Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   2   3   4   5   6   7   8   9   ...   39

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
13
Qusarın içməli su təchizatı və 
kanalizasiya sistemlərinin yenidən 
qurulması layihəsi başa çatıb
Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə
iştirak edib
Respublikanın hər yerində əhalinin sosial
məsələlərinin  həlli  istiqamətində  mühüm
layihələr icra olunur. Görülən işlər arasında
su  təchizatı  və  kanalizasiya  sistemlərinin
yenidən qurulması əsas yer tutur. Bu baxım-
dan Qusar şəhərinin içməli su təchizatı və
kanalizasiya  sistemlərinin  yenidən  qurul-
ması  layihəsi  də  mühüm  əhəmiyyətə  ma-
likdir. Qusar rayonunda içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurul-
ması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti
hesabına Qusar-Quba kanalizasiya kollek-
torunun tikintisi də tamamlanıb. “Şahdağ”
Qış-Yay  Turizm  Kompleksinin  və  Qusar
şəhərinin  tullantı  sularının  Quba-Xaçmaz
kollektoruna  ötürülməsi  məqsədilə  27,2
kilometr uzunluğunda kanalizasiya kollek-
toru qısa müddətdə tikilərək istismara ve -
rilib.  Kollektorun  7,6  kilometrlik  hissəsi
1000, 19,6 kilometrlik hissəsi isə 800 mil-
limetrlik borulardan inşa olunub. Bu layi-
hələrin icrası Qusar sakinlərinin içməli su
təchizatı və kanalizasiya xidmətlərindən is-
tifadəsini  yaxşılaşdırmaqla  yanaşı,  ətraf
mühitin  ekoloji  tarazlığının  qorunmasına
imkan verib.
“Azərsu”  ASC-nin  sədri  Qorxmaz
Hüseynov  dövlətimizin  başçısına  layihə
n
Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi başa çatıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.


barədə məlumat verdi. Qeyd olundu ki, la -
yihə  çərçivəsində  Qusar  Sukanal  İdarəsi
üçün 472 kvadratmetr sahəsi olan yeni inzi-
bati bina tikilib. Binada xidməti otaqlar, iclas
zalı,  zəng  mərkəzi,  anbar,  informasiya
texnologiyaları  otağı,  digər  xidməti  və
yardımçı otaqlar yaradılıb.
Bildirildi  ki,  bu  layihə  Azərbaycan
Hökuməti ilə Yaponiya Beynəlxalq Əmək-
daşlıq Agentliyinin birgə maliyyələşdirdiyi
“Kiçik şəhərlərdə su təchizatı və kanaliza-
siya layihəsi” çərçivəsində həyata keçirilib.
Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə
alınmaqla  Qusar  şəhərində  19  min  600
nəfərin içməli su təchizatı və kanalizasiya
xidmətlərindən  istifadəsinin  yaxşılaşdırıl-
masına  hesablanıb.  Eyni  zamanda,  layihə
çərçivəsində  Qusar  rayonunun  7  və  Quba
rayonunun 3 kəndinə içməli suyun verilməsi
nəzərdə tutulub. Ümumilikdə, layihədən bu
kəndlərin 12 min sakini faydalanacaq.
Qusar  şəhərinin  içməli  su  təchizatı  və
kanalizasiya  sistemlərinin  yenidən  qurul-
ması  layihəsinin  icrasına  2012-ci  ildə
başlanılıb. Layihənin birinci mərhələsində
Qusar  şəhərini  və  10  kəndi  keyfiyyətli
içməli su ilə təmin etmək üçün Qusarçayın
məcrasında məhsuldarlığı saniyədə 102 litr
və ya sutkada 8800 kubmetr olan drenaj tipli
suqəbuledici qurğu tikilib, su mənbəyindən
şəhərə  qədər  17,4  kilometr  uzunluğunda
magistral kəmər çəkilib. Şəhərin dayanıqlı
su təchizatını təmin etmək məqsədilə ümumi
tutumu 3 min kubmetr olan 3 su anbarı ti -
kilib və bu anbarlar arasında 2,8 kilometr
uzunluğunda su xətləri çəkilib, yeni xlorator
binası  inşa  olunub.  Layihənin  ikinci
mərhələsində isə Qusar şəhərində içməli su
və kanalizasiya şəbəkələrinin yenidən qurul-
ması  işləri  həyata  keçirilib.  Bu  işlər
çərçivəsində 106 kilometr içməli su şəbəkəsi
yaradılıb,  abonentlərə  ev  birləşmələri  ve -
rilib, yanğın hidrantları quraşdırılıb. İçməli
su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanal-
izasiya  sistemləri  də  müasir  standartlar
səviyyəsində yenidən qurulub, 105 kilometr
uzunluğunda  şəhərdaxili  şəbəkə  qurulub.
Şəhərdə  yaranacaq  tullantı  suları  Xaçmaz
rayonu ərazisində inşa ediləcək və məhsul-
darlığı sutkada 70 min kubmetr layihələn -
dirilən  tullantı  sutəmizləyici  qurğuda
təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda,
həmçinin Quba və Xaçmaz şəhərlərinin də
tullantı suları emal olunacaq.
Dövlətimizin başçısına məlumat verildi
ki,  Azərbaycan  Hökuməti  və  Yaponiya
Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə
maliyyələşdirdiyi  “Kiçik  şəhərlərdə  su
təchizatı  və  kanalizasiya  layihəsi”  çərçi -
vəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaç-
maz, Xızı, Qobustan və Naftalanda içməli su
təchizatı və kanalizasiya sistemlərinin ye -
nidən qurulması nəzərdə tutulub. Artıq Naf-
talan  şəhərində  su  və  kanalizasiya  şəbə -
kələrinin tikintisi tam başa çatıb, hazırda tul-
lantı sutəmizləyici qurğunun inşasına hazır-
lıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı
şəhərlərində  isə  içməli  su  və  kanalizasiya
sistemlərinin  inşası  təsdiqlənmiş  qrafikə
uyğun davam etdirilir.
Sonra Prezident İlham Əliyev layihənin
işə salınmasını bildirən düyməni basdı.
Dövlətimizin başçısı rayon ictimaiyyə-
tinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Qusar rayonunda çox əlamətdar
bir gündür. Qusar şəhərinin su problemi artıq
öz  həllini  tapıb.  Bu  gün  biz  bu  layihənin
başa çatmasını qeyd edirik. Bu münasibətlə
sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da
çox əlamətdar hadisədir. Çünki əvvəlki il-
lərdə Qusarda su problemi çox kəskin prob-
lem  kimi  qalmışdı.  Bizim  demək  olar  ki,
bütün rayonlarımızda oxşar problemlər var
idi və onlar tədricən öz həllini tapır. 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qusarın içməli su təchizatı və  kanalizasiya 
sistemlərinin yenidən  qurulması layihəsi başa çatıb
RƏSMİ
3/2016
14


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə