World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
  1   2   3   4   5   6   7   8   9   ...   12


KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ:

AZƏRBAYCAN ŞİRKƏTLƏRİ 

ÜÇÜN TÖVSİYƏLƏR

TƏLİMAT


Bakı

2010


Public Disclosure Authorized

Public Disclosure Authorized

Public Disclosure Authorized

Public Disclosure Authorized




2

Mündəricat

Mündəricat ............................................................................................................................................................................ 2

Giriş ........................................................................................................................................................................................ 3

1.  Korporativ İdarəetmə Müşaviri Kimdir? ................................................................................................................... 4

2.  Qanunlarda və Qabaqcıl Təcrübələr Məcəllələrində Korporativ İdarəetmə Müşavirinin Funksiyası .......... 5

3.  Korporativ Katiblərin Peşəkar Assosiasiyaları\Cəmiyyətləri ................................................................................ 6

4.  Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri ............................................................................... 7

  4.1.  Şirkətdə icraçı funksiyaları ................................................................................................................................... 7

  4.2.  Səhmdarlarla münasibətlər .................................................................................................................................. 10

  4.3.  Səhmdarların ümumi yığıncaqlarının təşkil edilməsi ..................................................................................... 12

  4.4. Müşahidə şurası, idarə heyəti və audit komitəsinin işinə dəstək ................................................................... 14

5.  Korporativ İdarəetmə Müşavirinin Hüquqi Statusu ............................................................................................... 18

  5.1.  İşçi (əmək müqaviləsi) .......................................................................................................................................... 18

  5.2.  Podratçı (mülki müqavilə) ................................................................................................................................... 19

Əlavələrin Siyahısı ................................................................................................................................................................ 20

Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə ................................................................. 21

Əlavə II. Korporativ İdarəetmə Müşavirinin Vəzifə Təlimatı ...................................................................................... 26

Əlavə III. Səhmdarların Ümumi Yığıncağının Protokol Nümunəsi ........................................................................... 28

Əlavə IV. Direktorlar üçün Tanışlıq Proqramının Nümunəsi ...................................................................................... 30

Əlavə V. Müşahidə Şurasının Özünüqiymətləndirmə Sorğusu ................................................................................... 31

Əlavə VI. Müşahidə Şurasının iclasının protokolunun nümunəsi .............................................................................. 34

Mündəricat




3

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR



Giriş

     Azərbaycanda biznes fəaliyyətləri inkişaf etdikcə şirkətlərdə korporativ idarəetmənin təkmilləşdirilməsi, bunun 

üçün aydın müəyyən edilmiş və investorlara yönümlü olan inkişaf strategiyasının hazırlanması, bu strategiyanın 

şəffaflıq,  səmərəlilik,  investor  hüquqlarına  bərabər  münasibət  və  davamlı  nəzarət  mühiti  əsasında  qurulması 

getdikcə daha əhəmiyyətli məsələyə çevrilir. Bu təcrübələrin şirkətdə həyata keçirilməsi üçün məsuliyyət daşıyan 

əsas şəxslərdən biri korporativ idarəetmə müşaviridir. Korporativ idarəetmə müşaviri şirkətin yerli qanunvericilik 

və qabaqcıl dünya təcrübəsinə uyğun daxili siyasətlər və prosedurlarını yaratmasına yardım edir, şirkətin müvafiq 

qanun  və  qaydalara  riayət  etməsinə  nəzarət  edir,  idarəetmə  orqanları,  səhmdarlar  və  üçüncü  tərəflər  arasında 

müvafiq məlumat axınını dəstəkləyir və korporativ qalmaqalların həll edilməsində vasitəçi rolunu oynayır.  

    Bu Təlimatın məqsədi korporativ idarəetmə müşavirinin rolu barədə məlumat vermək və onun şirkətdəki əsas 

vəzifə və məsuliyyətlərini təsvir etməkdir. Biz inanırıq ki, bu Təlimat Azərbaycan şirkətləri və banklarının korpo-

rativ strukturunda müvafiq funksiyanın yaradılmasında və öz təcrübələrinin beynəlxalq səviyyədə qəbul edilmiş 

qabaqcıl korporativ idarəetmə prinsiplərinə uyğun qurulmasında onlara yardım edəcəkdir. 

IFC Azərbaycan Korporativ İdarəetmə Layihəsi

    Azərbaycan 1995-ci ildə IFC-yə üzv olmuşdur. Həmin vaxtdan etibarən IFC maliyyə bazarlarının infrastruk-

turunu gücləndirmək, qanunvericilik islahatlarını dəstəkləmək, Azərbaycanda biznes mühitini inkişaf etmək və 

investisiyaları təşviq etmək üçün bir sıra layihələr təşkil etmişdir. 

    IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsi (AKİL) İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi 

(SECO) tərəfindən maliyyələşdirilərək, Azərbaycanda korporativ idarəetmə ilə bağlı təcrübələri təkmilləşdirmək 

məqsədilə  2005-ci  ildə  işə  başlamışdır.  AKİL  müşahidə  şurası  və  idarə  heyətinin  işi,  səhmdarların  hüquqları, 

şəffaflıq və məlumatların açıqlanması, risklərin idarə edilməsi, daxili nəzarət və daxili audit, maliyyə hesabatlığı və 

digər aidiyyəti məsələlərdə yerli şirkətlərə və banklara məsləhətlər verir. Bundan əlavə, AKİL həm də korporativ və 

qiymətli kağızlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin milli korporativ idarəetmə standartlarının 

hazırlanması sahəsində dövlət orqanları ilə yaxından əməkdaşlıq edir. 

Giriş



Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə