World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   2   3   4   5   6   7   8   9   ...   102

11 
 
siyasəti də uyğunlaĢmalıdır ki, alınan təhsil müəssisələrin tələblərini ödəsin (biznes ehtiyaclarına 
uyğun olaraq çoxlu dərəcələr və fənlər).  Azərbaycan üçün ölkənin  yerli Ģəraitini nəzərə alaraq 
yeni tələblərlə daxili bazara arxalanmaq arasında balans tapmaq lazım olacaq. 
 
Azərbaycanın  inkiĢaf  modelinin  dəyiĢən  Ģəraitə  uyğunlaĢdırılması  Hökumətin  rolunun 
korreksiyasını  nəzərdə  tutur.  Belə  ki,  Hökumətin  rolu  infrastrukturun  qurucusundan  (qlobal 
böhrandan  öncə  bu  məsələ  çox  ciddi xarakter  daĢıyırdı)  qeyri-neft  ixraca  (və  BXĠ-lərə)  yardım 
və  dəstək  verməyə  istiqamətlənməlidir.  AdambaĢına  dayanıqlı  artım  təkçə  ixracın  artırılmasını 
nəzərdə  tutmur.  Bu,  yüksək  əlavə  dəyərə  malik  olan  ixracın  artırılmasını  da  əhatə  edir. 
Tədqiqatların  nəticələri  göstərir  ki,  ölkələrin  zənginliyinə  onların  ixrac  rəqibləri  təsir  göstərir. 
Belə ki, əgər hər hansı ölkə daha varlı ölkənin istehsal etdiyi malı istehsal edib ixrac edirsə o özü 
də varlanır. Bu tədqiqatın nəticələri göstərir ki, məsələn Azərbaycan qısa müddətdə  pomidor və 
fındıq  ixracı  vasitəsilə  xarici  valyutada  gəlirlərini  artıra  bildiyi  halda  ,  Azərbaycana  dayanıqlı 
qeyri-neft  iqtisadiyyatının  inkiĢafı  və  orta  gəlir  səviyyəsi  yuxarı  olan  ölkələr  sırasında  bərqərar 
olmaq üçün yüksək keyfiyyətli kondisionerlərin, qənnadı məmulatlarının və proqram təminatının 
(yəni  o  məhsulların  ki,  onları  daha  zəngin  ölkələr  istehsal  və  istehlak  edir)  ixracını  öyrənməyə 
zərurət  var.  Eyni  zamanda,  Hökumət  üçün  potensial  qeyri-neft  ixracı  mallarının  müəyyən 
olunması çox çətindir. Hökumət üçün yeganə yaxĢı siyasət aĢağıdakı ola bilər (a) ölkəni daxili və 
xarici  investorlar  üçün  cəlbedici  etmək  məqsədilə  ölkədə  biznes  mühitinin  yaxĢılaĢdırılması 
sahəsində  iĢ  aparmaq  və  (b)  investorlar  tərəfindən  müəyyən  olunan  bütün  problemləri  tez  bir 
zamanda  həll  etmək.  Sahibkarlığın  qarĢısında  duran  inzibati  və  infrastruktur  problemlərinin 
aradan  qaldırılması  üçün  Hökumət  dövlət  qurumlarına  müvafiq  tapĢırıq  vermək  səlahiyyətinə 
malikdir və o bu səlahiyyətindən istifadə etməlidir. Digər sözlərlə Hökumət özəl sektora sərbəst 
fəaliyyət göstərmək üçün Ģərait yaratmalıdır. 
 
Təqdim  olunan  Ölkə  üzrə  Ġqtisadi  Memorandumda  Azərbaycanın  adambaĢına  düĢən  gəlirinin 
artırılmasının davam etdirilməsi üçün həll olunmalı problemlər müəyyən olunub. Eyni zamanda, 
hesabatda çoxlu tövsiyələr və digər ölkələrin təcrübəsi əks olunub. Ümidvarıq ki, qeyd olunanlar 
növbəti onillik ərzində ölkənin cəsarətli və ambisioz məqsədlərinə nail olmağa yardım edəcək. 
 
 
 
  
 
 


12 
 
ÖN SÖZ 
Dünya  Bankının  Azərbaycanla  irimiqyaslı  əməkdaĢlıq  proqramı  mövcuddur  və  proqramın 
məqsədi  Azərbaycana  orta  gəlir  səviyyəsisinin  yuxarı  olan  ölkə  olmaqda,  ölkədə  yoxsulluğun 
azaldılması, uzunmüddətli iqtisadi fəaliyyətin dayanıqlığın və diversifikasiyanın təmin olunması 
kimi inkiĢaf hədəflərinə çatmaq üçün  yardım etməkdən ibarətdir. Dünya Bankının proqramının 
bir  hissəsi  iqtisadi  infrastrukturun  qurulması  və  sosial  problemlərin  həlli  üçün  vacib  olan 
layihələri  həm-maliyyələĢdirmədən  ibarət  olsa  da,  proqramın  digər  hissəsi  həyata  keçirilən 
siyasətlərin və müvafiq institutların gücləndirilməsi üçün zəruri olan dialoqu, bilik mübadiləsini 
nəzərdə  tutur;  bu  da  Azərbaycanın  daha  yaxĢı  diversifikasiya    olunmuĢ  və  dayanıqlı  iqtisadi 
bazaya  keçməsinə  yardım  edir.  Azərbaycanla  əməkdaĢlığa  dəstək  olan  qeyri-maliyyələĢdirmə 
məhsulları texniki yardım xidmətləri və analitik hesabatları nəzərdə tutur (təqdim olunan hesabat 
kimi).  ƏməkdaĢlıq  strategiyası  həyata  keçirilərkən  Dünya  Bankı  və  Hökumət  digər  inkiĢaf 
institutları  ilə  əməkdaĢlıqdan  da  faydalanır.  Bu  hesabatın  hazırlanması  zamanı  da  onlarla  çox 
məhsuldar fikir mübadiləsi aparılmıĢdır.  
Bu  sənədin  əsas  mesajı  Azərbaycanın  diversifikasiya  səylərinin  (əsasən  qeyri-neft  ixracıyla 
ölçülən)  gücləndirilməsindən  ibarətdir  ki,  bu  da  qlobal  iqtisadiyyatın  dərin  böhranla  üzləĢdiyi 
Ģəraitdə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Ġqtisadiyyatın  diversifikasiyası  ölkənin  neftdən  asılılıq 
səviyyəsini  aĢağı  sala  və  yoxsulluğun  azaldılması  sahəsində  çətinliklə  əldə  olunmuĢ 
nailiyyətlərin  dayanıqlığının  təmin  olunmasına  yardım  edə  bilər.  Bununla  yanaĢı,  bu  məqsədə 
nail  olmağın  əsas  elementləri  xarici  ―know-how‖  cəlb  olunması  və  bazar  institutlarının 
gücləndirilməsidir.  Belə  ki,  fiskal  dayanıqlığın  təmin  olunması  və  iqtisadiyyatda  dövlətin 
rolunun  azaldılması  müntəzəm,  lakin  uzlaĢdırılmıĢ  fiskal  düzəliĢləri  tələb  edir.  Eyni  zamanda, 
dövlət idarəçilik sisteminin müasirləĢdirilməsi böyük prioritet təĢkil edən məsələyə çevrilməlidir 
ki, bu da ilk növbədə özəl sektorla iĢləyən qurumlara aid olmalıdır. Məhz bu sektorlarda həyata 
keçirilən  islahatlar  özəl  sektorda  mühitin  yaxĢılaĢdırılmasının  aparıcı  qüvvəsi  olacaq.  Qeyd 
olunanlarla  yanaĢı  hökumət  əmin  olmalıdır  ki,  dövlətə  məxsus  olan  kommunal  xidmət 
müəssisələri  (məsələn  elektrik  enerjisi  və  telefon  xidmətləri)  maliyyə  baxımından  dayanıqlı 
olsunlar  və  onlar  müəssisələrə  və  ev  təsərrüfatlarına  göstərilən  xidmətlərin  səviyyəsini 
yaxĢılaĢdırmaqda davam etsinlər. ġübhəsiz ki, qlobal böhran maliyyə sektoruna ehtiyatlı dəstək 
verilməsini tələb edir. Lakin, bu hesabat ölkənin maliyyə infrastrukturunun gələcəkdə daha çox 
inkiĢaf  etməsi  zərurətini  göstərir  (böhrandan  əvvəlki  vəziyyətdə  olduğu  kimi).  Orta  müddətdə 
rəqabətli  olmaq  baxımından  Azərbaycan  üçün  iĢçi  qüvvəsinin  bilik  və  bacarıqlarının 
artırılmasına  ehtiyac  duyulur.  Qlobal  təcrübədən  çıxıĢ  edərək  demək  olar  ki,  ölkələr 
iqtisadiyyatlarının  dəstəklənməsi  məqsədilə  stimul  zərfini  hazırladıqda,  istənilən  iqtisadiyyatın  
effektivliyinin  artırılması  üçün  kifayət  qədər  vasitə  mövcuddur  (məsələn,  Çilinin  rəqabətlilik 
qrupunun  müasirləĢdirilməsi  və  yaxud  ABġ  və  Avropa  ölkələrində  enerji  effektivliyinin 
artırılması üçün investisiyalar). Bu baxımdan, Azərbaycan qlobal böhrandan sonrakı dövr üçün 
daha yüksək rəqabətli qlobal iqtisadiyyata hazır  olmalıdır. Eyni zamanda hesabat tövsiyə edir ki, 
Hökumət  cari  və  yeni  siyasətləri  həyata  keçirərkən  müxtəlif  qurumlar  arasında  uzlaĢdırma 
məsələlərini  gücləndirsin  ki,  bu  da  son  məqsəd  olaraq  iqtisadiyyatın  diversifikasiyasına    fayda 
versin; diversifikasiyanın monitorinqi üzrə nailiyyətlərin əldə olunması da təkidlə tövsiyə olunur. 
Bu  hesabat  2007-ci  ilin  oktyabr  və  2008-ci  ilin  dekabr  ayları  ərzində  Azərbaycanda  iqtisadi 
idarəçiliyin  gücləndirilməsi  və  rəqabət  qabiliyyətinin  artırılması  sahəsində  aparılan  birillik  iĢin 
nəticəsidir.  Sonrakı  vaxtın  əksəriyyəti  nəticələrin  əlavə  müzakirələrinə  və  tərcümənin 
keyfiyyətinin  (texniki  cəhətdən  dəqiq)  təmin  olunmasına  sərf  olunub.  ĠĢlərin  çoxu  Ölkə  üzrə 
Ġqtisadi  Memorandum  (ÖĠM)  çərçivəsində  həyata  keçirilib.  Eyni  zamanda  bu  hesabat  struktur 
islahatlarla bağlı texniki  yardıma  (TY) (fiskal dayanıqlıq  və hökumətə  fiskal dayanıqlıq  alətlər 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə