[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
 
84 
 
etmədiyi bir şeyi sonradan heç kəsin etmək haqqı yoxdur və ya bir nəfərin 
öz tərəfindən və ya bidət əhlindən bir nəfər tərəfindən uydurulmuş bir işə 
dəvət etmək haqqı yoxdur, dəvət edən də həmin işi uyduran kimidir. Kim o 
şeyi iddia edərsə və ya onu dilində söyləyərsə sünnəti rədd etmiş, haqqa və 
camaata  qarşı  çıxmış,  bidəti  mübah  görmüşdür.  Belə  biri  bu  ümmət  üçün 
İblisdən də zərərlidir. 
Kim  bidət  əhlinin  sünnətdən  nəyi  tərk  etdiyini  və  nədən  ayrı  düşdüyünü 
bilərsə  və  ona  sarılarsa  o,  sünnət  sahibidir  və  camaat  sahibidir,  tabe 
olunmağa,  kömək  edilməyə  və  qorunulmağa  layiqdir.  O,  Allah  elçisinin  – 
salləllahu aleyhi va səlləm – vəsiyyət etdiyi kəslərdən biridir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
85 
 
 
 
 
(Bidətlərin səbəbi və ondan uzaq durmağın yolu) 
 
[95]  Bilin  ki,  -  Allah  sizə  rəhm  etsin!  –  bidətin  kökləri  dörd  qaynaqdan 
qaynaqlanır və bunlardan yetmiş iki bidət qolları ortaya çıxdı, sonra hər bir 
bidət  özlüyündə  qollara  bölünür  və  hamısı  birlikdə  iki  mün  səkkiz  yüz 
görüşə  bölünür,  hamısı  da  zəlalətdir.  Birindən  başqa  hamısı  atəşdədir.  O 
biri  isə  bu  kitabda  olanlara  iman  gətirən,  orda  olanlara  qəlbində  heç  bir 
şübhə,  heç  bir  şəkk  olmadan  etiqad  edən  biridir.  O,  sünnət  sahibidir  və 
Allahın iznilə xilas olacaq.  
[96]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  -  əgər  insanlar  sonradan  uydurulmuş 
işlərə  gəldikdə  dursaydılar,  ondan  ötəyə  az  da  olsun  keçməsəydilər  və 
peyğəmbərdən –  salləllahu  aleyhi  va  səlləm  –  və  səhabələrindən  haqqında 
bir  şeyin  gəlmədiyi  bir  söz  ortaya  çıxarmasaydılar,  heç  bir  bidət  mövcud 
olmazdı. 
[97]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  –  qul  ilə  onun  mömin  olduğu  halda 
dönüb kafir olması arasında Allahu Təalənin nazil etdiyi bir şeyi rədd etmək 
və  ya  Allahın  Kəlamına  bir  şey  əlavə  etmək  və  ya  ondan  azaltmaq  və  ya 
Allahın dediyindən bir şeyi və ya peyğəmbərin – salləllahu aleyhi va səlləm 
–  danışdığından  bir  şeyi  inkar  etməkdən  başqa  bir  şey  durmur.  Allahdan 
qorx  –  Allah  sənə  rəhm  etsin!  -    və  özünə  bir  nəzər  yetir!  Dində  ifrata 
varmaqdan  uzaq  ol,  çünki  ifrata  varmağın  haqq  yol  ilə  heç  bir  əlaqəsi 
yoxdur. 
[98]  Bu  kitabda  sənə  vəsf  etdiklərimin  hamısı  Allahdandır,  Allahın 
elçisindəndir,  salləllahu  aleyhi  va  səlləm,  onun  səhabələrindən  və  onların 
tələbələrindəndir  və  üçüncü  nəsildən  dördüncü  nəslə  qədər  yaşamış 
kəslərdəndir.  Allahdan  qorx,  ey  Allahın  qulu!  Bu  kitabdakıları  təsdiq  et, 
təslim  ol,  (anlamadıqlarını)  Allaha  həvalə  et  və  razı  qal!  Bu  kitabı  qiblə 
əhlindən  heç  kəsdən  gizlətmə,  ola  bilsin  ki,  Allah  bunun  vasitəsilə  çaş-baş 


 
 
86 
 
qalmış  birini  düşdüyü  çaşqınlıqdan  və  ya  bidət  sahibini  bidətindən  və  ya 
yolunu sapmış birini zəlalətindən çıxarsın və beləliklə də qurtulsun! 
Allahdan qorx! İşin ilk və qədim  olanına  tabe  ol  və  o,  sənə bu  kitabda vəsf 
etdiklərimdir.  Allah  bu  kitabı  oxuyan,  onu  yayan,  onunla  əməl  edən,  ona 
çağıran  və  onu  höccət  kimi  istifadə  edən  qula  rəhm  etsin  və  onun 
valideynlərinə  rəhm  etsin!  Çünki  bu,  Allahın  dinidir  və  peyğəmbərinin  – 
salləllahu aleyhi va səlləm – dinidir. Bu kitabdakından fərqli bir şeyə özünü 
nisbət  edən  kəs  isə  Allahın  dininə  əməl  etmiş  sayılmaz,  Allahın  dininin 
hamısını rədd etmiş sayılır.
123
 Bu ona bənzəyir ki, bir qul Allahın – Təbərakə 
va  Təalə  -  dediyi  hər  bir  şeyə  iman  gətirir,  lakin  bir  hərfə  şəkk  edirsə  o, 
Allahu  Təalənin  dediyi  hər  bir  şeyi  rədd  etmişdir  və  belə  biri  kafirdir.  “Lə 
iləhə  illəllah”  şəhadəti  sahibindən  yalnız  və  yalnız  niyyətin  səmimiliyi  və 
tam  yəqinlik  ilə  qəbul  olunduğu  kimi  sünnətlərdən  bəziləri  tərk  edildikdə 
Allah  sünnəti  qəbul  etməz;  kim  sünnətdən  bir  şeyi  tərk  edirsə  sünnətin 
hamısını tərk etmiş olur. 
Qəbul  et  və  mübahisəni,  inadkarlığı  tərk  et!  Çünki  bunların  dinlə  heç  bir 
əlaqəsi  yoxdur  və  xüsusilə  də  sənin  zamanın  şərr  zamanıdır.  Ona  görə  də 
Allahdan qorx! 
[99]  Əgər  fitnə  başlasa  evinin  içində  qal  və  fitnənin  yanından  qaç! 
Tərəfkeşlikdən
124
 uzaq  dur!  Müsəlmanlar  arasında  dünya  uğrunda  baş 
verən savaşların hamısı fitnədir. Tək olan və şəriki olmayan Allahdan qorx! 
Fitnədə çölə çıxma və fitnədə vuruşma! (Vuruşmağa) sevgi göstərmə, tərəf 
tutma  və  heç  bir  tərəfə  meyl  etmə!  Onların  etdiklərindən  heç  bir  şeydən 
xoşun gəlməsin, çünki deyiblər ki, “kim bir qövmün əməllərini xoşlayarsa – 
istər (əməllər) yaxşı olsun, istərsə pis – o əməlləri edən kimidir.” Allah bizi 
                                                            
123
 Müəllif – Allah ona rəhm etsin! – bu və buna bənzər bəzi cümlələrdə mübaliğəyə yol 
vermişdir.  Əgər  o,  bu  sözləri  ilə  kitabın  içindəki  hər  bir  xırda  məsələni  qəsd  edirsə 
xətadır.  Lakin  əgər  ümumi  prinsip  olaraq  qoyduğu  qaydaları  nəzərdə  tutursa  o  zaman 
doğrudur  və  bu,  kəlam  elmindən  uzaq  durmaq,  münaqişəyə  girişməmək,  Kitab  və 
sünnətə sarılmaq, səhabələrin hidayətinə bağlanmaq prinsipləridir. Əks təqdirdə ortaya 
çıxan məna heç cür qəbul edilə bilməz, belə ki, müəllifin sözünün zahirindən anlaşılır ki, 
kitab xətadan təmizdir. Halbuki yalnız Allahın kitabı xətadan təmizdir. Ona görə də elm 
əhli haqqında yaxşı zəndə olaraq onun sözlərini ən gözəl mənaya həml etməliyik. 
124
 Ərəb dili mətnindəki “asabiyyə” kəliməsi əslində qəbiləçilik, millətçilik anlamındadır. 
Öz  qəbilənin  və  qohumlarının  tərəfini  tutmaq,  onlara  münasibətdə  təəssübkeş  olmaq 
anlamındadır. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə