Wiley finance



Yüklə 3,34 Mb.
səhifə27/32
tarix14.09.2018
ölçüsü3,34 Mb.
#68457
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   32

Hər bir risk növü üzrə bir yanaşmanı həyata keçirməklə və icra etməklə nəticə həmin riskə uyğun gələn risklə ölçülən aktivlərin dəyəri olacaq. Bu Fəsildə müzakirə olunduğu kimi, Bazel II həmçinin tənzimləmə məqsədləri üçün uyğun kapitalı təyin edir və son olaraq, risklə ölçülən aktivlərin dəyərlərinin bir funksiyası kimi minimum kapital tələblərini müəyyən edir.

Bazel II-nin 2-ci Prinsipi həm bankların minimum kapital tələblərinə riayət etmələrini müəyyən etmək, həm də risklərin idarə olunması sahəsində ən yaxşı təcrübələri həvəsləndirmək üçün bankın nəzarət yoxlamasından necə istifadə edilməli olduğunu edir. 3-cü Prinsip məlumatın açıqlanması tələblərini təyin edir və bu tələblər bazar iştirakçılarına bankın kapital strukturunu və adekvatlığını asanlıqla qiymətləndirməyə imkan verir və beləliklə, bazar intizamının bankları sağlam kapital təcrübələrinə daha çox vadar etməsinə imkan verir.


8.1.1 Bankın Məcmu Kapitalı
Bankın məcmu kapitalı tənzimləyicilərin bankdan saxlamağı tələb etdikləri minimum kapitaldır. Səhmdar kapitalı adətən bankın məcmu kapitalını təşkil edən əsas aktivdir. Bazel II Sazişi bankın ümumi kapitalının necə qurulmalı olduğu barədə ümumi bazanı təmin edir və uyğun kapital üzrə göstərişləri müəyyən edir. Xüsusilə də, Bazel II kapitalın “dərəcəsini” müəyyən edir və müxtəlif dərəcələr arasındakı münasibətlər haqqında xüsusi qaydalar müəyyən edir ki, bu zaman tapşırılmış minimum kapital tələblərini ödəmək üçün bu qaydalara əməl olunmalıdır.


      1. 1-ci Dərəcəli Kapital

Bankın sahib olduğu 1-ci Dərəcəli kapitalın miqdarı onun maliyyə gücünün əsas ölçüsü hesab olunur. 1-ci Dərəcəli kapitalın əsas elementi səhmdarların kapitalıdır (bankın aktivlərindən onun passivlərini çıxandan sonra yerdə qalan kapitalın miqdarı). Bu əsas 1-ci Dərəcəli kapitala bank həm səhm, həm də kredit xüsusiyyətləri olan mürəkkəb maliyyə alətləri kimi “novator” kapitalı əlavə edə bilər. Bank nəzarətçiləri bu novator 1-ci Dərəcəli kapitala ciddi qaydalar təyin edirlər. 1-ci Dərəcəli kapital üçün nəzərə alına bilən mürəkkəb maliyyə alətləri bu kitabda əhatə dairəsi xaricindədir.




      1. 2-ci Dərəcəli Kapital

2-ci Dərəcəli kapital bankın tənzimləyici minimum kapital tələblərini ödəmək üçün istifadə edilə bilən ikinci ən vacib kapital növüdür. 2-ci Dərəcəli kapital açıqlanmamış ehtiyatlar və müəyyən aşağı dərəcəli müddətli kredit - bank tərəfindən verilmiş və bankın müflisləşməsi zamanı əmanətçilərə nisbətən geri ödəniş sırasında aşağıda dayanan borcdan ibarət ola bilər. Misal üçün, açıqlanmamış ehtiyatların bir növü yenidən qiymətləndirilmiş ehtiyatlardır, hansı ki, şirkətin aktivləri yenidən qiymətləndirilir və yeni daha yüksək dəyəri şirkətin hesablarına qeyd olunur.



MİSAL

AlphaBank dəyəri 20 milyon ABŞ dolları artmış dövlət istiqrazlarına malikdir. Bank bu istiqrazların əksəriyyətini yaxın gələcəkdə satmağı nəzərdə tutur. Bununla belə, bank istiqrazları satana qədər faktiki olaraq bu mənfəətləri reallaşdıra bilmir. Buna görə də, bu qiymət artımı “reallaşdırılmamış” mənfəət hesab olunur. Əgər bu istiqrazlar tənzimləmə təlimatlarına və bankın rəhbərliyinin icazəsinə əsasən “reallaşdırılmamış” mənfəəti əks etdirmək üçün təkrar qiymətləndirilə bilsə, 20 milyon ABŞ dolları miqdarında bu “reallaşdırılmamış” mənfəət ehtiyat hesabına əlavə oluna bilər və 2-ci Dərəcəli kapital hesablamaları üçün istifadə edilə bilər.

Bazel Komitəsi həmçinin bankların müxtəlif kapital sinifləri arasında qorumalı olduqları əmsalları tənzimləyən qaydaları müəyyən edir. Bir əsas məhdudlaşdırma odur ki, 2-ci Dərəcəli kapital 1-ci Dərəcəli kapitaldan böyük ola bilməz.


      1. 3-cü Dərəcəli Kapital

3-cü Dərəcəli kapitala 2-ci Dərəcəli kapital üçün icazə veriləndən daha geniş çeşidli aşağı dərəcəli kredit daxildir və bankın ticarət fəaliyyətindən gələn mənfəət daxil ola bilər. 3-cü Dərəcəli kapital yalnız öz ticarət kitabında bankın üzərinə götürdüyü bazar riskini dəstəkləmək üçün istifadə oluna bilər. 3-cü Dərəcəli kapital kimi qəbul oluna bilən alətlər adətən bankın kapital hesablamasının vacib hissələri üzrə istifadə olunmaq üçün həddindən artıq riskli olur. Misal üçün, kapitalın hesablanmasında ticarət mənfəətinin istifadə olunmasının riskliliyini məlum məsələdir, çünki ticarət mənfəəti hər hansı bir vaxtda yoxa çıxa bilər.




      1. Məcmu Kapitaldan Çıxarışlar və Düzəlişlər

Müəyyən kapital maddələri bankın məcmu kapitalının hesablanılmasına daxil edilə bilməz. Bunlar adətən aşağıdakılardır:



  • Qeyri-maddi aktivlər – bu o zaman baş verir ki, bir biznesin alış qiyməti alınmış şirkətin kapitalının balans dəyərinin artıq olur. Qeyri-maddi aktivlər bazarın subyektiv qiymətləndirməsidir və ona görə də kapitalın hesablanmasına daxil edilmir.

  • Müəyyən şərtlər altında bankçılıq və bənzər fəaliyyətlə məşğul olan köməkçi şirkətlərə investisiyalar.

  • Bankın başqa bir bankda saxladığı səhmlər.




      1. Yeni Kapital

Adətən, inkişaf edən banklar öz mənfəətlərinin bir hissəsini qoruyurlar və 1-ci Dərəcəli kapital bazasına əlavə edirlər. Bölüşdürülməmiş kapital banka yeni səhmlərin emissiyası, kreditlərin alınması və ya özəl investorların axtarılması kimi fəaliyyətlərdən yeni kapitalın cəlb olunması olmadan yeni biznesi dəstəkləmə imkan verir. Yeni kapitalı cəlb etmək vaxt-aparan və bahalı bir proses ola bilər.

Bazel Komitəsi müəyyən maddələr üzrə uyğunlaşdırılmış aralıq illik mənfəətlərin 1-ci Dərəcəli kapitala əlavə olunmasına imkan verir, bu şərtlə ki, bankın auditorları da ona icazə versin. Bu sürətlə böyüyən balans hesabatlarına malik olan banklar üçün xüsusilə faydalıdır. Əgər bu banklar mənfəətlərinin məcmu kapital kimi hesablana bilməsi üçün öz maliyyə illərinin sonuna qədər gözləməyə məcbur olsaydılar, onlar öz biznes artımlarını qorumaq üçün səhmdarlardan aralıq kapital buraxılışına ehtiyac duya bilərlər.



    1. BAZEL II ÜZRƏ MİNİMUM KAPİTAL TƏLƏBİ

Əvvəlki fəsillərdə müzakirə olunduğu kimi, Bazel II Sazişi banklardan kredit, bazar və əməliyyat riski cəhətdən öz aktivlərinin riskliliklərini ölçməyi tələb edir. Kredit, bazar və əməliyyat riski cəhətdən riskliliyin hesablanması üzrə təsdiqlənmiş yanaşmalar nəzərə alınmaqla, bank aşağıdakı dəyərləri əldə edəcəkdir:




  • Kredit riski üzrə ümumi risklə ölçülən aktivlər, RWAc ilə göstərilir

  • Bazar riski kapital tələbi, CRm ilə göstərilir

  • Əməliyyat riski kapital tələbi, CRo ilə göstərilir

Sonra, həmin bank üzrə ümumi risklə ölçülmüş aktivlərin (RWAt) dəyəri budur:

RWAt = RWAc + 12.5 * (CRm + CRo)
Bundan əlavə, banklar öz uyğun məcmu kapitallarını (RC) təqribən aşağıdakı kimi hesablayacaqlar:
RC = 1-ci Dərəcəli Kapital + 2-ci Dərəcəli Kapital – Çıxarışlar
Bazel II Minimum Kapital Tələbində qeyd olunur ki:
RC/ RWAt ≥ 8%
Tənzimləmə məqsədləri üçün uyğun kapital risklə ölçülən aktivlərin dəyərinin 8%-dən çox və ya bərabər olmalıdır. Əlbəttə ki, Bazel Komitəsi zamanla tarixi nəticələrə əsasən 8%-lik minimum parametri dəyişdirmək imkanını özündə saxlayır.
Kredit və bazar riski üzrə əlavə kapital hesablamaları mövcuddur.


  • Kredit riski üzrə: Kredit riski üzrə uyğun 1-ci Dərəcəli və 2-ci Dərəcəli kapital 8% * RWAc –dən böyük olmalıdır.

  • Bazar riski üzrə: Bazar riski üzrə uyğun 1-ci Dərəcli, 2-ci Dərəcəli və 3-cü Dərəcəli kapital CRm-dən böyük olmalıdır.


MİSAL

JKL Bankı özünün kredit, bazar və əməliyyat risk dəyərlərini hesablamaq üçün təsdiqlənmiş Bazel II yanaşmasından aşağıdakı kimi istifadə etmişdir:



  • Kredit riski üzrə ümumi risklə ölçülən aktivlər, RWAc = 1,200 milyon ABŞ dolları

  • Bazar riski kapital tələbi, CRm = 40 milyon ABŞ dolları

  • Əməliyyat riski kapital tələbi, CRo = 60 milyon ABŞ dolları

Bundan əlavə, JKL Bankının aşağıdakı kapitalı vardır:



  • 1-ci Dərəcəli kapital: 150 milyon ABŞ Dolları

  • 2-ci Dərəcəli kapital: 110 milyon ABŞ Dolları

  • 3-cü Dərəcəli kapital: 0 milyon ABŞ dolları

  • Fərq: 10 milyon ABŞ dolları

Sonra, yuxarıdakı düsturlardan istifadə edərək,


RWAt = RWAc + 12.5 * (CRm + CRo)

= 1200 + 12.5 * (40+60)

= 2450 milyon ABŞ dolları
RC = 1-ci Dərəcəli kapital + 2-ci Dərəcəli kapital + 3-cü Dərəcəli kapital – Çıxarışlar

= 150 + 110 -10

= 250 milyon ABŞ dolları
Kapital əmsalı = RC/ RWAt ≥ 8%

= 250/2.450

= 10.2%

≥ 8.0%
Məcmu kapital əmsalı = 250 ABŞ dolları /2450 milyon ABŞ dolları = 10.2%, hansı ki, 8%-lik minimum tələbdən artıqdır


JKL Bankının kapital əmsalı 8%-dən artıq olduğu üçün, JKL Bankı Bazel II Sazişinin minimum məcmu kapital tələbini ödəyir. Əslində, 196 milyon ABŞ dollarından artıq hər hansı uyğun kapital səviyyəsi (= 8% * 2450 milyon ABŞ dolları) Bazel II-nin minimum məcmu kapital tələbini ödəyir.

Bir sıra böyük beynəlxalq bankın aralıq rüblük maliyyə hesabatlarına baxmaqla məcmu kapitalın faktiki misallarını görmək olar. Şəkil 8.2 UBS,15 HSBC,16 Barclays17 və BBVA18 banklarının 2008-ci ilin ikinci rübü üçün yerləşdirilmiş maliyyə hesabatlarından kapitalın tərkibini, risklə ölçülən aktivlərin təsnifatını və kapital əmsallarını göstərir.


Bu dörd bankın hər biri üçün:

  • 1-ci Dərəcəli kapital, Bazel II-nin tələb etdiyi kimi, 2-ci Dərəcəli kapitaldan ya böyükdür, ya da ona bərabərdir.

  • Kredit riski risklə ölçülən aktivlərin əsas iştirakçısıdır, çünki kredit riski adətən banklar üçün ən böyük riskdir.

  • Kapital əmsalları asanlıqla 8%-dən artıqdır, Bazel II-nin minimum tələbi. Bazel II minimum tələbi təyin edir, amma bankın rəhbərliyi hədəf kredit reytinqini qorumaq və/ya bank tənzimləyici minimumdan aşağı düşərsə tənzimləyici ödənişlərə potensial artımlara yol verməmək üçün daha yüksək hədlər təyin edə bilər.



Şəkil 8.2 Məcmu Kapital Hesabatları Nümunəsi





UBS

(milyon CHF)



HSBC

(milyon USD)



Barclays

(milyon avro)



BBVA

(milyon avro)



Səhmdarların kapitalı və digər Çıxarışlar

56,203

(18,703)


154,787

(46,936)


37,069

(9,369)


30,270

(9,556)


1-ci Dərəcəli Kapital
Aşağı dərəcəli kredit və digər Çıxarışlar

37,500

14,181


(1,012)

107,851

53,781


(14,682)

27,700

18,775


(1,306)

20,714

13,355


(490)

2-ci Dərəcəli Kapital
Digər Çıxmalar

13,170

0


39,099

0


17,469

(171)


12,865

(0)


Ümumi Kapital

50,670

146,950

44,452

33,579

Kredit riski

Bazar riski

Əməliyyat riski


260,578

19,195


43,404

1,071,482

52,533


107,466

283,746

40,462


28,531

Verilmir

Verilmir


Verilmir

Cəmi Risklə Ölçülən Aktivlər

323,177

1,231,481

352,739

268,357

Kapital Əmsalı

15.7%

11.9%

12.6%

12.5%

Minimum Kapital Tələbi (8%)

Kapital Artığı

25,854

24,816


98,518

48,432


28,219

16,233


21,469

12,110




    1. Prinsip 2 – Nəzarət Yoxlaması

Bank nəzarətçiləri tərəfindən bu yoxlanış minimum kapital tələblərinə əməl olunmasını təmin edir və bankları risklərin idarə olunması üzrə ən yaxşı üsulları işləyib hazırlamağa və istifadə etməyə həvəsləndirir. 1-ci Prinsip bazar, kredit və əməliyyat riski üzrə tələb olunan minimum məcmu kapitalı müəyyən etmək üçün hesablamaları təyin edir. 2-ci Prinsip bankın kapital adekvatlığını qiymətləndirmək üçün dövlət orqanlarının istifadə etməli olduqları (1-ci Prinsipdəki kapital hesablamalarından əlavə) nəzarət yoxlaması prosesinin prinsiplərini müəyyən edir.

Xüsusilə də, 2-ci Prinsip 1-ci Prinsip çərçivəsində ya əhatə olunmamış, ya da kənarda qalmış üç əsas sahəyə toxunur. Bunlar aşağıdakılardır:


  • 1-ci Prinsipdə tam olaraq nəzərə alınmamış risklər, misal üçün, kredit konsentrasiyası riski – bu zaman bank öz riskinin həddindən artığını bir istiqamətdə cəmləşdirir, misal üçün, ölkənin müəyyən hissəsində ev kreditləri üzrə

  • 1-ci Prinsipdə ümumiyyətlə nəzərə alınmamış risklər, misal üçün, mühasibatlıq kitabında faiz dərəcəsi riski

  • Banka xaric olan amillər (misal üçün, biznes dövrü təsirləri)

Bundan əlavə, 2-ci Prinsip 1-ci Prinsipdə kapital hesablaması üzrə daha qabaqcıl metodların istifadəsi üzrə müəyyən olunmuş minimum standartlara bankın uyğunluğunun nəzarət qiymətləndirməsini təyin edir.

Bank nəzarətçiləri tərəfindən yoxlanış yaxşı idarə etməni əvəz etmir. Bankın idarə heyəti və ali rəhbərliyinin bankın biznes fəaliyyətini dəstəkləmək üçün adekvat kapitalın qorunmasını təmin etməklə vəzifəlidirlər, 1-ci Prinsipin əhatə dairəsi xaricində olanlar daxil olmaqla.

Bankın rəhbərliyi daxili kapital adekvatlığının qiymətləndirilməsi prosesini (ICAAP) işləyib hazırlamağa məsuliyyət daşıyır, hansı ki, bankın bütün əməliyyatları üzrə risk və nəzarət mühitini qiymətləndirir. Kapitalın qiymətləndirilməsi bankın biznes fəaliyyətinin ayrılmaz hissəsi olan davamlı bir prosesdir. Bu proses nəinki cari kapital tələblərini qiymətləndirir, eyni zamanda gələcək kapital tələblərini də hesablayır. Bankın rəhbərliyi öz bizneslərinin hər biri üzrə bu təxminlərdən istifadə edərək bankın ümumi kapital tələbini müəyyən etmək üçün birləşdirilmiş kapital hədəflərini təyin edir. Bankın rəhbərliyi daha sonra bankın əməliyyatlarına öz nəzarətinin bir hissəsi kimi həyata keçirdiyi bizneslə müəyyən olunmuş bankın faktiki kapital tələbinə özünün əvvəlcədən hesablanmış hədəflərinə ilə müqayisəli şəkildə nəzarət edir.

Daxili kapitalın qiymətləndirilməsi prosesinin keyfiyyəti nəzarət orqanları tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmə digər amillərlə birləşdirilərək, bank üzrə müəyyən olunmuş hədəf kapital əmsalını təyin edir. Bu prosesdəki hər hansı çatışmazlıqlar nəzarətçi tərəfindən bank üzrə təyin olunmuş kapital əmsalı tələbinin artması ilə nəticələnə bilər. Daha yüksək kapital tələbləri o deməkdir ki, kredit vermək və ya investisiya qoymaq üçün daha az vəsait mövcuddur və bu da mənfəətin azalması ilə nəticələnə bilər. Ona görə də, bankların yüksək keyfiyyətli kapitalın qiymətləndirilməsi prosesini hazırlanması və qorunmasında həm kommersiya və həmçinin prudensial marağı var.

Bank nəzarətçilərinin yoxlanış zamanı müəyyən olunmuş çatışmazlıqlara cavab olaraq kapital əmsalını qaldıra bilməsinə baxmayaraq, onlar həmçinin qəbul olunan çatışmazlıqları həll etmək üçün digər tədbirlərdən də istifadə edə bilərlər, misal üçün:



  • Risklərin idarə olunması strukturunda təkmilləşmələr üçün hədəflərin müəyyən olunması.

  • Daha ciddi daxili prosedurları tətbiq etmək və ya təlimlər və ya işəgötürmə vasitəsilə işçilərin keyfiyyətinin artırılması.

  • Müstəsna hallarda, bankın üzərinə götürə bildiyi riskin səviyyəsinin və ya problem həll edilənə və ya nəzarət edilənə qədər bankın məşğul ola biləcəyi biznes fəaliyyətinin azaldılması.

Bazel Komitəsi nəzarət yoxlaması prosesini bank və onun nəzarətçisi arasında fəal bir dialoq kimi görür. Bu ikisi bankın kapital mövqeyini müəyyən etmək və əgər zəruridirsə, qənaətbəxş səviyyəyə bərpa etmək üçün sürətli addımlar atmaq üçün birlikdə çalışmalıdırlar.




      1. Nəzarət Yoxlamasının Dörd Əsas Prinsipi

2-ci Prinsip nəzarət yoxlamasının dörd əsas prinsipini müəyyən edir, aşağıda təfərrüatı ilə izah olunur.



Prinsip 1

Banklar özlərinin ümumi kapital adekvatlığını öz risk xüsusiyyətlərinə münasibətdə qiymətləndirmək üçün bir prosesə və həmçinin öz kapital səviyyələrini qorumaq üçün bir strategiyaya malik olmalıdırlar.

Bankın rəhbərliyi bankın öz cari və gələcək tələblərini qarşılamaq üçün adekvat kapitala malik olduğunu təmin etmək üzrə əsas məsuliyyəti daşıyır. Onun kapital hədəfləri düz təyin olunmalıdır və onun risk xüsusiyyəti və mühitə uyğun olmalıdır. Kapital hədəfləri bankın strateji planlamasının ayrılmaz bir hissəsi olmalıdır və geniş stress sınağının keçirilməsini əhatə etməlidir.


Xüsusilə, Bazel II ciddi kapitalın qiymətləndirilməsi prosesinin beş xüsusiyyətini təsvir edir:

  • İdarə heyəti və yüksək rəhbərliyin nəzarəti – Bankın rəhbərliyi bankın üzərinə götürdüyü riskin təbiətini və səviyyəsini başa düşməyə və riskin səviyyəsi və bankın kapital tələbi arasındakı münasibətə nəzarət üzrə məsuldur. İdarə heyəti və ya onun ekvivalenti bankın üzərinə götürmək istədiyi riskin səviyyəsini (risk iştahası) müəyyən etməlidir və riski qiymətləndirmək, riskin səviyyəsini kapital hədəfləri ilə əlaqələndirmək və daxili məhdudiyyətlər və nəzarətlərə uyğunluğa nəzarət etmək üçün bir daxili baza yaratmalıdır. Bu bazaya həmçinin bankın strateji biznes planına uyğun olan kapitalın planlaşdırılması prosesi daxil olmalıdır.

  • Sağlam kapitalın qiymətləndirilməsi – Hədəf kapital əmsalı bankın strateji biznes planı ilə əlaqəli olmalıdır və risk və kapital arasında şəffaf bir əlaqə olmalıdır.

  • Riskin hərtərəfli qiymətləndirilməsi – Bütün vacib risklər (1-ci Prinsipdə müəyyən olunan risklər və faiz dərəcəsi riski, likvidlik riski və kreditin konsentrasiyası riski kimi digərləri daxil olmaqla) ölçülməli və ya təxmin edilməlidir.

  • Monitorinq və hesabat – Bank riskin monitorinqi və hesabat verilməsi üzrə bir sistem yaratmalıdır və bu sistem rəhbərliyə riskdəki dəyişikliklərin onun kapital tələbinə necə təsir etməsini qiymətləndirməyə imkan verməlidir. Bankın rəhbərliyi bankın kapital səviyyəsini və onun kapital tələblərini göstərən mütəmadi hesabatlar almalıdırlar. Bu hesabatlar rəhbərliyə vacib risklərin səviyyəsini və meyllərini qiymətləndirməyə, cari risk ölçülərinin həssaslığını və münasibliyini qiymətləndirmək və bankın müxtəlif risklərə qarşı kifayət qədər kapitala sahib olduğunu və onun müəyyən olunmuş kapital adekvatlığı məqsədlərinə uyğun olduğunu müəyyən etməyə imkan verməlidir.

  • Daxili nəzarət yoxlaması – Bankın daxili nəzarət yoxlaması bazası kapitalın qiymətləndirilməsi prosesində vacib bir amildir. Bu bazanın effektli yoxlanışına daxili və ya xarici audit daxil olmalıdır.

Prinsip 2

Nəzarətçilər bankın daxili kapital adekvatlılığının qiymətləndirmələrini və strategiyalarını və həmçinin onların məcmu kapital əmsallarına uyğunluqlarına monitorinq etmək və təmin etmək qabiliyyətlərinə nəzarət etməli və qiymətləndirməlidirlər. Əgər bu prosesin nəticəsi ilə qane olmasalar, Nəzarətçilər müvafiq nəzarət tədbiri görməlidirlər.

Nəzarət yoxlaması prosesinə yerində səfərlər, qiyabi təhlillər, bank rəhbərliyi ilə görüşlər, xarici auditorların həyata keçirdiyi müvafiq işin yoxlanışı və dövri hesabatların monitorinqi daxil ola bilər. Mütəmadi yoxlama prosesi gərək:



  • Risklərin hesablanmasını və riskin kapital tələbinə çevrilməsini hərtərəfli yoxlasın;

  • Prosesin keyfiyyətinə prosesin ətrafındakı daxili nəzarətlərin keyfiyyətinə yönəlsin;

  • Kapitalın tərkibinin onun dəstəklədiyi biznes fəaliyyətinin ölçüsünə uyğun olmasını təmin etsin;

  • Kapitalın qiymətləndirilməsi prosesinin necə monitorinq olunduğunu və bankın rəhbərliyi tərəfindən necə yoxlandığını qiymətləndirsin;

  • Hədəflərin mövcud əməliyyat mühiti üçün uyğun olduğunu təmin etsin;

  • Bankın kapital hədəflərini müəyyən edərkən fövqəladə və ya gözlənilməz hadisələri nəzərə aldığını təmin etsin;

  • Kapitalın qiymətləndirilməsi bazasında hər hansı çatışmazlıqları müəyyən etsin.

Yoxlama başa çatdıqdan sonra, nəzarətçilər əgər bankın riskin qiymətləndirilməsi prosesinin bütünü və ya hər hansı hissəsindən razı qalmasalar, tədbir görməlidirlər.




Prinsip 3

Nəzarətçilər banklardan minimum tənzimləmə kapitalı əmsallarının yuxarıda fəaliyyət göstərməyi gözləməlidirlər və onlar banklardan minimumdan yuxarı kapital saxlamağı tələb edə bilməlidirlər

1-ci Prinsipdə müəyyən olunmuş minimum kapital tələbləri banklara və nəzarətçilərə kapital səviyyələrini qiymətləndirmək üçün baza təşkil edir. Həyatda, banklar minimum kapital tələbindən yuxarıda bufer saxlayırlar, aşağıdakılara görə:



  • Risklər/biznes fəaliyyətləri 1-ci Prinsipdə düzgün əhatə olunmur

  • Əlavə kapitalı tələb edən banka aid mühit

  • Yerli bazar şəraitləri

  • Bankın yüksək kredit reytinqini qorumaq və ya nail olmaq ehtiyacı/arzusu

  • Bankın bazarda şərait dəyişərsə tezliklə kapital cəlb etməsi tələb olunmayacağını təmin etmək ehtiyacı

Nəzarət yoxlaması prosesində nəzarətçilər həmçinin banklardan əlavə kapital saxlamağı da tələb edə bilərlər, əgər cari kapitalın bankın aktivlərinin qarşılaşdıqları risklərə görə kifayət etmədiyini düşünsələr.



Prinsip 4

Nəzarətçilər kapitalın müəyyən bir bankın risk xüsusiyyətlərini dəstəkləmək üçün tələb olunan minimum səviyyədən aşağı düşməsinin qarşısını almaq üçün erkən mərhələdə müdaxilə etməlidirlər və əgər kapital qorunmazsa və ya bərpa olunmazsa, sürətli həll tədbirlərin görülməsini tələb etməlidirlər.

Bankın öz kapital tələbini qoruya bilməməsi halında, nəzarətçilər bu vəziyyəti düzəltmək üçün öz mülahizələrinə əsaslanaraq tədbir görə bilərlər. Bank nəzarətçiləri kapital əmsalını bərpa etmək üçün bankdan divident ödənişlərini dayandırmağı və/ya əlavə kapital cəlb etməyi tələb edə bilərlər. Əgər problemin həll olunması üçün vaxtın tələb olunacaqsa, nəzarətçilər bankın monitorinqini artıra və bankdan kapital əmsalını nəzarətçi tərəfindən təyin olunmuş səviyyəyə qədər bərpa etmək üzrə plan təqdim etməyi tələb edə bilərlər.

Bank nəzarətçiləri əsas problemlər həll olunmamış vəziyyətdə qalmasına baxmayaraq, qısa-müddətli bir tədbir olaraq bankın kapital tələbini artıra bilərlər. Kapitalın artımı o zaman dayandırıla bilər ki, nəzarətçi bankın özünün əməliyyat çətinliklərini geridə qoymasına razı olsun.



      1. Yüklə 3,34 Mb.

        Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə