildə başa
çatdırılır və su kəmərinin tikintisinə 1911-ci ildə başlamaq mümkün olur.  Bakı
əhalisi üçün həyat çeşməsi olan Şollar suyu 1917-ci ilin mart ayında Azərbay-
canda ilk mərkəzləşdirilmiş su təchizatı sistemi ilə şəhər ərazisinə daxil olur.  
2017-ci ildə ölkənin   ictimai-iqtisadi tarixində mühüm əhəmiyyət kəsb edən
Şollar mənbəyindən  I Bakı-Şollar su kəmərinin çəkilişinin 100 illiyinin tamam
olması ilə əlaqədar olaraq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
I Bakı-Şollar su kəmərinin 100 illik yubleyi ilə əlaqədar 
alim və tədqiqatçılar üçün ən yaxşı elmi-tədqiqat işləri üzrə
M ü S A B İ Q Ə
elan edir
Müsabiqədə iştirak etmək istəyən tədqiqatçılar elmi-tədqiqat işlərini 2016-cı
ilin sonuna kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (“Sukanal” Elmi-Tədqiqat
və  Layihə  İnstitutu,  AZ  1012  Bakı,  Azərbaycan,  Moskva  prospekti  73;  Tel:
(+99412) 430-08-25/35 (daxili: 27-37)) təqdim etmələri təklif edilir.  Hər işti-
rakçıdan həmmüəlliflərlə birlikdə və ya fərdi olmaqla, yalnız bir elmi-tədqiqat
işi qəbul olunur.
Qaliblər 2017-ci ilin mart ayında müəyyən ediləcəkdir. 


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
BUNU BİLMƏK MARAQLIDIR
3/2016
114
Müsabiqənin tələbləri:
• Elmi-tədqiqat işi müsabiqəyə tədqim olunana qədər heç bir dövri nəşrdə çap
olunmamalıdır;
• Qaliblər Münsiflər heyəti (münsiflər heyəti xüsusi meyarlarla seçilmiş nü-
fuzlu alimlərdən təşkil olunacaqdır) tərəfindən seçiləcəkdir.
Müsabiqənin istiqamətləri:
• Şollar su kəməri  –  dayanıqlı və etibarlı  su təchizatı sistemi;
• Qədim – tarixi su qurğuları;
• Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər;
• İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi; 
Məqalələrin tərtibi qaydaları:
Əlyazmanın strukturu və həcmi:
1. Məqalələrdə müəllifin (və ya müəlliflərin) soyadı tam, adı və atasının adının
baş hərfləri, e-mail ünvanları və təqdim olunan işin yerinə yetirildiyi təşkilatın
adı göstərilməlidir.
2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır: giriş, tədqiqatın
şərhi, nəticə və ədəbiyyat siyahısı, annotasiya (10 sətirdən artıq olmamaq şərti
ilə ingilis dilində). Mətn 8-10 səhifə həcmindən artıq olmamaqla (cədvəl və şəkil-
lər  daxil)  Microsoft  WORD  proqramında  (versiya  2003-2007)  Times  New
Roman, 12 ölçulu şriftlə, 1.0 interval və 1.25 sm abzas buraxılışı ilə A4 formatlı
vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır:
• yuxarıdan 2 sm;
• aşağıdan 2 sm;
• soldan 2.5 sm;
• sağdan 1.5 sm.
Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstundə veril -
məlidir. Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2). Düs-
turlar  mətndə  Equation  Editorla  göstərilir.  Mətndən  bir  sətir  sonra  ədəbiyyat
siyahısı verilir. Mətndə ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir
[1].  Ədəbiyyat  siyahısı 12-lik şriftlə, əlifba sırası ilə, nömrələnmiş şəkildə tərtib
olunur.
Məqalələrin müəllifləri məqalənin sonunda öz əlaqə nömrələrini qeyd etmə-
lidirlər.
Ən yaxşı elmi-tədqiqat işlərinin müəllifləri mükafatlandırılacaqdır. 



3/2016
115
Müəlliflər üçün qaydalar  
Jurnal haqqında: “Su problemləri: elm və texnologiyalar” jurnalı resenziyalı elmi nəşr
olmaqla 2014-cü ildə “Azərsu”ASC sədrinin 15 may 2014-cü il tarixli 226 nömrəli əmri
ilə təsis edilmişdir.
Jurnalın elmi missiyası: “Su problemləri: elm və texnologiyalar” jurnalında əsasən su
sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal
nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə
üstünlük verilir.
Jurnalın dili: Məqalələr  Azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir. 
Əlyazmaların resenziyalaşdırılması:  Redaksiyaya təqdim edilən əlyazmaların dərc
edilib-edilməməsinə resenzentlərin rəyindən sonra   növbəlilik prinsipi əsasında qərar verilir.  
Müəlliflik hüquqları: Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və
bu  məqalələrin  bütün  nəşr  hüquqları  eksklüziv  olaraq  “Su  problemləri:  elm  və
texnologiyalar” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə
dərcinə yalnız redaksiyanın yazılı icazəsi ilə, sitatların verilməsinə isə mənbə göstərilmək
şərtilə yol verilir.
Məqalələrin tərtibi qaydaları
Əlyazmanın strukturu və həcmi:
1. Məqalələrdə müəllifin (və ya müəlliflərin) soyadı tam, adı və atasının adının baş hər-
fləri,  e-mail      ünvanları  və  təqdim  olunan  işin  yerinə  yetirildiyi  təşkilatın      adı
göstərilməlidir.
2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır: annotasiya  (10 sətrdən artıq
olmamaq şərti ilə ingilis dilində), açar sözlər (5-7 söz), giriş, istifadə edilən tədqiqat
materialları və metodika, tədqiqatların şərhi, nəticə və ədəbiyyat siyahısı.
Mətn 8-10 səhifə həcmindən artıq olmamaqla  (cədvəl və şəkillər daxil) Microsoft
WORD proqramında (versiya 2003-2007) Times New Roman, 12 ölçülü şriftlə, 1.0 interval
və 1.25 sm abzas buraxılışı ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olun-
malıdır:
• yuxarıdan 2 sm
• aşağıdan 2 sm
• soldan 2.5 sm
• sağdan 1.5 sm
Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstündə verilməlidir.
Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2).  Düsturlar mətndə
Equation Editorla göstərilir. Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir. Mətndə
ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir [1]. Ədəbiyyat siyahısı əlifba
sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.
MƏLUMAT
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Tərtibat nümunəsi
Məqalələr çap formasında 2 nüsxədə və elektron şəkildə redaksiyaya (AZ1012. Bakı,
Azərbaycan, Moskva prospekti, 73) təqdim edilməlidir.
E-mail: rashail.ismayilov@gmail.com
Əlaqə telefonları: (+99412) 430-08-25/35; (daxili: 27-37).
Su təchizatı və kanalizasiya......
Məmmədov E.A
1
., Əliyev S.Ə
2
.
1
“Azərsu” ASC, Bakı şəhəri, mammadov@...
2
AMEA Geologiya Institutu, Bakı şəhəri, aliyev@...
Abstract. The paper....
Açar sözlər: Su mənbələri, içməli su, suyun keyfiyyəti, kanalizasiya şəbəkəsi
Giriş
Müasir dövrdə Azərbaycanda.........
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
Məqalədə..........
Tədqiqatların şərhi
Su təchizatı sistemləri..........
Nəticə 
Beləliklə, təhlil nəticəsində........
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı aşağıdakı qaydada tərtib olunmalıdır:
1. Rüstəmov S.H. Azərbaycan SSR-nin çayları və onların hidroloji xüsusiyyətləri. Baкı, Elm,
1960, 196 s.
2. Геология Азербайджана. Том VIII. Гидрогеология и инженерная геология. Баку, “Nafta-
Press”, 2008, 380 c.
3. Dakova S. Low flow and drought spatial analysis. BALWOIS Conf., Ohrid, Macedoniya,
May 2004, p. 25-29.
MƏLUMAT
116
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


NOTES FOR CONTRIBUTORS
About journal: Journal "Water problems: science and technology", being a peer-re-
viewed scientific publication, has been founed on the basis of the order dated May 15, 2014,
with number No:226, signed by the chairman of "Azersu" OJSC.
The scientific mission of the journal: In "Water problems: science and technology"
journal in mainly concentrated in publication of articles about contemporary problems of
water sector as well as articles reflecting common conceptual water management issues
from optimal-theoretical, practical and scientific-methodological points of view.
Language of the journal: The articles are accepted in Azerbaijani, Turkish, English
and Russian languages.
Review of the manuscripts: The Editorial Office will make decision on publishing of
manuscripts after their review by reviewers.
Copyrights: Copyrights of the articles published in the journal are reserved and publi-
cation right of these articles belongs exclusively to"Water problems: science and techno -
logy" journal. Publication of the same articles in other journals is permitted only upon
written permission of editorial house and source of the references should be mentioned if
reference to these articles is made in any other article.
Compilation of articles
The structure and volume of the manuscripts:
1.  In  the  article  full  surname  of  the  author(s)  and  first  letter  of  his/her  name  and
patronymic should be mentioned, as well as email addresses, and name of the organ-
ization in which the work was done.
2. The text of the article should consist of the following parts: abstract (not more than
10 lines and in English language), keywords (5-7 words), introduction, study mate-
rials and methods used, interpretations of the studies, conclusion and references.
The text must be printed out on A4 sheets, with single-line spaced, saved in Microsoft
Word program (2003-2007) with Times New Roman font, font size of 12, interval of 1.0 ,
indentation of 1.25 cm and be no longer than 8-10 pages (including tables and pictures),
with the following margins:
• Top 2 cm
• Bottom 2 cm
• Left 2.5cm
• Right 1.5 cm
The names of tables should be mentioned above the tables, the names of pictures should
be mentioned below the pictures. References to the pictures and tables shall be given in
brackets (picture 1), (table 2).  Formulas shall be shown via Equation Editor. Reference list
should be given with one line space after the main body. Reference to external literature
shall be mentioned in square bracket and with numbers [1]. The reference list shall be drawn
up in alphabetical order, with 12 font size and in the sequentially numbered form.
117
3/2016
INFORMATION
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Formating sample
Articles must be submitted to the editorial office (“Azersu” OJSC, 73, Moscow-
Avenue, AZ 1012, Baku, Azerbaijan) in 2 copies .
E-mail: rashail.ismayilov@gmail.com
Contacts:
(+99412) 430-08-25/35; 
(ext.: 
27-37
).
Water supply and sanitation .......
Mammadov E A
1
., Aliyev, S. E.
2
1
Azersu ASC, Baku, mammadov@.......  
2
ANAS Geology Institute Baku, aliyev@..... 
Abstract. The paper....
Key words: water sources, drinking water, water quality, sewage network
İntroduction
In modern times, in Azerbaijan .........
Materials and method used in the study
In the article ..........
İnterpretation of studies 
Water supply systems ..........
Conclusion  
So, as a result of the analysis ........
Reference List
References should be made in the following manner:
1. Rustamov S.H. Rivers of the USSR Azerbaijan and their hydrological features. Baku, Elm,
1960, p.196.
2. Геология Азербайджана. Том VIII. Hydrology and engineering hydrology. Baku, “Nafta-
Press”, 2008, p. 380.
3. Dakova S. Low flow and drought spatial analysis. BALWOIS Conf., Ohrid, Macedoniya,
May 2004, p. 25-29.
118
3/2016
INFORMATION
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR

Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə