17
pul axınlarına təsir göstərmiĢ (pul baratları, BXĠ və kommersiya banklarının uzaldılma imkanı ilə
maliyyələĢdirməsi (rollover maliyyələĢdirilməsi)) və çox ölkələrin ixracına tələbi azaltmıĢdır.
Dünya Bankının ən son proqnozlarına görə (Global Development Finance, Sentyabr 2009),
qlobal ÜDM-in artım tempi 2008-ci ilədək 1,9 faizdən 2009-cu ildə -2.9 faizə qədər azalacaq.
ĠnkiĢaf etməkdə olan ölkələrin artım tempinin 2008-ci ildəki 5,9 faizdən 2009-cu ildə 1,2 faizə
qədər azalması gözlənilir. ĠnkiĢaf etmiĢ ölkələrin artım templəri çox güman ki, 2009-cu ildə -4,2
faiz olacaq. Qlobal ticarətin azalması -12 faiz həcmində gözlənilir: 2008-ci ilin 3.7 faizindən
2009-cu ildə -9.7 faizə qədər. Dünya üzrə iqtisadi artımın zəifləməsi yoxsulluq səviyyəsinə ciddi
təsir göstərəcək. Cari hesablamalar göstərir ki, inkiĢaf etməkdə olan ölkələrin artım templərinin 1
faiz azalması əlavə 20 milyon insanın yoxsul olmasına gətirib çıxara bilər. Ərzaq məhsulları və
yanacağın qiymətlərinin yüksək olması nəticəsində yoxsul insanların sayı 100 milyon artmıĢdır.
Eyni zamanda, qlobal tələbin zəifləməsi və neftlə bağlı spekulyativ əməliyyatların aparılması
neft qiymətlərinin kəskin aĢağı düĢməsinə gətirib çıxarmıĢdır: 2008-ci ilin iyul ayında müĢahidə
olunan 147 $/bl 2009-cu ilin yanvar ayında 40 $/bl-dək və 2009-cu ilin ikinci yarısında 70$/bl-
dək. Eyni zamanda 2010-cu il üçün proqnozlar ümidverici görünür. Belə ki, qlobal iqtisadiyyatın
dirçəlməsi və Azərbaycanın qonĢularının bu dirçəlmədən faydalanması gözlənilir.
4.
Azərbaycan qonĢu ölkələrlə müqayisədə böhrana daha az məruz qalsa da, xarici
mühit diversifikasiyanın həyata keçirilməsi üçün o qədər də əlveriĢli deyil. Eyni zamanda,
neft qiymətlərinin aĢağı olduğunu nəzərə alaraq, ortamüddətli dövlət xərclərinə düzəliĢ
edilməsinə, özəl sektora arxalanan inkiĢafa isə güclü dəstək verilməsinə ehtiyac yaranacaq.
Azərbaycanın son illərdə müĢahidə olunan iqtisadi inkiĢafı əsasən artan neft qiymətləri (2008-ci
ilin ortalarına qədər) və artan neft hasilatı hesabına (2006-cı ildən baĢlayaraq) baĢ verirdi. 2007-
2008-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici kapital və xarici borcdan əhəmiyyətli dərəcədə
asılı olmayıb. 2008-ci ilin ikinci yarısında neft qiymətlərinin kəskin azalmasına baxmayaraq
2009-2010-cu illərdə Azərbaycanda neft istehsalının artımı gözlənilirdi. Eyni zamanda ölkənin
maliyyə sektoru hal-hazırda böhranın əsas təsirindən qaça bilmiĢdir: pul baratlarının 2009-cu ildə
azalmayacağı gözlənilir və qeyri-neft ixracı həddən artıq kiçik olduğundan, xaricdə tələbin
kəskin azalması ölkə iqtisadiyyatına güclü təsir etməyəcək. Hesabatın hazırlandığı dövrdə 2009-
2010-cu illər üçün bir rəqəmli artım tempi gözlənilirdi (3-5 faiz civarında). Qlobal böhran
nəticəsində ölkənin artım perspektivlərinə müəyyən ziyan dəysə də, Azərbaycan qonĢu ölkələrlə
müqayisədə böhranın təsirinə daha az məruz qalıb. Bununla belə, dünyada baĢ verən
ürəkaçmayan proseslər Azərbaycanın investorların cəlb edilməsi, istehsalın və ixrac bazasının
geniĢlənməsinə yönəldilmiĢ səylərinə mənfi təsir göstərəcək. Eyni zamanda, neft qiymətlərinin
aĢağı olması, manatın bahalaĢmasına təzyiqləri azalda bilər ki, bu da bank sektorunun xarici
borcun qaytarılması imkanları üçün təhlükə yarada bilər (2007-2008-ci ildə Qazaxıstanda baĢ
verdiyi kimi) və daĢınmaz əmlak bazarında yaĢanan tənəzzülün bank sektoruna mənfi təsir etmək
riskini artırar. 2009-cu ilin yanvar ayında neft qiymətləri aĢağı həddə çatdıqdan sonra bir qədər
artmıĢlar. Lakin, neft qiymətlərinin hansı həddə sabitləĢəcəyi qeyri-müəyyəndir. 2009-cu ildə
neft gəlirləri kəskin aĢağı düĢəcək və ola bilər ki, 2012-ci ilə qədər onlar 2008-ci ilin səviyyəsinə
çatmasın. Bu baxımdan, əgər hökumət dayanıqlığı təmin etmək istəyirsə, neft qiymətlərinin uzun
müddət aĢağı olduğu Ģəraitdə ortamüddətli xərclər planının yenidən nəzərdən keçirilməsinə
ehtiyac yaranacaq.
5.
Azərbaycan bir çox baĢqa ölkələrlə müqayisədə qlobal böhrana daha güclü mövqe
ilə daxil olmuĢdur. Keçid dövrünün baĢlanğıcından etibarən Azərbaycan iqtisadiyyatının
sabitləĢdirilməsində və islahatların həyata keçirilməsində təqdirəlayıq irəliləyiĢ əldə etmiĢdir. Bu
və akkumulyasiya olunmuĢ irimiqyaslı neft gəlirləri imkan
verdi ki, ölkə 1991-ci
ilə qədər davam
edən Sovet iĢğalı, Ermənistanla münaqiĢə və 1995-ci ilə qədər müĢahidə olunan iqtisadi tənəzzül