Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

mən Yalamada birinci aqroparkın açılışını
etmişəm. Oranın sahəsi 500 hektardan çox-
dur. Orada artıq min baş iribuynuzlu mal-
qara saxlanılır. Onların sayı üç minə çatacaq.
Müasir suvarma texnologiyaları yaradılıb.
Orada  birinci  mərhələdə  150,  ikinci
mərhələdə 300 nəfər işləyəcək. Dövlət də,
özəl sektor da kredit ayırıb.
Qusar rayonunda da ona oxşar aqrokom-
pleks  yaradılmalıdır.  Çünki  burada  iqlim
şəraiti  eynidir.  Biz  özümüzü  ərzaq  məh-
sulları ilə təmin edəcəyik, ixrac da edəcəyik.
İndi qarşımızda bu iki əsas vəzifə dayanır.
Yerli icra orqanları da çalışmalıdırlar ki, in-
vestorları cəlb etsinlər. Çünki həm Azərbay-
canda kifayət qədər böyük firmalar var ki,
vəsait qoymağa hazırdırlar, həm də xaricdən
gətirməliyik. Biz bu istiqamətdə daha da fəal
olmalıyıq. Ona görə ki, gələcək bu inkişaf-
dan asılıdır. Sahibkarlıq, kənd təsərrüfatı, sə-
naye  potensialı,  turizm  imkanları  həm
valyuta gətirən, həm də məşğulluq üçün çox
önəmli sahələrdir.
Bugünkü tədbir isə xüsusi önəm daşıyır.
Çünki Qusar şəhərinə təmiz, Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli su
verilir. Mən gəlmişəm ki, bu hadisəni bir-
likdə qeyd edək. Bu gözəl hadisə münasi-
bətilə sizi bir daha təbrik edirəm.
Qusar  sakini  Zöhrab  Mirzəməmmə-
dov: Çox hörmətli Prezidentimiz, Sizi doğ -
ma Azərbaycanımızın ən gözəl guşələrindən
birində - Qusar rayonunda bütün qusarlılar
adından  səmimi  qəlbdən  salamlayır,  Sizə
“Xoş gəlmisiniz” deyirəm.
Çox hörmətli Prezidentimiz, böyük min-
nətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki,
Siz bu gün qusarlılar üçün, şəhərimiz üçün
son  dərəcə  vacib  olan  xeyirxahlıq  mis-
siyasını həyata keçirdiniz. Siz bu gün Qusar
şəhər sakinləri üçün inşa edilmiş daimi su
qovşağının açılışını etdiniz. Həm də Siz bu
gün Qusar şəhər sakinlərinə daimi sudan is-
tifadə etmək xoşbəxtliyini bəxş etdiniz. Siz,
həmçinin  bu  gün  Qusar  şəhər  sakinlərinə
bayram şənliyi bəxş etdiniz. Odur ki, onların
hamısı Sizə hədsiz dərəcədə minnətdardırlar,
çox hörmətli Prezidentimiz.
Su hər bir insanın həyatında ən mühüm
amillərdən biridir. Su həyat, sağlamlıq, təmi-
Qusarın içməli su təchizatı və  kanalizasiya 
sistemlərinin yenidən  qurulması layihəsi başa çatıb
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
17


zlik, rahatlıq deməkdir. Cənab Prezident, Siz
bu gün bütün bu nemətləri qusarlılara əvəz-
siz olaraq bəxş etdiniz. Bütün bunlar Sizin
xalqımıza olan böyük sevginizin, sayğınızın,
diqqət və qayğınızın bariz ifadəsidir. Bütün
Qusar rayon ictimaiyyəti adından mən Sizə,
çox hörmətli Mehriban xanım Əliyevaya öz
dərin minnətdarlığımızı və təşəkkürümüzü
bildirirəm. Cənab Prezident, mən Sizə hə -
yatın  ən  gözəl  neməti  olan  möhkəm  can -
sağlığı arzu edirəm. Bir daha “Çox sağ olun”
deyirəm.
Prezident İlham Əliyev: Sağ olun, mən
də sizə cansağlığı arzu edirəm. Sizi təbrik
edirəm, çox sağ olun.
Qusar  sakini  Stella  Əmirbəyova:
Cənab Prezident, mənim də Sizə sözüm var.
Siz bizim üçün nələr etməmisiniz!? İşığımız,
qazımız, rahat yollarımız, müasir məktəb -
lərimiz var. Bu gün də bizə su verdiniz, su
ilə  bərabər  həyat  verdiniz.  Bütün  bunlara
görə Sizə camaatımızın adından dərin min-
nətdarlığımızı,  təşəkkürümüzü  bildirirəm.
Sizə cansağlığı, uzun ömür arzu edirəm, çox
sağ olun, cənab Prezident.
Prezident  İlham  Əliyev:  Təşəkkür
edirəm, sağ olun. Doğrudan da çox gözəl,
əlamətdar  bir  gündür  və  bu  günü  bərabər
qeyd  edirik.  Bir  neçə  ildir  ki,  “Azərsu”
çalışıb, bu işləri görüb. Şadam ki, nəhayət,
artıq  evlər  şəbəkəyə  qoşulur.  Bu  proses
yəqin ki, bir ay davam edəcək. Bir aydan
sonra  bütün  evlərə  su  veriləcək.  Amma
mənə deyirlər ki, artıq bəzi evlərə su verilir.
Necə sudur?
Sakin: Yaxşıdır, təmizdir, çox sağ olun,
minnətdarlığımızı bildiririk.
Sakin: Cənab Prezident, biz xoşbəxtik.
Çünki  xalqımızın  çox  parlaq  və  işıqlı
gələcəyi var. Biz Sizinlə fəxr edirik.
Prezident İlham Əliyev: Qusar rayonu -
nun inkişafı göz qabağındadır. Biz ardıcıl
siyasət  apararaq  bütün  məsələləri  həll  et-
mişik.  Bir  daha  demək  istəyirəm,  bundan
sonra əsas vəzifə investisiya qoyuluşu, kənd
təsərrüfatının, turizmin inkişafı, sənaye zo -
nalarının  yaradılmasıdır  ki,  insanlar  işlə
təmin olunsunlar, yaxşı maaş alsınlar.
Sakin: Çox  hörmətli  Prezidentimiz,
xalqımızın ən böyük xoşbəxtliyi ondadır ki,
dahi  Heydər  Əliyevdən  sonra  respublika -
mızın idarəetmə sükanı məhz Sizin etibarlı
əllərinizdədir.  Odur  ki,  doğma  Azərbay-
canımız gündən-günə inkişaf edəcək.
Prezident İlham Əliyev: Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qusarın içməli su təchizatı və  kanalizasiya 
sistemlərinin yenidən  qurulması layihəsi başa çatıb
RƏSMİ
3/2016
18


Dünya Su Şurasının İdarə Heyətinin 59-
cu iclasında  şuraya üzv olan dövlət və özəl
sektorun,  nüfuzlu  beynəlxalq  təşkilatların
rəhbər şəxsləri iştirak etmişdir. İclasda dün -
yanın  su  ehtiyatlarının  səmərəli  idarə
edilməsi, regional və qlobal əhəmiyyətli su
məsələləri, su sektorunda koordinasiya, in-
formasiya mübadiləsi, su ilə əlaqədar effek-
tiv strategiyanın müəyyən edilməsi, daya -
nıqlı və təmiz suyun təmin olunması, ida -
rəetmə sahəsində  innovativ texnologiyalar,
suyun  ətraf  mühitə  təsiri  kimi  beynəlxalq
əhəmiyyətli məsələlər müzakirə olunmuşdir. 
Tədbir çərçivəsində Dünya Su Şurasının
təşkilati məsələlərinə də baxılmış, cari fəa -
liyyət planı və optimal idarəetmə mexanizm-
ləri,    həmçinin  2018-ci  ildə  Braziliya da
keçirilməsi nəzərdə tutulan 8-ci Dünya Su
Forumunun  təşkili  və  qarşıda  duran  əsas
hədəf lərlə bağlı “yol xəritəsi”nin müəyyən -
ləş  dirilməsi istiqamətində ətraflı müzakirələr
aparılmışdır.
Səfər  çərçivəsində  “Azərsu” ASC-nin
sədri Dünya Su Şurasının prezidenti Bene -
dito  Braqa,  Beynəlxalq  Su  Resursları As-
sosiasiyasının  (IWRA)  prezidenti  Patrik
La varde,  Braziliya  Milli  Su  Agentliyinin
(ANA)  baş  meneceri  Andrade  Rikardo
Medeiros, Fransanın Ətraf Mühit və Elmi
Araşdırmalar  Assosiasiyasının  (ASTEE)
prezidenti Roşe Pyer-Alen, Meksika Milli
Su Assosiasiyasının (ANEAS) baş direktoru
Roberto Olivares, Hindistanın Jai Bhaqirati
Fondunun prezidenti Sinqh Prithvi Raj və
digər  rəsmi  şəxslərlə  görüşlər  keçirmiş,
qarşılıqlı maraq kəsb edən aktual mövzular
ətrafında müzakirələr aparmışdır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ƏMƏKDAŞLIQ
3/2016
19
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov
Dünya Su Şurasının İdarə Heyətinin 59-cu
iclasında iştirak edib
Braziliya  Federativ  Respublikasının  paytaxtı  Braziliya  şəhərində    Dünya  Su
Şurasının İdarə Heyətinin 59-cu iclası və 8-ci Dünya Su Forumunun hazırlıq görüşü
keçirilmişdir. Tədbirlərdə iştirak etmək üçün Dünya Su Şurası İdarə Heyətinin
üzvü, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz  Hüseynov Braziliyada
səfərdə olmuşdur.


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə