Wiley finance



Yüklə 3,34 Mb.
səhifə30/32
tarix14.09.2018
ölçüsü3,34 Mb.
#68457
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   32

Bank lisenziyası (Banking license) Bank tənzimləyicisi və ya nəzarətçisi tərəfindən verilən bank lisenziyası banka tənzimləyici və nəzarətçi orqanlar tərəfindən nəzarət olunmasına razı olduğu şərtlər altında bank fəaliyyəti ilə məşğul olmasına imkan yaradır.
Bazel Sazişləri (Basel Accords) Bazel Sazişləri (Bazel I Sazişi, Bazar Riski Düzəlişi və Bazel II Sazişi) banklar və bank riskinin idarə edilməsi üzrə beynəlxalq səviyyədə qüvvədə olan və geniş tətbiq olunan fəaliyyət çərçivəsinin yaradılması məqsədilə əsas inkişaf etmiş ölkələrdən olan bank tənzimləyicilərinin birgə səyinin nəticəsi hesab olunan beynəlxalq risk əsaslı bank tənzimləməsinin təməlləridir.
Bank Nəzarəti üzrə Bazel Komitəsi (Basel Committee on Banking Supervision) Üzv ölkələri arasında bank nəzarəti ilə bağlı məsələlər üzrə tənzimləyici əməkdaşlıq forumu olan Bank Nəzarəti üzrə Bazel Komitəsi mərkəzi bank sədrləri tərəfindən yaradılmışdır və bank nəzarəti orqanlarının aparıcı nümayəndələrindən və əsas iqtisadiyyatlı ölkələrin mərkəzi banklarından ibarətdir.
Əsas göstərici yanaşması (Basic indicator approach (BIA)) Əsas göstərici yanaşması bankın ümumi gəlirinin bankın əməliyyat riskinə məruz qalması üçün risk göstəricisi olaraq istifadə olunur və əməliyyat riski kapitalının tələb olunan dərəcəsini bankın ötən üç il ərzində ortalama illik müsbət ümumi gəlirinin 15%-i həcmində müəyyən edir.
Təməl nöqtə (Basis point) 1%-in 1/100 hissəsi və ya 0.0001.
Beta amili (əməliyyat riski) (Beta factor (operational risk)) Beta amili bankın sahib ola biləcəyi 8 müxtəlif biznes xəttinin ortalama ümumi müsbət orta gəlirinin sabit faizidir və əməliyyat riskli kapitalını hesablamaq üçün istifadə olunur.
Satıcı-alıcı qiymətləri fərqi (Bid-ask-spread) Satıcı-alıcı qiymətləri fərqi maliyyə alətinin alış qiyməti və ya dərəcəsi (təklif) ilə satış qiyməti və ya dərəcəsi (tələb) arasındakı fərqdir.
Direktorlar Şurası (Board of directors) Direktorlar Şurası şirkətin idarə olunması və fəaliyyətinə cavabdehdir, banka rəhbərliyə görə məsuliyyət daşıyır və səhmdarlar tərəfindən seçilir.
İstiqraz (Bond) İstiqraz borcalanın (həmçinin istiqrazı buraxan da adlanır) qeyd olunan əsas məbləği investordan götürdüyü və faizini müəyyən intervallarla, əsas hissəsini isə sonda və ya istiqrazın qüvvədə olduğu müddətdə geri ödədiyi hüquqi öhdəlik xarakteri razılaşmadır.
Borcalan (Borrower) Borcalan borcverəndən müəyyən məbləğdə pul alan və aldığı tam məbləği (əsas) və əlavə məbləği (faiz) gələcək tarix(lər)də ödəyəcəyini vəd edəndir.
Aşağıdan-yuxarı təhlil prinsipi (Bottom-up approach) Aşağıdan-yuxarı təhlil prinsipi hər bir biznes bölməsinin daxilində baş verən prosesləri ayrıca təhlil edir və bölmələrin hər birinin risk profilini müəyyən edir; daha sonra isə ümumi şirkət üzrə risk profilini hazırlamaq üçün biznes xətti və korporativ səviyyədə müəyyən olunan riskləri birləşdirir.
Biznes riski (Business risk) Biznes riski rəqabətlilik mövqeyində baş verən zəifləmə nəticəsində yaranan potensial zərərdir.
Alıcı opsionu (Call option) Alıcı opsionu sahibinə gələcəkdə hər hansı bir tarixdə müəyyən edilmiş qiyməti müəyyənləşdirilmiş aktivi verir.
Kapital adekvatlığı (Capital adequacy) Kapital adekvatlığına bankın kapital nisbəti Bazel Sazişlərinə əsasən risk ölçülü aktivlərin 8% həcmində olan və 1-ci, 2-ci və 3-cü dərəcəli kapitallara uyğun gələn minimal kapital nisbətinə çatdıqda və ya onu keçdikdə nail olunur. 1-ci dərəcəli kapital risk ölçülü aktivlərin ən azı 4%-i həcmində olmalıdır; qalan hissə 2-ci dərəcəli kapital, bazar riskli kapitalın baş verməsi halında isə 3-cü dərəcəli kapital vasitəsilə uyğunlaşdırıla bilər. Milli bank fəaliyyəti tənzimləyiciləri bu minimal kapital adekvatlığı nisbətlərindən fərqləndirilə bilər.
Kapital nisbəti (Capital ratio) Kapital nisbəti Risk çəkili aktivlərlə Məcmu aktivlər arasındakı nisbətdir.
Nağd pul axını təminatlı kredit (Cash flow based loan) Nağd pul axını təminatlı kredit borcalanın əməliyyatlarından yaranan nağd pul axını vasitəsilə geri ödənilən vəsaitlərlə təmin olunur.
Mərkəzi bank (Central bank) Mərkəzi bank ölkənin və ya ölkələr qrupunun əsas monetar orqanı olmaqla digər banklar üzərində tənzimləyici və nəzarət öhdəliklərini yerinə yetirir, banklar arasındakı ödənişləri təşkil edir və lazım olduqda maliyyə və bank sistemini sabitliklə təmin edir.
Ümidsiz kredit (Charged-off loan) Ümidsiz kredit bankın borcalandan krediti geri ala bilməyəcəyindən əmin olması səbəbindən bankın maliyyə hesabatlarından çıxarılan kreditdir.
Hesablaşmalar palatası (Clearinghouse) Hesablaşmalar palatası hər bir satıcı üçün alıcı və hər bir alıcı üçün satıcıya çevrilməklə valyuta alqı-satqısının maliyyə fəaliyyətinə zəmanət verir və maliyyə alətlərinin ödəniş və mübadiləsini həyata keçirməklə tərəflər arasında alqı-satqı hesablaşması aparır.
Girov (Collateral) Girov kredit və ya digər növ borca zəmanət məqsədilə qoyulan aktivdir və borcalanın borcunu ödəməməsi halında borcverən tərəfindən müsadirə olunur.
Kommersiya bankı (Commercial bank) Kommersiya bankı geniş bizneslər üçün ixtisaslaşmış kreditlər təklif edir, pulların alınmasında vasitəçi kimi çıxış edir və ödəniş, investisiya və risklərin idarə olunması kimi xüsusi maliyyə xidmətləri ilə təmin edir.
Veksel (Commercial paper) Veksel iri və maliyyə cəhətdən güclü təşkilat tərəfindən 30-50 gün və ya daha qısa müddətli əməliyyatlarını maliyyələşdirmək üçün istifadə olunan təminatsız, qısamüddətli borc qiymətli kağızıdır.
Sərt şərtli kredit müqaviləsi (Committed facility) Sərt şərtli kredit müqaviləsi marja, qiymət və müddət kimi şərt və müddəalarının bank tərəfindən rəsmi razılaşmada açıq-aydın göstərildiyi və borcalanın məlumatlandırıldığı kredit növüdür və bu kredit müqaviləsi maliyyələşdirilmiş olur.
Əmtəə (Commodity) Əmtəələr qida, yanacaq, metal və ya digər sabit materiallar kimi təbiətcə homogen olan fiziki əşyalardır.
Əmtəə riski (Commodity risk) Əmtəə riski əmtəə qiymətlərinin əks dəyişməsi nəticəsində meydana gələn potensial zərərdir. Bu bütün əmtəə mövqelərinə və fyuçers müqavilələri kimi törəmə əmtəə mövqelərinə tətbiq olunur.
Kompensasiya qalıqları (Compensating balance) Kompensasiya qalıqları bankın borcalandan sərt və ya yumşaq şərtli kredit müqaviləsinin uzadılması qarşılığında öhdəlik müddəti üçün banka depozit qoyuluşunu tələb etdiyi depozitlərdir.
Etibar dərəcəsi (Confidence level) Etibar dərəcəsi statistik etibarlılıq dərəcəsini ifadə edir.
Konsorsium (Consortium) Konsorsium seçilmiş bank qrupları tərəfindən birgə kreditləşməni qeyd edir.
Yoluxma (Contagion) Yoluxma təcrid olunan maliyyə və ya bank böhranının digər ölkələrə keçməsidir.
Özək bank xidmətləri (Core banking services) Özək bank xidmətləri depozit yığımı, kredit anderraytinqi və ödəniş xidmətləridir.
Korporativ borcalan (Corporate borrower) Korporativ borcalanlar kiçik yerli şirkətlərdən iri beynəlxalq konqlomeratlara qədər olanları əhatə edir.
Korporativ idarəetmə (Corporate governance) Korporativ idarəetmə korporativ nizamnamə, şirkətin nizamnaməsi, əsasnamə və tətbiq oluna bilən qanunlar və ya digər hüquqi qaydalar və prinsiplər tərəfindən, direktorlar şurası, səhmdarlar və bankın digər maraqlı tərəfləri arasında formalaşan münasibətlər dəsti olmaqla, bu qruplar arasındakı əlaqəni qeyd edir, təşkilatın idarə olunması üçün qaydalar müəyyənləşdirir və əməliyyat çərçivəsini təyin edir.
Vəsaitlərin dəyəri (Cost of funds) Vəsaitlərin dəyəri faiz dərəcəsi, tələb olunan gəlir və ya kapitalın qorunması və istifadəsi ilə əlaqədar olan digər kompensasiyalardır.
Birgə borcalanların kredit riski (Counterparty credit risk) Birgə borcalanların kredit riski müqavilə və ya sazişin digər tərəfinin razılaşmanın şərtlərini yerinə yetirməməsi halında yaranan riskdir.
Kupon dərəcəsi (Coupon rate) Kupon dərəcəsi əsas məbləğin faizidir və istiqraz və ya digər borc qiymətli kağızı alıcısına vəd edilən və müntəzəm ödənilən faiz ödənişi olan kupon ödənişini müəyyən edir.
Müqavilə şərti (Covenant) Müqavilə şərti tərəflərdən birinin müəyyən fəaliyyətdən çəkinməsini tələb edən razılaşmadır və borcalanının maliyyə və biznes vəziyyətindəki mümkün pisləşmənin qarşısının alınması məqsədilə borcverən tərəfindən borcalandan öhdəlik olaraq tələb olunur.
Kredit təhlili (Credit analysis) Kredit təhlili və ya kredit qiymətləndirməsi kreditin borcalan tərəfindən geri ödənilməsi qabiliyyətliliyinin ölçülməsi olaraq riskin qiymətləndirilməsi prosesidir.
Kredit konsentrasiya riski (Credit concentration risk) Kredit konsentrasiya riski şərait, vəziyyət və mühitdəki oxşar fərqliliklərdən əks təsirlənməyə çox və ya az məruz qalınması nəticəsində meydana gələn riskdir.
Kredit reytinqi agentliyi (Credit Rating Agency (CRA)) Kredit reytinq agentliyi müxtəlif borcalanların, emitentlərin və ya kreditlərin kreditqabiliyyətliliyini qiymətləndirir.
Kredit riski (Credit riski) Kredit riski kredit, istiqraz və ya digər növ borcun geri ödənilməməsi halındakı zərərlə bağlı riskdir.
Kredit riski kapitalı (Credit risk capital) Kredit riski kapitalı mümkün kredit zərərlərinə qarşı təyin olunan kapitaldır.
Kredit riskinin azaldılması texnikası (Credit risk mitigation technique) Kredit riskinin azaldılması texnikası girov, kredit zəmanəti, sekyuritizasiya və ya sığorta kimi məsələlərin istifadəsi vasitəsilə kredit riskini azaldır.
Kredit balı (Credit score) Kredit balı hər bir borcalanın və ya daba iri borcalan qruplarının gücü ilə əlaqəli rəqəmdir və müvafiq defoltın mümkünlüyünü göstərir.
Valyuta (Currency) Valyuta hökumətlər, mərkəzi banklar və ya monetar səlahiyyətə malik orqanlar tərəfindən buraxılaraq ölkədə və ya ölkələr qrupunda istifadə olunan pulun – sikkə və əskinas – ümumi qəbul olunan formasıdır.
Dövri maliyyələşdirmə (Cyclical financing) Dövri maliyyələşmə biznes dövriyyəsindəki dəyişikliklər səbəbindən inventar, istehsal və satışdakı müvəqqəti və dövri artımları maliyyələşdirir.
Defolt (Default) Defolt müqavilə şərtlərinə əsasən ödənilməli olan faiz və ya əsas məbləğin ödənilə bilməməsi halıdır və defoltun ödənişi vaxtında yerinə yetirə bilməməsi halında baş verir.
Defolt riski (Default risk) Defolt riski defolt səbəbindən yaranan potensial zərərdir.
Depozit (Deposit) Depozit banka bank hesabında saxlanılması üçün təqdim olunan puldur və bu zaman depozitorun həmin vəsaiti və bank tərəfindən həmin vəsait üçün ödənilən hər hansı faizi geri götürmək hüququ olur.
Depozit sığortası (Deposit insurance) Depozit sığortası bankın uğursuzluğa uğrayacağı halda, depozitorların bankdakı depozitlərin bir qismini və ya tamamını ala bilməsi haqqında hökumət və ya sığorta sistemi tərəfindən onlara verilən vəddir.
Törəmə aləti (Derivative) (Maliyyə) törəmə aləti dəyəri əlaqədar baza maliyyə aktivi və ya əmtəələrinin dəyərindən törəyən və svop, opsion, forvard və fyuçersləri özündə cəmləyən alətdir.
Açıqlama (Disclosure) Açıqlama bizneslə bağlı onun biznesin dəqiq və şəffaf qiymətləndirilməsinə imkan verən informasiyanın yayılmasıdır.
Divident (Dividend) Divident korporasiyanın sahibləri arasında bölünən gəlirlərinin bir hissəsidir. Divident səhmdarlar arasında bölünür və adətən nağd vəsaitin və ya əlavə payların ödənişini özündə cəmləyir.
İqtisadi kapital (Econimic capital) İqtisadi kapital zərərin baş verməsi halında bank ehtiyacı olan kapitalın məbləğidir ki, bu da bank üzrə bütün riskləri qarşılayır və bank uzunmüddətli fəaliyyəti üçün çox əhəmiyyətlidir.
Səhmdar kapitalı (Equity) Səhmdar kapital səhmdarlardan və bölüşdürülməyən gəlirlərdən götürülən və sahibkarın korporasiyadakı marağını əks etdirən kapitaldır.
Kapital riski (Equity risk) Kapital riski səhmdar kapitalın qiymətində yaranan əks dəyişiklik səbəbindən yaranan potensial zərərdir.
Birja (Exchange) Birja (Maliyyə birjası) investorlar arasındakı alqı-satqının standart prosedurlara uyğun aparıldığı rəsmi, fiziki və elektron formada təşkil olunan bazardır.
Valyuta məzənnəsi (Exchange rate) Valyuta məzənnələri bir valyutanın digəri ilə nisbətdəki dəyərini əks edir.
Gözlənilən zərər (Expected loss, EL) Gözlənilən zərər zərərlərin orta illik cəmini və ya yarana biləcək zərərlərin həcmini göstərir.
Defolt vəziyyətində riskə məruz qalma (Exposure at default (EAD)) Defolt vəziyyətində riskə məruz qalma defolt halında borcverənin məruz qala biləcəyi zərərin maksimal həcmidir.
Xarici risk (External risk) Xarici risk xarici amillər səbəbindən yarana biləcək potensial zərərdir ki, bu da korporasiyanın nəzarətindən kənardır və təbii fəlakətlər, güc qıtlığı və ya terrorizmi özündə cəmləyir.
Ədalətli bazar dəyəri (Fair market value) Ədalətli bazar dəyəri aktivin bazarda alıcıya dərhal satılması halındakı qiymətidir.
Maliyyə aktivi (Financial asset) Maliyyə aktivi öz dəyərini xüsusi müqavilə tələblərindən götürür və istiqraz, kredit, səhmdar kapital, pul, valyuta, törəmə, depozit və s.-ni özündə cəmləyir.
Maliyyə aləti (Financial instrument) Maliyyə aləti nağd pulun, digər maliyyə aləti və ya aktivin alınması və ya təqdim olunması ilə bağlı sahibkarlıq faizi tələbi və ya müqavilə, yaxud mümkün gələcək tələbinin əks olunmasıdır və nağd maliyyə aləti (nağd pul, qiymətli kağızlar, kreditlər, istiqrazlar, banknotlar, səhmdar kapital) və ya törəmə alətlər (forvard, fyuçers, opsion və svop) formasında ola bilər.
Maliyyə vasitəçiliyi (Financial intermediation) Maliyyə vasitəçiliyi biznes müəssisələri və hökumət kimi maliyyələşməyə ehtiyacı olanlarla borcverənlər, banklar və özəl investorlar kimi maliyyələşdirənlərin bir araya gətirilməsi və onların arasındakı kapital axınının asanlaşdırılması prosesidir.
Maliyyə sabitliyi (Financial stability) Maliyyə sabitliyi maliyyə bazarları və maliyyə institutlarına təsir edən şok və həyəcanların onların maliyyə vasitəçiliyini həyata keçirmək, ödənişləri yerinə yetirmək və riskin bölüşdürülməsini uğurla həll etmək qabiliyyətini məhdudlaşdırmadığını göstərir.
Kreditin 5C-si (Five Cs of Credit) Kredit 5C-si borcalanın xarakteri, borcalan tərəfindən təmin olunan kapital, borcalanın üzləşdiyi biznes, iqtisadi və digər şəraitlər, borcalanın maliyyə və hüquqi potensialı və borcalan tərəfindən təklif olunan girov və digər bu kimi krediti dəstəkləmə mexanizmlərinə yönələn kredit təhlilinin qısaltmasıdır.
Sabit faiz dərəcəli kredit (Fixed interest rate loan) Sabit faiz dərəcəli kredit bütün müddəti ərzində faiz dərəcəsinin dəyişmədiyi kreditdir.
Üzən faiz dərəcəli kredit (Floating interest rate loan) Üzən faiz dərəcəli kredit faiz dərəcəsinin baza indeksi və ya əsas dərəcəyə əsasən müəyyən olunduğu və nəticənin bütün müddət ərzində dəyişə biləcəyi kreditdir.

Çarpaz xarici valyuta məzənnəsi (Foreign currency cross rate) Çarpaz xarici valyuta məzənnəsi iki valyutanın üçüncüsü qarşısındakı məzənnəsidir.
Xarici valyuta məzənnəsi (Foreign exchange rate) Xarici valyuta məzənnəsi bir valyutanın qiymətini digər valyutaya nisbətdə müəyyən edir.
Xarici valyuta riski (Foreign exchange risk) Bir xarici valyutanın məzənnəsinin dəyişməsi nəticəsində itkinin yaranması ehtimalıdır.
Forvard (Forward) Forvard (müqaviləsi) müəyyən aktivlərin (əmtəələr, valyutalar, istiqrazlar və səhmdar kapitallar) müəyyən qiymətə, müəyyən miqdarda, müəyyən gələcək tarixdə çatdırılmasını müəyyən edən ötürülməyən müqavilədən ibarət törəmə alətdir.
Qismən ehtiyat bankçılıq (Fractional reserve banking) Qismən ehtiyat bankçılıq ümumi depozitlərin yalnız az bir hissəsinin ehtiyatda saxlandığı və balansın kreditlərə və ya qiymətli kağızlara qoyula biləcəyi bank sistemidir.
Maliyyələşmə likvidliyi (Funding liquidity) Maliyyələşmə likvidliyi bankın tələb halında depozitorların pulunu geri ödəyə biləcəyi vəsaitə sahib olma və lazım olduqda kreditləri maliyyələşdirmə qabiliyyətidir.
Maliyyələşmə likvidliyi riski (Funding liquidity risk) Maliyyələşmə likvidliyi riski bankın tələb halında depozitorların pulunu geri ödəyə biləcəyi vəsaitə sahib olma və lazım olduqda kreditləri maliyyələşdirmə üzrə potensial qabiliyyətsizliyidir.
Fyuçers (Futures) Fyuçers (müqaviləsi) müəyyən aktivin (əmtəələr, valyutalar, istiqrazlar və səhmdar kapitallar) müəyyən qiymətə, müəyyən miqdarda, müəyyən gələcək tarixdə çatdırılmasını müəyyən etməklə birjada satınalına bilən standartlaşdırılmış və ötürülə bilən müqavilədən ibarət törəmə alətdir.
Ümumi və ya sistematik bazar riski (General or systematic market risk) Sistematik risk geniş miqyaslı aktivlərin fəaliyyəti nəticəsinə makroiqtisadi və maliyyə bazarı şəraitlərində gözlənilməyən dəyişikliklərin təsirini əks edir və sabit gəlir, kredit, kapital və əmtəələr daxil olmaqla tətbiq olunan maliyyə aktivləri üzrə əks qiymət hərəkəti riskini təcəssüm edir.
Başlıq riski (Headline risk) Başlıq və ya reputasiya riski bankın ictimai mövqeyinin zəifləməsi səbəbindən yarana biləcək potensial zərərdir.
Hecinq (Hecing) Hecinq mövqenin maliyyə alətinin mövqeyindəki dəyər dəyişikliyini izləyən və ya əks və kompensasiya edici mövqe ilə uyğunlaşdırılması yolu ilə riskin azaldılmasıdır.
Yüksək Tezlikdə Aşağı Təsir halları (High Frequency Low Impact, HFLI events) Yüksək Tezlikdə Aşağı Təsir halları tez-tez baş versə də, hər bir halın bankın fəaliyyətinə təsiri aşağıdır.
Hibrid qiymətli kağız (Hybrid Security) Hibrid qiymətli kağız şəxsi kapital və borc xüsusiyyətlərinə malik maliyyə alətidir.
İdiosinkratik risk (Idiosyncratic risk) İdiosinkratik risk fərdi borcalanlar, aktiv və qiymətli kağızların hər biri və ya müəyyən qrupu üzrə şərait və mühitə xas olan riskləri əks edir.
Qeyri-likvidlik (Illiquidity) Qeyri-likvidlik ödənişləri zamanında ödəmə qabiliyyətsizliyidir.
Mənfəət-zərər hesabatı (Income statement) Mənfəət-zərər hesabatı bankın bir ay, bir rüb və ya bir il kimi müəyyən zaman müddətindəki bütün gəlir və xərcləri üzrə qeydlərdir.
İnflyasiya dərəcəsi (Inflation rate) İnflyasiya dərəcəsi illik faiz dəyişikliyi olaraq ifadə olunan pulun alıcılıq qabiliyyətindəki dəyişikliyi əks etdirən pul qiymətidir.
Novator kapitalı (Innovative capital) Novator kapitalına şəxsi kapital və borc xüsusiyyətlərini özündə cəmləyən maliyyə alətləri daxildir.
Ödəmə qabiliyyətsizliyi (Insolvency) Ödəmə qabiliyyətsizliyi öhdəliklərin aktivlərdən çox olması halında baş verir; müflislik və qeyri-likvidlik sözləri sinonim olmasa da, bunlardan birinə və ya hər ikisinə doğru aparır.
İnstitusional borcalan (Institutional borrower) İnstitusional borcalan borc qiymətli kağızları və ya birbaşa borcalmadan istifadə etməklə iri miqdarda kapital borc alan iri ictimai ticarət şirkətləri, investsiya fondları, iri banklar və ya iri sığorta şirkətləri kimi maliyyə ixtisaslı təşkilatlardır.
Sığorta (Insurance) Sığorta zərərə qarşı maliyyə təzminatı ilə təmin edir; mütəmadi ödənilən ödənişlərin qarşılığında sığortaçı şirkət hər hansı zərərli xüsusi halın baş verməsi halında müəyyən məbləğdə pulun ödənilməsinə ödənilməsinə zəmanət verir.
Banklararası kredit (Interbank loan) Banklararası kredit bankların bir-birilərinə verdikləri kreditdir.
Faiz dərəcəsi (Interest rate) Faiz dərəcəsi borc alınan vəsaitlərə çıxış imkanı əldə olunması və onlardan istifadə olunması üçün təyin olunan dərəcədə kredit qiymətidir.
Faiz dərəcəsi marjası (Interest rate margin) Faiz dərəcəsi marjası bankın aktivlərindən qazandığı faiz gəliri ilə öhdəliklər üçün ödədiyi faiz xərcləri arasındakı fərqdir.
Faiz dərəcəsi riski (Interest rate risk) Faiz dərəcəsi riski faiz dərəcələrinin müxtəlifliyi səbəbindən dəyərin potensial zərəridir.
Mühasibat kitabında faiz dərəcəsi riski (Interest rate risk in the banking book) Mühasibat kitabında faiz dərəcəsi riski bankın aktiv və passivlərinin fərqli müddətə sahib olması, onlara fərqli faiz dərəcəsinin tətbiq olunması və fərqli zamanlarda yenidən qiymətləndirilməsi faktını əks edir.
Daxili Modellər Yanaşması (Internal Models Approach) Daxili Modellər Yanaşması bankın özünün daxili riski idarəetmə modellərinə əsaslanır və bankın riskli məbləğinin hesablanmasına əsaslanan bazar riski üzrə tənzimləyici minimum kapital tələblərini müəyyən edir.
Daxili proses riski (Internal process risk) Daxili proses riski bankın gündəlik əməliyyatlar və daxili prosesləri yerinə yetirilməsi üzrə proses və prosedurların qeyri dəqiq icrası nəticəsində meydana gələn potensial zərərdir.
Daxili reytinq əsaslı yanaşma (Internal rating based (IRB) approach) Kredit riski üçün tənzimləyici minimal kapital tələblərini müəyyən edən Daxili Reytinq Əsaslı yanaşma bankın özünün məlumatlarından istifadə edir və fərqli risk amillərini proqnozlaşdıran metodoloji müxtəlifliklərə malik iki fərqli proseduru özündə cəmləyir.
Beynəlxalq bank (International bank) Beynəlxalq bank müxtəlif ölkələrdə fəaliyyət göstərən iri kommersiya, investisiya və ya ticarət bankıdır.
İnvestisiya bankı (Investment bank) İnvestisiya bankı əsas olaraq korporativ və institusional müştərilərlə işləyir, maliyyə və kapital bazarlar üçün maliyyə qiymətli kağızları buraxır, birləşmə və əldə etmə kimi əməliyyatlar üzrə məsləhətlə təmin edir, öz hesabı üzrə investisiya və ticarətləri idarə edir.
İnvestisiya dərəcəsi üzrə kredit reytinqi (Investment grade credit rating) İnvestisiya dərəcəsi üzrə kredit reytinqi kredit reytinqi şkalalarından biridir və defoltın aşağı dərəcəli mümkünlüyünü proqnozloşdırılması üçün nəzərdə tutulmuşdur.
İnvestisiya portfeli (Investment portfolio) Bank və ya fərdin sahib olduğu investisiya portfeli səhmdar kapital, istiqraz, kredit, maliyyə törəmələri (opsion, fyuçers və s.), qızıl və ya platin, daşınmaz əmlak və ya oxşar dəyərli aktivlər kimi investisiya qoyula bilən əmtəələrin daxil olduğu müxtəlif investisiyaları özündə cəmləyir.
Subordinasiyalı borc (Junior debt) Subordinasiyalı borc daha çox əsas borca tabe olsa da, səhmdar kapital üzərində prioritetə sahibdir.
Hüquqi risk (Legal risk) Hüquqi risk hüquqi fəaliyyətlərin qeyri-müəyyənliyi və ya müqavilə, qanun və ya qaydaların tətbiqi və ya şərhi ilə əlaqədar riski özündə cəmləsə də bununla məhdudlaşmır və nəzarət fəaliyyətləri, eləcə də özəl hesablaşmalar nəticəsində meydana gələn cəzalara, cərimələrə və ya cərimə kompensasiyalarına mümkün məruz qalmaları özündə cəmləyə bilər.
Son instansiya kreditoru (Lender of last resort) Son instansiya kreditoru olan mərkəzi bank qeyri-adi dərəcədə iri və gözlənilməz maliyyələşməyə ehtiyacı olan, likvidlik problemi və ya sistematik böhranla üzləşən bankların maliyyələşdirməklə yardım edir.
İcarəyə götürən / İcarəyə verən (Lessee / lessor) İcarəyə götürən icarəyə verənin aktivindən istifadə etmək üçün onunla razılığa gəlir və icarəyə götürən həmin aktivdən istifadə etmə qarşılığında icarəyə verənə razılaşdırılmış mütəmadi ödənişlər verir.
Akkreditiv (Letter of credit) Akkreditiv bankın zəmanət üçün banka pul ödəyən müştərisinin adından ödənişi həyata keçirəcəyinə təminat verir.
Dərəcə amortizasiyası (Level amortization) Dərəcə amortizasiyası krediti və kredit üzrə faizi faiz və əsas ödənişin olduğu bərabər ödənişlərlə ödəyir.
Leveric (Leverage) Leveric təşkilatın maliyyə strukturunda istifadə olunan borc məbləğini və ya bir hissəsini əks edir; leveric yüksək olması şirkətin daha çox borcdan istifadə etdiyini göstərir.
Passivlər (Liabilities) Passivlər bankın depozitləri və borclarından ibarətdir.
LIBOR (LIBOR) LIBOR London Banklararası Təklif Olunan Məzənnə kreditin alınması və verilməsi baş verdikdə Londondakı bankların əməliyyatların digər tərəfindəki banklar üçün hesabladıqları ortalama faiz dərəcəsinə əsaslanan gündəlik istinad dərəcəsidir.
Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə