Məqalədə texnoloji proses nəzərə alınmaqla Quba rayonunu təbii su ilə bir mənbə
kimi təmin edən Qudyalçayın suyunun, koaqulyasiya və flokulyasiya üsullarından
istifadə etməklə, duruldulması üçün eksperimentlərin aparılması ilə yanaşı çay suyu-
nun fiziki-kimyəvi tədqiqinin nəticələri də göstərilmişdir.
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
Quba rayon “Sukanal” İdarəsinin sutəmizləyici qurğularında suyun təmizlənməsi
və duruldulması məqsədi ilə istifadə olunan reagentlərin və xlorun optimal
dozalarının müəyyənləşdirilməsi üçün Quba şəhərində Qudyalçaydan, çayın
məcrasında yerləşən sugötürücü qurğudan, sutəmizləyici qurğulardan və şəhərə ver-
ilən su xəttindən nümunələr götürülmüşdür. Bu nöqtələrdən götürülən su nümu -
nələrinin fiziki-kimyəvi analizi ümumi qəbul olunmuş unifikasiyalaşdırılmış
metodlarla aparılmışdır.
Quba rayonunda sutəmizləyici qurğularda suyun təmizlənməsi və duruldulması
üçün əvvəllər LT-31 koaqulyantı tətbiq edilmiş, 2015-ci ilin aprel və may aylarında
isə FL-2949 PWC flokulyantı və xlordan istifadə olunduğu üçün həmin reagentlərlə
eksperimentlər Qudyalçayın məcrasında yerləşən sugötürücü qurğunun suyunun
müxtəlif bulanıqlıqlarında laborator tutumlarda çayın dib çöküntüsü nümunəsindən
istifadə etməklə model məhlullarının hazırlanması vasitəsiylə “Boltac” Coaqulation
& Flocculation Simulator (JarSt*r) cihazında aparılmışdır (şəkil 1).
Müxtəlif bulanıqlı model məhlulları fotokolorimetr КФК-2 cihazında tədqiq
edilmişdir. Bu zaman КФК-2 cihazı bulanıqlığı 1769 mq/l olan Qudyalçayın suyu-
nun bir neçə dəfə durulaşdırılması ilə kalibrlənmişdir.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
3/2016
85
İÇMƏLİ SU EMALI VƏ TULLANTI SULARIN
TƏMİZLƏNMƏSİNDƏ İNNOVATİV TEXNOLOGIYALAR
Abdullayev Ş.N., Qasımov Z.Z., Əliyeva X.Ə.,
Nəsirov E.H. Qudyalçayın suyunun FL-2949 və...
Şəkil 1. “Boltac” Coaqulation & Floculation Simulator cihazı
Tədqiqatların şərhi
Quba rayonunun sutəmizləyici qurğularında FL-2949 PWC poliamin kation tipli
flokulyant və Maqnafloc LT-31 yüksək kationlu koaqulyant istifadə edilmişdir.
• Flokulyant FL 2949 PWC reagentinin istehsalçı ölkəsi Fransadır (SNF “FLO-
ERGER” ). Buraxılış formasına görə özlü maye, açıq sarı rəngli maddədir, əsas
kütləsi (aktiv maddə) - 49,5%, sıxlığı -1,15 q/ml-dir. Kation tipli flokulyant
olan FL 2949 poliaminlərdəndir.
• Koaqulyant LT-31 reagentinin istehsalçı ölkəsi Almaniyadır (Ciba Spezialita-
tenchemie Lampertheim GmbH), açıq sarı rəngli özlü mayedir, əsas kütləsi-
50%, sıxlığı 1,15 q/ml-dir.
Sutəmizləyici qurğularda texnoloji proses aşağıdakı ardıcıllıqla gedir:
Qudyalçayın məcrasında yerləşən sugötürücü qurğudan su Quba şəhərinin
ərazisindəki çökdürücü anbara yönəldilir. Həmin anbarın kənarında ikinci bir anbar
da vardır ki, çökdürücü anbardakı suyun səviyyəsi yuxarı qalxdıqca su 2-ci anbara
axır. Bundan sonra su 2-ci anbardan qumtutuculara (filtrdən keçmək üçün) ötürülür.
Filtrdən sonra isə su 3-cü anbara daxil olur və həmin anbarın yuxarı səviyyəsində
suyun səthinə yaxın yerləşən borudan şəhər xəttinə ötürülür. Texnoloji prosesin
ardıcıllığına əsasən su nümunələri götürmüş və analiz edilmişdir. Burada çay
suyunda və sutəmizləyici qurğulardan şəhər xəttinə çıxan suda 20-21 fiziki-kimyəvi
göstərici təyin olunmuşdur. Koaqulyasiya və flokulyasiya proseslərinə texnologiya
ilə əlaqədar təsir edə bilən göstəriciləri nəzərə alaraq çayın məcrasında yerləşən
sugötürücü qurğunun suyu və sutəmizləyici qurğularda filtrdən sonra anbar suyu 5
əsas parametrə görə tədqiq edilmişdir (Рафф П.А., Селюков А.В., Байкова И.С.,
2011 ). Analizlərin nəticələri 1, 2, 3 və 4 saylı cədvəllərdə verilmişdir.
Nümunə koaqulyasiyası Quba şəhərinin sutəmizləyici qurğularının texnoloji
prosesinə əsasən yerinə yetirilmişdir. Laborator sınaqları zamanı FL-2949 PWC və
Maqnafloc LT-31 reagentləri ilə model məhlullarında koaqulyasiya prosesi və xlorla
eksperimentlər “СНиП 2.04.02-84, СП 31.13330.2012 “Водоснабжение. Наруж-
ные сети и сооружения.” əsasən aşağıdakı qaydada aparılmışdır:
• 30 saniyə sürətli qarışdırma;
• 2-3 dəqiqə yavaş qarışdırma;
• 30 dəqiqə durultma.
Verilmiş texniki tapşırığa əsasən FL-2949 flokulyantı və LT-31 koaqulyantı ilə
eksperimentlər bulanıqlığı 50-3500 mq/l diapazonunda Qudyalçayın məcrasında
yerləşən sugötürücü qurğunun suyu ilə aparılmışdır. Reagentlərin tələb olunan op-
timal dozaları eksperimentlər zamanı onların müxtəlif miqdarlarının təcrübədən
keçirilməsi ilə müəyyənləşdirilmişdir. Eyni zamanda həmin suyun zərərsiz -
ləşdirilməsi üçün xlorun ilkin dozası təyin edilmişdir. Nəticələr cədvəl 5-də öz əksini
tapmışdır. Cədvəldən göründüyü kimi FL-2949 flokulyantı və LT-31 koaqulyantının
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
3/2016
86
İÇMƏLİ SU EMALI VƏ TULLANTI SULARIN
TƏMİZLƏNMƏSİNDƏ İNNOVATİV TEXNOLOGIYALAR
Abdullayev Ş.N., Qasımov Z.Z., Əliyeva X.Ə.,
Nəsirov E.H. Qudyalçayın suyunun FL-2949 və...
təsirləri bir-birinə oxşardır. Suyun bulanıqlığı artdıqca koaqulyantın dozası da artır.
Lakin koaqulyasiya prosesi suda bulanıqlığı və rəngliliyi yaradan bütün növ asılı
maddələrin xarakterindən, disperslik dərəcəsindən və yükündən asılı olduğundan
lazım olan koaqulyant dozalarının təyini üçün heç bir universal üsul yoxdur
(Клячко.В.А., Апельцин И.Э.1971). İçməli suyun gigiyenik tələbləri (ГОСТ 2874-
82) standartının 2.4.4 bölməsinə görə sutəmizləyici qurğularda texnoloji rejim za-
manı qalıq xlorun miqdarı 0,5 mq/l-dən çox ola bilər.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
3/2016
87
İÇMƏLİ SU EMALI VƏ TULLANTI SULARIN
TƏMİZLƏNMƏSİNDƏ İNNOVATİV TEXNOLOGIYALAR
Abdullayev Ş.N., Qasımov Z.Z., Əliyeva X.Ə.,
Nəsirov E.H. Qudyalçayın suyunun FL-2949 və...
№
Göstəricilərin
adları
Ölçü vahidi
ГОСТ 2761-
84
“Yerüstü su”
Nəticələr
22.04.2015 12.05.2015
1 20
0
C-də iyi
ball
2–4
0
1
2 Rənglilik
dərəcə
35–200
8,3
26,7
3 Bulanıqlıq
mq/l
20–10000
1982
1769
4 Hidrogen göstəricisi, pH
pH vahidi
6,5 – 8,5
8,1
8,15
5 Elektrik keçiriciliyi, 25
0
C
ms/sm
≤ 1500
450
335
6 Ümumi codluq
mmol/l
≤ 7 (10)
4,52
3,00
7 Karbonat codluq
mmol/l
≤ 7 (10)
3,40
2,40
8 Minerallaşma (
i)
mq/l
≤ 1000 (1500)
343,7
276,7
9 Quru qalıq
mq/l
≤ 1000 (1500)
240
204
10 Kalsium (Ca
2+
)
normalaşdırılmır
–
56,9
40,1
11 Maqnezium (Mg
2+
)
normalaşdırılmır
–
20,4
12,2
12 Natrium+Kalium (Na
+
+K
+
) normalaşdırılmır
–
1,61
16,3
13 Hidrokarbonat (HCO
3
–
)
normalaşdırılmır
–
207,4
146,4
14 Sulfatlar (CO
2
–
)
mq/l
≤ 500
46
58
15 Xloridlər (Cl
-
)
mq/l
≤ 350
3,9
3,6
16 Ammonium azotu (N–NH
4
+
)
mq/l
≤ 2
0,14
0,04
17 Nitratlar (NO
3
–
)
mq/l
≤ 45
7,3
0,05
18 Nitritlər (NO
2
–
)
mq/l
≤ 0,1 (3)
0,01
0,01
19 Dəmir (Fe)
mq/l
1–5
–
0,26
20 Manqan (Mn)
mq/l
0,1– 2
–
0,048
Cədvəl 1. Quba şəhərində Qudyalçayın suyunun fiziki-kimyəvi gostəriciləri
(22.04.2015; 12.05.2015)
Dostları ilə paylaş: |