Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   2   3   4   5   6   7   8   9   10   ...   39

Bu  gün  biz  artıq  bu  layihəni  başa  çat-
dırdıq.  Artıq  Qusar  şəhərinə  keyfiyyətli,
təmiz, Dünya Səhiyyə Təşkilatının standart-
larına tam uyğun su verilir. Bununla bərabər,
Qusar rayonunun yeddi və Quba rayonunun
üç kəndinə də bu mənbədən su veriləcək. Bu
problem  də  Qusarda  artıq  tarixdə  qaldı.
Digər  problemlər  və  qarşıda  duran  bütün
vəzifələr icra edilir.
Qusar rayonunun sosial-iqtisadi inkişafı
sürətlə gedir. Mən bu məsələləri daim diqqət
mərkəzində  saxlayıram.  Bugünkü  səfər
mənim  Qusara  sayca  12-ci  səfərimdir.
Demək  olar  ki,  son  13  il  ərzində  hər  il
Qusara gəlirəm, vəziyyətlə tanış oluram və
buradakı problemlərin həlli üçün göstərişlər
verilir.
Bu gün Qusar-İmamqulukənd-Quxuroba
yolunun açılışını qeyd etdik. Bu, Qusar ra -
yonunda icra edilən sayca dördüncü böyük
kənd  yolu  layihəsidir.  Bu  layihələr  artıq
kəndlərin əksəriyyətini əhatə edir. Mənə ve -
rilən məlumata görə, Qusarda uzunluğu 98
kilometr  olan  kənd  yolu  layihələri  icra
edilib.  Bu  da,  əlbəttə,  həm  insanların  ra-
hatlığına, həm də rayonun inkişafına xidmət
göstərir. Çünki yol olmasa, inkişafdan söh-
bət gedə bilməz.
Gələcəkdə yəqin ki, kənd yolları ilə bağlı
yeni layihələr icra ediləcək. Bununla bəra -
bər, qazlaşdırma prosesi gedir. Ev təsərrüfat-
larının 68 faizi qazlaşdırılıb. Elektrik enerjisi
məsələləri həll olunur. Burada iki elektrik
stansiyası fəaliyyət göstərir: “Şahdağ” stan-
siyası  Qusar  və  Quba  rayonlarının  sər -
hədində  yerləşir.  “Xaçmaz”  elektrik
stan siyası bütün bu zonanın enerji təminatını
təşkil edir.
İndi də içməli su layihəsi həllini tapıb.
Beləliklə,  əsas  infrastruktur  layihələrinə
gəldikdə onların demək olar ki, hamısı öz
həllini tapıb: elektrik enerjisi, qazlaşdırma,
içməli su, kənd yolları, sosial layihələr icra
edilib. Bu gün Hil kəndində böyük məktəbin
açılışını qeyd etmişik. Bu, yüksək standart-
lara  cavab  verən  bir  məktəbdir.  Əvvəlki
səfərlərimin  birində  biz  mərkəzi  rayon
xəstəxanasının  açılışını  qeyd  etmişdik.
Çünki  burada  ümumiyyətlə,  rayon  xəstə -
xanası  mövcud  deyildi  və  o,  tam  yeni  bir
layihə idi.
Gələcək  planlarımız  da,  əlbəttə,  ona
Qusarın içməli su təchizatı və  kanalizasiya 
sistemlərinin yenidən  qurulması layihəsi başa çatıb
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
15


yönəlib  ki,  Qusar  rayonunun  və  ümu-
miyyətlə,  şimal  zonasının  inkişafı  təmin
edilsin, dayanıqlı olsun. Burada kənd təsər-
rüfatı layihələri icra edilir və gələcəkdə daha
çox  layihələr  icra  olunmalıdır.  Müvafiq
göstərişlər  verilib.  Həm  daxili  tələbatı
ödəmək, həm də xaricə məhsullarımızı sat-
maq üçün bu layihələr çox böyük əhəmiyyət
daşıyır.
Əlbəttə ki, Qusar rayonunun böyük tur-
izm potensialı var. Bu barədə mən hələ ilk
səfərlərimdə  öz  fikirlərimi  bildirmişdim.
Qeyd  etmişdim  ki,  biz  Qusarı  beynəlxalq
turizm mərkəzinə çevirməliyik - nəinki ölkə
miqyasında, beynəlxalq miqyasda. Biz artıq
buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi
bu gün dünya miqyasında öz gözəlliyi, ra-
hatlığı, yaradılmış şəraiti ilə fərqlənir.
Yadımdadır, ilk dəfə o yerlərdə olanda,
orada heç nə yox idi - heç bir infrastruktur,
yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə
dünya səviyyəli beynəlxalq kurort yaradılıb,
5  otel  fəaliyyət  göstərir,  minlərlə  rayon
sakini işlə təmin edilib və hər il buraya 10
minlərlə turist gəlir, həm ölkə daxilindən,
həm də xaricdən. İnsanlara şərait yaratmışıq.
Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ
xizəyi kurortu olmamışdır. Biz bunu yarat-
mışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu
kurort zonası yay mövsümündə də tam gücü
ilə işləsin. Mənə verilən məlumata görə, bu
ilin  yayında  Qusara  gələn  turistlərin  sayı
artıb və əslində bu mərkəz il boyu fəaliyyət
göstərməlidir. Çünki Azərbaycana gələnlərin
sayı getdikcə artır. Ölkə vətəndaşları daha
çox  Azərbaycanda  dincəlməyə  üstünlük
verirlər.  Çünki  indi  bizim  gözəl  imkan-
larımız – gözəl otellər, istirahət zonaları, yol-
lar var. Biz bu gün Qusar- İmam qulukənd-
Quxuroba  yolunun  açılışını  etdik.  Bu,
sadəcə  olaraq,  kəndləri  birləşdirən  layihə
deyil. Bu, ümumiyyətlə magistral yola çıxış
deməkdir.  Bakıya  gedən  yolun  məsafəsi
qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır.
Biz  bu  məsələlərə  belə  yanaşırıq.  İlk
növbədə, inkişaf üçün lazım olan infrastruk-
tur layihələrini icra edirik. Şimal zonasında
bu  layihələrə  milyardlarla  manat  vəsait
ayrılıb.  Bu  layihələrin  böyük  əksəriyyəti
sosial xarakter daşıyır. İçməli su layihəsi sırf
sosial məna daşıyan bir layihədir. Bizdə su
tarifləri  çox  aşağı  səviyyədədir  və  oradan
gələn  gəlirlə  qoyulmuş  vəsaiti  qaytarmaq
mümkün  deyil.  Bəlkə  də  50  il  lazım  ola-
caqdır.
Qazlaşdırma da həmçinin. Bizdə qazın
daxildəki qiyməti dünya qiyməti ilə müqa -
yisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu
ölkələrlə, Cənubi Qafqazda yerləşən digər
ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni,
qazlaşdırma  layihələri  də  sosial  xarakter
daşıyır.
Kənd yollarının tikintisinə yatırılan və-
sait də qayıdan vəsait deyil. O, müəssisəyə
yatırılan vəsait deyil. Bunu nəyə görə edirik?
İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr
bunlardır  -  regional  inkişaf,  insanların
yaşayış səviyyəsinin yaxşılaşdırılması. Son
illərdə Qusar rayonunda görülən işlər onu
bir daha göstərir ki, biz düzgün yoldayıq.
Çünki siz Qusar rayonunun sakinləri bunu
hamıdan yaxşı bilirsiniz, əvvəlki vəziyyəti
də xatırlayırsınız, bugünkü vəziyyət də göz
oxşayır. Qusar inkişaf edən, gözəl, abad ra -
yona  çevrilib.  Yeni  iş  yerləri  açılır,  yeni
imkanlar yaranır. Həm sosial layihələrə, həm
də infrastruktur layihələrinə dövlət xətti ilə
investisiya qoyuluşu davam etdiriləcək. Biz
indi özəl sektordan daha böyük fəallıq göz -
ləyirik.  Çünki  özəl  sektorda  çalışan  həm
yerli,  həm  də  başqa  ölkələrdən  gələn  iş
adamları gərək daha da fəal işləsinlər. Onlar
yaradılan bu şəraitdən maksimum dərəcədə
səmərəli istifadə etməlidirlər. Çünki bizdəki
şərait  deyə  bilərəm  ki,  az  ölkələrdə  mü -
şahidə  olunur.  Bizdə  olan  sabitlik  inkişaf
üçün, biznes üçün əsas şərtdir. İnfrastruktur
layihələri,  biznesə  dövlət  dəstəyi.  Bu  gün
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qusarın içməli su təchizatı və  kanalizasiya 
sistemlərinin yenidən  qurulması layihəsi başa çatıb
RƏSMİ
3/2016
16


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə