Wiley finance



Yüklə 2 Mb.
səhifə6/32
tarix14.09.2018
ölçüsü2 Mb.
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   32

FirstBankın ticarət kitabı bankın sahib olduğu dövlət istiqrazlarından ibarətdir və mühasibat kitabı üç ayrı portfeldən ibarətdir: yerli hökumət kreditləri, kiçik və orta müəssisələrin kreditləri və iri korporativ kreditlər. Mühasibat kitabının dəyəri bankın kreditlərinin dəyərinə bərabərdir.

Yuxarıda qeyd olunanlardan əlavə, banklar adətən əməliyyatları dəstəkləmək üçün daşınmaz əmlak (bina və digər məntəqələr), maşınlar və avadanlığa (kompüter və digər texnoloji şəbəkələr) sahib olurlar.


      1. Bankın Passivləri

Bankın passivləri onun depozitlərindən və götürdüyü kreditlərdən ibarətdir. Kommersiya bankının passivlərinin əksəriyyəti onun müştəriləri (əmanətçilər) tərəfindən yerləşdirilmiş depozitlərdir. Bu depozitlər adətən ya cari hesablarda, ya da əmanət hesablarında yerləşdirilir. Yuxarıdakı Şəkil 2.2 bankın sahib olduğu müxtəlif passivlərin olduğu balans hesabatını göstərir.

  • Cari hesablar əmanətçilərin çeklərdən, debet kartlarından və ya bunlara bənzər ödəniş təlimatlarından istifadə etməklə əmanətləri çıxara bildikləri hesablardır Cari hesablar adətən minimum vaxt məhdudiyyətləri ilə çox sayda çıxarmalara imkan verir. Əmanətlərə dərhal və rahat çıxarılması üçün banklar bu əmanətçilərə heç bir faiz vermir, verdikdə isə çox cüzi faiz verir. Çek və ya debet hesabları cari hesabların nümunələridir.

  • Əmanət hesabları adətən müəyyən zaman müddətində əmanətçinin edə bildiyi çıxarmaların sayını məhdudlaşdırır və əmanətçilərə daha yüksək faiz dərəcələri təklif edir. Əmanət hesablarında vəsaitə çıxış məhdud olduğu üçün və müəyyən hallarda çıxarmalar zamanla məhdudlaşdırıla bildiyi üçün, əmanət hesabları bankın aktiv və passivlərin idarə edilməsi funksiyası üçün vacibdir (daha ətraflı məlumat üçün bax Bölmə 2.3.2). Əmanət hesablarının nümunələri müddətli əmanətlər, əmanət kitabına daxil olan əmanətlər və əmanət sertifikatlarıdır.

Bank həmçinin müxtəlif vaxt müddətləri üçün bir gecədə digər banklardan və ya mərkəzi banklardan borc pul ala bilər. Bundan əlavə, banklar həmçinin açıq şəkildə alınıb satılan istiqrazlar və digər kredit alətləri buraxa bilər. Şəkil 2.4 FirstBankın borcları maliyyələşdirməsini əks etdirir.





Şəkil 2.4 Bankın borcları maliyyələşdirməsi





Passivlər milyon ABŞ dolları ilə

Məbləğ

Passivlərin növü


Qısa müddətli əmanətlər

300

Cari depozit

Uzun müddətli əmanətlər

250

Əmanət depoziti

Cəm depozitlər

550




Qısa müddətli maliyyələşmə

200

Digər bank öhdəliyi

Uzun müddətli istiqrazlar

150

Digər bank öhdəliyi

Digər kredit maliyyələşməsi

350




CƏMİ PASSİVLƏR

900






      1. Səhmdar Kapitalı

Bankın aktivləri və passivləri arasındakı fərq səhmdar kapitalına bərabərdir.


Aktivlər – Passivlər = Səhmdar Kapitalı
MİSAL

FirstBank-ın aktivləri 1,000 milyon ABŞ dolları və passivlər 900 milyon ABŞ dollarıdır; 100 milyon ABŞ dolları məbləğindəki fərq bu bankın səhmdar kapitalıdır.

Səhmdar kapital bankın səhmdarlarının mülkiyyət payını göstərir və iki hissədən ibarətdir:


  • Nizamnamə kapitalı, mülkiyyətçilərin banka qoyduqları kapital

  • Bölüşdürülməmiş mənfəət, başlanğıcından bəri bankın gətirdiyi bütün qazanclar, çıxılması ilə onun sahibkarlara divident kimi qaytardığı hər hansı gəlir.

Bank iki yolla səhmdar kapital cəlb edə bilər. Birincisi, o özünün mövcud səhmdarlarına və ya ictimaiyyətə yeni səhm sata bilər. Bank pay şəklində yeni səhm satmaq üçün ictimaiyyətə müraciət etdikdə, bu proses yeni səhmlər üzrə emissiyaların açılması adlanır. Səhmdar kapital yığımına alternativ bir yanaşma özəl təklifdir və bu zaman səhmdar kapitalını cəlb etmək üçün seçilmiş qrupdan olan müvafiq investorlara müraciət edir. İkincisi, bank bölüşdürülməmiş mənfəət kimi mövcud səhmdar kapitalına əlavə olunan xalis gəlir yarada bilər. Dividentlər bankdan səhmdarlara özlərinin istəyinə əsaslanan ödənişlərdir. Bank özünün qazandığı gəlirin bir hissəsini öz sahiblərinə dividentlər şəklində geri qaytarır. Adətən İdarə heyəti dividentlərin ödənilib ödənilməməsi barədə qərar çıxarır.

Adətən kapital üstün tutulan və adi səhmdən ibarət olur. Üstün tutulan və adi səhm arasındakı əsas fərq odur ki, adi səhm öz sahiblərinə digər səhmdarlarla birlikdə İdarə heyəti üçün səs vermək daxil olmaqla, səhmdar kimi səs verməklə banka təsir edən qərarları çıxarmağa imkan verir. Üstün tutulan səhmin sahibləri adətən bu haqqa sahib olmurlar, bu haqqı onlar müəyyən olunmuş divident ödənişinin və bankın ləğv olunması zamanı adi səhmdarlara nisbətən prioritet müqabilində tərk etmişlər. Üstün tutulan səhmlər həm kredit, həm də səhmə bənzər xüsusiyyətlərə malik olduqlarına görə onlar hibrid qiymətli kağızlar hesab olunur. Kreditə - bənzər xüsusiyyətlərlə müəyyən olunmuş gəlir və bank ləğv olunduğu təqdirdə, üstün tutulan səhmdarların adi səhmdarlardan əvvəl ödəniş almaları daxildir. Səhmə bənzər xüsusiyyətlərə üstün tutulan səhmdarlar korporativ gəlirləri əks etdirmək üçün qurula bilən dividentləri ala bilmə qabiliyyətləri, bank ləğv olunduğu təqdirdə isə, onların istiqraz sahiblərindən sonra, amma ödənişlərini adi səhmdarlardan əvvəl almaqları daxildir.

2.2.4. Mənfəət – Zərər hesabatı

Mənfəət-zərər hesabatında bankın müəyyən zaman müddətində, adətən rüblük və ya illik həyata keçirdiyi maliyyə əməliyyatlarının nəticələri qeyd olunur. Mənfəət-zərər hesabatında xüsusilə xərclərin əldə olunmuş gəlirlərə təsiri əks olunur. Müəyyən zaman müddətində qazanılmış gəlirlər və çəkilmiş xərclərin arasındakı fərq mənfəət (və ya zərər) adlanır. Qısaca olaraq, mənfəət və ya itki bankın gəliri və onun xərcləri arasındakı fərqdir.

Bankın ən böyük gəlir mənbəyi bankın verdiyi kreditlərdən qazandığı faiz dərəcəsi və əmanətlərinə görə bankın əmanətçilərə ödədiyi faiz dərəcəsi arasındakı fərqdir. Bu fərq faiz dərəcəsi - marjası adlanır. Banklar yalnız onların faizdən gələn gəlirinin (borcalanlar tərəfindən banka ödənilmiş) faiz xərclərindən daha böyük olduğu təqdirdə mənfəət (bank tərəfindən əmanətçilərə ödənilmiş) əldə edirlər. Bankın xalis faiz gəlirini idarə edərkən, faiz gəliri və faiz xərci arasındakı fərq bankın idarəedicilərinin vacib bir funksiyasıdır.
MİSAL

Şəkil 2.2-də təqdim olunan balans hesabatından və bankın qeyd olunmuş gəlir dərəcələrindən istifadə edərək biz görərik ki, FirstBankın sahib olduğu 10 milyon ABŞ dolları nağd pul hal-hazırda heç bir qazanc gətirmir. Bankın növbəti dörd maddədən əldə etdiyi faiz gəliri və onların cəmi Şəkil 2.5-də göstərilir:


Şəkil 2.5 Bankın faiz gəliri


Aktivlər milyon ABŞ dolları ilə

Məbləğ

İllik qazanc

İllik faiz gəliri

Nağd pul

10

0%

10 * 0% = 0

Dövlət istiqrazları

100

2%

100 * 2% = 2

Yerli hökumətlərə kreditlər, xalis2

190

3%

190 * 3% = 6

Kiçik və orta müəssisələrə kreditlər, xalis

200

5%

200 * 5% = 10

İri korporasiyalara kreditlər, xalis

500

7%

500 * 7% = 35

CƏMİ







53

Eyni balans hesabatının Passivlər (sağ) hissəsinə baxsaq, bankın faiz xərcləri ilk dörd maddədən irəli gəlir və Şəkil 2.6-da göstərilir:



Şəkil 2.6 Bankın faiz xərcləri


Passivlər milyon ABŞ dolları ilə

Məbləğ

İllik xərc

İllik faiz xərcləri

Qısa müddətli əmanətlər

300

1%

300 * 1% = 3

Uzun müddətli əmanətlər

250

2%

250 * 2% = 5

Qısa müddətli maliyyələşmə

200

3%

200 * 3% = 6

Uzun müddətli istiqrazlar

150

4%

150 * 4% = 6

CƏMİ







20

Faiz gəliri 53 milyon ABŞ dolları

- Faiz xərcləri 20 milyon ABŞ dolları

______________________________________

= Xalis faiz gəliri 33 milyon ABŞ dolları

Bankın qazandığı ikinci böyük gəlir mənbəyi bankların göstərilən xidmətlərə görə öz müştərilərindən tutduğu müxtəlif haqlardır. Misal üçün, hesab açmaq, kredit üçün müraciət etmək, ödənişi təşkil etmək və ya mürəkkəb maliyyə xidmətləri üzrə məsləhət almaq üçün haqq tutulur. Haqlardan gələn gəlir əsaslı gəlir mənbəyidir. Bir çox banklar faiz mədaxili və haqlardan gələn mədaxildən qazandıqları gəlirin arasında müəyyən növ tarazlığı qorumağa çalışırlar.

Özünün faiz xərclərindən əlavə bankın ən böyük xərci işçilərə görə olan xərclərdir. Digər vacib xərclər fəaliyyət göstərdiyi yerə görə olan xərclər və bankın sahib olduğu fiziki infrastrukturaya (kompüter və digər şəbəkələr) görə mövcud olan xərclərdir.

Bütün xərclər bankın gəlirindən çıxıldıqdan sonra, bankın vergilərdən əvvəlki qazandıqları gəlirlər hesablanır. Bütün digər əksər şirkətlər kimi banklar öz qazanclarından yerli, dövlət və milli hökumətlərə vergi ödəyirlər. Ödənişi ödədikdən sonra yerdə qalan digər qalıqlar bankın xalis gəliridir. Əgər xalis gəlir mənfidirsə, o zərər adlanır.


MİSAL

Yuxarıdakı misalda, fərz edək ki, FirstBank ödənişlərdən gələn gəlir kimi 15 milyon ABŞ dolları qazanc əldə edir, lakin işçilər üçün və digər məqsədlərlə 23 milyon ABŞ dolları məbləğində xərc ödəyir. Beləliklə, onun vergilərdən əvvəlki qazancı belə hesablanıla bilər:


Xalis faiz gəliri 33 milyon ABŞ dolları

+ Ödəniş gəliri 15 milyon ABŞ dolları

- İşçi və digər xərclər 23 milyon ABŞ dolları

____________________________________________

= Vergilərdən əvvəlki qazanc 25 milyon ABŞ dolları

Yuxarıdakı misallar mənfəətlərin və zərərlərin hesablanmasının çox sadələşdirilmiş bir yanaşmanı əks etdirir. Reallıqda, çoxsaylı və çox zaman mürəkkəb, vergi, hüquqi, tənzimləmə və digər məqamlar vardır ki, banklar və hər hansı şirkət mənfəət və ya zərəri hesablamazdan əvvəl bütün bunları nəzərə almalıdır.

Banklar özlərinin müsbət xalis gəlirini istənilən sayda olan üsullarla istifadə edə bilər. Əvvəllər qeyd olunduğu kimi, xalis gəlir bankın artıq mövcud olan səhmdar kapitalına bölüşdürülməmiş mənfəət kimi əlavə oluna bilər, beləliklə bununla bankın səhmdar kapitalının miqdarını artıra bilər və ya bank bu gəlirin bir hissəsini öz səhmdarlarına dividentlər kimi və ya mövcud səhmin təkrar alışı vasitəsilə qaytara bilər.


      1. Bankın Səhmdar Kapitalının Rolu

Kapital bankın idarə edilməsində vacib bir rol oynayır. Əgər bank öz öhdəliyini ödəyə bilməyən bir borcalana kredit verirsə, bu zaman bank öz aktivlərinin bəzilərini itirəcək və bu isə bankın kapitalına təsir edərək, banklarda səhmdarların payını azaldacaqdır. Öz pullarını bankda saxlamaq məqsədilə etibar etmiş əmanətçilər bankın öz kreditlərindən itirdiyi hər hansı zərərlərdən qorunacağını gözləyirlər.

Fəsil 1-də qeyd olunduğu kimi, maliyyə vasitəçiliyi və aktivlərin çevrilməsi prosesləri bankın fəaliyyəti üçün vacibdir, bundan əlavə bunlar bank risklərinin əsasında durur. Bank zərər ehtimalını azaltmaq üçün nə qədər kreditin verilə biləcəyi dərəcəni (əgər verilirsə) və kreditə görə tətbiq etməli olduğu şərtləri müəyyən etməlidir. Bundan əlavə, bank özünün bütün borcalanlarına tətbiq etmək istədiyi kredit riskinin ümumi məbləğini nəzərdən keçirməlidir (korporativ idarəetmə üzrə bax Bölmə 2.1.1). Faktiki olaraq, bankın özünün kreditləşdirmə prosesində nə qədər uğurlu olması bankın mənfəətinə, maliyyə sağlamlığına və yaşamasına təsir edir.
MİSAL

FirstBank Mega Construction şirkətinə 4 milyon ABŞ dolları miqdarında kredit daxil olmaqla, həmçinin Kiçik və orta müssisələrə çox sayda kreditlər də vermişdir. Fərz edək ki, Mega Construction şirkətinə həmin krediti verdikdən dərhal sonra bankın balans hesabatı Şəkil 2.7-də olduğu kimidir.


Şəkil 2.7 FirstBankın balans hesabatı


Aktivlər milyon ABŞ dolları ilə

Məbləğ

Öhdəliklər milyon dollarla

Məbləğ

Nağd pul

10

Qısa müddətli əmanətlər

300

Dövlət istiqrazları

100

Uzun müddətli əmanətlər

250







Cəm əmanətlər

550

Yerli hökumətlərə kreditlər, xalis

190

Qısa müddətli maliyyələşmə

200

Kiçik və orta müəssisələrə kreditlər

200

Qısa müddətli istiqrazlar

150

Böyük korporasiyalara kreditlər, xalis

500

Digər öhdəliklərin Cəmi

350

Cəmi kreditlər

890

Cəmi öhdəliklər

900







Səhmdar kapital

100

CƏMİ

1,000

CƏMİ

1,000

İndi gəlin fərz edək ki, Mega Construction krediti geri ödəyə bilmir və müflisləşir. Bu kreditin ödənilməməsi banka bir sıra şəkildə təsir edir:



  • Bank kreditdən hər hansı əlavə faiz gəliri əldə etməyəcək. KOM-lar üçün kreditlərin faiz dərəcələrinin 5% olduğunu fərz etsək, bank illik faiz gəlirlərindən 200,000 ABŞ dolları itirəcək. Bu zaman ərzində, FirstBank yenə də özünün əmanətçilərinə faiz ödəməlidir. Bu bankın xalis faiz gəlirini azaldacaq.

  • Əgər FirstBank Mega Construction şirkətinə verdiyi krediti geri qaytara bilmirsə, bank 4 milyon ABŞ dolları itirir, yəni balans haqda hesabatdan silinir və ya çıxarılır. (2.4 Bölməsi bankların qeyri-işlək kreditlərdən necə istifadə etdiyini daha təfərrüatlı şəkildə müzakirə edəcək). Silinmə aşağıdakıları azaltmaqla bankın balans hesabatına təsir edir:

  1. aktivləri 4 milyon ABŞ dolları zərəri ilə

  2. kapitalı 4 milyon ABŞ dolları zərəri ilə

Bankın zərərləri birinci olaraq onun kapitalını azaldır. Əmanətlər adətən səhmdar kapitalı kimi bu zərərlərdən təcrid olunurlar və digər kapital mənbələri – bankın öz götürdüyü kreditlər kimi – zərərlərin ilkin təsirinə məruz qalırlar. Banklar kredit itkilərinin təsirlərinin bəzilərini tarazlaşdırmaq üçün müxtəlif ehtiyatlar yaradırlar; bu ehtiyatların necə işləməsi Bölmə 2.4-də müzakirə olunacaqdır. Bəzi ölkələr bank əmanətçiləri üçün əlavə zəmanət kimi depozit sığortası təmin edir və beləliklə əmanətçilərin potensial risklərini azaldırlar (əmanət sığortası üzrə daha çox məlumat almaq üçün Bölmə 2.4-ə bax).


4 milyon ABŞ dolları zərərdən sonra, bankın balans hesabatı aşağıdakı kimi görsənir:


Şəkil 2.8 Zərərdən sonra FirstBankın balans hesabatı


Aktivlər milyon ABŞ Dolları ilə

Məbləğ

Öhdəliklər

Məbləğ

Nağd pul

10

Qısa müddətli əmanətlər

300

Dövlət istiqrazları

100

Uzun müddətli əmanətlər

250

Yerli hökumətlərə kreditlər, xalis

190

Qısa müddətli maliyyələşmə

200

1. Kiçiik və orta müəssisələrə kreditlər, xalis

196

Uzun müddətli istiqrazlar

150

İri korporasiyalara kreditlər, xalis

500

2. Səhmdar kapitalı

96

CƏMİ

996

CƏMİ

996

Bu zərərin bankın balans hesabatına təsirləri aşağıdakıdır:



  1. Kreditlərin dəyəri zərərin miqdarı qədər azalır. 4 milyon ABŞ dolları məbləğində zərər “Kiçik və orta müəssisələr Kreditləri” 200 milyon ABŞ dollarından 196 milyon ABŞ dolların həcmində azaldır.

  2. Kapitalın dəyəri itkinin miqdarı qədər azalır. 4 milyon ABŞ dolları miqdarındakı zərər kapitalı 100 milyon ABŞ dollarından 96 milyon ABŞ dollarına qədər azaldır.

Şəkil 2.8-də gördüyümüz kimi, 4 milyon ABŞ dolları miqdarında zərər bankın bütün aktivlərinə nisbətən kiçikdir, 1,000 milyon ABŞ dolları miqdarında aktivlərin yalnız 0.40 %-dir. Bununla belə, o bankın 100 milyon ABŞ dolları miqdarındakı kapitalına münasibətdə əhəmiyyətli ölçüdədir. O kapitalın 4%-dir. Bankın kapitalı kreditlər və ya digər investisiyaların uğursuz olduğu təqdirdə, bankın məruz qaldığı zərəri özündə əks etdirir. Bu səbəbdəndir ki, banklar öz borcalanlarını diqqətlə qiymətləndirirlər; zərərlər toplandığı təqdirdə, bankın kapitalı təhlükə altında qala bilər. Zərərlər adətən əlverişsiz iqtisadi şəraitdə toplanır, bu dövrlər isə bankların ən həssas dövrü hesab olunur.

Əgər zərərlər böyükdürsə, bu zaman bankın bütöv kapitalı yoxa çıxır. Faktiki olaraq, məhz bu məsələdə bank onun kapitalının sıfır olana qədər zərəri kimi yalnız əlavə 96 milyon ABŞ dollarına tab gətirə bilər. Mövcud 996 milyon ABŞ dolları ilə birlikdə bankın müştərilərə verdiyi ümumi məbləğin 1/10-dən bir qədər azı itirildiyi təqdirdə, bankın kapitalı sıfıra bərabər olur. Faktiki olaraq, əksər ölkələrdə, bank özünün bütün kapitalını itirməzdən əvvəl bağlanır. Daha böyük kapital bazası olan bir bank qeyri-işlək və ödənilməyən kreditlərdən gələn potensial zərərləri daha yaxşı uda bilir və daha sabit hesab olunur.

Yuxarıdakı misalda aktivlərin 90%-i kredit vasitəsilə maliyyələşdirilir. Leveric və ya (BK-da qirinq) kreditin kapitala nisbətidir.


MİSAL
İlkin olaraq, A Bankının 1000 milyon ABŞ dollarlıq aktivləri 900 milyon ABŞ dolları kredit və 100 milyon ABŞ dolları kapitalla maliyyələşdirilmişdir. Leveric 1-ə-9 olmuşdur; kapitalın hər bir dolları aktivlərdə 10 ABŞ dollarını dəstəkləmişdir. Bir çox digər bizneslərlə münasibətdə banklar yüksək səviyyədə levericə malik olur.

Digər müəssisələrlə müqayisədə banklar xüsusilə yüksək səviyyədə levericə malik olmuşdur. Bank daha yüksək levericə malik olduqda və itkiyə məruz qaldıqda bankın kapitalının tezliklə necə yox ola bildiyini görmək üçün yuxarıdakı kredit zərəri nümunəsi olan FirstBankın balans hesabatlarına bir daha nəzər yetirək.



MİSAL

Əvvəl müzakirə olunmuş 4 milyon ABŞ dolları miqdarındakı eyni zərərə nəzər salsaq, FirstBanka təsir edən leveric artdıqca həcmi daha da artacaqdır. Fərz edək ki, 1-ə-9 levericinin əvəzində FirstBankın ilkin leveric 1-ə-19 olmuşdur. Bu ssenaridə bankın 1000 milyon ABŞ dolları miqdarındakı aktivləri 950 milyon ABŞ dolları miqdarında kreditlər və yalnız 50 milyon ABŞ dolları miqdarında kapitalla maliyyələşdirilərdi. Burada, kapitalın hər bir dolları 19 ABŞ dolları borcu dəstəkləyir (950/50 = 19 ABŞ dolları). Şəkil 2.9 zərərlərin və daha kiçik kapital bazasının birgə təsirlərini göstərir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə