  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə54/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   50   51   52   53   54   55   56   57   ...   135

                                                     

 

  



                                                                            

                                                    

209 

davam  etsə  idi,  o,  öz  rəqibini  şikəst  hala  sala  bilərdi.  Hirsini 



heç cürə boğa bilməyən Luis bütün dostlarına bəyan etdi ki, o, 

şəxsən bu hayıfı yerdə qoymayaçaq. Yeri gəlsə, o, İspaniyadan 

Yeni Dünya sahillərinə ayaq basan cavan zadəganı duelə dəvət 

edib  öz  qisasını  ondan  alacaq.  Çoxlarında  Migelin  zəif  rəqib 

olmasına dair böyük şübhələr yarandı. 

Migelgil  düşərgəyə  qayıdanda  yeməkxananın  ağzında  baş 

verən  münaqişə  barəsində  susmağı  üstün  tutdular.  Bu 

münaqişə  polkovnik  Alonsonun  qəzəbinə  səbəb  ola  bilərdi. 

Çünki o, silahdaşlarından qərib torpaqda nizam-intizama riayət 

etmələrini  tələb  edirdi.  Burada  konksitadorlar  arasında  baş 

verəçək  kiçicik  bir  münaqişə,  ekspedisiyanın  tərkibinə  daxil 

ediləcək  gələcək  döyüşçüləriin  səfərbərliyinə  mənfi  təsir 

göstərə  bilər.  Sadəcə  olaraq,  həmin  konkistadorlar  bu 

ekspedisiyanın tərkibinə daxil olmaqdan boyun qaçırarlar.  

Limada  və  başqa  cənub  şəhərlərində  könüllüləri  yığmaq 

xeyli  mürəkkəb  iş  sayılırdı.  Yazın  başlanması  ilə  əlaqədar 

polkovnik  Alonso  Araukaniyada  gedən  müharibənin  ikinci 

mərhələsinə  başlamaq  istəyirdi.  Bunun  üçün  ilk  növbədə 

güclü və döyüşkən ekspedisiya təşkil etmək lazım idi. 

Köhnə  ekspedisiyadan  kapitan  Xuan  Odovaldonun 

ixtiyarında  yüz  qırx  iki  (142)  nəfər  adam  (mülkü  adamlarla 

birlikdə) qalmışdı. Polkovnik Alonso isə İspaniyadan Kitoya 

yetmiş  altı  (76)  nəfər  döyüşçü  ilə  gəlmişdi.  Cəmi  onların 



                                                     

 

  



                                                                            

                                                    

210 

ixtiyarında iki yüz on səkkiz (218) nəfər adam vardı. Bundan 



əlavə  yüzə  yaxın  adam  lazım  idi  ki,  ekspedisiya 

Araukaniyada  gedən  müharibənin  ikinci  mərhələsində 

düşmən üzərində tam qalibiyyət əldə etsin. Bu haqda kapitan 

Xuan öz qardaşına lazımlı məsləhət verdi. Yoxsa, polkovnik 

Alonsodan  olsa  idi,  o,  elə  bu  qüvvə  ilə  Araukaniyaya 

yollanardı.  

Yeni Dünya sahillərində təşkil edilən ekspedisiyalara yeni 

könüllülərin  çəlb  edilməsində  böyük  təcrübəsi  olan  kapitan 

Leon,  bilavasitə  bu  işlə  məşğul  olmağa  başladı.  Sözsüz  ki, 

yalan  vədlərlə  könüllüləri  ekspedisiyaya  daxil  etmək 

olmazdı.  Çünki  sonra  bu  qiyam  ilə  nəticələnər.  Leonun 

fikrincə, onların hamısına pul mükafatı ayrılmalıdır və yaxud 

da kim istəsə başqa şərtlər ilə ekspedisiyanın tərkibinə qəbul 

oluna bilərdi. Lakin hələlik Leonun təklifi qəbul olundu. Elə 

həmin gün şəhərdə özlərinə müvəqqəti sığınacaq yeri tapmış 

konkistadorlara  elan  edildi  ki,  Mərkəzi  Çili  sahillərində 

yerləşən  Araukaniyanı  zəbt  etmək  üçün  Kitoda  polkovnik 

Alonso Odovaldonun başçılığı altında yeni ekspedisiya təşkil 

edilir.  Həmin  ekspedisiyaya  bir  neçə  müharibadə  iştirak 

etmiş  peşəkar  döyüşçülər  qəbul  olunur.  Söz  yox  ki, 

ekspedisiyaya  daxil  olan  hər  bir  könüllüyə  döyüşlər  başa 

çatandan sonra yüksək mükafat vəd edilirdi. 




                                                     

 

  



                                                                            

                                                    

211 

İlk  növbədə  konkistadorlar  onlara  verilən  sınaq  imtahan-



larından  müvəffəqiyyətlə  çıxmalı  idilər.  Sınaq  imtahanları 

isə  şəhərin  cənubundan  bir  liq  aralıda  yerləşən  düzənlikdə 

keçiriləcəkdi.  Artıq  vaxt  itirməmək  üçün  kapitan  Xuan, 

kapitan  Leon,  Migel,  Osvaldo  və  Sebastyan  ertəsi  günü 

həmin yerə yollandılar. Həmin yerə könüllülərdən tez toplaş-

maq lazım idi. 

Kitu  Audiensiyasının  bilavasitə  ekvatora  yaxınlığı  ölkəni 

isti  ekvatorial  iqlim  ilə  “təmin”  etməlidir.  Lakin  bu  belə 

deyil. Dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsinə görə 

bu  ölkənin  həddindən  artıq  böyük  bir  hissəsi  ümumiyyətlə, 

tropik  istinin  nə  olduğunu  bilmir,  başqa  rayonlarda  isə 

həmişəlik  yaz  hökm  sürür.  Yalnız  sahil  zolaqında  və  uçqar 

şərqdə rütubətli boğanaq baş verir. 

Çoğrafi planda Kitu Audiensiyası (indiki Ekvador) elə bil 

dörd “ölkədən” təşkil olunub. Şimal hissəsi – Syerra – ozü-

nün  qarla  örtülmüş  nəhəng  vulkanları  ilə  səyahətçini  valeh 

edir.  Onların  arasında  fəaliyyətdə  olan  dünyada  ən  böyük 

Kotopaxi  vulkanı  yerləşir.  Ölkənin  Andları  paralel  sıra  ilə 

sahil zolağı ilə uzanaraq, ölkənin kontinental ərazisini bütün 

uzunluq boyu bölür. 

Syerradan qərb tərəfə Kosta yerləşir-eni 200 km. olan üstü 

düz sahil zolağıdı. Onu bir neçə çay sistemi kəsir, onlardan 




                                                     

 

  



                                                                            

                                                    

212 

ən  böyüyü  Quayas  və  Esmeraldas  çaylarıdır  (Sakit  okeana 



tökülür). 

Üçüncü  “ölkə”  -  az  tədqiq  olunan  Amazoniyadır,  yerli 

əhali  oranı  Şərqi  selva  və  yaxud  sadəcə  olaraq  Şərq 

addandırırlar. 

Nəhayət sonunçu “ölkə” min kilometrdən uzaq olan Sakit 

okeanda  yerləşən  Qalapaqos  adı  ilə  məşhur  olan  Kolumb 

adalarıdır. 

Kitudan  çıxan  atlılar  mənzil  başına  səhər  tezdən  yollan-

dılar. İki başlı Piçinça vulkanı tərəfdən (Kitu həmin vulkanın 

ətəyinə  bitişik  olan  vadidə  salınmışdır)  ətürpərdiçi  külək 

əsirdi. Soyuq yağış atlıları plaşa bürünməyə məcbur etdi. 

Şəhər özü hündürlüyü 6 min metrdən hündür olan nəhəng 

vulkanların  gözü  qarşısında  salınmışdı.  50  km  cənub-şərqdə 

Antisana, təxminən elə 50 km. lakin şimal-şərqdə Kayambe 

və elə həmin məsafədə cənubda Kotopaxi vulkanı yerləşir. 

Kotopaxi  haqqında  xüsusən  danışmaq  lazımdır.  Keçua 

dilindən  tərcümə  olunanda  “Parıldayan  nəhəng”  kimi  başa 

düşmək  olur.  Hündürlüyü  5897  metr  olan  Kotopaxi  bütün 

dünyada  fəaliyyətdə  olan  ən  böyük  vulkan  sayılır.  Siluetinə 

görə Kotopaxani Yaponiyanın Fudziyamasına oxşatmaq olar. 

Hansı  tərəfdən  baxırsan-bax  vulkan  üçkünc  formada 

görünür. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə