Wiley finance


Şəkil 5.6 Biznes və struktur riskləri 5.2.3 Biznes və ya Makro Risklər



Yüklə 2 Mb.
səhifə18/32
tarix14.09.2018
ölçüsü2 Mb.
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

Şəkil 5.6 Biznes və struktur riskləri



5.2.3 Biznes və ya Makro Risklər
Biznes və ya makro risklər bankın və borcalanın əlaqəli mühitini əks etdirir. Bankın fəaliyyət mühitinin təhlili rəhbərliyə kreditin təyinatını müəyyən etməsində yardım edir. Ümumiyyətlə banklar risk/gəlir mübadiləsinin (kredit üzrə yüksək gəlirin bankdan meydana gələn defolt risklərdən və zəifləməkdə olan defolt hallarının artmasından narahat olmamasını tələb edir) riskə uyğunlaşdırılmış mübadiləni (kreditlə bağlı riskləri nəzərə aldıqda, kredit tərəfindən təklif olunan gəlirin bankı münasib kompensasiya ilə təmin etməsi necə baş verir) təklif etdiyi yerlərdə kreditləri seçir.

Borcalanın fəaliyyət şəraitinin təhlili bazar riskinin qiymətləndirilməsini əks edir. Borcalanın ümumi bazarının (makroiqtisadi və müqayisəli amillər) nəzərdən keçirilməsindən sonra kredit analitiki borcalanın çətinlik və üstünlüklərini müəyyən etmək iqtidarında olacaqdır. Şəkil 5.7-də təhlilçilərin nəzərə aldıqları biznes və ya makro amillər təsvir olunur. Bu makro amillər bütün sektor, şirkət və firmalara təsir edən tendensiyalardır. Çox sayda makro amillər mövcuddur; onların qlobal kimi uzunmüddətli tendensiyaları daxil etmə ehtimalı çoxdur.



  • iqtisadi fəaliyyətinin səviyyəsi (qlobal ümumi daxili məhsuldakı dəyişikliklər vasitəsilə hesablanır)

  • inflyasiyada dəyişikliklər (pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi)

  • enerji məhsullarının qiyməti (təmizləndikdə avadanlığı işə salan və zəruri əmtəələrdən biri hesab olunan xam neftin qiyməti)


MİSAL

Gamma Bank Libra Korporasiyasının təqdim etdiyi kreditin müxtəlif kombinasiyalarını nəzərdən keçirmişdir. Kredit təklifini təhlil etdikdən sonra kredit mütəxəssisi bildirmişdir ki, istehsalda istifadə olunan mürəkkəb və bahalı avadanlıqların istehsalçısı olan Libra Korporasiyası qlobal biznes fəaliyyəti ilə məşğul olmuşdur. O, bir neçə inkişaf etməkdə olan ölkədə genişlənməkdə olan satış fəaliyyətini həyata keçirmişdir. Ümumi satışının 80%-ni inkişaf etməkdə olan ölkələrdə etmişdir. Libranın bazarının əhəmiyyətli hissəsinə malik olduğu inkişaf etməkdə olan ölkələrin bir çoxu yüksək faiz dərəcəsindən və bunun da nəticəsi olaraq tərs məzənnə dəyişikliklərindən əziyyət çəkir və bu cür xoşagəlməz iqtisadi şəraitin qarşıdan gələn illər ərzində də davam edəcəyi proqnozlaşdırılır. Libra-nın istehsalı aşağı faiz dərəcəli və güclü iqtisadi təməllərə malik çox az sayda ölkədə möhkəmlənə bilmişdir.

Təhlildə Gamma Bankın kredit mütəxəssisi bildirmişdir ki, Libranın rəhbərliyi yüksək faiz dərəcələri nəticəsində inkişaf etməkdə olan ölkələrin bazarlarında yaranan qısamüddətli bazar qıtlığının mənfi təsirlərini özündə cəmləməyə yönəlmişdir. Libranın strategiyası inkişaf etməkdə olan ölkələrdəki müştərilərini ucuz kreditlə təmin etməkdir ki, bununla da Libra öz məhsullarını rəqiblərinin məhsullarından daha cəlbedici etməyə çalışırlar. Faktiki olaraq geniş kredit paketinin bir hissəsi ucuz kreditin güclü və sabit məzənnə dərəcəsinə malik aşağı məzənnəli ölkələrdən zəif və qeyri-sabit məzənnə dərəcəsinə malik yüksək faizli ölkələrə yönəldilməsi üçün istifadə edilmiş olacaqdır. Bankdan fərqli olaraq Libra məzənnə dərəcəsinin zəifləməsindən daha az narahatdır və hətta məzənnə dərəcəsinin azalmasının davam etməsi halında da inkişaf etməkdə olan ölkələrdəki satışdan əlavə gəlirlərin bu kreditlərin ödənilməsi üçün kifayət qədər mənfəətli olduğunu iddia edir.

Libra Korporasiyasının rəhbərliyi hələ də qlobal iqtisadi vəziyyətin pisləşəcəyi halda bütün bizneslərinin bu pisləşmənin təsirinə məruz qalmamaması üçün hər hansı bir tədbir görməyib. Libra faiz dərəcəsi dəyişikliyi səbəbindən xərclərinin artması ilə bağlı da hər hansı addım atmayıb. Libranın əsas istehsalı güclü və sabit məzənnəli ölkələrdə olsa da, satışının əksər hissəsi qeyri-sabit və zəifləyən məzənnə dərəcəsindən və iqtisadiyyatın getdikcə zəifləməsindən əziyyət çəkən ölkələrdə həyata keçirilir ki, bu da həmin ölkələrdəki satışın tədricən zəifləməsinə səbəb olur. Zəifləməkdə olan məzənnə dərəcəsi səbəbindən, rəhbərliyin inkişaf etməkdə olan ölkələrdə istehsal qiymətini öz əlində saxlamadığından şirkətin istehsal qiyməti artmağa davam etmiş və məhsulunun qiymətinin inkişaf etmiş və etməkdə olan ölkələrdəki müştərilərini əlində saxlamağa və yenilərini əldə etməyə mənfi edəcək səviyyəyə çatmışdır. İstehsal etdiyi malların komponent qiymətləri mənfi məzənnə dəyişikliyinə qarşı həddindən çox həssas olmuşdur (o, faiz və məzənnə dərəcəsinin birgə makroiqtisadi təsirini düzgün nəzərə ala bilməmişdir). Nəticədə Libranın rəhbərliyi pisləşməkdə olan uzunmüddətli perspektivlərinə nəzarət edə bilməmiş və zərər riskini və uğursuzluğa uğrama ehtimalını artırmışdır. Kredit mütəxəssisi Libranın strategiyasındakı əsas zəifliyi müəyyən etmişdir: faiz dərəcəsi artımının qısamüddətli təsirinin nəzərdən keçirilməsi ilə yanaşı uzunmüddətli mənfi amillərin azaldılmasına yönələn fəaliyyət olmamışdır. Bunun nəticəsi və kredit mütəxəssisinin məsləhətinə əsasən Gamma Bank Libra Korporasiyasına kredit verməmişdir.



Şəkil 5.7 Makro amillərə misallar

Mənbə: Dünya Bankı, Bloomberg


İllik ÜDM1963-2007

(trilyon dollarla



Trilyon dollarla (cari məzənnə dərəcəsi)


Dünya üzrə İllik İnflyasiya Faizi

1961-2007








Misin Qiymətində Aylıq Dəyişiklik

2005-2008





Analitikin biznes üzrə təhlilinə müştərinin rəhbər vəzifəli şəxslərinin rəqabəti necə aparması daxildir. Rəqabətli qüvvələrin təhlilinin bir neçə yolu var. Rəqabətli qüvvələrin onun likvidlik və kredit qabiliyyətliliyinə təsir edəcək şirkətin risk daşıyıcılarına necə təsir edəcəyinin müəyyənləşdirilməsi və anlaşılması çox əhəmiyyətlidir. Bu rəqabətli qüvvələrə dövlət tənzimlənməsi, texnologiya və texnoloji nailiyyətlər və məsələlərin dramatik və sürətlə sahələr dəyişə bildiyi və dəyişmə yeri olan mühiti özündə cəmləyir. Bu cür dəyişikliklər bazarların dəyərini təsdiqləyə və onları aça və ya bağlaya bilər.


MİSAL

Digərlərinin həyata keçirdiyi gözlənilməz tədbirlər nəticəsində şirkətlər tərəfindən əhəmiyyətli xərclər meydana çıxarıla bilər. 1995-ci ildə Shell Neft Şirkəti özünün Brent adlı Neft Buruğunu Şimal Buzlu Okeanında yerləşdirmək istədi. Ətraf mühitinin mühafizə qrupu olan Greenpeace bu plana qarşı çıxdı və ictimai etiraz aksiyaları keçirdi. Nəticədə Shell-in məhsulları geniş şəkildə boykot edildi. Etiraz Shell-in daha bahalı və ətraf mühit üçün daha az zərərli seçimə yönəlməyi ilə nəticələndi. Sonda rəhbərlik məsələni ətraf mühitə daha az təsir edəcək şəkildə həll etdi. Bununla belə, həcm, biznes tələbləri və digər səbəblərdən şirkətlərin bir çoxunun heç də hər zaman daha bahalı alternativləri seçmə imkanı olmur.


5.2.4 Maliyyə və ya Mikro risklər
Maliyyə riskinin qiymətləndirilməsi şirkətin idarəetməsi və xüsusilə fəaliyyət və maliyyə mühiti ilə bağlı məsələlərin necə həyata keçirilməsini nəzərdən keçirir. Kredit analitikləri əsas diqqəti şirkətin idarəetmə strategiyalarına və bu strategiyaların şirkətin keçmiş, indiki və gələcək üçün proqnozlaşdırılan maliyyə hesabatlarının təfsilatlı təhlili ilə yanaşı biznesi idarəetmə bacarığına yönəldir. Ümumi qiymətləndirmə və nəticələr bərabər səviyyəli digər şirkətlərinkilərlə müqayisə olunur. Şəkil 5.8-də təhlildə yer alan maliyyə və ya mikro təhlillər əks olunur. Bu məlumatlar bizneslərin bir hissəsini əhatə etməklə iqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə müqayisəli amilləri əks etdirir və bir neçə il üzrə istehsal, potensial və satış artımlarını özündə cəmləyə bilər. Aşağıdakı qrafiklərdə hava yolları şirkətləri üzrə bir sıra mikro amilləri nümayiş edir. Həmin amillər bunlardır:

  • Gəlir artımı (2006-2008-ci və 2003-2007-ci illər arasındakı illik satış artımları əsasında hesablanmışdır)

  • 2006 və 2007-ci illərdə hər sərnişin mili üzrə gəlir (ABŞ dolları üzrə olan gəlir sərnişinlərin uçuş milinə bölünmüşdür)

  • Hava yolları şirkətlərinin istehsal gücü ilə yüklənməsi (gün ərzində təyyarənin istifadə olunduğu ortalama saat)

  • Əməliyyatların ortalama marja (2002-2006 və 2005-2007-ci illər üzrə gəlir marjası)


Şəkil 5.8 Mikro amillər
Hava yollarının Gəlir Artımı Hər uçuş milinə düşən gəlir, ABŞ dolları ilə (2007-08)

Hava yollarının İstehsal Gücü ilə Yüklənməsi (2005 və 2008) Əməliyyatlar üzrə Ortalama Marja





Mənbə: Şirkətin özünün hesablamaları

Maliyyə və ya mikro risklərin təhlili zamanı əsas diqqət şirkətin kredit xidmətləri və bunların şirkətin gələcək inkişaf perspektivləri ilə əlaqələndirilməsi və gələcək inkişafın dayanıqlığın təmin olunması məqsədilə əsaslı investisiyanın tələb olunub-olunmamasına yönəlib. Bütün bu amillər müxtəlif şirkətlərin biznes fəaliyyətlərinin müvafiq müqayisəsinə imkan yaradır. Maliyyə riskinin təhlilində şirkətin fəaliyyət şəraiti çox əhəmiyyətlidir və ödəniş əlaqələri daxil olmaqla şirkətin güclü əlaqələrinin olmasını müəyyənləşdirmək üçün borcverən üçüncü tərəfin kredit və ticarət istinadlarını qiymətləndirməlidir. Bu proses biznes əlaqələrinin necə idarə olunması ilə bağlı kompleks qiymətləndirməyə nail olmaq üçün potensial borcalanın biznes partnyorlarının nəzərdən keçirilməsini özündə cəmləyir.

Banklar, xüsusilə ABŞ-da, ümumi kredit qiymətləndirilməsinə yardım məqsədilə kredit balları modellərindən istifadə edirlər. Bu modellər kreditlə bağlı defolt vəziyyətinin proqnozlaşdırılmasında yardım alətləridir. Defoltun yaranma ehtimalı kredit balı ilə əks olunur. Kredit balı hər bir borcalanın digər borcalanlarla müqayisədə gücünü müəyyən edir. Potensial borcalanın balının yuxarı olması onun defoltla üzləşmə ehtimalının aşağı olduğunu bildirir. Kredit ballarının hesablanmasında 100-dən artıq fərqli amildən istifadə edirlər. Əhatə olunan amillər maliyyə fəaliyyətinin keçmiş ödəniş tarixi haqqında məlumat; borc potensialı; nisbətlərin təhlili; sektora baxış və müqayisə olunmalar; və idarəetmə, iqtisadi və ətraf mühit təhlillərindən ibarətdir.

Kredit balları modelləri illərin təcrübəsindən yaranan müvafiq yanaşma ilə müşayiət olunur. Belə ki, modellər kreditin qiymətləndirmə dəyərini azaldır və kreditlə bağlı qərarın qəbul olunması prosesinin sürəti və dəqiqliyini artırır. Nəticələrin standartlara daha çox uyğun olması və digər potensial borcalanlarla bağlı nəticələrlə müqayisə oluna bilməsi səbəbindən, onların uyğunluq və dəqiqliyi təkmilləşdirilir. Bu rəhbərlərə kredit portfellərinin əsl keyfiyyətini qiymətləndirmək imkanı verir.

Daha iri korporativ borcalanların defolt ehtimalının proqnozlaşdırıla bilməsi üçün daha üstün qiymətləndirmə modellərindən istifadə olunur. Onlar kredit balları modellərinə və daxili maliyyə hesabatları ilə bağlı məlumatlarla oxşar olsalar da, qiymətlə bağlı məlumatlar və şirkətin ictimai satışa çıxarılmış pay və istiqrazlarının dəyişkənliyi kəmiyyət yönümlü analitik göstəriciləri özündə cəmləyir.

5.2.5 Struktur riski
Struktur riskin təhlilində əsas diqqət kreditin qiymətinin təyin olunması və azaldılmasına yönəlir. Müqavilə şərtləri və girov struktur riskinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Bu qiymətləndirmədə kredit analitiki borcalanın hüquqi strukturu, müxtəlif törəmə şirkətləri, şirkət daxili əməliyyatlar, sahibkarlıq və partnyorluq əlaqələri və s. haqqında məlumatlı olmalıdır. Təklif olunan kredit strukturundakı maliyyə və iqtisadi baxımdan riskə məruz qalmaların düzgün hesablanması üçün bunların hamısı təhlil olunmalıdır (müqavilə şərtləri və qiymətin təyin olunmasında məqsəd potensial problemlərin azaldılmasıdır).


5.2.6 İnformasiya mənbələri
Kreditin qiymətləndirilməsi prosesində istifadə olunan bir çox informasiya mənbələri mövcuddur. Əsas mənbə şirkətin illik hesabatı və audit yoxlamaları nəticəsində hazırlanan maliyyə hesabatlarıdır. Şirkərin maliyyə hesabatları adətən kənardan olan mühasibat ekspertləri tərəfindən yoxlanılır. Bu ekspertlər şirkətin maliyyə məlumatlarını müəyyən ölkənin Ümumi Qəbul Olunan Mühasibatlıq Prinsipləri (GAAP) və ya Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları çərçivəsində yoxlayırlar. Mühasibat prinsipləri/standartları şirkətin korporativ idarəetmə prosedurlarının tərkib hissəsidir və bütün maliyyə məlumatlarının lazımı formada təqdim olunmasını təmin edir, belə ki, bu kredit analitikləri tərəfindən yoxlamaların keçirilməsini çox asanlaşdıracaqdır.

Qeyd etmək lazımdır ki, bu məlumatların kredit analitikinə təqdim olunması şirkətin şübhəli və fırıldaqçı fəaliyyətinin qarşısını almır. Bununla belə, bu məlumatların təqdim olunması şirkətin idarəetməsinin yoxlanışı olaraq xidmət göstərir və yoxlanmış maliyyə hesabatlarının təhlili potensial investorları və eləcə də bank rəhbərliyini tam olmasa da, əsaslı dərəcədə rahatlanmalarını təmin edir.


MİSAL

Bir sıra rəhbər qruplar ümumi bizneslərinin maliyyə vəziyyətinin təməlini dağıdan şübhəli maliyyə manevrlərinin keçirilməsinə imkan yaratmışlar və təəssüf ki, bu da müstəqil auditorlar tərəfindən müəyyən edilməmişdir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Enron ABŞ-da təbii qaz ticarəti və elektrikin topdan satışı baxımından ən öndə gedən şirkət idi. Enronun maliyyə vəziyyətinin zəif olduğu halda onun güclü göstərilməsi üçün şirkətin maliyyə əməliyyatlarının bir çoxu zərərlərin göstərilməməsi üçün sonradan daxil edildiyi aşkar olunduqdan sonra şirkətdən üçüncü rüb üzrə gəlirlərini göstərməsi tələb olunduqda onun 638 milyon zərərin olduğu məlum olmuş və bundan sonra 2001-ci ilin dekabr ayında şirkət müflis elan olunmuşdur. Enrondan balansdan kənar partyorluqlarla – müəyyən əməliyyatları şirkətin maliyyə hesabatlarından gizlətmək məqsədilə qurulan əlaqələr - əlaqədar zərərləri müəyyən etməsi tələb olunmuşdur. Balansdan kənar fəaliyyətlər münasib formada qurulmaları, şəffaf olmaları və maliyyə hesabatlarında münasib formada açıqlanmaları halında qəbul olunan mühasibatlıq təcrübəsidir. Lakin Enronun vəziyyətində balansdan kənar fəaliyyətlər şəffaflıq və açıqlamanın azaldılması məqsədilə sistemli şəkildə həyata keçirilən aldadıcı və fırıldaqçı əməliyyatların nəticəsi idi.

Qeyd olunan yönümlü problemlərin aradan qaldırılmasının ən yaxşı yolu SWOT analizin keçirilməsidir. SWOT sözü “üstün cəhətlər”, “zəif cəhətlər”, “imkanlar” və “təhlükələr” sözlərini açıqlayır və Şəkil 5.9-da təsvir olunub. Bu şirkətin fəaliyyət göstərdiyi xarici biznes mühiti tərəfindən təqdim olunan daxili üstün və zəif cəhətlərin, imkanların və təhlükələrin obyektiv qiymətləndirilməsinə nail olunması məqsədilə strateji cəhətdən güclü planlaşdırılan çərçivədir. Bu informasiya şirkətin maliyyə mühitinin təfsilatlı təhlili ilə birgə potensial borcalanın kredit qabiliyyətliliyi haqqında daha obyektiv və dəqiq qərarın qəbul olunmasına imkan yaradır.





Şəkil 5.9 SWOT


DAXİLİ

ÜSTÜN CƏHƏTLƏR
Nümunələr

  • Güclü daxili nağd pul axınları

  • Səriştəli idarəetmə



ZƏİF CƏHƏTLƏR
Nümunələr

  • Tələblərə cavab verə bilmək üçün istehsalın sürətlə genişləndirmə qabiliyyətinin olmaması

  • İxtisaslaşdırılmış işçi heyətinin cəlb olunması ilə bağlı çətinliklərin olması



XARİCİ

İMKANLAR
Nümunələr

  • Yüksək səviyyədə tənzimlənən sektor yeni rəqiblərin girməsinə qarşı ciddi maneələr qoyur

  • Şirkətin məhsullarına olan tələbatın artırılması




TƏHLÜKƏLƏR
Nümunələr

  • İqtisadiyyatın inkişaf tempinin zəifləməsi

  • Yüksək faiz dərəcəsi və inflyasiyanın artırılması







    1. PORTFELİN İDARƏ OLUNMASI

Bank və ya fərd tərəfindən saxlanılan investisiya portfeli səhmlər (səhmdar kapital), istiqrazlar, kreditlər, maliyyə törəmələri (opsionlar, fyuçerslər və s.), qızıl, platin və daşınmaz əmlak kimi investisiya qoyula bilən əmtəələr və ya oxşar dəyərli aktivlərin daxil olduğu müxtəlif investisiyalardan ibarətdir. İnvestor portfeli sahibi olan qurumdur və bu şirkət, bank və ya fərd ola bilər. Portfelin idarə olunması daxilindəkilərin müəyyənləşdirilməsi, onun fəaliyyətinin monitorinqi, dəyişikliklərin edilməsi və hansı aktivlərin əldə olunması, hansılardan isə imtina olunması ilə qərarların qəbul olunmasını özündə cəmləyir. Portfeli idarə edənlər hər hansı risk dərəcəsi üçün ən yüksək gəlirlə təmin edən investisiyaların optimal kombinasiyalarının müəyyən olunması məqsədilə fərdi aktivlərin, bütün portfelin fəaliyyətinin və investorun maliyyə məqsədlərinin gözlənilən riski və gəlir xüsusiyyətlərini ölçür.



Portfel icraatının ölçülməsi və kredit zərərlərinin azaldılması məqsədilə banklar müxtəlif yanaşmalardan istifadə edirlər. Yanaşmalarda defolt ehtimalının proqnozlaşdırılması və defolt təsirinin qiymətləndirilməsi məqsədilə kəmiyyət qiymətləndirməsi alətlərindən istifadə olunur. Portfelin idarə olunması konsepsiyasının müzakirəsi zamanı aşağıdakı terminologiyadan istifadə olunur:

  • Defolt ehtimalı – borcalanın defolta məruz qalma ehtimalıdır.

  • Defolt vəziyyətində riskə məruz qalma – defolt vəziyyətində borcverənin məruz qala biləcəyi riskdir.

  • Bərpa dərəcəsi – aktivin dəyərinin defoltdan sonra bərpa oluna bilən hissəsidir.

  • Zərər verən defolt – borcverənin defoltun baş verməsi halında düşdüyü zərərdir və Bərpa sürəti və Defolt vəziyyətində riskə məruz qalmanın funksiyasıdır.

  • Gözlənilən zərər – Zərər verən defoltla defolt ehtimalının hasilidir.


MİSAL

2005-ci ildə Libra Korporasiyası Beynəlxalq Bankdan beş illik müddətə illik 7%-lə 10 milyon avro məbləğində kredit götürmüşdür. İki ildən sonra Libra 4 milyon avronu geri ödəmiş olsa da, hələ də əsas məbləğ olan 6 milyon avronu və 300,000 avro məbləğində faizi ödəməli idi. 2007-ci ildə Beynəlxalq Bank Libra Korporasiyası haqqında aşağıdakı qiymətləndirməni keçirdi:

  • 2007-ci ildə Libra Korporasiyasının defolt olması halında, Beynəlxalq Bankın defolt vəziyyətində riskə məruz qaldığı məbləğ 6.3 milyon avro olacaqdır: 6 milyon avro əsas məbləğ və 300,000 avro faiz.

  • Beynəlxalq Bank 2007-ci ildə defoltun baş verməsi halında bərpa dərəcəsini 90% və ya 5.67 milyon avro (6.3 milyon avronun 90%-i) olaraq qəbul edir.

  • Beynəlxalq Bankın üzləşmiş olacağı real zərər 6.3 milyon avro ilə 5.67 milyon avro arasındakı fərq olan 630,000 avrodan ibarətdir. Bu da bərabərdir (1 - Bərpa dərəcəsi) x Defolt vəziyyətində riskə məruz qalma.

  • Libra Korporasiyasının 2008-ci ildə defolt olma ehtimalı 1%-dir.

  • Bu səbəbdən Gözlənilən zərər 630,000 avro x 1% = 6,300-dür.


5.3.1 Konsentrasiya riski
Yuxarıda müzakirə olunduğu kimi, bank müxtəlif risk azaltma alətlərindən istifadə etməklə kredit risklərini idarə edirlər. Effektiv metodlardan biri bank risklərinin coğrafi, sənaye növü, demoqrafiya və digər göstəricilər baxımından diversifikasiyasıdır. Diversifikasiyalı kredit portfeli bazarın ciddi korlanma təsirini azaldır. Kreditləşmədə daxili risk bankın məsələn, bir coğrafi ərazi və ya sektor üzrə ixtisaslaşması və daha sonra özünün zəmanət səyləri üzrə əsas diqqəti həmin ərazi və ya səylərə yönəltməsidir. Bu isə yüksək konsentrasiyalı və ya münasib qaydada diversifikasiya olunmamış kredit portfelinin yaranması ilə nəticələnir. Konsentrasiyalı portfel bankın zərərlərə qarşı dözə bilmə qabiliyyətini azaldır və bankı konsentrasiya riskinə məruz qoyur. Bankın bir sektor üzrə təcrübəli olması onu zəif kreditlərdən uzaqlaşdıra bilməsi səbəbindən, konsentrasiya riski müəyyən dərəcədə kompensasiya oluna bilər.

Kredit portfelini fəal şəkildə idarə etməklə bank konsentrasiya riskini azaltmış olur. Konsentrasiya riskini azaltmaq üçün bank özünün bəzi kreditlərini üçüncü tərəfə sata bilər və bununla da həmin riskləri özünün mühasibat kitabından çıxarmış olacaqdır. Yaxud o, digər banklardan fərqli kreditlər almaqla özünün portfelini diversifikasiya edə bilər. Mühasibat kitabında bu cür yerləşdirmələr sistematik defoltun təsirini azalda bilər.

Kreditin qiymətləndirilməsi prosesində istifadə olunan bir çox informasiya mənbələri mövcuddur.
MİSAL


Kiçik kənd bankı olan Woodbury Bank ümumi kreditlərinin təxminən 60%-ini kömür mədəni sahəsində fəal olan və ya bu sahə ilə yaxından əlaqəli olan ərazi bizneslərinə ayırmışdır. Mədən ilə əlaqədar şirkətlərin əksəriyyəti müsbət kredit tarixinə malik olmaqla möhkəm əsaslar üzərində təsis olunmuşdur. Woodbury Bank kömür mədəni sektorunun gələcəyi ilə yaxın əlaqəli olduğundan, bank rəhbərliyi konsentrasiya riskini azaltmağa qərar vermişdir və aşağıdakı planı həyata keçirmişdir:

  • İlk növbədə o, yüksək məbləğli kreditlərinin bir hissəsini ölkənin müxtəlif hissələrindəki banklara satmışdır. Bu bankların bir çoxu mədən sənayesi ilə əlaqəli olmasa da, özlərinin diversifikasiyasında maraqlı idilər və özlərinin kredit imkanlarını həmin sənaye seqmentinə qədər artırmaq istəyirdilər.

  • İkinci olaraq, özünün mədən sənayesi ilə əlaqəli olmayan biznesləri əhatə imkanlarını genişləndirmək üçün o, digər banklardan texnologiya ilə əlaqədar kreditlər almışdır.

  • Üçüncü olaraq, o, müxtəlif növ kreditlər təklif etməyə başlamışdır. Daha əvvəl bank ümumiyyətlə hər hansı ipoteka krediti təklif etməmişdir. Bankın əsas biznes sahəsindən kənardan alınanların maliyyələşməsi məqsədilə müxbir banklar vasitəsilə ipoteka kreditləri təklif etməklə özünün kredit portfelini fərdi müştərilərə qədər genişləndirmişdir.

  • Dördüncü olaraq isə o, daha əvvəl zəif kredit keyfiyyəti səbəbindən kənar qaçdığı biznes sahələrinə kredit təklif etməyə başlamışdır. Yeni kreditlər daha çox riskə məruz qaldığı halda, portfeldəki riskin diversifikasiyasının səmərəli şəkildə həyata keçirilməsinə yardım etmiş və portfelin gəlirliliyini artırmışdır – daha riskli olmağı səbəbindən o, həmin kreditlər üzrə daha yüksək gəlir əldə edəcəkdir.




Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə